Dövlət Xidməti Şəki İcra Hakimiyyətinə “stop” qoydu .....                     Ankarada terror törədənləri Rusiyaya NƏ BAĞLAYIR? .....                     ABŞ-dan mesaj: Ermənistan müttəfiqini satdı .....                     Türkiyə şirkətlər qrupu Azərbaycanda zavodu satın aldı .....                     “Atama bu haqsızlığı edən insan həyatda xeyir tapmadı” .....                     Məşhur aktyor və arvadının qətli ilə bağlı yeni TƏFƏRRÜATLAR .....                     "Dövlət əmlakı dağıdılıb, həqiqi alimlər dalana dirənib..." .....                     Bakı demarkasiyaya dair reqlamenti nə zaman ratifikasiya edəcək .....                     Röyal Axundov Bakı həbsxanasında .....                     "Bu nə fırıldaqdır?" .....                     SAĞ OLDUQLARINA ŞÜKÜR ETSİNLƏR... .....                     ASTF rəsmilərinə Avropa Stolüstü Tennis Birliyində vəzifə verilib .....                     “Bioloji müxtəlifliyin mühafizəsi: .....                     Plagiatçıların növbəti saxtakarlığı: ermənilərin gözü türk sazına dikilib... .....                     NATO-nun bir neçə ölkəsi Ukraynanın alyansa üzvlüyünə qarşıdır .....                     BRİKS ölkələrinin liderləri hələlik yeni üzvləri qəbul etməmək qərarına gəliblər .....                     "Atam komada deyil, səhv məlumat verilir" .....                     Azərbaycana sülh məktubu, Ermənistana silah GÖNDƏRİLİR... .....                     “Elza Seyidcahana iradımız yoxdur, onu sevirlər, ittifaqa üzv olanda soruşdular ki...” .....                     Ankara şəhidləri ilə bağlı sarsıdıcı detallar .....                     Ermənistanda qorxu, təlaş və ümidsizlik: .....                     EVLƏR YIXAN “Melissa Group”: Siftələri deyil... .....                     Ana dilimizə YERSİZ ATALIQ QAYĞISI... .....                     Pezeşkian Kazanda Paşinyanla görüşüb .....                     `Azəriqaz`da AYRISEÇKİLİK... .....                     İrəvanın SÜLH PƏRDƏSİ .....                     Ermənistan tələsir, Azərbaycan səbirlə davranır .....                     Əkilən ağac və kollar paytaxta xüsusi gözəllik verəcək .....                     Əhali dərmanları pulsuz alacaq: Qanuna dəyişiklik nəyi dəyişəcək? .....                     "Azərkontrakt"da Ləğvetmə Komissiyası yaradılır .....                     TRAMP DA SƏRSƏMLƏDİ: `ARTSAX`dan danışdı... .....                     Köçəryan və Sərkisyan açıqlamışdı, Paşinyan isə gizlədir .....                     "Yoldaşım dedi, get Hindistana, qayıtmaq istəyəndə dedi, gəlmə..." .....                     Bu günlərdə iş və dərs olmayacaq .....                     “Qala Həyat” rəqiblərlə yarışa davam gətirə bilmir .....                     "Xaçmaz düşmədi yadınıza?" .....                     Rövşən Rüstəmovun başı cəncəldən açılmır... .....                     ADAU-da köhnəyə RƏHMƏT OXUYURLAR... .....                     "Avtobus zolaqları yol kənarındakı sahibkarlıq obyektlərini bankrot edir .....                     KAPİTAL BANK müştərinin başına OYUN AÇDI .....                 

"Sabunçu Tibb Mərkəzi"ndə dövlətin pulunu belə dağıdırlar... - İLGİNC FAKTLAR
Tarix: 25-10-2022, 09:28 | Çap et
"Sabunçu Tibb Mərkəzi"ndə dövlətin pulunu belə dağıdırlar...
Az qala hər gün dövlət satınalmaları ilə bağlı mediada araşdırılması zəruri olan faktlarla zəngin yazılar tirajlanır... Müxtəlif qanuniliyi şübhə doğuran dövlət satınalmaları müsabiqələrində dövlətin puluna “dədə malı kimi yanaşmalar” müşahidə olunur. Təəssüf ki, medianın, aidiyyatı dövlət strukturlarının bu istiqamətdəki çabalarına baxmayaraq problem hələ də, aktuallığını qorumaqdadır...

Məlum olduğu kimi, cənab prezident də, vaxtaşırı büdcə vəsaitinə qənaət edilməsinin vacibliyini bildirir. Bu istiqamətdə irad və tövsiyələrini də səsləndirir...

DİA.AZ yenixeber.org-a istinadla bildirir ki, bir müddət əvvəl Hesablama Palatasının sədri Vüqar Gülməmmədov mediaya açıqlamasında rəhbərlik etdiyi qurumun apardığı nəzarət tədbirlərində dövlət satınalmalarında üç əsas məsələyə diqqət etdiyini bildirmişdi: “Bunlar dövlətin zəruri ehtiyacının doğru və düzgün müəyyən edilməsi, bu ehtiyacın ödənilməsi üçün optimal qiymət və münasib şərtlərlə qalibin seçilməsi, qalib təşkilatla bağlanmış müqavilənin satınalma prosesində razılaşdırılmış şərt və öhdəliklərinin icra edilməsi məsələsidir. Bizim fikrimizcə, dövlət satınalmasının keçirilməsində məqsəd bundan ibarət olmalıdır və nəzarət də bunun üzərində qurulmalıdır. Hesab edirik ki, bu məsələlərdə yol verilmiş pozuntular satınalmaların etibarsız olması ilə bağlı dəlillərdir. Həmçinin, dövlət satınalmaları ilə bağlı qeyd etdiyim 3 əsas məsələdə fəaliyyətin gücləndirilməsinə hələ də ehtiyac duyulduğunu vurğulamaq istərdim. Bu sahədə müşahidə edilən mühüm müsbət meylləri, o cümlədən büdcə vəsaitinin dövlət satınalmalarına cəlb olunmasının əhatəsinin və rəqabətli satınalma metodlarına üstünlük verilməsi hallarının artdığını, satınalmalarda ehtimal olunan qiymətlə orta bazar qiymətləri arasındakı fərqin azaldığını, ölkədə e-satınalma modelinin tətbiq edilməsi ilə keçiriləcək satınalmalar barədə məlumatlara əlçatanlığın təmin edildiyini, dövlət satınalmalarında qalib təşkilatların vergi öhdəliklərinə nəzarətin artırıldığını da qeyd etməliyəm”.

Palata sədrinin sözlərinə görə, dövlət satınalmalarında korrupsiya ehtimalını yaradan iki əsas nöqsan halı var ki, bunlar da qiymətin bilərəkdən baha olması və satınalmalarda maraq ziddiyyətidir: “Audit və ya təftiş aparmaqla, sadaladığım bu ciddi pozuntunu sübut etmək çox çətindir və demək olar ki, mümkün deyil. Bu cür halları hüquq-mühafizə orqanları çox uğurla müəyyən edir və nəticələr də göz qabağındadır”.

Bir xəstəxananın kanalizasiya sularına bir gündə 100 manata yaxın xərclənir(?)

Yenixeber.org-a dövlət satınalmaları ilə bağlı maraqlı, gülməli, həm də araşdırılması vacib olan məlumatlar daxil olub. Məlumata görə "Sabunçu Tibb Mərkəzi" Publik Hüquqi Şəxsin tabeçiliyində olan Maştağa qəsəbəsindəki 7 №-li Birləşmiş Şəhər Xəstəxanasının çirkab sularının daşınması üçün il ərzində 35196 manat xərcələnəcək. Ki, bu da bir gün üçün 96 manatdan artıq edir...(?)

"Sabunçu Tibb Mərkəzi" Publik Hüquqi Şəxsin 14.10.2022-ci il tarixdə start götürən tender müsabiqəsinə üç gün sonra-17.10.2022-ci il tarixdə yekun vurulub... Müsabiqənin qalibi Fiziki Şəxs Abasov Vüsal Mehman oğlu olub. Bu müqavilə ilə Fiziki Şəxs Abasov Vüsal Mehman oğlu "Sabunçu Tibb Mərkəzi" Publik Hüquqi Şəxsin tabeliyində olan Maştağa qəsəbəsindəki 7 №-li Birləşmiş Şəhər Xəstəxanasının çirkab sularının il ərzində daşınması qarışılığında 35196 manat alacaq.

Bu əməkdaşlıq barədə məlumatlar dövlət satınalma portalı vasitəsilə ictimaiyyətə açıqlanıb. Amma,... "Sabunçu Tibb Mərkəzi" Publik Hüquqi Şəxs bu tələbat və satınalmalarda bir mənbədən istifadə edilməsi metodunun səbəbləri barədə məlumat vermir(?)

“Dövlət Satınalmaları Haqqında” qanuna uyğun olaraq kotirovka sorğusu baş tutmadan, tələbat və satınalmada bir mənbədən istifadə edilməsi metodunun səbəbləri, eləcə də görüləcək işlər barədə məlumat verilmədən...(?) "Sabunçu Tibb Mərkəzi" Publik Hüquqi Şəxs Fiziki Şəxs Abasov Vüsal Mehman oğlu ilə 35196 manatlıq müqavilə bağlayıb!

"Sabunçu Tibb Mərkəzi" Publik Hüquqi Şəxs həm də əməkdaşlığın təfərrüatını açıqlamır(?) Maraqlıdır ki, dövlət satınalma portalında da, müqavilənin predmeti, gerçəkləşdiriləcək əməkdaşlıqla bağlı heç bir məlumat yoxdur(?) Baxmayaraq ki, dövlət qurumu olaraq şəffaflığı təmin etmək, ölkə ictiamiyyətinə dəqiq, dolğun məlumat vermək "Sabunçu Tibb Mərkəzi" Publik Hüquqi Şəxsində, vəzifə borclarından biridir...

Xüsusi ilə ölkəmizin indiki məlum maliyyə-iqtisadi durumunda bu məsələ dövlət yetkililərinin məsuliyyətini birə beş artırmış olmalıdır. Həm də, nə az, nə çox söhbət dövlətin 35196 manatına - gündəlik 100 manata yaxın xərcləməklə - bir xəstəxananın çirkab sularının il ərzində daşınmasından gedir...

***

Azərbaycan Respublikası Prezidentinin 29 yanvar 2002-ci il tarixli, 668 saylı Fərmanı ilə qüvvəyə minmiş “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikası Qanuna əsasən 5000 manatadək olan satınalmalar müqavilə, 5000-50000 manat arası satınalmalar kotirovka sorğusu metodu, qiyməti 50000 manatdan çox olan işlərin, malların və xidmətlərin satınalınması istisna yoxdursa, açıq tender üsulu ilə həyata keçirilir...

Elə isə sual olunur: "Sabunçu Tibb Mərkəzi" Publik Hüquqi Şəxs nədən bu qanunu “unudub” və müvafiq kotirovka sorğusu baş tutmadan hansısa şirkətlə birbaşa müqavilə bağlayıb? Hansı işlərin görüləcəyi haqqında da, heç bir məlumat açıqlamadan(?) Niyə nəzərdə tutulan əməkdaşlığın detalları açıqlanmır? Burada hansı bir istisna mümkündür ki? Və s.

Amma suallar bununla bitmir...Biz bu və digər suallara aydınlıq gətirmək məqsədi ilə hər iki tərəflə əlaqə yaratmağa çalışdıq.

"Sabunçu Tibb Mərkəzi" Publik Hüquqi Şəxsin maliyyə məsələləri üzrə səlahiyyətlisi Zəminə xanımla telefonla danışa bilsək də, suallarımıza cavab ala bilmədik: Əvvəlcə məsələni araşdırıb, aydınlıq gətirəcəyini desə də, sonradan rəhbərliyə məlumat verdiyini və rəhbərliklə ( Yəni direktor Fikrət Zeynalovla. Red.) əlaqə saxlamalı olduğumuzu bildirdi. Hörmətli Fikrət Zeynalovla əlaqə saxlamaq istiqamətindəki cəhdlərimiz isə nəticəsiz oldu...

Digər tərəf - Fiziki Şəxs Abasov Vüsal Mehman oğlu ilə isə heç cürə yaratmaq mümkün olmadı. Heç də az olmayan dövlət vəsaitinə iddialı bir sahibkarla bağlı internet üzərindən hansısa bir məlumata rast olmadıq...

Yazıda adları yer alan tərəflərin cavab haqqını tanıyırıq.









 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Dövlət Xidməti Şəki İcra Hakimiyyətinə “stop” qoydu - SƏBƏB
Bu gün, 12:22
Ankarada terror törədənləri Rusiyaya NƏ BAĞLAYIR? - FOTO
Bu gün, 12:16
ABŞ-dan mesaj: Ermənistan müttəfiqini satdı - “Past”
Bu gün, 12:14
Türkiyə şirkətlər qrupu Azərbaycanda zavodu satın aldı - DETALLAR
Bu gün, 12:11
“Atama bu haqsızlığı edən insan həyatda xeyir tapmadı”
Bu gün, 12:08
Məşhur aktyor və arvadının qətli ilə bağlı yeni TƏFƏRRÜATLAR - "Evə yalnız şagirdlər girib-çıxırdı"
Bu gün, 12:05
"Dövlət əmlakı dağıdılıb, həqiqi alimlər dalana dirənib..." - FAKT BUDUR!
Bu gün, 12:00
Bakı demarkasiyaya dair reqlamenti nə zaman ratifikasiya edəcək - AKTUAL
Bu gün, 11:51
Röyal Axundov Bakı həbsxanasında ÖLDÜ
Bu gün, 11:50
"Bu nə fırıldaqdır?" - ETİRAZ
Bu gün, 11:48
SAĞ OLDUQLARINA ŞÜKÜR ETSİNLƏR... - Cəzalarını çəkəcəklər
Bu gün, 11:42
ASTF rəsmilərinə Avropa Stolüstü Tennis Birliyində vəzifə verilib - FOTO
Bu gün, 11:39
“Bioloji müxtəlifliyin mühafizəsi: - Botanika, Ekologiya və Yaşıl Şəhərlər” adlı forum keçirilir
Bu gün, 11:36
Plagiatçıların növbəti saxtakarlığı: ermənilərin gözü türk sazına dikilib... - ZİBİLƏ DÜŞMÜŞÜK...
Bu gün, 11:24
NATO-nun bir neçə ölkəsi Ukraynanın alyansa üzvlüyünə qarşıdır - TASS
Bu gün, 11:22
BRİKS ölkələrinin liderləri hələlik yeni üzvləri qəbul etməmək qərarına gəliblər - AÇIQLAMA
Bu gün, 11:22
"Atam komada deyil, səhv məlumat verilir" - Təhminə Mustafayeva
Bu gün, 11:14
Azərbaycana sülh məktubu, Ermənistana silah GÖNDƏRİLİR... - ABŞ-ın növbəti İKİÜZLÜLÜYÜ
Bu gün, 11:09
“Elza Seyidcahana iradımız yoxdur, onu sevirlər, ittifaqa üzv olanda soruşdular ki...” - Firəngiz Əlizadə
Bu gün, 11:06
Ankara şəhidləri ilə bağlı sarsıdıcı detallar - FOTO
Bu gün, 10:56
Ermənistanda qorxu, təlaş və ümidsizlik: - son sorğunun nəticələri nə göstərir?
Bu gün, 10:47
EVLƏR YIXAN “Melissa Group”: Siftələri deyil... - ÖZBAŞINALIĞIN QISA XRONOLOGİYASI...
Bu gün, 10:42
Ana dilimizə YERSİZ ATALIQ QAYĞISI... - AXI NİYƏ?..
Bu gün, 10:24
Pezeşkian Kazanda Paşinyanla görüşüb
Bu gün, 10:17
`Azəriqaz`da AYRISEÇKİLİK... - Bəzi işçilər ezamiyyətə buraxılmır...
Bu gün, 10:16
İrəvanın SÜLH PƏRDƏSİ - NƏ İŞLƏR ÇEVRİLİR?
Bu gün, 10:08
Ermənistan tələsir, Azərbaycan səbirlə davranır - GƏLİŞMƏ
Bu gün, 09:53
Əkilən ağac və kollar paytaxta xüsusi gözəllik verəcək - FOTO
Bu gün, 09:49
Əhali dərmanları pulsuz alacaq: Qanuna dəyişiklik nəyi dəyişəcək? - AKTUAL
Bu gün, 09:45
"Azərkontrakt"da Ləğvetmə Komissiyası yaradılır - SƏRƏNCAM
Bu gün, 09:42
TRAMP DA SƏRSƏMLƏDİ: `ARTSAX`dan danışdı... - "120.000 erməni xristianı dəhşətli şəkildə təqib ediləndə..."
Bu gün, 09:37
Köçəryan və Sərkisyan açıqlamışdı, Paşinyan isə gizlədir – Zakaryan
Bu gün, 09:34
"Yoldaşım dedi, get Hindistana, qayıtmaq istəyəndə dedi, gəlmə..." - “Vətəndaş A”nın Almazı
Bu gün, 09:31
Bu günlərdə iş və dərs olmayacaq - SİYAHI
Bu gün, 09:27
“Qala Həyat” rəqiblərlə yarışa davam gətirə bilmir - Yığımları azalmaqda davam edir
Bu gün, 09:24
"Xaçmaz düşmədi yadınıza?" - Sakinlər başçıdan soruşur...
Bu gün, 09:14
Rövşən Rüstəmovun başı cəncəldən açılmır... - GÖRÜNƏNİ BUDUR
Bu gün, 09:05
ADAU-da köhnəyə RƏHMƏT OXUYURLAR... - İTTİHAM VAR...
Bu gün, 08:59
"Avtobus zolaqları yol kənarındakı sahibkarlıq obyektlərini bankrot edir - FAKT BUDUR!
Bu gün, 08:45
KAPİTAL BANK müştərinin başına OYUN AÇDI - Elə bil dədələrinin puludur...
Bu gün, 08:42
Ankaradakı terror KİM(LƏR)İN işinə yarayır... - İNCƏLƏMƏ
Bu gün, 08:33
Ağadadaş Ağayevlə “Medera Hospital” şərəf, ləyaqət və nüfuz davası aparır - TƏFƏRRÜAT
Bu gün, 08:25
Direktor xadimə ilə RƏQABƏTDƏ... - GİLEY
Bu gün, 08:22
Devalvasiya olarsa, manatın əvvəlcə 15-20 faiz dəyər itirəcəyi gözlənilir - Gözlənilən "gələcək"...
Bu gün, 08:18
Onlarda yerli... bizdə isə miqrant... - AXI NİYƏ?..
Bu gün, 08:12
Paşinyandan SÜLH açıqlaması... - “COP29 bizim üçün fürsətdir”
Bu gün, 08:09
Erməni hiyləsinə uyan Avropa Parlamenti: Azərbaycana qarşı qətnamənin arxasındakı adlar - NƏ ETMƏLİ?
Bu gün, 07:14
Prezident İlham Əliyevin BRICS-də iştirakı Azərbaycanın qlobal gücə çevrildiyindən xəbər verir - deputat
Bu gün, 07:09
Fulser Bakıya qarşı şəbəkəni ifşa etdi - FOTO
Bu gün, 07:04
Müharibədən 7 ay əvvəl Əliyevə bunu niyə dedin?! – Manukyandan Paşinyana sərt sual
Bu gün, 07:01
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru