“EuroHome”-nin sahibi kompensasiya verməmək üçün hansı yola əl atıb? .....                     Dövlət Xidməti Şəki İcra Hakimiyyətinə “stop” qoydu .....                     Ankarada terror törədənləri Rusiyaya NƏ BAĞLAYIR? .....                     ABŞ-dan mesaj: Ermənistan müttəfiqini satdı .....                     Türkiyə şirkətlər qrupu Azərbaycanda zavodu satın aldı .....                     “Atama bu haqsızlığı edən insan həyatda xeyir tapmadı” .....                     Məşhur aktyor və arvadının qətli ilə bağlı yeni TƏFƏRRÜATLAR .....                     "Dövlət əmlakı dağıdılıb, həqiqi alimlər dalana dirənib..." .....                     Bakı demarkasiyaya dair reqlamenti nə zaman ratifikasiya edəcək .....                     Röyal Axundov Bakı həbsxanasında .....                     "Bu nə fırıldaqdır?" .....                     SAĞ OLDUQLARINA ŞÜKÜR ETSİNLƏR... .....                     ASTF rəsmilərinə Avropa Stolüstü Tennis Birliyində vəzifə verilib .....                     “Bioloji müxtəlifliyin mühafizəsi: .....                     Plagiatçıların növbəti saxtakarlığı: ermənilərin gözü türk sazına dikilib... .....                     NATO-nun bir neçə ölkəsi Ukraynanın alyansa üzvlüyünə qarşıdır .....                     BRİKS ölkələrinin liderləri hələlik yeni üzvləri qəbul etməmək qərarına gəliblər .....                     "Atam komada deyil, səhv məlumat verilir" .....                     Azərbaycana sülh məktubu, Ermənistana silah GÖNDƏRİLİR... .....                     “Elza Seyidcahana iradımız yoxdur, onu sevirlər, ittifaqa üzv olanda soruşdular ki...” .....                     Ankara şəhidləri ilə bağlı sarsıdıcı detallar .....                     Ermənistanda qorxu, təlaş və ümidsizlik: .....                     EVLƏR YIXAN “Melissa Group”: Siftələri deyil... .....                     Ana dilimizə YERSİZ ATALIQ QAYĞISI... .....                     Pezeşkian Kazanda Paşinyanla görüşüb .....                     `Azəriqaz`da AYRISEÇKİLİK... .....                     İrəvanın SÜLH PƏRDƏSİ .....                     Ermənistan tələsir, Azərbaycan səbirlə davranır .....                     Əkilən ağac və kollar paytaxta xüsusi gözəllik verəcək .....                     Əhali dərmanları pulsuz alacaq: Qanuna dəyişiklik nəyi dəyişəcək? .....                     "Azərkontrakt"da Ləğvetmə Komissiyası yaradılır .....                     TRAMP DA SƏRSƏMLƏDİ: `ARTSAX`dan danışdı... .....                     Köçəryan və Sərkisyan açıqlamışdı, Paşinyan isə gizlədir .....                     "Yoldaşım dedi, get Hindistana, qayıtmaq istəyəndə dedi, gəlmə..." .....                     Bu günlərdə iş və dərs olmayacaq .....                     “Qala Həyat” rəqiblərlə yarışa davam gətirə bilmir .....                     "Xaçmaz düşmədi yadınıza?" .....                     Rövşən Rüstəmovun başı cəncəldən açılmır... .....                     ADAU-da köhnəyə RƏHMƏT OXUYURLAR... .....                     "Avtobus zolaqları yol kənarındakı sahibkarlıq obyektlərini bankrot edir .....                 

BU NƏDİ BELƏ: Elektron satınalma portalı da artıq işbirliyinə keçib... – Mingəçevirdən Fikrət Zeynalov və Adil Əliyev ilə
Tarix: 24-10-2022, 09:47 | Çap et
BU NƏDİ BELƏ: Elektron satınalma portalı da artıq işbirliyinə keçib...
Elektron media resurslarında Mingəçevir Tibb Kollecində rüşvətxorluq,özbaşınalıqlar, maxinasiya, dərsdən yayınma, biabırçı insidentlər, müəllim-direktor qarşıdurmaları, saxta diplom qalmaqalları haqqında yayaılmış çoxlu sayda məlumatlara rast gəlmək olar. Qeyd edək ki, Kollecə uzun müddətdir ki, Fikrət Zeynalov rəhbərlik edir. Buna baxmayaraq Kollecdə müasir dövtün tələblərinə uyğun yeniləşən heç nə yoxdu, yəni heç nə dəyişməyib, hər şey əvvəlki qaydada davam edir. Kolleclə bağlı yayılan bir çox məlumatlardan fərqli olaraq biz bu orta ixtias təhsil müəssisəsinin maliyyə və təssərrüfat işləri ətrafında araşdırmalar aparmalı olduq və satınalmalar tarixində görünməmiş daha bəzi mənzərələrlə üzləşdik. Hər şey Kollecin abadlaşdırma xidmətlərinin satınalınması ilə keçirmiş olduğu kotirovka sorğusundan başladı.

Mingəçevir Tibb Kolleci tərəfindən abadlaşdırma xidmətlərinin satınalınması üzrə keçirilmiş kotirovka sorğusunda qalib elan olunmuş və 19.10.2022-ci ildə 18 478.03 manat məbləğində satınalma müqaviləsi bağlanmışdır.

Kommersiya qurumunun hüquqi şəxslərin dövlət reyestrinə daxil edilmiş məlumatlarında “QRANT-2008” Məhdud Məsuliyyətli Cəmiyyətinin İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 11 saylı Ərazi Vergilər Baş İdarəsində 18.06.2008-ci il tarixdə dövlət qeydiyyatına alındığı bildirilir. Nizamnamə kapitalı 30 manat olan MMC-nin hüquqi ünvanının MINGƏÇEVİR ŞƏHƏRİ, MİNGƏÇEVİR ŞƏHƏRİ, CƏMİL ƏLİYEV, ev 38/3, m. 4, qanuni təmsilçisinin isə Əliyev Adil Məmiş oğlu olduğu göstərilir.

MMC ilə 2022-ci ilin son 5 ayı ərzində bağlanan digər satınalma müqavilələri isə bunlardır.

Mingəçevir Tibb Kolleci tərəfindən ofis maşın və avadanlıqlarının satınalınması üzrə keçirilmiş kotirovka sorğusunda qalib elan olunmuş və 18.10.2022-ci ildə 11 505 manat məbləğində satınalma müqaviləsi bağlanmışdır.

Kollec tərəfindən tikili və avadanlıqların cari təmiri üzrə keçirilmiş kotirovka sorğusunda qalib elan olunmuş və 17.10.2022-ci ildə 37 632.91 manat məbləğində satınalma müqaviləsi bağlanmışdır.

Mingəçevir Tibb Kolleci tərəfindən mətbəə mallarının satınalınması üzrə keçirilmiş kotirovka sorğusunda qalib elan olunmuş və 06.05.2022-ci ildə 9632.1 manat məbləğində satınalma müqaviləsi bağlanmışdır.

Mingəçevir Tibb Kolleci tərəfindən təsərrüfat malları (yeməkxana və təsərrüfat) üzrə keçirilmiş kotirovka sorğusunda qalib elan olunmuş və 06.05.2022-ci ildə 5396.73 manat məbləğində satınalma müqaviləsi bağlanmışdır.

Qeyd edək ki, “QRANT-2008” MMC Mingəçevir Tibb Kollecinin keçirdiyi bu kotirovkalardan ümumi olaraq 82 644 manatlıq dövlət sifarişi alıb. Aprdığımız araşdırmalar zamanı məlum oldu ki, Mingəçevir Tibb Kollecinin Tender Komissiyası fərqli xidmətlərin və mal-materialların satın alınması üzrə bir nəfərə məxsus olan MMC ilə təkcə 2022-ci ildə müqavilə bağlamayıb. Analoji hal həm də əvvəlki illərdə təkrar olunub. Belə ki, Kollec “QRANT-2008” MMC-nin qanuni təmsilçisi olan Əliyev Adil Məmiş oğluna məxsus daha iki MMC ilə işbirliyində olub. Bunlar hansılardır?

Kommersiya qurumunun hüquqi şəxslərin dövlət reyestrinə daxil edilmiş məlumatlarında “MELORASİYA-F MMC ” Məhdud Məsuliyyətli Cəmiyyətinin İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 11 saylı Ərazi Vergilər Baş İdarəsində 12.02.2015-ci il tarixdə dövlət qeydiyyatına alındığı bildirilir. Nizamnamə kapitalı 10 manat olan MMC-nin hüquqi ünvanının MINGƏÇEVİR ŞƏHƏRİ, MİNGƏÇEVİR ŞƏHƏRİ, Ş.İ.XƏTAİ, ev 12/1, m. 28, qanuni təmsilçisinin isə Əliyev Adil Məmiş oğlu olduğu göstərilir.

Qeyd edək ki, Mingəçevir Tibb Kolleci 2020 -2021-ci illərdə “MELORASİYA-F MMC ” ilə ümumi olaraq 154 472 manat məbləğində satınalma müqaviləsi bağlayıb. Məlum olduğu kimi həmin dövrlərdə, yəni 2020-ci ilin martın 3-dən COVID-19 pandemiyasının yayılması ilə əlaqədar ölkədə rəsmi karantin rejimi elan edildikdən sonra bütün təhsil müəssisələri bağlı olub. Burada sual yaranır. Mingəçevir Tibb Kollecinin rəhbərliyi bağlı olan təhsil müəsisəsində bu satınalmaların keçirilməsi zərurətini haradan yaradıb?

Keçək Əliyev Adil Məmiş oğlunun qanuni təmsiçisi olduğu digər MMC-yə.

Kommersiya qurumunun hüquqi şəxslərin dövlət reyestrinə daxil edilmiş məlumatlarında “AFİQ-TQİ” Məhdud Məsuliyyətli Cəmiyyətinin İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 11 saylı Ərazi Vergilər Baş İdarəsində 15.09.2009-ci il tarixdə dövlət qeydiyyatına alındığı bildirilir. Nizamnamə kapitalı 10 manat olan MMC-nin hüquqi ünvanının MINGƏÇEVİR ŞƏHƏRİ, MİNGƏÇEVİR ŞƏHƏRİ, A.ŞAİQ, ev 11, m. 31, qanuni təmsilçisinin isə Əliyev Adil Məmiş oğlu olduğu göstərilir.

Mingəçevir Tibb Kollecinin Tender Komissiyası, daha doğrusu direktoru Fikrət Zeynalov 2019-cu ildə də Əliyev Adil Məmiş oğlunun anuni təmsilçisi olduğu “AFİQ-TQİ” MMC ilə 38 787 manat məbləğində bir neçə satınalma müqaviləsi bağlayıb. Bu isə qanunla yolverilməzdir. Çünki, tender və kotirovka prosedurlarının keçirilməsi zamanı daim bir şəxsə və ya şirkətə üstünlük verilməsi satın alınan malların ehtimal olunan qiymətinin düzgün müəyyən edilməməsinə və bir sıra qanun pozuntularına yol açmasına şübhə yaradır.

Bütün bu göstərdiyimiz şübhəli işlərlə bağlı Mingəçevir Tibb Kollecinin Tender Komissiyasına ünvanladığımız sorğu məktubuna cavab verilmədi. Telefonla əlaqə saxladığımız Kollecin baş mühasibi Vəsilə Qasımova ilə söhbətimiz təxminən belə oldu. “Mingəçevir Tibb Kollecinin keçirdiyi bütün kotirovka sorğularının qalibi nədən Əliyev Adil Məmiş oğluna məxsus olan MMC-lər olur” sualimıza Vəsilə xanımın cavabı belə oldu ki, “Bilmirəm, biz bütün sənədləri toplayıb satınalmalara göndəririk. Orada da hər şey elektron qaydada keçirilir, bizə göndərlir”-dedi. “Necə olur ki, elektron satınalma elə Adil Əliyevi qalib çıxarır” sualımıza baş mühasib cavab verdi ki, “mən nə bilim, satınalmalardan soruşun”. “Onda belə çıxmırmı ki, elektron satınalma Adil Əliyevi tanıyaraq elə Mingəçevir Tibb Kollecinin keçirdiyi bütün kotirovka sorğularının qalibi çıxarır” sualımıza isə Vəsilə Qasımova “çıxır, çıxsın da” -deyib ədəbsizcəsinə telefonun dəstəyini qoydu.

Qeyd edək ki, Əliyev Adil Məmiş oğlunun qanuni təmsilçisi olduğu “QRANT-2008” Məhdud Məsuliyyətli Cəmiyyəti bu il təkcə Mingəçevir Tibb Kollecinin keçirdiyi kotirovkaların qalibi olmayıb. MMC həm də Mingəçevir Mənzil-Kommunal Təsərrüfatı Kombinatı tərəfindən 2022-ci il üçün mal-materialların, ehtiyyat hissələrinin, ağac və gül kollarının, təsərrüfat və dəftərxana mallarının satınalınması üzrə keçirilmiş tenderin də qalibi olub və 146 623.26 manat məbləğində sifariş alıb. Göründüyü kimi Mingəçevir Tibb Kollecini abadlaşdıran, tikili və avadanlıqlarını təmir edən, mətbəə malları, ofis maşın və avadanlıqları ilə təchiz edən MMC həm də ağac və gül kollarının satın alınmasının iştirakçısı olub.

Dövlət satınalmalarının vahid internet portalına yerləşdirilmiş məlumatlardan da görsəndiyi kimi, Mingəçevir Tibb Kollecinin Tender Komissiyası bir nəfərin qanuni təmsilçisi olduğu 3 MMC ilə son dörd il ərzində ayrı-ayrı malların alınması və xidmətlərin göstərilməsi üzrə ümumi dəyəri 275 903 manat olan satınalma müqavilələri bağlamışdır. Burada ayrı-ayrı xidmətlər üzrə bir nəfərə məxsus 3 MMC ilə bağlanılan satınalma müqavilələri müəyyən şübhələrə yol açmış olur. Mingəçevir Tibb Kollecində bütün şübhəli işlərin bağında direktor Fikrət Zeynalov olduğu kimi, formal satınalmaların başında da onun durduğu şübhəsizdir. Amma Kollecin baş mühasibi Vəsilə Qasımova nədənsə elə satınalmalarının vahid internet portalının üstünə atır bu şübhələri.
Aktualinfo.org









 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
“EuroHome”-nin sahibi kompensasiya verməmək üçün hansı yola əl atıb? - İLGİNC FAKTLAR...
Bu gün, 12:26
Dövlət Xidməti Şəki İcra Hakimiyyətinə “stop” qoydu - SƏBƏB
Bu gün, 12:22
Ankarada terror törədənləri Rusiyaya NƏ BAĞLAYIR? - FOTO
Bu gün, 12:16
ABŞ-dan mesaj: Ermənistan müttəfiqini satdı - “Past”
Bu gün, 12:14
Türkiyə şirkətlər qrupu Azərbaycanda zavodu satın aldı - DETALLAR
Bu gün, 12:11
“Atama bu haqsızlığı edən insan həyatda xeyir tapmadı”
Bu gün, 12:08
Məşhur aktyor və arvadının qətli ilə bağlı yeni TƏFƏRRÜATLAR - "Evə yalnız şagirdlər girib-çıxırdı"
Bu gün, 12:05
"Dövlət əmlakı dağıdılıb, həqiqi alimlər dalana dirənib..." - FAKT BUDUR!
Bu gün, 12:00
Bakı demarkasiyaya dair reqlamenti nə zaman ratifikasiya edəcək - AKTUAL
Bu gün, 11:51
Röyal Axundov Bakı həbsxanasında ÖLDÜ
Bu gün, 11:50
"Bu nə fırıldaqdır?" - ETİRAZ
Bu gün, 11:48
SAĞ OLDUQLARINA ŞÜKÜR ETSİNLƏR... - Cəzalarını çəkəcəklər
Bu gün, 11:42
ASTF rəsmilərinə Avropa Stolüstü Tennis Birliyində vəzifə verilib - FOTO
Bu gün, 11:39
“Bioloji müxtəlifliyin mühafizəsi: - Botanika, Ekologiya və Yaşıl Şəhərlər” adlı forum keçirilir
Bu gün, 11:36
Plagiatçıların növbəti saxtakarlığı: ermənilərin gözü türk sazına dikilib... - ZİBİLƏ DÜŞMÜŞÜK...
Bu gün, 11:24
NATO-nun bir neçə ölkəsi Ukraynanın alyansa üzvlüyünə qarşıdır - TASS
Bu gün, 11:22
BRİKS ölkələrinin liderləri hələlik yeni üzvləri qəbul etməmək qərarına gəliblər - AÇIQLAMA
Bu gün, 11:22
"Atam komada deyil, səhv məlumat verilir" - Təhminə Mustafayeva
Bu gün, 11:14
Azərbaycana sülh məktubu, Ermənistana silah GÖNDƏRİLİR... - ABŞ-ın növbəti İKİÜZLÜLÜYÜ
Bu gün, 11:09
“Elza Seyidcahana iradımız yoxdur, onu sevirlər, ittifaqa üzv olanda soruşdular ki...” - Firəngiz Əlizadə
Bu gün, 11:06
Ankara şəhidləri ilə bağlı sarsıdıcı detallar - FOTO
Bu gün, 10:56
Ermənistanda qorxu, təlaş və ümidsizlik: - son sorğunun nəticələri nə göstərir?
Bu gün, 10:47
EVLƏR YIXAN “Melissa Group”: Siftələri deyil... - ÖZBAŞINALIĞIN QISA XRONOLOGİYASI...
Bu gün, 10:42
Ana dilimizə YERSİZ ATALIQ QAYĞISI... - AXI NİYƏ?..
Bu gün, 10:24
Pezeşkian Kazanda Paşinyanla görüşüb
Bu gün, 10:17
`Azəriqaz`da AYRISEÇKİLİK... - Bəzi işçilər ezamiyyətə buraxılmır...
Bu gün, 10:16
İrəvanın SÜLH PƏRDƏSİ - NƏ İŞLƏR ÇEVRİLİR?
Bu gün, 10:08
Ermənistan tələsir, Azərbaycan səbirlə davranır - GƏLİŞMƏ
Bu gün, 09:53
Əkilən ağac və kollar paytaxta xüsusi gözəllik verəcək - FOTO
Bu gün, 09:49
Əhali dərmanları pulsuz alacaq: Qanuna dəyişiklik nəyi dəyişəcək? - AKTUAL
Bu gün, 09:45
"Azərkontrakt"da Ləğvetmə Komissiyası yaradılır - SƏRƏNCAM
Bu gün, 09:42
TRAMP DA SƏRSƏMLƏDİ: `ARTSAX`dan danışdı... - "120.000 erməni xristianı dəhşətli şəkildə təqib ediləndə..."
Bu gün, 09:37
Köçəryan və Sərkisyan açıqlamışdı, Paşinyan isə gizlədir – Zakaryan
Bu gün, 09:34
"Yoldaşım dedi, get Hindistana, qayıtmaq istəyəndə dedi, gəlmə..." - “Vətəndaş A”nın Almazı
Bu gün, 09:31
Bu günlərdə iş və dərs olmayacaq - SİYAHI
Bu gün, 09:27
“Qala Həyat” rəqiblərlə yarışa davam gətirə bilmir - Yığımları azalmaqda davam edir
Bu gün, 09:24
"Xaçmaz düşmədi yadınıza?" - Sakinlər başçıdan soruşur...
Bu gün, 09:14
Rövşən Rüstəmovun başı cəncəldən açılmır... - GÖRÜNƏNİ BUDUR
Bu gün, 09:05
ADAU-da köhnəyə RƏHMƏT OXUYURLAR... - İTTİHAM VAR...
Bu gün, 08:59
"Avtobus zolaqları yol kənarındakı sahibkarlıq obyektlərini bankrot edir - FAKT BUDUR!
Bu gün, 08:45
KAPİTAL BANK müştərinin başına OYUN AÇDI - Elə bil dədələrinin puludur...
Bu gün, 08:42
Ankaradakı terror KİM(LƏR)İN işinə yarayır... - İNCƏLƏMƏ
Bu gün, 08:33
Ağadadaş Ağayevlə “Medera Hospital” şərəf, ləyaqət və nüfuz davası aparır - TƏFƏRRÜAT
Bu gün, 08:25
Direktor xadimə ilə RƏQABƏTDƏ... - GİLEY
Bu gün, 08:22
Devalvasiya olarsa, manatın əvvəlcə 15-20 faiz dəyər itirəcəyi gözlənilir - Gözlənilən "gələcək"...
Bu gün, 08:18
Onlarda yerli... bizdə isə miqrant... - AXI NİYƏ?..
Bu gün, 08:12
Paşinyandan SÜLH açıqlaması... - “COP29 bizim üçün fürsətdir”
Bu gün, 08:09
Erməni hiyləsinə uyan Avropa Parlamenti: Azərbaycana qarşı qətnamənin arxasındakı adlar - NƏ ETMƏLİ?
Bu gün, 07:14
Prezident İlham Əliyevin BRICS-də iştirakı Azərbaycanın qlobal gücə çevrildiyindən xəbər verir - deputat
Bu gün, 07:09
Fulser Bakıya qarşı şəbəkəni ifşa etdi - FOTO
Bu gün, 07:04
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru