Dolu düşəcəyi ehtimalı var .....                     “EuroHome”-nin sahibi kompensasiya verməmək üçün hansı yola əl atıb? .....                     Dövlət Xidməti Şəki İcra Hakimiyyətinə “stop” qoydu .....                     Ankarada terror törədənləri Rusiyaya NƏ BAĞLAYIR? .....                     ABŞ-dan mesaj: Ermənistan müttəfiqini satdı .....                     Türkiyə şirkətlər qrupu Azərbaycanda zavodu satın aldı .....                     “Atama bu haqsızlığı edən insan həyatda xeyir tapmadı” .....                     Məşhur aktyor və arvadının qətli ilə bağlı yeni TƏFƏRRÜATLAR .....                     "Dövlət əmlakı dağıdılıb, həqiqi alimlər dalana dirənib..." .....                     Bakı demarkasiyaya dair reqlamenti nə zaman ratifikasiya edəcək .....                     Röyal Axundov Bakı həbsxanasında .....                     "Bu nə fırıldaqdır?" .....                     SAĞ OLDUQLARINA ŞÜKÜR ETSİNLƏR... .....                     ASTF rəsmilərinə Avropa Stolüstü Tennis Birliyində vəzifə verilib .....                     “Bioloji müxtəlifliyin mühafizəsi: .....                     Plagiatçıların növbəti saxtakarlığı: ermənilərin gözü türk sazına dikilib... .....                     NATO-nun bir neçə ölkəsi Ukraynanın alyansa üzvlüyünə qarşıdır .....                     BRİKS ölkələrinin liderləri hələlik yeni üzvləri qəbul etməmək qərarına gəliblər .....                     "Atam komada deyil, səhv məlumat verilir" .....                     Azərbaycana sülh məktubu, Ermənistana silah GÖNDƏRİLİR... .....                     “Elza Seyidcahana iradımız yoxdur, onu sevirlər, ittifaqa üzv olanda soruşdular ki...” .....                     Ankara şəhidləri ilə bağlı sarsıdıcı detallar .....                     Ermənistanda qorxu, təlaş və ümidsizlik: .....                     EVLƏR YIXAN “Melissa Group”: Siftələri deyil... .....                     Ana dilimizə YERSİZ ATALIQ QAYĞISI... .....                     Pezeşkian Kazanda Paşinyanla görüşüb .....                     `Azəriqaz`da AYRISEÇKİLİK... .....                     İrəvanın SÜLH PƏRDƏSİ .....                     Ermənistan tələsir, Azərbaycan səbirlə davranır .....                     Əkilən ağac və kollar paytaxta xüsusi gözəllik verəcək .....                     Əhali dərmanları pulsuz alacaq: Qanuna dəyişiklik nəyi dəyişəcək? .....                     "Azərkontrakt"da Ləğvetmə Komissiyası yaradılır .....                     TRAMP DA SƏRSƏMLƏDİ: `ARTSAX`dan danışdı... .....                     Köçəryan və Sərkisyan açıqlamışdı, Paşinyan isə gizlədir .....                     "Yoldaşım dedi, get Hindistana, qayıtmaq istəyəndə dedi, gəlmə..." .....                     Bu günlərdə iş və dərs olmayacaq .....                     “Qala Həyat” rəqiblərlə yarışa davam gətirə bilmir .....                     "Xaçmaz düşmədi yadınıza?" .....                     Rövşən Rüstəmovun başı cəncəldən açılmır... .....                     ADAU-da köhnəyə RƏHMƏT OXUYURLAR... .....                 

Elman Rüstəmovdan güc alan, maraqlar konfliktində mərkəz olan “Şapka Mamed”lə bağlı İLGİNC FAKTLAR - Bu faktlar ARAŞDIRILARSA...
Tarix: 14-11-2022, 16:50 | Çap et
Elman Rüstəmovdan güc alan, maraqlar konfliktində mərkəz olan “Şapka Mamed”lə bağlı İLGİNC FAKTLAR
Azərbaycanda dövlət qurumlarında, yaxud dövlətə məxsus şirkətlərdə vəzifə tutan şəxslərin ictimai vəzifələrdə də təmsil olunması adi haldır. Lakin elə hallar var ki, ikili vəzifə tutan şəxs maraqlar konfliktinin obyektinə çevrilir. Belə ikili vəzifə tutan şəxslərdən biri də dövlətə məxsus “Aqrarkredit” Qapalı Səhmdar Cəmiyyətinin İdarə Heyətinin sədri olan Məmməd Musayevdir. M.Musayev yüz faiz dövlət mülkiyyəti olan QSC ilə yanaşı, Azərbaycan Sahibkarları Milli Konfederasiyasına(ASK) da rəhbərlik edir.

M.Musayevin hansı əsasla sahibkarların hüquqlarını ilk növbədə hökumət qurumları qarşısında müdafiə edən ictimai birliyə rəhbərlik etməsi anlaşılmır.

Öncə gəlin ASK-nın internet saytında birlik haqqında məlumata diqqət yetirək: “ASK Azərbaycan Respublikasında İşəgötürənlərin ictimai birliyi olub, mülkiyyət və təşkilati-hüquqi formasından asılı olmayaraq (dövlət büdcəsindən maliyyələşən təşkilatlar istisna olmaqla), sahibkarlıq fəaliyyəti ilə məşğul olan hüquqi və fiziki şəxslərin könüllülük əsasında fəaliyyətini əlaqələndirən, onların hüquqi və iqtisadi mənafelərini müdafiə edən, özünüidarəedən, ictimai-faydalı məqsədləri daşıyan, öz fəaliyyətinin əsas məqsədi kimi gəlir əldə etməyi nəzərdə tutmayan qeyri-kommersiya, qeyri-hökumət təşkilatıdır.

Konfederasiya öz Nizamnamə məqsədlərinə uyğun olaraq aşağıdakı vəzifələri həyata keçirir:

-Müvafiq dövlət hakimiyyəti orqanları, bələdiyyə qurumları və digər təşkilatlar qarşısında sahibkarlıq subyektlərinin hüquqlarını, əmlak və digər qanuni mənafelərini müdafiə edir.

-Əmək Qanunvericiliyinə uyğun olaraq ölkədə əmək münasibətlərinin tənzimlənməsi məqsədilə işəgötürənlərin Ümumazərbaycan birliyi kimi Azərbaycan Hökuməti və Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası ilə kollektiv danışıqlarda iştirak edir, habelə üçtərəfli Azərbaycan Hökuməti və Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası arasında Baş Kollektiv Saziş bağlayır”.

İndi bir anlığa təsəvvür edək ki, ASK Azərbaycan hökumətinin Baş Kollektiv Sazişdə təklif etdiyi müddəalarla razılaşmır, onları sahibkarların-işəgötürənlərin mənafeyinə zərbə kimi qiymətləndirir və sazişi imzalamaqdan imtina edir. Bu zaman nə baş verəcək: Azərbaycan hökuməti ASK prezidentinin həssas nöqtəsindən istifadə edərək, “Aqrarkredit”dəki vəzifəsindən ona təzyiq üçün yararlanacaq. Yəni M.Musayevin ASK-yə rəhbərliyi qurumun müstəqilliyinə birbaşa təhdid olmaqla, çox ciddi maraqlar konflikti yaradır.

Çox maraqlıdır ki, M.Musayev həm də Azərbaycan Banklar Assosiasiyasının İdarə Heyətinin üzvü kimi onun idarəçiliyində əsas söz sahiblərindən biridir. Bu qurumun da yaradılmasında əsas məqsədin nə olduğu internet saytında açıq qeyd edilib: “Azərbaycan Banklar Assisasiyasının yaradılmasında əsas məqsəd üzv-təşkilatların korporativ maraqlarını dövlətin qanunverici, icraedici və məhkəmə orqanlarında, ictimai təşkilatlarda və beynəlxalq qurumlarda daha fəal qorumaqdan, onların müxtəlif növ işgüzar xidmətlərə olan ehtiyaclarının ödənilməsinə yardım göstərməkdən və fəaliyyətlərini əlaqələndirməkdən ibarət olmuşdur”.

Yenə sual yaranır ki, M.Musayev bankların korporativ maraqlarını “dövlətin qanunverici, icraedici və məhkəmə orqanlarında” necə müdafiə edəcək ki, özü bilavasitə dövlət təşkilatına rəhbərlik edir?

Bəs M.Musayevə eyni vaxtda iki kresloda oturmağa, birinə də kəmənd atmağa hansı üstünlükləri imkan verir? Necə olur ki, o, dövlətə məxsus təşkilata rəhbərlik etdiyi halda sahibkar kimi də çıxış edə bilir? Əslində, M.Musayev uzun illərdir sahibkarlıq fəaliyyəti ilə məşğul olur: öz adına olmasa da onun iqtisadiyyatın müxtəlif sahələrində biznesinin olduğu heç kimə sirr deyil. Düzdür, əsas fəaliyyəti bank sahəsi ilə bağlıdır – Sovet hakimiyyətinin son illərindən başlayaraq indiyədək bank-maliyyə sektorunda “AqrarKredit”dəkindən əlavə müxtəlif vəzifələr daşıyıb. Bura onun təşəbbüsü ilə Türkiyənin “Ziraat Bankası” ilə birgə yaradıldığı deyilən “Azər-Türk-Bank” Müşahidə Şurasının rəhbərliyindən tutmuş, Beynəlxalq Bankın İdarə Heyətinin üzvlüyünə qədər çoxsaylı vəzifələr aiddir. Onun bank sahəsindəki “Günəşinin” parlamasında Mərkəzi Bankın sabiq rəhbəri Elman Rüstəmovla yaxınlığının böyük rol oynadığı bildirilir. Onları yaxın dostluq münasibətləri ilə yanaşı, həm də biznes maraqlarının birləşdirdiyi qeyd olunur. M.Musayevin ASK prezidenti postuna gətirilməsi də Elman Rüstəmovun xidməti hesab olunur. Həmçinin bu iki şəxsi ortaq biznes, nəhəng layihələr birləşdirir. Bakıda M.Musayev tərəfindən tikilən bir çox hündürmərtəbəli yaşayış binalarının maliyyəşməsində Elman Rüstəmovun ciddi rol oynadığına dair məlumatlar var.

M.Musayevin bank çevrələrində “Şapka Mamed” adı ilə çağırıldığı da heç kimə sirr deyil. Deyilənə görə, bu adı o, vəzifə tutduğu banklardan kreditləri məlum “şapka” üsulu ilə verməsinə görə qazanıb. O, həmçinin kredit ödənişlərini icra edə bilməyən vətəndaşlara qarşı amansız rəftarı ilə ad çıxarıb. M.Musayevin belə qəddar davranışları ilə bağlı ölkə mətbuatında çoxsaylı şikayətlər dərc olunmaqdadır. Lakin onunla bağlı məhkəmələrə edilən müraciətlərin böyük əksəriyyəti nəticəsiz qalmaqdadır.

Məlumdur ki, 2015-ci il devalvasiyalarından sonra batmaq üzrə olan Azərbaycan Beynəlxalq Bankının (ABB) 10 milyard manat həcmində problemli kreditləri "Aqrarkredit" QSC bank olmayan kredit təşkilatına ötürülüb. Daha doğrusu, ABB-nin kreditləri ilə yaradılan 50-dək müəssisə “AqrarKredit”in idarəçiliyinə verilib – sağlamlaşdırılıb özəlləşməyə çıxarılması üçün. ABB-nin toksik aktivlərini idarəetməyə götürən “AqrarKredit”in 3 milyard manatdan yuxarı istiqrazı Mərkəzi Bank və Maliyyə Nazirliyi tərəfindən satın alınıb. Bu satışdan əldə olunan 3 milyard manatdan yuxarı məbləğin necə sərf olunduğuna dair hər hansı açıqlama verilmir. Məlum olan budur ki, qısa müddət ərzində ABB-dən alınan müəssisələrin böyük əksəriyyəti kəskin şəkildə “dəyərsizləşib”. 51 şirkətin yaradılması və yenidən təşkil edilməsi üçün ABB-dən götürülmüş 3,8 milyard manat kreditin əvəzinə 2017-ci ildə “Aqrarkredit” QSC tərəfindən Azərbaycan Sənaye Korporasiyası ASC-yə təhvil verilən problemli aktivlərin cəmi bazar dəyəri 673 milyon manat hesablanıb. Bu fakt “Ernest and Yang” audit şirkətinin rəyində əksini tapır.

Hazırda “AqrarKredit”in idarəetməsində ABB-dən götürülən aktivlərdən “Xırdalan Metal Konstruksiya” MMC, “Bakı Prefabrik” MMC, “Balaxanı Metal Məmulatları” MMC, “Qaradağ Mərmər Qranit” MMC, “Deutsche Fassaden Technologien” MMC, “Ağstafa Tekstil” MMC, “Mingəçevir Maşınqayırma Zavodu” ASC, “Accopen” MMC, “Abşeron Kərpic” MMC qalıb. QSC-nin İnternet resursunda bu müəssisələr ağızdolusu təriflənir, istehsal etdikləri məhsulların yüksək keyfiyyətə malik olduğu qeyd edilir. Bundan əvvəlki təcrübə deməyə əsas verir ki, sabah həmin müəssisələrin əl dəyişməsi, yaxud özəlləşməyə çıxarılması halında bazar dəyəri qat-qat aşağı “olacaq”.

Hazırda “AqrarKredit” aqrar istehsalçılara ən bahalı kreditləri təklif edən qurumdur. Onun dövlətin güzəştli vəsaitlərindən kənarda fermerlərə təklif etdiyi kreditlər üçün faiz dərəcəsi 18 faizdən başlayır.

Yeri gəlmişkən, M.Musayev özü bir neçə vəzifəni tutmaqla yanaşı, yaxın adamlarını da “işsiz” qoymur. Belə ki, bu ilin iyununda onun kürəkəni - Rəşad Temraz oğlu Orucov Azərbaycan Respublikası Mərkəzi Bankı sədrinin birinci müavini təyin edilib. R.Orucov bundan əvvəl Mərkəzi Bankın Baş direktoru idi. Bu vəzifəyə onun qayınatasının E.Rüstəmovla yaxın dostluğu nəticəsində gətirildiyi yəqin ki, hamıya məlumdur...

Musavat.com









 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Dolu düşəcəyi ehtimalı var - belə deyirlər...
Bu gün, 12:31
“EuroHome”-nin sahibi kompensasiya verməmək üçün hansı yola əl atıb? - İLGİNC FAKTLAR...
Bu gün, 12:26
Dövlət Xidməti Şəki İcra Hakimiyyətinə “stop” qoydu - SƏBƏB
Bu gün, 12:22
Ankarada terror törədənləri Rusiyaya NƏ BAĞLAYIR? - FOTO
Bu gün, 12:16
ABŞ-dan mesaj: Ermənistan müttəfiqini satdı - “Past”
Bu gün, 12:14
Türkiyə şirkətlər qrupu Azərbaycanda zavodu satın aldı - DETALLAR
Bu gün, 12:11
“Atama bu haqsızlığı edən insan həyatda xeyir tapmadı”
Bu gün, 12:08
Məşhur aktyor və arvadının qətli ilə bağlı yeni TƏFƏRRÜATLAR - "Evə yalnız şagirdlər girib-çıxırdı"
Bu gün, 12:05
"Dövlət əmlakı dağıdılıb, həqiqi alimlər dalana dirənib..." - FAKT BUDUR!
Bu gün, 12:00
Bakı demarkasiyaya dair reqlamenti nə zaman ratifikasiya edəcək - AKTUAL
Bu gün, 11:51
Röyal Axundov Bakı həbsxanasında ÖLDÜ
Bu gün, 11:50
"Bu nə fırıldaqdır?" - ETİRAZ
Bu gün, 11:48
SAĞ OLDUQLARINA ŞÜKÜR ETSİNLƏR... - Cəzalarını çəkəcəklər
Bu gün, 11:42
ASTF rəsmilərinə Avropa Stolüstü Tennis Birliyində vəzifə verilib - FOTO
Bu gün, 11:39
“Bioloji müxtəlifliyin mühafizəsi: - Botanika, Ekologiya və Yaşıl Şəhərlər” adlı forum keçirilir
Bu gün, 11:36
Plagiatçıların növbəti saxtakarlığı: ermənilərin gözü türk sazına dikilib... - ZİBİLƏ DÜŞMÜŞÜK...
Bu gün, 11:24
NATO-nun bir neçə ölkəsi Ukraynanın alyansa üzvlüyünə qarşıdır - TASS
Bu gün, 11:22
BRİKS ölkələrinin liderləri hələlik yeni üzvləri qəbul etməmək qərarına gəliblər - AÇIQLAMA
Bu gün, 11:22
"Atam komada deyil, səhv məlumat verilir" - Təhminə Mustafayeva
Bu gün, 11:14
Azərbaycana sülh məktubu, Ermənistana silah GÖNDƏRİLİR... - ABŞ-ın növbəti İKİÜZLÜLÜYÜ
Bu gün, 11:09
“Elza Seyidcahana iradımız yoxdur, onu sevirlər, ittifaqa üzv olanda soruşdular ki...” - Firəngiz Əlizadə
Bu gün, 11:06
Ankara şəhidləri ilə bağlı sarsıdıcı detallar - FOTO
Bu gün, 10:56
Ermənistanda qorxu, təlaş və ümidsizlik: - son sorğunun nəticələri nə göstərir?
Bu gün, 10:47
EVLƏR YIXAN “Melissa Group”: Siftələri deyil... - ÖZBAŞINALIĞIN QISA XRONOLOGİYASI...
Bu gün, 10:42
Ana dilimizə YERSİZ ATALIQ QAYĞISI... - AXI NİYƏ?..
Bu gün, 10:24
Pezeşkian Kazanda Paşinyanla görüşüb
Bu gün, 10:17
`Azəriqaz`da AYRISEÇKİLİK... - Bəzi işçilər ezamiyyətə buraxılmır...
Bu gün, 10:16
İrəvanın SÜLH PƏRDƏSİ - NƏ İŞLƏR ÇEVRİLİR?
Bu gün, 10:08
Ermənistan tələsir, Azərbaycan səbirlə davranır - GƏLİŞMƏ
Bu gün, 09:53
Əkilən ağac və kollar paytaxta xüsusi gözəllik verəcək - FOTO
Bu gün, 09:49
Əhali dərmanları pulsuz alacaq: Qanuna dəyişiklik nəyi dəyişəcək? - AKTUAL
Bu gün, 09:45
"Azərkontrakt"da Ləğvetmə Komissiyası yaradılır - SƏRƏNCAM
Bu gün, 09:42
TRAMP DA SƏRSƏMLƏDİ: `ARTSAX`dan danışdı... - "120.000 erməni xristianı dəhşətli şəkildə təqib ediləndə..."
Bu gün, 09:37
Köçəryan və Sərkisyan açıqlamışdı, Paşinyan isə gizlədir – Zakaryan
Bu gün, 09:34
"Yoldaşım dedi, get Hindistana, qayıtmaq istəyəndə dedi, gəlmə..." - “Vətəndaş A”nın Almazı
Bu gün, 09:31
Bu günlərdə iş və dərs olmayacaq - SİYAHI
Bu gün, 09:27
“Qala Həyat” rəqiblərlə yarışa davam gətirə bilmir - Yığımları azalmaqda davam edir
Bu gün, 09:24
"Xaçmaz düşmədi yadınıza?" - Sakinlər başçıdan soruşur...
Bu gün, 09:14
Rövşən Rüstəmovun başı cəncəldən açılmır... - GÖRÜNƏNİ BUDUR
Bu gün, 09:05
ADAU-da köhnəyə RƏHMƏT OXUYURLAR... - İTTİHAM VAR...
Bu gün, 08:59
"Avtobus zolaqları yol kənarındakı sahibkarlıq obyektlərini bankrot edir - FAKT BUDUR!
Bu gün, 08:45
KAPİTAL BANK müştərinin başına OYUN AÇDI - Elə bil dədələrinin puludur...
Bu gün, 08:42
Ankaradakı terror KİM(LƏR)İN işinə yarayır... - İNCƏLƏMƏ
Bu gün, 08:33
Ağadadaş Ağayevlə “Medera Hospital” şərəf, ləyaqət və nüfuz davası aparır - TƏFƏRRÜAT
Bu gün, 08:25
Direktor xadimə ilə RƏQABƏTDƏ... - GİLEY
Bu gün, 08:22
Devalvasiya olarsa, manatın əvvəlcə 15-20 faiz dəyər itirəcəyi gözlənilir - Gözlənilən "gələcək"...
Bu gün, 08:18
Onlarda yerli... bizdə isə miqrant... - AXI NİYƏ?..
Bu gün, 08:12
Paşinyandan SÜLH açıqlaması... - “COP29 bizim üçün fürsətdir”
Bu gün, 08:09
Erməni hiyləsinə uyan Avropa Parlamenti: Azərbaycana qarşı qətnamənin arxasındakı adlar - NƏ ETMƏLİ?
Bu gün, 07:14
Prezident İlham Əliyevin BRICS-də iştirakı Azərbaycanın qlobal gücə çevrildiyindən xəbər verir - deputat
Bu gün, 07:09
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru