İran Azərbaycandan xahiş etdi .....                     "Məni ən çox əsəbləşdirən budur ki, COP29 keçirilir, amma sosial şəbəkə istifadəçiləri məzələnirlər..." .....                     Astana sanksiyalardan yan keçməyin əleyhinədir .....                     Ermənilər İslamı qəbul edib, muğam dinləyirlər .....                     “Azərbaycan Dəmir Yolları”nın 2 şirkəti birləşir .....                     Su polisləri qeyri-ənənəvi üsulla qanunsuz ov edənləri saxlayıb .....                     Sumqayıtda qaz sızmasından partlayış olub, xəsarət alanlar var .....                     Bakıda günorta vaxtı maskalı şəxs məktəblini oğurlamaq istədi .....                     Səfsəfələrinizi zəhmət olsa da sosial şəbəkələrə qusmayın! .....                     Ağdaşın İcra Hakimiyyəti 602 min manatlıq tenderi niyə “Simmetriya” MMC-yə verdi .....                     Dolu düşəcəyi ehtimalı var .....                     “EuroHome”-nin sahibi kompensasiya verməmək üçün hansı yola əl atıb? .....                     Dövlət Xidməti Şəki İcra Hakimiyyətinə “stop” qoydu .....                     Ankarada terror törədənləri Rusiyaya NƏ BAĞLAYIR? .....                     ABŞ-dan mesaj: Ermənistan müttəfiqini satdı .....                     Türkiyə şirkətlər qrupu Azərbaycanda zavodu satın aldı .....                     “Atama bu haqsızlığı edən insan həyatda xeyir tapmadı” .....                     Məşhur aktyor və arvadının qətli ilə bağlı yeni TƏFƏRRÜATLAR .....                     "Dövlət əmlakı dağıdılıb, həqiqi alimlər dalana dirənib..." .....                     Bakı demarkasiyaya dair reqlamenti nə zaman ratifikasiya edəcək .....                     Röyal Axundov Bakı həbsxanasında .....                     "Bu nə fırıldaqdır?" .....                     SAĞ OLDUQLARINA ŞÜKÜR ETSİNLƏR... .....                     ASTF rəsmilərinə Avropa Stolüstü Tennis Birliyində vəzifə verilib .....                     “Bioloji müxtəlifliyin mühafizəsi: .....                     Plagiatçıların növbəti saxtakarlığı: ermənilərin gözü türk sazına dikilib... .....                     NATO-nun bir neçə ölkəsi Ukraynanın alyansa üzvlüyünə qarşıdır .....                     BRİKS ölkələrinin liderləri hələlik yeni üzvləri qəbul etməmək qərarına gəliblər .....                     "Atam komada deyil, səhv məlumat verilir" .....                     Azərbaycana sülh məktubu, Ermənistana silah GÖNDƏRİLİR... .....                     “Elza Seyidcahana iradımız yoxdur, onu sevirlər, ittifaqa üzv olanda soruşdular ki...” .....                     Ankara şəhidləri ilə bağlı sarsıdıcı detallar .....                     Ermənistanda qorxu, təlaş və ümidsizlik: .....                     EVLƏR YIXAN “Melissa Group”: Siftələri deyil... .....                     Ana dilimizə YERSİZ ATALIQ QAYĞISI... .....                     Pezeşkian Kazanda Paşinyanla görüşüb .....                     `Azəriqaz`da AYRISEÇKİLİK... .....                     İrəvanın SÜLH PƏRDƏSİ .....                     Ermənistan tələsir, Azərbaycan səbirlə davranır .....                     Əkilən ağac və kollar paytaxta xüsusi gözəllik verəcək .....                 

Zaur Mikayılovun ƏHMƏDZADƏ ÜSULU... - BUNUN BAŞQA ADI YOXDUR...
Tarix: 11-10-2022, 09:22 | Çap et
Zaur Mikayılovun ƏHMƏDZADƏ ÜSULU...
Əhməd Əhmədzadə “Meliorasiya və Su Təsərrüfatı” Açıq Səhmdar Cəmiyyətinin sədri vəzifəsindən alınandan sonra Azərbaycan insanının qəlbində hardasa bir ümid qığılcımı yarandı ki, o, daha yüksək vəzifə ilə şərəfləndirilsə də, hər halda ölkənin su təsərrüfatı əsarət buxovundan azad olar. Azərbaycan vətəndaşları, xüsusilə də suvarma suyunun istehlakçıları Əhməd Əhmədzadənin baş nazirin müşaviri vəzifəsinə təyin olunmasına, özünün, qohum-əqrəbasının məsuliyyətə cəlb olunmamasına, çapıb-taladıqları nəhəng haram kapitalın müsadirə olunmamasına ikiəlli razı idi, təki zəli kimi yapışdıqları, sümürdükləri sahədən əl çəksinlər.

Əhmədzadələrin sümürgənçiliklərinin isə həddi-hüdudu yoxdur. Bu barədə açıq internet resurslarında yetərincə informasiya vardır. Məsələn, yayaılan xəbərlərə görə, Əhməd Əhmədzadənin oğlu Cümə Əhmədzadənin Azərbaycanda, Türkiyədə və İngiltərədə bahalı mülkləri, otelləri, Londonda aktivləri 6 milyon funt-sterlinqi, Çexiyada 5 milyon dolları aşan şirkətləri var. Əhməd Əhmədzadənin qızı Vüsalə Əhmədzadə ölkə xaricində — Türkiyədə böyük biznesə, şirkətlərə, mülklərə,otellərə, istirahət mərkəzlərinə sahibdir.

Təbii ki, Əhmədzadələr kimi, sabiq sədrin komandasının üzvləri – müavin və köməkçiləri də ölçüyəgəlməz var-dövlətə, mülk-səltənətə yiyələniblər. Amma həmin şəxslər vəzifədə qalmaqda, korrupsiya əməlləri törətməkdə, xalqın, dövlətin malını acgözlüklə qəsb etməkdə davam edirlər.

İndi isə keçək, Əhməd Əhmədzadənin himayə etdiyi komandasının digər “parlaq” üzvlərinə. Onlar haqqında zaman-zaman biz də yazmışıq. Həmin məqalələrimizdən bəzi sitatların altını cızırıq. Məsələn: Dəryaz qəzetinin redaksiyası olaraq “Bir qədər əvvəl ASC sədrinin müavini Rafiq Aslanovun Londonda yaşayan oğluna əmlak şirkətləri tərəfindən hazırda 438 min funt sterlinq (1 milyon manata yaxın) dəyərində qiymətləndirilən mənzil aldığı barədə xəbər yayıldı. Efirdəki çıxışlarında suvarma suyunun az qala yarısının itkiyə getdiyini bildirən Rafiq Aslanovun paytaxtda — Nəsib Bəy Yusifbəyli küçəsi — 100 ünvanda yüksəkmərtəbəli yeni binasının dəyərinin bir neçə milyon manat, Qubanın Qəçrəş kəndindəki böyük istirahət mərkəzinin dəyərinin isə ölçüyəgəlməz olduğu deyilir.

Adamın Türkiyədə də otel biznesinin mövcudluğu barədə xəbərlər dolaşır. İndiyədək Rafiq Aslanovun oğlunun avtomobil kolleksiyası natamam siyahı ilə KİV-də sərgilənib. Belə ki, həmin avtomobillərin nömrə nişanlarındakı hərflər də ASLANOV soyadına uyğun (Asl) seçilib. Sədr müavininin oğlunun kolleksiyasında “Bentley”, “Range Rover”, “Mercedes” (S Class, C Class, E Class) markalılar da daxil olmaqla onlarla avtomobil var… Rafiq Aslanovun bacısı oğlu İlqar Əliyev Meliorasiya və Su Təsərrüfatı ASC — nin Texnoloji İstehsalat Komplektləşdirmə İdarəsinin rəisidir. Məlumatlarda bildirilir ki, dayısına güvənən bacıoğlu dövlət vəsaiti hesabına özünə təzə kabinet, 40 min manat dəyərində mebel, istirahət otağı, hətta işdə hamam düzəltdirib. Adam idarəyə öz şəxsi təsərrüfatı kimi baxır, kimi istəyir işdən qovur, kimi istəyir qapısında işlədir. O da qeyd olunur ki, İlqar Əliyev dəyəri 1 milyon olan qülləli kranı yararsız kimi sənədləşdirib və 150 min manata satıb. Respublikanın bütün rayonlarında fəaliyyət göstərən meliorasiya təşkilatlarına texniki təchizatın bölünməsini həyata keçirən Komplektləşdirmə İdarəsi üzrə hər ay avtokran və avtoyükləyicilərə silinən yanacağın böyük hissəsi təyinatı üzrə göndərilmir, mənimsənilir. Barəsində yazılmış və internet üzərindən açıq şəkildə ictimailəşdirilmiş bir şikayət ərizəsində bildirilir ki, rayon təşkilatlarının rəhbərləri İlqar Əliyevdən və dayısı Rafiq Aslanovdan qorxduqlarına görə səslərini çıxarmırlar… Rafiq Aslanovun himayəsi altında olan «Hidro-Kaskad» MMC (rəsmi təsisçisi Zakir İsmayıl oğlu Aslanov) üzərindən həyata keçirilən tender əməliyyatlarında qiymətlərin şişirdilməsi yolu ilə edilən maxinasiyalardan da cinayət təqibi orqanlarının müdaxiləsinə kifayət edəcək qədər yazılıb… Meliorasiya və Su Təsərrüfatı ASC-nin sədri, çox hörmətli cənab Zaur Mikayılovun birinci işi sələfi Əhməd Əhmədzadədən problem kimi miras qalan köhnə kadrları, o cümlədən 1984-cü ildən sistemdə destruktiv fəaliyyət göstərən Rafiq Aslanovu vəzifədən kənarlaşdırmaq olmalıydı. Amma olmadı. Və nə qədər ki, korrupsiyaya bulaşmış köühnə kadrlar iş başındadır, suyun yarısı “itkiyə” gedəcək, həmin vəzifəli şəxslərin xaricə daşıdıqları sərvətlərin dəyərini ifadə edən kəmiyyətlər də artacaq”.

Əhmədzadənin sadiq və “toxunulmaz” kadrlarından biri də hektarlarla torpağı dövlət rəhbərliyinin dirçəldilməsinə qərar verdiyi sahələrdən olan pambıqçılıq təsərrüfatı qurmaq adı ilə ələ keçirən Biləsuvar Suvarma Sistemləri İdarəsinin rəisi Ədalət Babayevdir.

Hansı ki, həmin ərazilərdə daha rentabelli hesab etdiyi heyvandarlıq fermaları yaradıb. İxtiyarında olan suyu da məhz özünün və qoyduğu şərtlərlə razılaşan fermerlərin təsərrüfatlarına yönəldib, başqa pambıq becərən kəndliləri isə susuz qoyub. Onun topladığı haram kapitalla Biləsuvarda Upramxor yolunun üstündə milyon yarımlıq möhtəşəm imarət inşa etdirməsi və tikintisinə idarənin özünün fəhlələrini cəlb etməsi, polisə işə düzəltdiyi oğlunun bahalı maşınlarla Biləsuvarın yollarında avtoxuliqanlıq etməsi, öz qohum-əqrəbasını başına toplaması, Cənub Muğan Kanalının və şor kanalların mühafizə zolaqlarını qanunsuz olaraq satması, Upramxor ərazisində idarəyə aid olan zavodu ləğv eləyərək onun materiallarını və ərazisini də hərraca qoyması, ən əsas gəlir mənbələrindən biri olan yanacaq, sürtgü materialı, motor yağı alverini qaynı – idarənin yanacaqdoldurma məntəqəsinin cavabdeh şəxsi Nizami Rəsulovun vasitəsilə həyata keçirməsi, idarəyə istifadə üçün verilən elektrod, sement, fəhlə ayaqqabılarını dükanlara paylayaraq satdırması, Astaraya gedən yolun Biləsuvar hissəsində, Xırmandalı kəndinə çatmamış sağdakı dövlət torpaqlarında balıq vətəgələri saxlaması, idarəyə məxsus texnikanın şor kanalları və xəndəkləri lildən təmizləmək əvəzinə, süni balıq vətəgələrinin inşasına cəlb edilməsi də saytımızda ictimailəşdirilib. Təəssüf ki, ASC-nin yenilənmiş rəhbərliyi onun barəsində irəli sürülən ittihamları, sərt tənqidi çıxışları araşdırmayıb.

Adlarını çəkdiyimiz məmurların qorunması məsələsini isə Əhməd Əhmədzadə ASC sədrinin “əzəli və əbədi müavinlərindən” Zakir Quliyevə vəsiyyət edib. Çünki həmin məmurların korruptiv hərəkətləri barədə ASC rəhbərliyinə göndərilən şikayətlərə təkzibləri, yayındırıcı cavabları məhz Zakir Quliyev verir.

Xatırladaq ki, qurduğu böyük biznes şəbəkəsi və qohumlarından ibarət məmur çetesi ilə milyonçu oliqarxa çevrilən Zakir Quliyevin rəhmətlik atası Bəybala Quliyev hələ Heydər Əliyevin birinci hakimiyyəti dövründə korrupsiyaya görə 15 il cəza almış, bunun 12 ilini həbsdə yatmış bir şəxsdir. Mediada yayılan məlumatlardan bəlli olur ki, Zakir Quliyevin Sabirabadın Bəciravan kəndində böyük qum-çınqıl karxanası (Orada işləyən fəhlələr faciə ilə üzləşsələr də rayonun hüquq-mühafizə orqanları bunu gizlədiblər), rayonun Zəngənə kəndi yaxınlığında böyük bir balıq vətəgəsi var. Qeyd olunur ki, Zakir Quliyevin rayondakı biznesini Fətullahçı qardaşı Elçin Quliyev idarə edir. Qardaşı Namiq Quliyev «Kapitalbank»ın Şirvan şəhər filialının rəhbəridir. Əslində, Şirvan və Sabirabad rayonlarındakı «Kapitalbank»ların Zakir Quliyev tərəfindən idarə olunduğu deyilir. Zakir Quliyev komitə sədrinin müavini vəzifəsinə təyin ediləndən sonra köhnə iş yerini də əldən buraxmayıb; oraya — Cəmiyyətin Aran zonası üzrə idarəsinə bibisi oğlu Elman Nuriyevi təyin edib. Quliyevlərin əmisi oğlu Şamil Qasımov iki dəfə bələdiyyə seçkilərində Sabirabad Şəhər Bələdiyyəsinin sədri təyin olunub. Xalası oğlu Zamin Sabirabad rayon sığorta idarəsinin rəisi, dayıları Fazil Qasımov pambıq zavodunun müdiri, Murtuza Qasımov Cavad kənd bələdiyyəsinin sədri, Şamil Qasımovun oğlu Sabirabad rayon polis idarəsində pasport qeydiyyatı idarəsinin rəisi vəzifəsində işləyib.

Elə bu ilin fevralında Əhməd Əhmədzadənin bacısı oğlu Elçin Məmmədov Meliorasiya, su ehtiyatları və sudan istifadə edənlər birlikləri üzrə iş şöbəsinin müdiri vəzifəsinə təyin olundu. Kimin əmri ilə? – Əlbəttə ki, Əhməd Əhmədzadəni ASC-nin sədri vəzifəsində əvəzləyən Zaur Mikayılovun fərmayişi ilə! Belə çıxır ki, Əhməd Əhmədzadə “Meliorasiya və Su Təsərrüfatı” ASC-nin sədri vəzifəsindən getsə də, bu sistemin idarəçiliyini öz əlində saxlayıb, Zaur Mikayılov isə onun yerində marionetka kimi oturub, patronunun vaxtilə formalaşdırdığı komandanı qorumaqla məşğuldur. Ola bilsin ki, ahıl yaşlı Əhməd Əhmədzadənin artıq aktiv hərəkətləri yerinə yetirməkdə çətinlik çəkdiyi, məsələn, işğaldan azad olunan ərazilərdə qurulan hidro-sistemlərin açılış mərasimlərinə belə getməyə gücü çatmadığı müşahidə olunub və baş nazirin müşaviri vəzifəsi ona ömrünü rahat vəzifə kreslosunda başa vurması üçün sadəcə peşkəş edilib.

Deryaz.az









 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
İran Azərbaycandan xahiş etdi - “Nasr News”
Bu gün, 13:24
"Məni ən çox əsəbləşdirən budur ki, COP29 keçirilir, amma sosial şəbəkə istifadəçiləri məzələnirlər..." - Aqil Abbas
Bu gün, 13:15
Astana sanksiyalardan yan keçməyin əleyhinədir
Bu gün, 13:05
Ermənilər İslamı qəbul edib, muğam dinləyirlər – Şahnazaryan
Bu gün, 13:03
“Azərbaycan Dəmir Yolları”nın 2 şirkəti birləşir
Bu gün, 13:01
Su polisləri qeyri-ənənəvi üsulla qanunsuz ov edənləri saxlayıb - VİDEO
Bu gün, 12:58
Sumqayıtda qaz sızmasından partlayış olub, xəsarət alanlar var - TƏFƏRRÜAT
Bu gün, 12:57
Bakıda günorta vaxtı maskalı şəxs məktəblini oğurlamaq istədi - FOTO
Bu gün, 12:54
Səfsəfələrinizi zəhmət olsa da sosial şəbəkələrə qusmayın! - ÇAĞIRIŞ
Bu gün, 12:49
Ağdaşın İcra Hakimiyyəti 602 min manatlıq tenderi niyə “Simmetriya” MMC-yə verdi - BU NƏDİ BELƏ?..
Bu gün, 12:43
Dolu düşəcəyi ehtimalı var - belə deyirlər...
Bu gün, 12:31
“EuroHome”-nin sahibi kompensasiya verməmək üçün hansı yola əl atıb? - İLGİNC FAKTLAR...
Bu gün, 12:26
Dövlət Xidməti Şəki İcra Hakimiyyətinə “stop” qoydu - SƏBƏB
Bu gün, 12:22
Ankarada terror törədənləri Rusiyaya NƏ BAĞLAYIR? - FOTO
Bu gün, 12:16
ABŞ-dan mesaj: Ermənistan müttəfiqini satdı - “Past”
Bu gün, 12:14
Türkiyə şirkətlər qrupu Azərbaycanda zavodu satın aldı - DETALLAR
Bu gün, 12:11
“Atama bu haqsızlığı edən insan həyatda xeyir tapmadı”
Bu gün, 12:08
Məşhur aktyor və arvadının qətli ilə bağlı yeni TƏFƏRRÜATLAR - "Evə yalnız şagirdlər girib-çıxırdı"
Bu gün, 12:05
"Dövlət əmlakı dağıdılıb, həqiqi alimlər dalana dirənib..." - FAKT BUDUR!
Bu gün, 12:00
Bakı demarkasiyaya dair reqlamenti nə zaman ratifikasiya edəcək - AKTUAL
Bu gün, 11:51
Röyal Axundov Bakı həbsxanasında ÖLDÜ
Bu gün, 11:50
"Bu nə fırıldaqdır?" - ETİRAZ
Bu gün, 11:48
SAĞ OLDUQLARINA ŞÜKÜR ETSİNLƏR... - Cəzalarını çəkəcəklər
Bu gün, 11:42
ASTF rəsmilərinə Avropa Stolüstü Tennis Birliyində vəzifə verilib - FOTO
Bu gün, 11:39
“Bioloji müxtəlifliyin mühafizəsi: - Botanika, Ekologiya və Yaşıl Şəhərlər” adlı forum keçirilir
Bu gün, 11:36
Plagiatçıların növbəti saxtakarlığı: ermənilərin gözü türk sazına dikilib... - ZİBİLƏ DÜŞMÜŞÜK...
Bu gün, 11:24
NATO-nun bir neçə ölkəsi Ukraynanın alyansa üzvlüyünə qarşıdır - TASS
Bu gün, 11:22
BRİKS ölkələrinin liderləri hələlik yeni üzvləri qəbul etməmək qərarına gəliblər - AÇIQLAMA
Bu gün, 11:22
"Atam komada deyil, səhv məlumat verilir" - Təhminə Mustafayeva
Bu gün, 11:14
Azərbaycana sülh məktubu, Ermənistana silah GÖNDƏRİLİR... - ABŞ-ın növbəti İKİÜZLÜLÜYÜ
Bu gün, 11:09
“Elza Seyidcahana iradımız yoxdur, onu sevirlər, ittifaqa üzv olanda soruşdular ki...” - Firəngiz Əlizadə
Bu gün, 11:06
Ankara şəhidləri ilə bağlı sarsıdıcı detallar - FOTO
Bu gün, 10:56
Ermənistanda qorxu, təlaş və ümidsizlik: - son sorğunun nəticələri nə göstərir?
Bu gün, 10:47
EVLƏR YIXAN “Melissa Group”: Siftələri deyil... - ÖZBAŞINALIĞIN QISA XRONOLOGİYASI...
Bu gün, 10:42
Ana dilimizə YERSİZ ATALIQ QAYĞISI... - AXI NİYƏ?..
Bu gün, 10:24
Pezeşkian Kazanda Paşinyanla görüşüb
Bu gün, 10:17
`Azəriqaz`da AYRISEÇKİLİK... - Bəzi işçilər ezamiyyətə buraxılmır...
Bu gün, 10:16
İrəvanın SÜLH PƏRDƏSİ - NƏ İŞLƏR ÇEVRİLİR?
Bu gün, 10:08
Ermənistan tələsir, Azərbaycan səbirlə davranır - GƏLİŞMƏ
Bu gün, 09:53
Əkilən ağac və kollar paytaxta xüsusi gözəllik verəcək - FOTO
Bu gün, 09:49
Əhali dərmanları pulsuz alacaq: Qanuna dəyişiklik nəyi dəyişəcək? - AKTUAL
Bu gün, 09:45
"Azərkontrakt"da Ləğvetmə Komissiyası yaradılır - SƏRƏNCAM
Bu gün, 09:42
TRAMP DA SƏRSƏMLƏDİ: `ARTSAX`dan danışdı... - "120.000 erməni xristianı dəhşətli şəkildə təqib ediləndə..."
Bu gün, 09:37
Köçəryan və Sərkisyan açıqlamışdı, Paşinyan isə gizlədir – Zakaryan
Bu gün, 09:34
"Yoldaşım dedi, get Hindistana, qayıtmaq istəyəndə dedi, gəlmə..." - “Vətəndaş A”nın Almazı
Bu gün, 09:31
Bu günlərdə iş və dərs olmayacaq - SİYAHI
Bu gün, 09:27
“Qala Həyat” rəqiblərlə yarışa davam gətirə bilmir - Yığımları azalmaqda davam edir
Bu gün, 09:24
"Xaçmaz düşmədi yadınıza?" - Sakinlər başçıdan soruşur...
Bu gün, 09:14
Rövşən Rüstəmovun başı cəncəldən açılmır... - GÖRÜNƏNİ BUDUR
Bu gün, 09:05
ADAU-da köhnəyə RƏHMƏT OXUYURLAR... - İTTİHAM VAR...
Bu gün, 08:59
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru