Qiyamətə qədər sürəcək SAVAŞ... .....                     Cəbrayılda yük maşını qaçıran șəxslər saxlanılıblar .....                     Gülənin dəfnindəki sirli adamlar .....                     “Apo hazırda heç bir dəyəri olmayan zavallı bir adamdır” .....                     Dağlıq ərazilərdə qar yağacağı ehtimalı var .....                     Fransa terrorçulara və ekstremistlərə belə "hami"lik edir .....                     Türkiyə Ermənistanla sərhədlərini açmayacaq .....                     “Avropa İttifaqı mini-Çindir” .....                     “İrana hücumda 100-dən çox İsrail təyyarəsi iştirak edib” .....                     Keçirilən aksiyalar paytaxtın ekoloji durumunu daha da yaxşılaşdıracaq .....                     "Real Ermənistan Bakı, artsax və Naxçıvandan başlayır...” .....                     Yeni HƏBS DALĞASI .....                     Seymur Verdizadə baş redaktorluqdan getdi .....                     "Opera ifaçıları bütün günü sənətləriylə, repertuar seçimi, səsləri ilə məşğul olurlar" .....                     İran səhvə yol versə yenidən vuracağıq! .....                     Arağın qiyməti qalxacaq? .....                     Həmkarlar İttifaqları Konfederasiyasının sədrinə müşavir təyin olunub .....                     Vətəndaşın pul kisəsinə hiyləgər zərbə: rəfdə bir, kassada başqa qiymət .....                     Əliyevin uğurlu BRICS diplomatiyası .....                     Türkiyədə azərbaycanlı qadınlar TUTULDU: dəhşətli erotik fantaziyalar... .....                     47 yaşlı elektrik faciəli şəkildə öldü .....                     Naxçıvanda KTN sistemi niyə irəli getmir... .....                     Paşinyan KAZANDA NƏ QAYNATDI? .....                     `Kontakt Home` hər yerdə elə eynidir... .....                     İran aviareyslərə qoyulan məhdudiyyəti aradan qaldırdı .....                     Azərbaycanın xalq artisti Şahlar Quliyev vəfat edib .....                     Maliyyə öhdəliyindən qaçmaq üçün yenə şantaja BAŞLAYIBLAR .....                     Yarımmilyonluq "Range Rover"i ilə gündəm İcra başçısı qazon və ağaclar alır .....                     Nazir NK-nın qərarlarını SAYA SALMIR... .....                     GDU tələbələri Prezidentə müraciət etdi .....                     Qonşuda seçkidir... BİZƏ DƏ BİR PAY DÜŞƏR... .....                     Bu son olmayacaq... .....                     Dəfələrlə izah etməyə çalışsaq da... .....                     Azərbaycanın BRICS-ə üzvlüyünə bu ölkə əngəl olacaq? .....                     İran üzərində hava məkanının bağlanması səbəbindən bir sıra təyyarələr Bakı Aeroportuna enib .....                     Yeni qlobal pul ideyası qorxuya saldı .....                     "İrana hücum başa çatdı, 20-yə yaxın hədəf vuruldu..." .....                     Gürcüstanda parlament seçkiləri başlayıb .....                     Sahil Babayevin nazirliyi yenidən məhkəməyə verildi .....                     Gürcüstanda baş tutacaq seçkilər... .....                 

Harınlamış məmur övladları üçün yeni dönəm - Hədəfdədirlər...
Tarix: 14-07-2015, 09:59 | Çap et
Harınlamış məmur övladları üçün yeni dönəm
Məmur övladlarının harınlıq və qudurğanlığı qarşısı alınmaz prosesə çevrilib. Ölkə prezidentinin qudurğan, xuliqan məmur övladlarının ciddi cəzalandırılması, övladlarının hərəkətlərinə görə atalarının işdən azad olunacağı barədə səsləndirdiyi bəyanatlar cəmiyyət tərəfindən birmənalı şəkildə dəstəklənir. Bununla bağlı görülən tədbirlər, neqativ davranışlara yol verən bəzi məmur övladlarının həbs edilməsi, atalarının işdən çıxarılması və ən yüksək səviyyədə mövzunun diqqətdə saxlanılmasına baxmayaraq hələ də irad və tövsiyyələrdən lazımi nəticə çıxartmayan məmur övladları yetərincədir.

Demək olar ki, hər gün ya dövrü mətbuatda, ya da sosial şəbəkələrdə hansısa məmur övladlarının yeni sərgüzəştləri haqda çeşidli informasiyalara rast gəlirik. Bu isə belə düşünməyə əsas yaradır ki, ictimai həyatımızda baş verən neqativlərin səbəblərini dərindən analiz etmədən, milli-mənəvi dəyərlərimizlə ziddiyyət təşkil edən hadisələrin səbəb-nəticə əlaqələrini izləmədən, təlimin, tərbiyənin, tədrisin, ictimai mühitin, genoloji faktorların vəhdətindən doğan kamil insan problemini ortaya gətirmədən bu sahədə pozitiv nailiyyətlər əldə edilməsini düşünmək çox tezdir. Bu baxımdan harınlıq edən məmur övladının hərəkətinə görə məsuliyyəti ilk növbədə onun valideynləri daşıyır. Zənginlik içərisində naz-nemətlə böyüyən, həyatda hər şeyi çox asanlıqla əldə edən məmur övladlarının bu şərtlər içərisində normal Azərbaycan vətəndaşı kimi yetişməsi kifayət qədər çətindir. Pulun və atasının vəzifəsinin hər şeyi həll edəcəyini düşünən bu ərköyün uşaqlar bunun belə olmadığını dərk edəndə isə çox gec olur: ya həbsxana hücrəsində nəyi harada yanlış etdiyini düşünərək, ya da vəzifədən çıxarılmış atasının əslində qanunlar qarşısında nə qədər gücsüz olduğunu müşahidə edərək əsl həqiqətləri başa düşür. Amma daha yaxşı olardı ki, bütün bunlar baş vermədən məmur övladları qanun qarşısında hamının bərabər olması həqiqətini qəbul edə.
Belə olmayanda isə sosial qütbləşmə dərinləşir, bir qrup məmur insanları talayaraq, özlərinə şərait qurur, qanundankənar əməllərlə məşğul olur, xirtdəyə qədər koorupsiyaya batırlar. Sözsüz ki, bu da narazılığa səbəb olur. Yəni, artıq məmur və onların harınlamış övladları insanlarda qıcıq yaradır. Çox da uzaq olmayan keçmişimizdə İsmayıllıda, Qubada məhz bu kontekstdə narazılıqlar oldu.
Pulun, var-dövlətin hansı yolla, necə qazanılmasından ümumiyyətlə xəbərləri olmayan “papanın gül balaları” zənginlikləri ilə öyünür, sosial şəbəkələrdə bahalı avtomobillərinin fotolarını paylaşır, dünyanın lüks məkanlarındakı istirahətlərindən görüntülər yayınlayırlar. Sanki bir-birilə bəhsə girişiblər. Bahalı avtomobillərini, yaxtalarını, istirahət etdikləri məkanları, toy-nişan mərasimlərini və ora dəvət etdikləri Hollivud ulduzlarını, Türkiyə məşhurları ilə birgə şəkillərini, hətta qol saatlarını da bütün ölkəyə nümayiş etdirənlər də var.
Konkret misallara gəlincə isə bununla bağlı çoxsaylı faktlar göstərmək olar. Yuxarıda da qeyd etdiyimiz kimi araşdırmalardan sonra elə məlum İsmayıllı olaylarının birbaşa o zaman Əmək və əhalinin sosial müdafiəsi naziri postunu tutan Füzuli Ələkbərovun oğlu sayəsində "körükləndiyi” bəlli oldu. Sıralanmanın növbəti həlqəsində isə biz Xəzər Dəniz Gəmiçiliyinin sabiq şefi Aydın Bəşirovun oğlunu gördük. Onun ov görüntüləri və digər məcaraları gündəmi zəbt etdi. Daha sonra Bakı Şəhər Prokurorluğunun istintaqa nəzarət şöbəsinin sabiq rəisi Ramiz Nəbiyevin oğlu Elvin Nəbizadə "avtoşluq” fotolarını yaydı. Məlum oldu ki, istintaqa nəzarət etməli şəxs heç oğluna nəzarət edə bilmirmiş. Bu yaxınlarda isə millət vəkili Elton Məmmədovun oğluyla bağlı bəlli qalmaqal yaşandı. Hesab edirik ki, siyahını uzatmamaq daha yaxşıdır, ən azından ona görə ki, bütün bunlar Azərbaycan ictimaiyyətinə yaxşı bəllidir. Məsələnin maraqlı cəhəti isə bu tip olayların Azərbaycan cəmiyyətinin mənəvi düsturları ilə tərs mütənasiblik təşkil etməsidir. Belələri unudur ki, zənginlik ayıb deyil, ayıb olan zənginliyin başqalarına nümayiş etdirilməsi və insanın bununla öyünməsi, özünü başqalarından üstün, yüksək tutmasıdır. Bəzi məmurların öz ailəvi mərasimlərinə ağlasığmaz məbləğə xarici ölkələrdən müğənnilər dəvət etməsi əlbəttə ki, yalnız harınlamağın əlamətidir.Harınlıq isə əvvəl-axır istənilən insanı fəlakətə düçar edir. Elə son illərin statistikasına nəzər salsaq görərik ki, onlarla məmur övladının qudurğanlığı və harınlığının qurbanına çevrilib. İşdən azad edilənlər də var, övladları həbs edilənlər də... Amma baş verənlərdən hələ də müvafiq nəticəni çıxartmayan məmur və övladlarının çoxluğu yalnız təəssüf doğurur. Sonda ölkə prezidenti İlham Əliyevin məşhur və məlum açıqlamasını da elə onlar üçün xatırladırıq:
“Bəzi hallarda özləri üçün böyük məclislər düzəldirlər, təmtəraqlı toylar, yubileylər keçirdirlər. Yaraşırmı bu, dövlət məmuruna? Mən öz 50 illiyimi Ağcabədidə köçkünlərlə keçirmişəm. Bu, mənim təbiətimdir, ikincisi, bununla bir yol göstərirəm. Belə olmaq lazımdır. Təmtəraqlı toylar, ad günləri, yubileylər, bahalı hədiyyələr. Bunu, yığışdırın, bəsdir! Bu, həm yerli icra orqanlarına, həm də mərkəzi icra orqanlarının da rəhbərlərinə aiddir. Hesab edirəm ki, bu sözlərdən sonra özlərini yığışdıracaqlar. Məmurlar öz işləri ilə fərqlənməlidirlər. Harınlayırlar, heç kimi saymırlar! Vəzifəli şəxslərin uşaqları qudurğanlıq edirlər, insanları təhqir edirlər, özlərini apara bilmirlər. Kim onlara bu statusu verib cəmiyyətdə? Onların güvəndiyi adamları mən təyin etmişəm vəzifəyə. Mən də lazım bildikdə çıxardacağam. Əgər bir də bilsəm ki, kiminsə ailə üzvü haradasa xuliqanlıq edir, nadanlıq edir, özünü apara bilmir, o adam həbs ediləcək, atası işdən qovulacaq. Avtoxuliqan, özünü apara bilməyən, ictimai asayişi pozan, qanunlara əməl etməyən, adət-ənənələrimizi yerə vuran hər bir kəs cəzalandırılacaqdır”.









 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Qiyamətə qədər sürəcək SAVAŞ... - ŞƏRH
Bu gün, 12:25
Cəbrayılda yük maşını qaçıran șəxslər saxlanılıblar
Bu gün, 12:23
Gülənin dəfnindəki sirli adamlar – Onları mərasimə kim göndərib?
Bu gün, 12:20
“Apo hazırda heç bir dəyəri olmayan zavallı bir adamdır” - REAKSİYA
Bu gün, 12:19
Dağlıq ərazilərdə qar yağacağı ehtimalı var - belə deyirlər...
Bu gün, 12:16
Fransa terrorçulara və ekstremistlərə belə "hami"lik edir - TƏFƏRRÜAT
Bu gün, 12:15
Türkiyə Ermənistanla sərhədlərini açmayacaq - Sülh sazişi imzalanmasa...
Bu gün, 12:00
“Avropa İttifaqı mini-Çindir” - Tramp
Bu gün, 11:58
“İrana hücumda 100-dən çox İsrail təyyarəsi iştirak edib” – JPost
Bu gün, 11:56
Keçirilən aksiyalar paytaxtın ekoloji durumunu daha da yaxşılaşdıracaq - FOTO
Bu gün, 11:47
"Real Ermənistan Bakı, artsax və Naxçıvandan başlayır...” -Paşinyan getsə, belələri gələcək...
Bu gün, 11:36
Yeni HƏBS DALĞASI - Qanun sərtləşdirilsə də...
Bu gün, 11:32
Seymur Verdizadə baş redaktorluqdan getdi
Bu gün, 11:21
"Opera ifaçıları bütün günü sənətləriylə, repertuar seçimi, səsləri ilə məşğul olurlar"
Bu gün, 11:11
İran səhvə yol versə yenidən vuracağıq! - Haqari
Bu gün, 11:09
Arağın qiyməti qalxacaq? - "Bazarda litri 1 manata olan araqlar var"
Bu gün, 11:05
Həmkarlar İttifaqları Konfederasiyasının sədrinə müşavir təyin olunub - ƏMR
Bu gün, 10:59
Vətəndaşın pul kisəsinə hiyləgər zərbə: rəfdə bir, kassada başqa qiymət - AXI NİYƏ?..
Bu gün, 10:57
Əliyevin uğurlu BRICS diplomatiyası - Kazan səfərinin əsas yekunu
Bu gün, 10:54
Türkiyədə azərbaycanlı qadınlar TUTULDU: dəhşətli erotik fantaziyalar... - FOTO
Bu gün, 10:51
47 yaşlı elektrik faciəli şəkildə öldü
Bu gün, 10:46
Naxçıvanda KTN sistemi niyə irəli getmir... - FAKT BUDUR!
Bu gün, 10:38
Paşinyan KAZANDA NƏ QAYNATDI? - Görünəni odur ki...
Bu gün, 10:24
`Kontakt Home` hər yerdə elə eynidir... - Mingəçevirdə də...
Bu gün, 10:03
İran aviareyslərə qoyulan məhdudiyyəti aradan qaldırdı
Bu gün, 09:56
Azərbaycanın xalq artisti Şahlar Quliyev vəfat edib
Bu gün, 09:54
Maliyyə öhdəliyindən qaçmaq üçün yenə şantaja BAŞLAYIBLAR - Qərbin ənənəvi TAKTİKASI
Bu gün, 09:46
Yarımmilyonluq "Range Rover"i ilə gündəm İcra başçısı qazon və ağaclar alır - 230 min manata
Bu gün, 09:45
Nazir NK-nın qərarlarını SAYA SALMIR... - NARAZILIQ VAR...
Bu gün, 09:38
GDU tələbələri Prezidentə müraciət etdi - Kömək istədilər...
Bu gün, 09:34
Qonşuda seçkidir... BİZƏ DƏ BİR PAY DÜŞƏR... - AKTUAL
Bu gün, 09:27
Bu son olmayacaq... - NƏ BAŞ VERİR?
Bu gün, 09:24
Dəfələrlə izah etməyə çalışsaq da... bir çox işçilər bunu qəbul etmək istəmirlər...
Bu gün, 09:23
Azərbaycanın BRICS-ə üzvlüyünə bu ölkə əngəl olacaq? - iddia
Bu gün, 09:20
İran üzərində hava məkanının bağlanması səbəbindən bir sıra təyyarələr Bakı Aeroportuna enib
Bu gün, 09:17
Yeni qlobal pul ideyası qorxuya saldı - Dolların “qatili” bazar girir?
Bu gün, 08:25
"İrana hücum başa çatdı, 20-yə yaxın hədəf vuruldu..." - "Nyu-York Tayms"
Bu gün, 08:22
Gürcüstanda parlament seçkiləri başlayıb
Bu gün, 08:20
Sahil Babayevin nazirliyi yenidən məhkəməyə verildi - SƏBƏB
Bu gün, 08:05
Gürcüstanda baş tutacaq seçkilər... Cənubi Qafqazın taleyində önəmli rol oynayacaq
Bu gün, 08:03
Tehranda "SEPAH"-ın heç bir hərbi obyektinə hücum olmayıb: Uçuşlar davam edir... - "Tasnim"
Bu gün, 07:54
Sakinlər 'yol yoxdur ' deyir, məmurlar isə... - GİLEY
Bu gün, 07:50
İsrail ordusu İrandakı obyektlərə hücumun başa çatdığını elan edib - "Hədəflərə dəqiq və hədəfli zərbələr..."
Bu gün, 07:39
"COP29 BMT-nin tədbiridir, Azərbaycan isə sadəcə ev sahibliyi edir.." - HƏQİQƏTƏN DƏ...
Bu gün, 07:36
“Rusiya Kurskda 2 minə yaxın şəxsi mühasirəyə alıb” – Putin
Bu gün, 07:32
Qərbin Rusiya və Azərbaycan planı – Hərəkətə keçdilər
Bu gün, 07:20
Azərbaycan Respublikaçı namizədin mesajını niyə cavabsız buraxdı? - Trampın qəfil ermənipərəstliyi
Bu gün, 07:15
"İndi efirdə olan müğənniləri əvvəllər pulla da verilişə buraxmırdılar"
Bu gün, 00:34
Putin üçün BRİKS və: Kremlin niyyətinin baş tutmadığı sammit - AKTUAL
Bu gün, 00:30
“Yaxın zamanda sülh müqaviləsinə şahid ola bilərik” - deputat
Bu gün, 00:02
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru