Nazirlikdən Samuxa getdi: O DA BELƏ... .....                     “Əminəm ki, artıq Ankarada bu zərbənin hansı tərəfdən gəldiyini daha dəqiq bilirlər...” .....                     Aİ-nin COP29 öncəsi anti-Azərbaycan isterikası .....                     `Bahar` Enerji Əməliyyat Şirkətində MAAŞLAR KƏSİLİR... .....                     Qida təhlükəsizliyini təmin edə bilməyən qurum, lağlağı ilə laqeyd qalan vətəndaş... .....                     Azərbaycan yarımçıq sülh sazişini imzalamayacaq .....                     “Kontakt Home”un müəllif hüquqlarını pozduğu iddia olunur .....                     İrəvandan sülh açıqlaması: .....                     “Bunlar nə yeyir, nə içir, görəsən?!” .....                     "Əminəm ki, bu terror aktını törədənlər... .....                     Ermənilər Hindistan vətəndaşlarından bezdilər .....                     İran Azərbaycandan xahiş etdi .....                     "Məni ən çox əsəbləşdirən budur ki, COP29 keçirilir, amma sosial şəbəkə istifadəçiləri məzələnirlər..." .....                     Astana sanksiyalardan yan keçməyin əleyhinədir .....                     Ermənilər İslamı qəbul edib, muğam dinləyirlər .....                     “Azərbaycan Dəmir Yolları”nın 2 şirkəti birləşir .....                     Su polisləri qeyri-ənənəvi üsulla qanunsuz ov edənləri saxlayıb .....                     Sumqayıtda qaz sızmasından partlayış olub, xəsarət alanlar var .....                     Bakıda günorta vaxtı maskalı şəxs məktəblini oğurlamaq istədi .....                     Səfsəfələrinizi zəhmət olsa da sosial şəbəkələrə qusmayın! .....                     Ağdaşın İcra Hakimiyyəti 602 min manatlıq tenderi niyə “Simmetriya” MMC-yə verdi .....                     Dolu düşəcəyi ehtimalı var .....                     “EuroHome”-nin sahibi kompensasiya verməmək üçün hansı yola əl atıb? .....                     Dövlət Xidməti Şəki İcra Hakimiyyətinə “stop” qoydu .....                     Ankarada terror törədənləri Rusiyaya NƏ BAĞLAYIR? .....                     ABŞ-dan mesaj: Ermənistan müttəfiqini satdı .....                     Türkiyə şirkətlər qrupu Azərbaycanda zavodu satın aldı .....                     “Atama bu haqsızlığı edən insan həyatda xeyir tapmadı” .....                     Məşhur aktyor və arvadının qətli ilə bağlı yeni TƏFƏRRÜATLAR .....                     "Dövlət əmlakı dağıdılıb, həqiqi alimlər dalana dirənib..." .....                     Bakı demarkasiyaya dair reqlamenti nə zaman ratifikasiya edəcək .....                     Röyal Axundov Bakı həbsxanasında .....                     "Bu nə fırıldaqdır?" .....                     SAĞ OLDUQLARINA ŞÜKÜR ETSİNLƏR... .....                     ASTF rəsmilərinə Avropa Stolüstü Tennis Birliyində vəzifə verilib .....                     “Bioloji müxtəlifliyin mühafizəsi: .....                     Plagiatçıların növbəti saxtakarlığı: ermənilərin gözü türk sazına dikilib... .....                     NATO-nun bir neçə ölkəsi Ukraynanın alyansa üzvlüyünə qarşıdır .....                     BRİKS ölkələrinin liderləri hələlik yeni üzvləri qəbul etməmək qərarına gəliblər .....                     "Atam komada deyil, səhv məlumat verilir" .....                 

İlqar İsbatov Qarabağın inşasını NECƏ ƏLƏ KEÇİRİB? - ARAŞDIRMA
Tarix: 22-09-2022, 09:08 | Çap et
İlqar İsbatov Qarabağın inşasını NECƏ ƏLƏ KEÇİRİB?
Azad edilmiş torpaqlara qayıdış başlayır. Zəngilan rayonu ilk sakinlərini artıq qəbul edib. Viran qalmış yurd yerlərində otuz ildən sonra kəndlər, şəhərlər salınır.

Bəs məskunlaşma yerlərinin salınması zamanı dövlət qurumları büdcə vəsaitlərini şəffaf və ədalətli xərcləyirmi? Söhbət yerli və xarici şirkətlərin işlərin görülməsinə müsabiqəsiz cəlb olunmasından, hətta məmurların işləri tələskənliyə salıb, öz ailə şirkətlərinə ötürməsindən gedir.

Ağdam, Cəbrayıl, Zəngilan, Laçın, Kəlbəcər, Füzuli və Xocavənd rayonlarında 21 yaşayış məntəqəsinin şəhərsalma əsaslandırılmasının hazırlanması üzrə müqavilələr bağlanıb.

Şəhərsalma əsaslandırılması - tikinti obyektinin yerləşdirilməsi üçün hazırlanan planlaşdırma sənədidir.

Müsabiqəsiz bağlanan 22 müqavilə

Dövlət satınalmalarının vahid internet portalında yerləşdirilən məlumatlarda göstərilir ki, kəndlərin şəhərsalma əsaslandırılma sənədinin hazırlanması üzrə elan bu resursda yerləşdirilməyib. Başqa sözlə, 2 dövlət layihə institutu, 4 özəl Azərbaycan və 1 Türkiyə şirkəti ilə ümumi dəyəri 11 milyon 304 min manat olan 22 müqavilə müsabiqə keçirilmədən bağlanıb.

Hökumət adından bu müqavilələrin bağlanmasını Dövlət Şəhərsalma və Arxitektura Komitəsi öz tabeliyindəki quruma – Ərazi Tikinti-Planlaşdırma Mərkəzinə həvalə edib. Qurum Şuşa rayonunun Daşaltı kənd yaşayış məntəqəsinin salınmasının şəhərsalma əsaslandırılması işlərini "Feniks-AA” MMC-yə təqdim edib.

İkinci Qarabağ müharibəsinədək bu kənddə ermənilər yaşayırdı. Kənd hərbi əməliyyatların episentrində olub və bu səbəbdən bir çox tikili ziyan çəkib. Layihənin sentyabr ayının sonunadək hazırlanması üçün şirkətə 250 min manat ödənilib.

Aydın Aydınlı "Feniks-AA” şirkətinin direktorudur. 27 yaşlı şirkət rəhbəri Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədr müavini İlqar İsbatovun oğludur.

"Dövlət satınalmaları haqqında" qanunun 13.2.1-ci maddəsində qeyd olunub ki, satınalma prosedurlarında iştirak edən iddiaçının nümayəndəsi və ya vəzifəli şəxsi ilə birbaşa qohumluğu, təsisçilik və asılılıq münasibətləri olan şəxslər satınalan təşkilatın təmsilçisi, məsləhətçisi və satınalmalarla əlaqədar digər vəzifələrin icraçısı ola bilməzlər. Bu, dövlət satınalmalarında maraqların ziddiyyəti sayılır.

"Feniks-AA” şirkəti 2001-ci ildən bəri tikinti və layihə şirkəti kimi çalışır.

İlqar İsbatov 2008-ci ilədək, yəni - Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Bakı Dövlət Layihə İnstitutunun direktoru vəzifəsinə təyin olunanadək bu şirkətə rəhbərlik edib.

Şirkətin direktoru vəzifəsini bir müddət Valeh Eyvazov tutub. O, Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin 2021-ci ildə formalaşdırılan 11 nəfərdən ibarət İctimai Şurasının üzvüdür. Lakin memar kimi deyil, "Demokratiyanın İnkişafı Problemləri Mərkəzi” İctimai Birliyinin təmsilçisi kimi bu şurada təmsil olunub.

Məlum olur ki, layihələndirmə işləri üzrə bağlanan müqavilələrin 3-ü şura üzvlərindən daha birinə aidiyyatı olan şirkətə qismət olub.

Toğrul Bayramov Komitənin İctimai Şurasının üzvüdür. Memardır. Keçən ilin iyun ayanda qeydiyyatda keçən "Bureau Mühit” MMC-nin direktorudur. Amma 2021-ci ilin sentyabrında Şuraya bu qiyafədə deyil, "Ulduz İnformasiya Kommunikasiya Texnologiyaları Sahəsində Maarifləndirmə” İB-nin nümayəndəsi kimi seçilib.

Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin işğaldan azad olunmuş ərazilərdə bir neçə yaşayış məntəqəsinin memarlıq simasının və obrazının müəyyən edilməsi məqsədilə 2021-ci ilin iyul-avqust aylarında təşkil etdiyi memarlıq müsabiqəsi "Qədim Qarabağın yenilənən siması” adlanırdı.

Yenicə yaradılan "Bureau Mühit” şirkətinin memarlar komandası müsabiqəyə çıxarılmış altı kənddən dördü üçün təkliflər təqdim edib. Bunlar: Laçının Şəlvə kəndi, Cəbrayılın Xudafərin qəsəbəsi, Kəlbəcərin Zar kəndi və Füzulinin Horadiz kəndi idi. Münsiflər heyəti bu layihələri mükafat fondu 5 min və 3 min manat olan 1-ci və 2-ci yerlərə layiq görüb. Bir neçə ay sonra, 2022-ci ilin aprel ayında isə bu yaşayış məntəqələrindən 3-nün – Şəlvə, Zar və Xudafərin kəndlərinin şəhərsalma əsaslandırılmasının hazırlanması üçün "Bureau Mühit” şirkətinə 848 min manat ödənilib.

Kəndlərin lahiyələndirilməsinə qeyri-şəffaf yolla cəlb edilən şirkətlərdən biri də "Qala Group” MMC-dir.

"Qala Group” şirkəti öz internet səhifəsində dövlətin satınalma portalına istinadən bildirir ki, o, "yaşayış məntəqələrinin salınmasının şəhərsalma əsaslandırılması ilə bağlı elan etdiyi 13 açıq tenderə yekun vurub və "Qala Group” şirkəti bu tenderlərdən 4-nü qazanıb”. Hərçənd elə həmin portaldaca yazılır ki, bu satınalmaların əsasını təşkil edən satınalma müsabiqəsi (elanı) Dövlət Satınalmalarının Vahid Elektron Portalında yerləşdirilməyib.

Şirkət Laçın rayonunun Güləbird, Zəngilanın Cahangirbəyli, Məmmədbəyli və Cəbrayıl rayonunun Horovlu kənd-qəsəbələrinin şəhərsalma əsaslandırılmasının hazırlanması üçün 1 352 369 manat vəsait alıb.

"Qala Group” şirkətinin sahibi Orxan Mustafayev işadamıdır. Birləşmiş Ərəb Əmirliklərində qurduğu "İdeal Consept Holding” şirkətlər qrupuna "Qala Group”la yanaşı, "Sabah Residence” tikinti şirkəti də daxildir.

Qarabağda görüləcək işlərə cəlb olunan digər yerli şirkət "BİMD” QSC-dir. Şirkət "Overall Management Group” şirkətlər qrupuna daxildir. Qrupun təsisçisi Orxan Məstanovdur. Qrupa daxil olan "CONCO” QSC müharibədə Gəncə şəhərinə atılan raket zərbələri nəticəsində dağıdılan binaların bərpası üçün Ərazi Tikinti-Planlaşdırma Mərkəzindən və Dövlət Tikinti və Arxitektura Komitəsindən ümumi dəyəri 11 098 913 manat olan 4 müqavilə alıb. Bu müqavilələr də tender qanunvericiliyinə əməl etmədən, birbaşa bağlanılıb.

"BİMD” QSC Füzulinin Pirəhmədli və Dədələr, Kəlbəcərin Zarlar və Yanşaq kəndlərinin şəhərsalma əsaslandırılmasının hazırlanması üçün dövlət büdcəsindən 1 530 000 manat alıb.

Qarabağda layihələndirmə işlərinə cəlb olunan şirkətlərdən biri də Türkiyənin "Rem Mimarlik Dekorasyon Restorasyon Proje Ve Taahhut Hizmetleri Ltd.” şirkətidir. O yerli şirkətlərdən daha çox iri məbləğdə müqavilələr almağa nail olub. Türkiyə şirkəti Xocavənd rayonunun Hadrut qəsəbəsinin və ətraf kəndlərin bərpa və yenidənqurulmasının şəhərsalma əsaslandırılmasının hazırlanması üçün Ərazi Tikinti-Planlaşdırma Mərkəzindən 2 242 000 manat, Tuğ və ətraf kəndləri ilə bağlı eyni işin icrasına görə 2 124 000 manat vəsait alıb. İşlərin icrası üçün ayrılan müddət sentyabr ayında tamamlanır.

Qarabağda aparılan işlərin tender qanunvericiliyinə əməl olunması səviyyəsi barədə prezident İlham Əliyev də çıxışında münasibət bildirib:

"Biz hər şeyi planlı şəkildə edirik. Əlbəttə ki, tələsirik, amma, eyni zamanda, tələskənliyə yol vermirik. Bütün tender prosedurları keçməlidir, şəffaflıq tam təmin edilməlidir, orada heç bir inhisarçılıq olmamalıdır. Açıq tender prosedurları təmin edilir və ediləcək. İctimaiyyətə müntəzəm olaraq məlumat verilməlidir və veriləcək”.

İqtisadçı-ekspert Rəşad Həsənov deyir ki, dövlət satınalmaları ilə bağlı qanunların icrasına nəzarət edilmir deyə problemlər yaranır: "Azərbaycanda ən geniş yayılmış qanun pozuntusu ondan ibarətdir ki, bilərəkdən layihələrin icra müddətinin başlanma tarixi gecikdirilir və son anda vaxt məhdudiyyəti adı altında həmin layihələr birbaşa satınalma yolu ilə heç bir rəqabət, şirkətin özünün maddi-texniki bazasının, təcrübəsinin qiymətləndirilməsi aparılmadan öz benefisiarlarına layihələrin ötürülməsi prosesi baş verir”.

İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin Dövlət satınalmalarına nəzarət şöbəsinin müdiri Əhməd Həsənov AbzasMedia-ya deyib ki, işğaldan azad olunmuş ərazilərdə yaşayış məntəqələrinin layihələndirilməsi üzrə işlərin tender yolu ilə deyil, birbaşa müqavilə əsasında satın alınmasına prosesin yubanacağı əsas götürülməklə icazə verilib. Onun sözlərinə görə, Ərazi Tikinti-Planlaşdırma Mərkəzi dövlət satınalmalarına nəzarət edən quruma bir mənbədən satınalma üçün deyil, artıq imzalanmış ikitərəfli müqavilələrə razılıq üçün müraciət edib.

Ərazi Tikinti-Planlaşdırma Mərkəzi layihələri hazırlayan şirkətlərin seçimi üçün müsabiqələrin keçirilməməsi, "bir mənbədən” üsulu tətbiq etməklə bağlanan müqavilələrin qiymətinin müəyyən olunması, eləcə də şirkətlərin seçim meyarları, bağlanan müqavilələrdə maraqlar toqquşmasına dair informasiya sorğusuna cavab verməyib.

İşğaldan azad olunmuş ərazilərdə şəhərsalma sənədlərinin hazırlanmasının planlaşdırılması, razılaşdırılması prosesində Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin iştirakı barədə informasiya sorğusu da cavabsız qalıb.

"BİMD” QSC və "Feniks-AA” MMC-nin rəhbərliyi layihələndirmə işləri üzrə bağlanmış müqavilələrin şübhəli məqamlarına dair informasiya sorğusuna cavab verməyib. "Qala Group” şirkətinin rəhbərliyi isə bu sorğudakı sualları sifarişçi təşkilata ünvanlamağı məsləhət görərək, cavabdan yayınıb.

Qarabağ iqtisadi rayonuna daxil olan işğaldan azad edilmiş ərazilərdə (Şuşa rayonu istisna olmaqla) Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Emin Hüseynov bildirib ki, Qarabağ iqtisadi rayonunda 2040-cı ilə qədərki üç mərhələdən ibarət olan bərpa planının ilk mərhələsinin 2026-cı ildə yekunlaşdırılması nəzərdə tutulub. Birinci mərhələyə Ağdam, Füzuli şəhər mərkəzlərinin, Hadrut, Suqovuşan qəsəbələrinin və 32 kəndin bərpa prosesi daxildir.

Qarabağın sakinləri yurdlarına qayıtmağa başlasalar da, bu bərpa və şəhərsalmanın hansı şərtlərlə, necə aparıldığından xəbərsiz saxlanılırlar.

Araşdırma: AbzasMedia









 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Nazirlikdən Samuxa getdi: O DA BELƏ... - Dövlətin puluna XOR BAXANLAR...
Bu gün, 14:27
“Əminəm ki, artıq Ankarada bu zərbənin hansı tərəfdən gəldiyini daha dəqiq bilirlər...” - Ərəstun Oruclu ŞƏRH EDİR
Bu gün, 14:23
Aİ-nin COP29 öncəsi anti-Azərbaycan isterikası - ZİBİLƏ DÜŞMÜŞÜK...
Bu gün, 14:08
`Bahar` Enerji Əməliyyat Şirkətində MAAŞLAR KƏSİLİR... - GİLEY
Bu gün, 14:06
Qida təhlükəsizliyini təmin edə bilməyən qurum, lağlağı ilə laqeyd qalan vətəndaş... - "1 almanın 2 yarısı"
Bu gün, 14:02
Azərbaycan yarımçıq sülh sazişini imzalamayacaq - Başqa cür ola da bilməz...
Bu gün, 14:00
“Kontakt Home”un müəllif hüquqlarını pozduğu iddia olunur – Məhkəməyə verilib
Bu gün, 13:56
İrəvandan sülh açıqlaması: - “Yaxşı şeylər olur, tezliklə...”
Bu gün, 13:50
“Bunlar nə yeyir, nə içir, görəsən?!”
Bu gün, 13:44
"Əminəm ki, bu terror aktını törədənlər... tezliklə türk əsgəri tərəfindən cəzalarını alacaqlar"
Bu gün, 13:38
Ermənilər Hindistan vətəndaşlarından bezdilər
Bu gün, 13:31
İran Azərbaycandan xahiş etdi - “Nasr News”
Bu gün, 13:24
"Məni ən çox əsəbləşdirən budur ki, COP29 keçirilir, amma sosial şəbəkə istifadəçiləri məzələnirlər..." - Aqil Abbas
Bu gün, 13:15
Astana sanksiyalardan yan keçməyin əleyhinədir
Bu gün, 13:05
Ermənilər İslamı qəbul edib, muğam dinləyirlər – Şahnazaryan
Bu gün, 13:03
“Azərbaycan Dəmir Yolları”nın 2 şirkəti birləşir
Bu gün, 13:01
Su polisləri qeyri-ənənəvi üsulla qanunsuz ov edənləri saxlayıb - VİDEO
Bu gün, 12:58
Sumqayıtda qaz sızmasından partlayış olub, xəsarət alanlar var - TƏFƏRRÜAT
Bu gün, 12:57
Bakıda günorta vaxtı maskalı şəxs məktəblini oğurlamaq istədi - FOTO
Bu gün, 12:54
Səfsəfələrinizi zəhmət olsa da sosial şəbəkələrə qusmayın! - ÇAĞIRIŞ
Bu gün, 12:49
Ağdaşın İcra Hakimiyyəti 602 min manatlıq tenderi niyə “Simmetriya” MMC-yə verdi - BU NƏDİ BELƏ?..
Bu gün, 12:43
Dolu düşəcəyi ehtimalı var - belə deyirlər...
Bu gün, 12:31
“EuroHome”-nin sahibi kompensasiya verməmək üçün hansı yola əl atıb? - İLGİNC FAKTLAR...
Bu gün, 12:26
Dövlət Xidməti Şəki İcra Hakimiyyətinə “stop” qoydu - SƏBƏB
Bu gün, 12:22
Ankarada terror törədənləri Rusiyaya NƏ BAĞLAYIR? - FOTO
Bu gün, 12:16
ABŞ-dan mesaj: Ermənistan müttəfiqini satdı - “Past”
Bu gün, 12:14
Türkiyə şirkətlər qrupu Azərbaycanda zavodu satın aldı - DETALLAR
Bu gün, 12:11
“Atama bu haqsızlığı edən insan həyatda xeyir tapmadı”
Bu gün, 12:08
Məşhur aktyor və arvadının qətli ilə bağlı yeni TƏFƏRRÜATLAR - "Evə yalnız şagirdlər girib-çıxırdı"
Bu gün, 12:05
"Dövlət əmlakı dağıdılıb, həqiqi alimlər dalana dirənib..." - FAKT BUDUR!
Bu gün, 12:00
Bakı demarkasiyaya dair reqlamenti nə zaman ratifikasiya edəcək - AKTUAL
Bu gün, 11:51
Röyal Axundov Bakı həbsxanasında ÖLDÜ
Bu gün, 11:50
"Bu nə fırıldaqdır?" - ETİRAZ
Bu gün, 11:48
SAĞ OLDUQLARINA ŞÜKÜR ETSİNLƏR... - Cəzalarını çəkəcəklər
Bu gün, 11:42
ASTF rəsmilərinə Avropa Stolüstü Tennis Birliyində vəzifə verilib - FOTO
Bu gün, 11:39
“Bioloji müxtəlifliyin mühafizəsi: - Botanika, Ekologiya və Yaşıl Şəhərlər” adlı forum keçirilir
Bu gün, 11:36
Plagiatçıların növbəti saxtakarlığı: ermənilərin gözü türk sazına dikilib... - ZİBİLƏ DÜŞMÜŞÜK...
Bu gün, 11:24
NATO-nun bir neçə ölkəsi Ukraynanın alyansa üzvlüyünə qarşıdır - TASS
Bu gün, 11:22
BRİKS ölkələrinin liderləri hələlik yeni üzvləri qəbul etməmək qərarına gəliblər - AÇIQLAMA
Bu gün, 11:22
"Atam komada deyil, səhv məlumat verilir" - Təhminə Mustafayeva
Bu gün, 11:14
Azərbaycana sülh məktubu, Ermənistana silah GÖNDƏRİLİR... - ABŞ-ın növbəti İKİÜZLÜLÜYÜ
Bu gün, 11:09
“Elza Seyidcahana iradımız yoxdur, onu sevirlər, ittifaqa üzv olanda soruşdular ki...” - Firəngiz Əlizadə
Bu gün, 11:06
Ankara şəhidləri ilə bağlı sarsıdıcı detallar - FOTO
Bu gün, 10:56
Ermənistanda qorxu, təlaş və ümidsizlik: - son sorğunun nəticələri nə göstərir?
Bu gün, 10:47
EVLƏR YIXAN “Melissa Group”: Siftələri deyil... - ÖZBAŞINALIĞIN QISA XRONOLOGİYASI...
Bu gün, 10:42
Ana dilimizə YERSİZ ATALIQ QAYĞISI... - AXI NİYƏ?..
Bu gün, 10:24
Pezeşkian Kazanda Paşinyanla görüşüb
Bu gün, 10:17
`Azəriqaz`da AYRISEÇKİLİK... - Bəzi işçilər ezamiyyətə buraxılmır...
Bu gün, 10:16
İrəvanın SÜLH PƏRDƏSİ - NƏ İŞLƏR ÇEVRİLİR?
Bu gün, 10:08
Ermənistan tələsir, Azərbaycan səbirlə davranır - GƏLİŞMƏ
Bu gün, 09:53
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru