`Reo-Med` adlı QƏSSABXANA... CAN ALIR... - İLGİNC FAKTLAR
Tarix: 11-07-2024, 10:22 | Çap et
Xəbər verdiyimiz kimi "Reo-Med" klinikasına liposaksiya üçün müraciət edən və komaya düşən 29 yaşlı Aybəniz Almuradova vəfat edib. Onun ailəsi ölümdə həkimi günahlandırır. Bacısının sözlərinə görə, Aybəniz Almuradova sosial şəbəkədə tanınan həkim Mətanət Eyvazovaya yazaraq liposaksiya olunmaq istədiyini bildirib. Həkim də cavabında əməliyyatın çox yüngül proses olduğunu bildirərək, klinikaya dəvət edib. İyunun 11-də Aybəniz Almuradovanı əməliyyat etmək üçün anesteziya edilib. Hər şey də bundan sonra başlayıb. Mərhumun bacısı deyir ki, Mətanət Eyvazovanın heç bir ali təhsili yox imiş. O lazeroloq işləyirmiş, 6 aydır ki, bu işi kursa gedərək öyrənib.
Gözəlləşmək istəyərkən həyatla vidalaşan yalnız Aybəniz Almuradova deyil. Azərbaycanda son illərdə çox sayda uğursuz plastik əməliyyatları misal çəkmək olar. “Liposaksiya”, bel, yan, qarın, əl, boyun və digər hissələrdəki artıq piylər üçün nəzərdə tutulan əməliyyat növü dünyada geniş yayılıb. Azərbaycanda plastik əməliyyatlar zamanı ölüm halları ilə bağlı siyahını artırmaq olar.
Bu prosedurları bəzən Tibb Universitetində təhsil almayan, bu sahədə ixtisaslaşmayan şəxslər həyata keçirirlər. Onlar bir müddət kurs keçərək bu sahədə fəaliyyət göstərməyə başlayırlar.
Teleqraf.com xəbər verir ki, Baş Prokurorluq plastik cərrahiyyə və digər estetik prosedurların keçirilməsinə dair tələblərlə bağlı vətəndaşlara müraciət edib. Müraciətdə plastik cərrahiyyə əməliyyatı və ya digər estetik prosedurların həkim təyinatı əsasında həyata keçirilməli olduğu vurğulanıb:
"Bundan əvvəl həmin prosedurun şəxsin həyat və sağlamlığına təsirinə dair müayinəsi aparılmalıdır. Proseduru icra edən həkim pasiyentdən bu müayinənin aparılmasını tələb etməlidir. Estetik proseduru həyata keçirən şəxsin müvafiq tibbi təhsili olmalı, həmçinin bu sahədə ixtisaslaşmalıdır. Plastik cərrahiyyə əməliyyatını aparan şəxsin ali tibbi təhsili olmaqla yanaşı, bu sahədə ixtisaslaşmalıdır. Ali tibbi təhsil almadan həkim və ya həkim-kosmetoloq adından istifadə etmək yolverilməzdir”,- məlumata qeyd edilir.
Səhiyyə Nazirliyi tərəfindən kosmetoloji, plastik cərrahiyə fəaliyyəti göstərən mərkəzlərə nəzarət necə aparılır?
Məsələ ilə bağlı Səhiyyə Nazirliyi Analitik Ekspertiza Mərkəzi Teleqraf.com-a açıqlama verib. Bildirilib ki, kosmetoloji iş üzrə ambulator tibbi xidmət, plastik cərrahiyyə işi üzrə ambulator və stasionar tibbi xidmətlər “Özəl tibb fəaliyyəti üzrə lisenziyalaşdırılan xidmətlərin və işlər” siyahısına daxil olduğundan bu istiqamətdə fəaliyyət göstərən müəssisələr müvafiq lisenziyaya sahib olmalıdırlar:
“Bu sahədə müvafiq ixtisas üzrə sertifikata malik həkim mütəxəssislər praktiki tibb fəaliyyət göstərə bilər. Lisenziyalı müəssisələrə nəzarət Analitik Ekspertiza Mərkəzi tərəfindən plan üzrə və plandankənar yoxlamalar şəklində, lisenziyasız müəssisələrə münasibətdə isə əhalinin sağlamlığına birbaşa və ya mühüm təhlükənin olmasına dair konkret faktlar olduqda, həmçinin, müxtəlif qurumlardan daxil olan müraciətlər əsasında plandankənar yoxlamalar şəklində aparılır".
Analitik Ekspertiza Mərkəzinin verdiyi məlumata görə, nəzarət tədbirləri zamanı nöqsanlar aşkar olunduqda qanunvericilkdə nəzərdə tutulan inzibati tənbeh tədbirləri (inzibati cərimə) görülür, təkrar aşkar edildikdə təkrar inzibati tənbeh və əlavə tədbirlər həyata keçirilir.
Tanınmış həkim-cərrah Adil Qeybulla isə deyir ki, bütün əməliyyatlarda olduğu kimi plastik əməliyatları da bu sahədə ixtisaslaşan mütəxəssis həyata keçirilməlidir:
“Mütəxəssis olmayan şəxsin fəsadlara səbəb olması ehtimalı çox yüksəkdir. Avadanlıqlar, müvafiq yer, tibb müəssisinin ona uyğun fəaliyyət göstərə bilməsi də vacib məqamdır. Müayinələri həyata keçirmək üçün avadanlıqların olması, həkimin əməliyyatı həyata keçirmək üçün keyfiyyətli cihazlarının olması vacibdir. Hətta yaxşı mütəxəssisin yaxşı avadanlığı olmadıqda belə, orada ağırlaşmalar ola bilir. Ona görə də xəstələr özləri diqqətli olmalıdırlar. Öncədən araşdırmalıdırlar. Reklama uymamalı, mütəxəssisin sertifikatını, doğrudan da bu işlə məşğul olduğunu araşdırmalıdırlar. Səhiyyə Nazirliyi və digər qurumlar daha çox insanların sağlamlıqları ilə bağlı olan xəstəliklərlə məşğuldurlar. Estetik əməliyyatlar xəstənin öz arzusu ilə həyata keçirildiyi üçün burada daha çox pasiyent diqqətli olmalıdır”.
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• “Spero Hospital“da qalmaqal – Baş mühasib dava saldı
Dünən, 21:52 |
|
|
|
• Zəngilan şəhərinə ilk köç başlayır: 600 min manatlıq tender - DETALLAR
Dünən, 21:42 |
|
|
|
• Qərbin ən iyrənc ssenariləri: Cəsus şəbəkələrinin iştirakı ilə çızılır - AKTUAL
Dünən, 21:38 |
|
|
|
• Bakı onu seçdi: İki mühüm coğrafiyaya “qapı” açılır – Qarabağ detalı
Dünən, 21:34 |
|
|
|
• "O pulu sizə halal etmirəm" - Əməkdar artist
Dünən, 21:10 |
|
|
|
• Həmidə Ömərovadan qalmaqallı xəbərə münasibət - "Mənim adımı niyə verirlər?"
Dünən, 21:08 |
|
|
|
• “İran rəsmilərinin Azərbaycan əleyhinə bəyanatları...” - ŞƏRH
Dünən, 21:03 |
|
|
|
• Azərbaycan NATO ilə imzaladığı əməkdaşlıq məsələlərinə ciddi yanaşır - RƏY
Dünən, 20:39 |
|
|
|
• Bakını hədəfə aldı, özü “vuruldu”: 4 səhvə görə prezidentliyi itirəcək - GƏLİŞMƏ
Dünən, 20:36 |
|
|
|
• Rüfət Səfərovun həbsinə nə səbəb olub? - TƏFƏRRÜAT
Dünən, 20:31 |
|
|
|
• "Oğlumun qanını yerdə qoymayacağam" - Qətlə yetirilən şəxsin anası
Dünən, 20:04 |
|
|
|
• Ermənistanın avantürist çıxışları: İrəliləyişlərin səbəbi... - Bakının konstruktiv yanaşmasıdır
Dünən, 20:02 |
|
|
|
• Suriyadakı proses Ukraynada da təkrarlana bilər - Sərdar Cəlaloğlunun TƏHLİLİ
Dünən, 19:55 |
|
|
|
• Məmurlar sosial şəbəkələrdən necə istifadə edirlər? – “Bu, onların vəzifə öhdəliyidir”
Dünən, 19:53 |
|
|
|
• ABŞ-nin Azərbaycana təcrid siyasəti: OCCPR təşkilatının bağlı olduğu yer USAİD-dir - NƏ BAŞ VERİR?
Dünən, 19:30 |
|
|
|
• "Ya oxumağını et, ya da kinoya çəkil..."
Dünən, 19:26 |
|
|
|
• “Vətəndaş A”nın dron söhbəti yalan çıxdı - AÇIQLAMA
Dünən, 19:23 |
|
|
|
• Rüfət Səfərova HÖKM OXUNDU - 4 aylıq HƏBS və...
Dünən, 19:20 |
|
|
|
• Avropa Ukraynanı fəda etmək niyyətində deyil: - həm pul, həm silah, həm də sığınacaq
Dünən, 19:15 |
|
|
|
• 310 min manatlıq torpaq maxinasiyası... - Keçmiş sədr Ali Məhkəməyə müraciət etdi
Dünən, 19:09 |
|
|
|
• Turan ideyasına qarşı yaradılan “gizli əl” - Yeni münaqişə başlaya bilər
Dünən, 19:04 |
|
|
|
• Generalın şikayəti təmin edilmədi - QƏRAR
Dünən, 19:01 |
|
|
|
• Ermənistan hakimiyyətinə Azərbaycanla müharibə lazım deyil - Paşinyan belə deyir...
Dünən, 18:59 |
|
|
|
• Məşhurların adından istifadə edib jurnalist xanımı aldatdılar - ARAŞDIRMA
Dünən, 18:56 |
|
|
|
• Bayden Administrasiyasının uğursuz planı: Niyə Səfərov? - Asif Nərimanlı yazır...
Dünən, 18:53 |
|
|
|
• Rüfət Səfərova əlavə ittiham verildi: Məhkəmə gedir - TƏFƏRRÜAT
Dünən, 18:49 |
|
|
|
• Əsas hədəf yeni “Minsk Qrupu planı”nı işə salmaqdır - Qərb Ermənistanın fəlakətində maraqlıdır
Dünən, 18:47 |
|
|
|
• Ədliyyə naziri onu rəis TƏYİN ETDİ - ƏMR
Dünən, 14:51 |
|
|
|
• “Ağadadaşı tutdular, 3-5 il verdilər, nə dəyişəcək?” - Şeyxdən xalq artistinin baltalı hücumunu yatıracaq sözlər
Dünən, 14:49 |
|
|
|
• "Kənd yumurtası" bahalaşır, sənaye üsulu ilə istehsal olunanlar isə… - BELƏ DAVAM EDƏRSƏ...
Dünən, 13:53 |
|
|
|
• Bu rəhbər şəxslərə şiddətli töhmət verildi - ADLAR
Dünən, 13:41 |
|
|
|
• "Azpulmat" və "Manato" qaydaya əməl etmir... - Faizlər hələ də yüksəkdir
Dünən, 13:20 |
|
|
|
• Xalq artisti Sevinc Heydərovadan 30 min manat tələb edib? - AÇIQLAMA
Dünən, 13:16 |
|
|
|
• Rütte Kiyevi hələ səbrli olmağa çağırıb
Dünən, 13:07 |
|
|
|
• “Vurulan” məmur və deputatların “sirli” vəzifəsi – Nazirliklərdə “ələkçinin qıl verəni” ştatı
Dünən, 13:04 |
|
|
|
• Messi və komanda yoldaşları Bakıya gəlir - GÖRÜŞƏ BİLMƏK ÜÇÜN...
Dünən, 13:01 |
|
|
|
• Qanunlar pozulur... aidiyyatı qurumlar görərsə... - BU DA FAKT!
Dünən, 12:59 |
|
|
|
• Arabir yağış yağacağı gözlənilir - belə deyirlər...
Dünən, 12:57 |
|
|
|
• Gəncə Dövlət Regional Kollecinin direktoru vəzifəsindən azad edilib - ƏMR
Dünən, 12:52 |
|
|
|
• "Mediasiya xərclərini ödəmək üçün kifayət qədər vəsaiti olmayan..." - Ekspert danışır...
Dünən, 12:48 |
|
|
|
• Azərbaycanda vəzifəli şəxs intihar etdi - TƏFƏRRÜAT
Dünən, 12:44 |
|
|
|
• 8 min erməni mühasirəyə düşdü: deyirlər, türklərin… - Mesropyan
Dünən, 12:38 |
|
|
|
• Tramp qubernatoru Pentaqonun rəhbəri vəzifəsinə təyin edə bilər
Dünən, 12:34 |
|
|
|
• Röyal Sarıməmmədova verilən vaxt daralır - İLGİNC FAKTLAR
Dünən, 12:28 |
|
|
|
• Qərbi Azərbaycana axır ki, türk vali təyin olundu - AÇIQLAMA
Dünən, 12:19 |
|
|
|
• “Kristal Bakı İnşaat” təşkilati-hüquqi formasını dəyişir
Dünən, 12:16 |
|
|
|
• Bazarda satılan məhsullar BAHALAŞACAQ – Yeni qərar qüvvəyə minir
Dünən, 11:58 |
|
|
|
• Həbs edilən bələdiyyə sədri saxta sənədlər düzəldərək rüşvət alırmış - TƏFƏRRÜAT
Dünən, 11:56 |
|
|
|
• Milli Məclisin iclası niyə LƏĞV OLUNDU? - ehtiyac qalmayıb
Dünən, 11:54 |
|
|
|
• Şəbnəm QADAĞA QOYDU: - “Həddini bildirirəm”
Dünən, 11:49 |
|
|
|
|