“Spero Hospital“da qalmaqal .....                     Zəngilan şəhərinə ilk köç başlayır: 600 min manatlıq tender .....                     Qərbin ən iyrənc ssenariləri: Cəsus şəbəkələrinin iştirakı ilə çızılır .....                     Bakı onu seçdi: İki mühüm coğrafiyaya “qapı” açılır .....                     "O pulu sizə halal etmirəm" .....                     Həmidə Ömərovadan qalmaqallı xəbərə münasibət .....                     “İran rəsmilərinin Azərbaycan əleyhinə bəyanatları...” .....                     Azərbaycan NATO ilə imzaladığı əməkdaşlıq məsələlərinə ciddi yanaşır .....                     Bakını hədəfə aldı, özü “vuruldu”: 4 səhvə görə prezidentliyi itirəcək .....                     Rüfət Səfərovun həbsinə nə səbəb olub? .....                     "Oğlumun qanını yerdə qoymayacağam" .....                     Ermənistanın avantürist çıxışları: İrəliləyişlərin səbəbi... .....                     Suriyadakı proses Ukraynada da təkrarlana bilər .....                     Məmurlar sosial şəbəkələrdən necə istifadə edirlər? .....                     ABŞ-nin Azərbaycana təcrid siyasəti: OCCPR təşkilatının bağlı olduğu yer USAİD-dir .....                     "Ya oxumağını et, ya da kinoya çəkil..." .....                     “Vətəndaş A”nın dron söhbəti yalan çıxdı .....                     Rüfət Səfərova HÖKM OXUNDU .....                     Avropa Ukraynanı fəda etmək niyyətində deyil: .....                     310 min manatlıq torpaq maxinasiyası... .....                     Turan ideyasına qarşı yaradılan “gizli əl” .....                     Generalın şikayəti təmin edilmədi .....                     Ermənistan hakimiyyətinə Azərbaycanla müharibə lazım deyil .....                     Məşhurların adından istifadə edib jurnalist xanımı aldatdılar .....                     Bayden Administrasiyasının uğursuz planı: Niyə Səfərov? .....                     Rüfət Səfərova əlavə ittiham verildi: Məhkəmə gedir .....                     Əsas hədəf yeni “Minsk Qrupu planı”nı işə salmaqdır .....                     Ədliyyə naziri onu rəis TƏYİN ETDİ .....                     “Ağadadaşı tutdular, 3-5 il verdilər, nə dəyişəcək?” .....                     "Kənd yumurtası" bahalaşır, sənaye üsulu ilə istehsal olunanlar isə… .....                     Bu rəhbər şəxslərə şiddətli töhmət verildi .....                     "Azpulmat" və "Manato" qaydaya əməl etmir... .....                     Xalq artisti Sevinc Heydərovadan 30 min manat tələb edib? .....                     Rütte Kiyevi hələ səbrli olmağa çağırıb .....                     “Vurulan” məmur və deputatların “sirli” vəzifəsi .....                     Messi və komanda yoldaşları Bakıya gəlir .....                     Qanunlar pozulur... aidiyyatı qurumlar görərsə... .....                     Arabir yağış yağacağı gözlənilir .....                     Gəncə Dövlət Regional Kollecinin direktoru vəzifəsindən azad edilib .....                     "Mediasiya xərclərini ödəmək üçün kifayət qədər vəsaiti olmayan..." .....                 

“Əminəm ki, artıq Ankarada bu zərbənin hansı tərəfdən gəldiyini daha dəqiq bilirlər...” - Ərəstun Oruclu ŞƏRH EDİR
Tarix: 24-10-2024, 14:23 | Çap et
“Əminəm ki, artıq Ankarada bu zərbənin hansı tərəfdən gəldiyini daha dəqiq bilirlər...”
“Türkiyədə dünən törədilmiş terror aktı bir neçə əlaməti ilə göstərir ki, bu, konkret mesajları olan terror aktıdır və siyasi aksiyadır. Terror həmişə siyasi xarakterli aksiya olub. Və bu mənada sözügedən teraktın ünvanı da açıq-aydın göstərilib. Bu, Türkiyə hərbi sənayesinin ürəyi sayılacaq bir sahəyə yönəlik bir terror aktıdır. Hər kəs başa düşürdü ki, belə bir terror aktı ilə Türkiyənin hərbi sənayesinə zərbə vurmaq və yaxud onu geriyə atmaq qeyri-mümkündür. Yəni bu sadəcə bir mesaj idi”.

Bu fikirləri Moderator.az-a açıqlamasında bir qrup terrorçunun Ankaradakı "TUSAŞ" hərbi sənaye müəssisəsində törətdiyi terror aktının mümkün səbəbvə məqsədləri haqda ehtimallarını dilə gətirən siyasi təhlükəsizlik məsələləri üzrə ekspert Ərəstun Oruclu ifadə edib.

“Bəs kimlər idi bu teraktda iştirak edən? Türkiyə tərəf “PKK”-nı ittiham edir. Və bilirsiz ki, elə dünən Türkiyə ordusu dayanmadan şimali İraqda və Suriyada həmin qruplaşmaya qarşı əməliyyatlara başladı...

Amma bu terror aktının məhz indi törədilməsinin bir neçə səbəbi ola bilər. Çünki bu ərəfədə Türkiyədə bir çox hadisələr oldu. İlk baxışda o qədər də diqqət çəkməyən hadisələr... Onlardan biri əsasən daha çox diqqət çəkdi. Bu, Abdulla Öcalanla bağlı atılması nəzərdə tutulan addımlar haqda deyilənlərdir. Və belə görünürdü ki, Ərdoğan hökuməti hansısa bir şəkildə növbəti dəfə kürd açılımı əldə etmək istəyir. Siyasi mesaj bu məsələ ilə bağlı idi”, -davamında bunları söyləyən analitik bəhs edilən terror aktı ərəfəsində baş vermiş digər hadisələri də xatırladıb:

“İkincisi, elə həmin ərəfədə son 2-3 gündə baş vermiş digər olaylar da diqqət çəkir. Biz bilirik ki, Türkiyənin birbaşa Ərdoğanın ailəsinə bağlı hərbi sənayə şirkəti olan “Bayraktar” şirkəti ilə Ukrayna arasında hərbi əməkdaşlıqla bağlı müqavilə imzalandı. Digər tərəfdən isə, Prezident Rəcəb Tayyib Ərdoğan ikili təyinatlı, yəni həm mülki, həm də hərbi sahələrdə istifadə oluna biləcək malların Rusiyaya ixracıyla, ötürülməsiylə bağlı məhdudiyyətlər təqdim edən bir sərəncam imzaladı. Eyni zamanda həmin gün Ərdoğan Kazanda keçirilən “BRİKS” sammitində iştirak üçün Rusiyaya yola düşmüşdü. Beləliklə, biz bəhs olunan terror aktı ərəfəsində bir neçə hadisənin paralel olaraq cərəyan etdiyinin şahidi oluruq. Və bu qarışıq situasiyada terrorun sifarişçilərinin kim olduğunu söyləmək olduqca çətindir. Amma görünən odur ki, bu terakt Türkiyənin öz xarici siyasətində bir dönüş yaratmaq cəhdi ilə də bağlı ola bilər. Xüsusən son zamanlarda bunun belə əlamətləri də sezilirdi ki, Türkiyə artıq Rusiya ilə əvvəlki münasibətlərdə deyil. Və bu da gözlənilən idi. Digər tərəfdən isə onu da bilmək gərəkdir ki, Türkiyənin hərbi sənayesinin inkişafının qarşısını almaqda maraqlı olan yalnız Rusiya deyil, başqa belə dövlətlər də var. Ona görə də Ankaradakı bu son terrror aktının konkret hansı tərəfdən stimullaşdırıldığı, hansı tərəfdən sifariş olunduğu aydın deyil”.

“Hər bir halda Türkiyəyə müəyyən mesajlar verildi. Və təəssüf ki, insanlar həlak oldu. Lakin eyni zamanda, dediyim kimi, əminəm ki, artıq Ankarada bu zərbənin hansı tərəfdən gəldiyini bilirlər. Biz bildiyimizdən daha dəqiq bilirlər. Biz ehtimallarmıza söykənib fikir söyləyirik, amma orada, yəqin ki, daha dəqiq bilirlər. Və istənilən variantda Türkiyə ətrafında ciddi gərginlik olduğu açıq-aydın göründü. Bu, dediyim kimi, Türkiyənin xarici siyasətinə bəzi redaktələr etməsi ilə də bağlı ola bilər, onun hərbi sənayesinin son vaxtlar önə çıxmasıyla da bağlı ola bilər. Bunun Türkiyənin daxilində sabitlik yaratmaq məqsədi ilə, - hər halda belə deyilir, - növbəti dəfə kürd açılımına getmək istəyi ilə də əlaqəli olması mümkündür. Ona görə də hələlik zərbənin hansı tərəfdən gəldiyini və nəyə yönəldiyini söyləmək çətindir. Amma belə görünür ki, bu, Türkiyə üçün çox çətin bir mərhələnin hələ yalnız başlanğıcıdır. Təəssüf ki...”- deyə ekspert yekunlaşdırıb.









 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
“Spero Hospital“da qalmaqal – Baş mühasib dava saldı
4-12-2024, 21:52
Zəngilan şəhərinə ilk köç başlayır: 600 min manatlıq tender - DETALLAR
4-12-2024, 21:42
Qərbin ən iyrənc ssenariləri: Cəsus şəbəkələrinin iştirakı ilə çızılır - AKTUAL
4-12-2024, 21:38
Bakı onu seçdi: İki mühüm coğrafiyaya “qapı” açılır – Qarabağ detalı
4-12-2024, 21:34
"O pulu sizə halal etmirəm" - Əməkdar artist
4-12-2024, 21:10
Həmidə Ömərovadan qalmaqallı xəbərə münasibət - "Mənim adımı niyə verirlər?"
4-12-2024, 21:08
“İran rəsmilərinin Azərbaycan əleyhinə bəyanatları...” - ŞƏRH
4-12-2024, 21:03
Azərbaycan NATO ilə imzaladığı əməkdaşlıq məsələlərinə ciddi yanaşır - RƏY
4-12-2024, 20:39
Bakını hədəfə aldı, özü “vuruldu”: 4 səhvə görə prezidentliyi itirəcək - GƏLİŞMƏ
4-12-2024, 20:36
Rüfət Səfərovun həbsinə nə səbəb olub? - TƏFƏRRÜAT
4-12-2024, 20:31
"Oğlumun qanını yerdə qoymayacağam" - Qətlə yetirilən şəxsin anası
4-12-2024, 20:04
Ermənistanın avantürist çıxışları: İrəliləyişlərin səbəbi... - Bakının konstruktiv yanaşmasıdır
4-12-2024, 20:02
Suriyadakı proses Ukraynada da təkrarlana bilər - Sərdar Cəlaloğlunun TƏHLİLİ
4-12-2024, 19:55
Məmurlar sosial şəbəkələrdən necə istifadə edirlər? – “Bu, onların vəzifə öhdəliyidir”
4-12-2024, 19:53
ABŞ-nin Azərbaycana təcrid siyasəti: OCCPR təşkilatının bağlı olduğu yer USAİD-dir - NƏ BAŞ VERİR?
4-12-2024, 19:30
"Ya oxumağını et, ya da kinoya çəkil..."
4-12-2024, 19:26
“Vətəndaş A”nın dron söhbəti yalan çıxdı - AÇIQLAMA
4-12-2024, 19:23
Rüfət Səfərova HÖKM OXUNDU - 4 aylıq HƏBS və...
4-12-2024, 19:20
Avropa Ukraynanı fəda etmək niyyətində deyil: - həm pul, həm silah, həm də sığınacaq
4-12-2024, 19:15
310 min manatlıq torpaq maxinasiyası... - Keçmiş sədr Ali Məhkəməyə müraciət etdi
4-12-2024, 19:09
Turan ideyasına qarşı yaradılan “gizli əl” - Yeni münaqişə başlaya bilər
4-12-2024, 19:04
Generalın şikayəti təmin edilmədi - QƏRAR
4-12-2024, 19:01
Ermənistan hakimiyyətinə Azərbaycanla müharibə lazım deyil - Paşinyan belə deyir...
4-12-2024, 18:59
Məşhurların adından istifadə edib jurnalist xanımı aldatdılar - ARAŞDIRMA
4-12-2024, 18:56
Bayden Administrasiyasının uğursuz planı: Niyə Səfərov? - Asif Nərimanlı yazır...
4-12-2024, 18:53
Rüfət Səfərova əlavə ittiham verildi: Məhkəmə gedir - TƏFƏRRÜAT
4-12-2024, 18:49
Əsas hədəf yeni “Minsk Qrupu planı”nı işə salmaqdır - Qərb Ermənistanın fəlakətində maraqlıdır
4-12-2024, 18:47
Ədliyyə naziri onu rəis TƏYİN ETDİ - ƏMR
4-12-2024, 14:51
“Ağadadaşı tutdular, 3-5 il verdilər, nə dəyişəcək?” - Şeyxdən xalq artistinin baltalı hücumunu yatıracaq sözlər
4-12-2024, 14:49
"Kənd yumurtası" bahalaşır, sənaye üsulu ilə istehsal olunanlar isə… - BELƏ DAVAM EDƏRSƏ...
4-12-2024, 13:53
Bu rəhbər şəxslərə şiddətli töhmət verildi - ADLAR
4-12-2024, 13:41
"Azpulmat" və "Manato" qaydaya əməl etmir... - Faizlər hələ də yüksəkdir
4-12-2024, 13:20
Xalq artisti Sevinc Heydərovadan 30 min manat tələb edib? - AÇIQLAMA
4-12-2024, 13:16
Rütte Kiyevi hələ səbrli olmağa çağırıb
4-12-2024, 13:07
“Vurulan” məmur və deputatların “sirli” vəzifəsi – Nazirliklərdə “ələkçinin qıl verəni” ştatı
4-12-2024, 13:04
Messi və komanda yoldaşları Bakıya gəlir - GÖRÜŞƏ BİLMƏK ÜÇÜN...
4-12-2024, 13:01
Qanunlar pozulur... aidiyyatı qurumlar görərsə... - BU DA FAKT!
4-12-2024, 12:59
Arabir yağış yağacağı gözlənilir - belə deyirlər...
4-12-2024, 12:57
Gəncə Dövlət Regional Kollecinin direktoru vəzifəsindən azad edilib - ƏMR
4-12-2024, 12:52
"Mediasiya xərclərini ödəmək üçün kifayət qədər vəsaiti olmayan..." - Ekspert danışır...
4-12-2024, 12:48
Azərbaycanda vəzifəli şəxs intihar etdi - TƏFƏRRÜAT
4-12-2024, 12:44
8 min erməni mühasirəyə düşdü: deyirlər, türklərin… - Mesropyan
4-12-2024, 12:38
Tramp qubernatoru Pentaqonun rəhbəri vəzifəsinə təyin edə bilər
4-12-2024, 12:34
Röyal Sarıməmmədova verilən vaxt daralır - İLGİNC FAKTLAR
4-12-2024, 12:28
Qərbi Azərbaycana axır ki, türk vali təyin olundu - AÇIQLAMA
4-12-2024, 12:19
“Kristal Bakı İnşaat” təşkilati-hüquqi formasını dəyişir
4-12-2024, 12:16
Bazarda satılan məhsullar BAHALAŞACAQ – Yeni qərar qüvvəyə minir
4-12-2024, 11:58
Həbs edilən bələdiyyə sədri saxta sənədlər düzəldərək rüşvət alırmış - TƏFƏRRÜAT
4-12-2024, 11:56
Milli Məclisin iclası niyə LƏĞV OLUNDU? - ehtiyac qalmayıb
4-12-2024, 11:54
Şəbnəm QADAĞA QOYDU: - “Həddini bildirirəm”
4-12-2024, 11:49
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru