Gülənin dəfnindəki sirli adamlar .....                     “Apo hazırda heç bir dəyəri olmayan zavallı bir adamdır” .....                     Dağlıq ərazilərdə qar yağacağı ehtimalı var .....                     Fransa terrorçulara və ekstremistlərə belə "hami"lik edir .....                     Türkiyə Ermənistanla sərhədlərini açmayacaq .....                     “Avropa İttifaqı mini-Çindir” .....                     “İrana hücumda 100-dən çox İsrail təyyarəsi iştirak edib” .....                     Keçirilən aksiyalar paytaxtın ekoloji durumunu daha da yaxşılaşdıracaq .....                     "Real Ermənistan Bakı, artsax və Naxçıvandan başlayır...” .....                     Yeni HƏBS DALĞASI .....                     Seymur Verdizadə baş redaktorluqdan getdi .....                     "Opera ifaçıları bütün günü sənətləriylə, repertuar seçimi, səsləri ilə məşğul olurlar" .....                     İran səhvə yol versə yenidən vuracağıq! .....                     Arağın qiyməti qalxacaq? .....                     Həmkarlar İttifaqları Konfederasiyasının sədrinə müşavir təyin olunub .....                     Vətəndaşın pul kisəsinə hiyləgər zərbə: rəfdə bir, kassada başqa qiymət .....                     Əliyevin uğurlu BRICS diplomatiyası .....                     Türkiyədə azərbaycanlı qadınlar TUTULDU: dəhşətli erotik fantaziyalar... .....                     47 yaşlı elektrik faciəli şəkildə öldü .....                     Naxçıvanda KTN sistemi niyə irəli getmir... .....                     Paşinyan KAZANDA NƏ QAYNATDI? .....                     `Kontakt Home` hər yerdə elə eynidir... .....                     İran aviareyslərə qoyulan məhdudiyyəti aradan qaldırdı .....                     Azərbaycanın xalq artisti Şahlar Quliyev vəfat edib .....                     Maliyyə öhdəliyindən qaçmaq üçün yenə şantaja BAŞLAYIBLAR .....                     Yarımmilyonluq "Range Rover"i ilə gündəm İcra başçısı qazon və ağaclar alır .....                     Nazir NK-nın qərarlarını SAYA SALMIR... .....                     GDU tələbələri Prezidentə müraciət etdi .....                     Qonşuda seçkidir... BİZƏ DƏ BİR PAY DÜŞƏR... .....                     Bu son olmayacaq... .....                     Dəfələrlə izah etməyə çalışsaq da... .....                     Azərbaycanın BRICS-ə üzvlüyünə bu ölkə əngəl olacaq? .....                     İran üzərində hava məkanının bağlanması səbəbindən bir sıra təyyarələr Bakı Aeroportuna enib .....                     Yeni qlobal pul ideyası qorxuya saldı .....                     "İrana hücum başa çatdı, 20-yə yaxın hədəf vuruldu..." .....                     Gürcüstanda parlament seçkiləri başlayıb .....                     Sahil Babayevin nazirliyi yenidən məhkəməyə verildi .....                     Gürcüstanda baş tutacaq seçkilər... .....                     Tehranda "SEPAH"-ın heç bir hərbi obyektinə hücum olmayıb: Uçuşlar davam edir... .....                     Sakinlər 'yol yoxdur ' deyir, məmurlar isə... .....                 

Məhkəmə Gədəbəyin icra başçısına qarşı qərar çıxardı - Yediyarovun durumu fənalaşa bilər
Tarix: 17-07-2015, 10:00 | Çap et
Məhkəmə Gədəbəyin icra başçısına qarşı qərar çıxardı
Məlum olduğu kimi bu gün Gədəbəy rayonunda indiyədək görünməmiş həddə çatdırılmış məmur özbaşınalıqları mövzusu artıq uzun müddətdir ki, mütəmadi olaraq ictimai müzakirəyə çıxardığımız mövzulardan biridir. Çoxsaylı materiallarımızda biz dəfələrlə qeyd etmişik ki, Ramiz Yediyarovun bu rayona icra başçısı təyin olunduğu 2012-ci ildən bəri yığılıb qalan ən müxtəlif problemlərin bu gün sayı-hesabı yoxdur. İcra başçısının yol verdiyi özbaşınalıqlar ucbatından rayonun təhsil, səhiyyə, mədəniyyət kimi sahələri tənəzzülə uğramış, iqtisadiyyat çökdürülmüş, yerli əhali isə sözün əsil mənasında səfalət içərisində yaşamağa məhkum edilmişdir.Həmçinin dəfələrlə qeyd olunduğu kimi, Ramiz Yediyarovun yol verdiyi ən böyük özbaşınalıqlardan biri də yerli sahibkarları incitməsi, habelə rayonda sahibkarlığın inkişafına maneçilik törətməsi və vətəndaşların məhz bu zəmində xüsusilə haqsızlıqlara və təqiblərə məruz qoyması ilə bağlıdır. Xatırlatmaq yerinə düşər ki, ölkə prezidenti cənab İlham Əliyev hər zaman bu məsələyə münasibət bildirərək vurğulayıb ki, ölkəmizdə biznes mühitinin daha da yaxşılaşması üçün dövlət dəstəyinin artması, təkmil hüquqi bazanın formalaşması, dövlət proqramlarına uyğun bölgələrdə istifadəyə verilən fabrik və zavodlarda, emal müəssisələrində ən müasir texnologiyaların tətbiqi, istehsal olunan məhsullara xarici bazarlarda tələbatın artması göstərir ki, dünya iqtisadiyyatının ayrılmaz parçası olan Azərbaycan iqtisadiyyatı dinamik inkişaf yolunda inamla irəliləyir, sənayeləşmə proqramının həyata keçirilməsi istiqamətində önəmli addımlar atılır. Dövlət başçısının qeyd etdiyi kimi, konkret fəaliyyət proqramları əsasında həyata keçirilən layihə və islahatlar düşünülmüş siyasətə və konkret proqramlara əsaslanır: “...Ölkədə dövlət siyasətinin əsasında Azərbaycan vətəndaşı durur. Çünki dövlətimiz nə qədər güclü olsa insanlar özlərini bir o qədər təhlükəsiz, rahat hiss edəcəklər. Yerli icra başçısı yerlərdə dövlət siyasətini aparan şəxsdir və o, dövlət siyasətindən kənarda heç bir iş görə bilməz”.Lakin Gədəbəy Rayon İcra Hakimiyyətinin başçısı Ramiz Yediyarov bu istiqamətdə aparılan dövlət siyasətindən nəinki kənara çıxır, hətta prezidentin bu xüsusda birbaşa göstərişlərinin tam ziddinə olan addımlar belə atır. Bu iddianın arxasında onlarca gədəbəyli iş adamının, yerli sahibkarların sənədli-sübutlu ərizələri, müraciətləri durub. Obyekti uçurulanlar, torpağı əlindən alınanlar, rüşvət vermədiyinə görə təqib edilənlər... Gədəbəydə xalqın məruz qoyulmadığı hansı haqsızlıq qaldı ki? Amma gədəbəylilər bütün bu haqsızlıqlarla yenə də barışmırlar. Elə qəzetimizin səhifələrində mütəmadi dərc olunan materiallarda da Gədəbəy rayon, şəhər və kənd sakinlərinin müxtəlif vaxtlarda icra başçısına qarşı irəli sürdükləri ağır ittihamlar onların haqsızlığa qarşı bu mübarizələrinin əsas göstəricisidir. Eyni zamanda da qeyd etməliyik ki, Ramiz Yediyarovun törətdiyi qanunsuzluqlardan daha çox ziyan çəkmiş gədəbəyli iş adamlarından biri də məhz Plankənd kənd sakini Əliyev Oktay İbrahim oğlu olmuşdur. İlk dəfə 2014-cü ilin yayında redaksiyamıza müraciət edən Oktay Əliyev bildirmişdi ki, o, təxminən iki il əvvəl rayonda turizmin inkişaf etdirilməsi və yeni iş yerlərinin açılması zəminində, Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən verilmiş razılıq və icazə sənədləri əsasında Gədəbəy rayonu Qalakənd meşə zolağında (meşə fonduna aid olan) xüsusi ayrılmış ərazidə turizm-istirahət mərkəzinin tikintisinə başlamışdı: “Ölkə rəhbərliyinin sahibkarların rahat fəaliyyəti üçün yaratdığı şəraitdən istifadə edərək Gədəbəy rayonunun Qalakənd kəndi ərazisində turizm obyekti tikmək qərarına gəldim. Baba yurdum olan torpaq sahəsində vətəndaşların rahat istirahətindən ötrü obyekt qurub yaratmaq üçün Gədəbəy Rayon İcra Hakimiyyətinin başçısı Ramiz Yediyarovun müavini Qüdrət Paşayevdən xeyir-dua da aldım. Min bir əzab-əziyyət hesabına bu il tikintini başa çatdırdım. Obyekt elə bir yerdə tikilirdi ki, tikinti materiallarını usta və fəhlələr ora bir kilometr məsafədən əllərində daşıyırdılar. Obyekt tikilib başa çatmaq üzrəykən, daha dəqiq desəm, kosmetik işləri görən zaman icra hakimiyyətinin nümayəndələri gəlib işi dayandırdılar. İcra başçısının müavini Rüstəm Nağıyev heç bir qanuni əsas və məhkəmə qərarı olmadan obyektin bir hissəsini sökdürdü. Halbuki, aidiyyəti qurumlardan, o cümlədən Ekologiya və Təbii Sərvətlər Nazirliyindən lazım olan bütün sənədləri almışdım. Sadəcə, bu işdə icra hakimiyyətinin rəhbər şəxslərinin başqa maraqları olduğundan tikintini yarımçıq saxladılar...”Qeyd edək ki, həmin torpaq sahəsi ETSN-nin balansındadır və RİH-nə heç bir aidiyyatı yoxdur. Lakin qeyd edildiyi kimi, ötən ilin iyul ayının 11-də RİH başçısının müavini Rüstəm Nağıyev, aparatın bir neçə əməkdaşı və RPŞ-nin rəis müavini Bəhmən Məmmədov çoxsaylı polis əməkdaşları ilə əraziyə gələrək, heç bir yazılı sənəd təqdim etmədən, ağır texnikanı cəlb etməklə artıq çox hissəsi hazır olan binanın bir hissəsini uçurdurlar. Bundan sonra Oktay Əliyevə qarşı pul tələbi irəli sürülür və yenə gələcəklərini deyən məmurlar çıxıb gedirlər. Həmin şəxslər təkrarən ayın 23-də geri qayıdırlar və bu dəfə də binanın qalan hissəsini uçurdurlar. Nəticədə Oktay Əliyevə külli-miqdarda maddi və mənəvi ziyan dəyir...Elə o vaxtdan da Oktay Əliyev öz hüquqları uğrunda mübarizəyə başlayır. Təbii ki, bu mübarizə yalnız hüquqi müstəvidə, ölkə qanunları çərçivəsində aparıla bilərdi. Buna görə də Oktay Əliyev ilkin olaraq Gəncə İnzibati-İqtisadi Məhkəməsində Gədəbəy Rayon İcra Hakimiyyətinə qarşı iddia qaldırmışdı. Məhkəmə irəli sürülən iddianı nəzərdən keçirərək ədalətli qərar vermidi. Belə ki, Gəncə İnzibati-İqtisadi Məhkəməsinin 16 fevral 2015-ci il tarixli qərarı ilə Gədəbəy Rayon İcra Hakimiyyətinin sahibkar Oktay Əliyevin xeyrinə 66.626 (altımış altı min altı yüz iyirmi altı) manat məbləğində cərimə olunması nəzərdə tutulmuşdur. Lakin bundan sonra Ramiz Yediyarovun da komandası müəyyən addımlar atmış və Gəncə İnzibati-İqtisadi Məhkəməsinin qərarından Gəncə Apellyasiya Məhkəməsi İnzibati-İqtisadi Kollegiyasına şikayət ərizəsi ilə müraciət etmişdir. Təəssüfflər olsun ki, Gəncə Apellyasiya Məhkəməsi İnzibati-İqtisadi Kollegiyasında işin araşdırılmasında müəyyən kobud nöqsanlara yol verilmiş və nəticədə qeyri-obyektiv qərar qəbul edilmişdir. Kollegiyanın 14 aprel 2015-ci il tarixli qərardadı ilə Gəncə İnzibati-İqtisadi Məhkəməsinin 16 fevral 2015-ci il tarixli qərarı ləğv edilmişdir. Lakin əlbəttə ki, Azərbaycan vətəndaşının dövlətçiliyimizə, ölkə qanunlarının aliliyinə inamı bir səhv məhkəmə qərarı ilə sarsıla bilməz. Elə Gəncə Apellyasiya Məhkəməsi İnzibati-İqtisadi Kollegiyasının verdiyi qərardaddan kassasiya şikayəti verməyə hazırlaşarkən də, Oktay Əliyev ölkəmizin məhkəmə-hüquq sisteminin obyektivliyinə və ədalətinə qətiyyən şübhə etmirdi: “Ölkəmiz öz müstəqilliyini əldə etdikdən sonra, ümummilli lider Heydər Əliyevin rəhbərliyi ilə aparılan məhkəmə-hüquq islahatları nəticəsində Azərbaycanda hüquq sistemi demokratik prinsiplər əsasında tamamilə yenidən quruldu. Yeni mütərəqqi qanunlar, o cümlədən “Konstitusiya məhkəməsi haqqında”, “Məhkəmələr və hakimlər haqqında” və digər qanunlar qəbul edildi. Bütün bu qanunlar demokratik prinsiplər və beynəlxalq hüquq normalarının tələblərinə uyğun hazırlanıb. Hüquq sistemi islahatları nəticəsində ölkəmizdə birinci instansiya, apellyasiya və kassasiya instansiyalarından ibarət yeni üçpilləli müstəqil məhkəmə sistemi formalaşdırılıb. Ölkəmizdə məhkəmə sisteminin təkmilləşdirilməsi istiqamətində tədbirlərin görülməsi daim gündəmdə saxlanılır. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev cənabları məhkəmə sisteminin müasirləşdirilməsi barədə 19 yanvar 2006-cı il tarixli fərmanı imzaladıqdan sonra isə, ölkəmizdə məhkəmə islahatları keyfiyyətcə yeni mərhələyə keçdi. Bütün bunları nəzərə alaraq, mən son nəticədə ədalətin qalib gələcəyinə və hüquqlarımın bərpa olunacağına zərrə qədər də olsa şübhə etmirdim”.Belə də oldu. Bəlkə də bütün gədəbəylilərin səbirsizliklə gözlədikləri gün nəhayət ki, gəlib çıxdı. Həmin gün bütün rayon sakinləri üçün əsil “həqiqət anı” oldu. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyası Oktay Əliyevin kassasiya şikayəti əsasında işə baxmışdır. Kollegiyanın 18 iyun 2015-ci il tarixli, 2-1 (102)-755/2015 saylı qərarına əsasən Gəncə Apellyasiya Məhkəməsi İnzibati-İqtisadi Kollegiyasının 14 aprel 2015-ci il tarixli qərardadı ləğv edilmişdir.Ədalətin bu zəfəri Azərbaycanda mövcud məhkəmə sisteminin həqiqətən də müstəqil və obyektiv olduğunu növbəti dəfə isbatlamış oldu. Bəzi harınlamış məmurlar isə vətəndaşlarımızın hüquqlarının onların ambisiyalarından qat-qat üstün durduğuna dair daha bir açıq mesaj almış oldular.
\\bizimdovr.az\\








 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Gülənin dəfnindəki sirli adamlar – Onları mərasimə kim göndərib?
Bu gün, 12:20
“Apo hazırda heç bir dəyəri olmayan zavallı bir adamdır” - REAKSİYA
Bu gün, 12:19
Dağlıq ərazilərdə qar yağacağı ehtimalı var - belə deyirlər...
Bu gün, 12:16
Fransa terrorçulara və ekstremistlərə belə "hami"lik edir - TƏFƏRRÜAT
Bu gün, 12:15
Türkiyə Ermənistanla sərhədlərini açmayacaq - Sülh sazişi imzalanmasa...
Bu gün, 12:00
“Avropa İttifaqı mini-Çindir” - Tramp
Bu gün, 11:58
“İrana hücumda 100-dən çox İsrail təyyarəsi iştirak edib” – JPost
Bu gün, 11:56
Keçirilən aksiyalar paytaxtın ekoloji durumunu daha da yaxşılaşdıracaq - FOTO
Bu gün, 11:47
"Real Ermənistan Bakı, artsax və Naxçıvandan başlayır...” -Paşinyan getsə, belələri gələcək...
Bu gün, 11:36
Yeni HƏBS DALĞASI - Qanun sərtləşdirilsə də...
Bu gün, 11:32
Seymur Verdizadə baş redaktorluqdan getdi
Bu gün, 11:21
"Opera ifaçıları bütün günü sənətləriylə, repertuar seçimi, səsləri ilə məşğul olurlar"
Bu gün, 11:11
İran səhvə yol versə yenidən vuracağıq! - Haqari
Bu gün, 11:09
Arağın qiyməti qalxacaq? - "Bazarda litri 1 manata olan araqlar var"
Bu gün, 11:05
Həmkarlar İttifaqları Konfederasiyasının sədrinə müşavir təyin olunub - ƏMR
Bu gün, 10:59
Vətəndaşın pul kisəsinə hiyləgər zərbə: rəfdə bir, kassada başqa qiymət - AXI NİYƏ?..
Bu gün, 10:57
Əliyevin uğurlu BRICS diplomatiyası - Kazan səfərinin əsas yekunu
Bu gün, 10:54
Türkiyədə azərbaycanlı qadınlar TUTULDU: dəhşətli erotik fantaziyalar... - FOTO
Bu gün, 10:51
47 yaşlı elektrik faciəli şəkildə öldü
Bu gün, 10:46
Naxçıvanda KTN sistemi niyə irəli getmir... - FAKT BUDUR!
Bu gün, 10:38
Paşinyan KAZANDA NƏ QAYNATDI? - Görünəni odur ki...
Bu gün, 10:24
`Kontakt Home` hər yerdə elə eynidir... - Mingəçevirdə də...
Bu gün, 10:03
İran aviareyslərə qoyulan məhdudiyyəti aradan qaldırdı
Bu gün, 09:56
Azərbaycanın xalq artisti Şahlar Quliyev vəfat edib
Bu gün, 09:54
Maliyyə öhdəliyindən qaçmaq üçün yenə şantaja BAŞLAYIBLAR - Qərbin ənənəvi TAKTİKASI
Bu gün, 09:46
Yarımmilyonluq "Range Rover"i ilə gündəm İcra başçısı qazon və ağaclar alır - 230 min manata
Bu gün, 09:45
Nazir NK-nın qərarlarını SAYA SALMIR... - NARAZILIQ VAR...
Bu gün, 09:38
GDU tələbələri Prezidentə müraciət etdi - Kömək istədilər...
Bu gün, 09:34
Qonşuda seçkidir... BİZƏ DƏ BİR PAY DÜŞƏR... - AKTUAL
Bu gün, 09:27
Bu son olmayacaq... - NƏ BAŞ VERİR?
Bu gün, 09:24
Dəfələrlə izah etməyə çalışsaq da... bir çox işçilər bunu qəbul etmək istəmirlər...
Bu gün, 09:23
Azərbaycanın BRICS-ə üzvlüyünə bu ölkə əngəl olacaq? - iddia
Bu gün, 09:20
İran üzərində hava məkanının bağlanması səbəbindən bir sıra təyyarələr Bakı Aeroportuna enib
Bu gün, 09:17
Yeni qlobal pul ideyası qorxuya saldı - Dolların “qatili” bazar girir?
Bu gün, 08:25
"İrana hücum başa çatdı, 20-yə yaxın hədəf vuruldu..." - "Nyu-York Tayms"
Bu gün, 08:22
Gürcüstanda parlament seçkiləri başlayıb
Bu gün, 08:20
Sahil Babayevin nazirliyi yenidən məhkəməyə verildi - SƏBƏB
Bu gün, 08:05
Gürcüstanda baş tutacaq seçkilər... Cənubi Qafqazın taleyində önəmli rol oynayacaq
Bu gün, 08:03
Tehranda "SEPAH"-ın heç bir hərbi obyektinə hücum olmayıb: Uçuşlar davam edir... - "Tasnim"
Bu gün, 07:54
Sakinlər 'yol yoxdur ' deyir, məmurlar isə... - GİLEY
Bu gün, 07:50
İsrail ordusu İrandakı obyektlərə hücumun başa çatdığını elan edib - "Hədəflərə dəqiq və hədəfli zərbələr..."
Bu gün, 07:39
"COP29 BMT-nin tədbiridir, Azərbaycan isə sadəcə ev sahibliyi edir.." - HƏQİQƏTƏN DƏ...
Bu gün, 07:36
“Rusiya Kurskda 2 minə yaxın şəxsi mühasirəyə alıb” – Putin
Bu gün, 07:32
Qərbin Rusiya və Azərbaycan planı – Hərəkətə keçdilər
Bu gün, 07:20
Azərbaycan Respublikaçı namizədin mesajını niyə cavabsız buraxdı? - Trampın qəfil ermənipərəstliyi
Bu gün, 07:15
"İndi efirdə olan müğənniləri əvvəllər pulla da verilişə buraxmırdılar"
Bu gün, 00:34
Putin üçün BRİKS və: Kremlin niyyətinin baş tutmadığı sammit - AKTUAL
Bu gün, 00:30
“Yaxın zamanda sülh müqaviləsinə şahid ola bilərik” - deputat
Bu gün, 00:02
"Bu təşəbbüs Ermənistanın Baş naziri tərəfindən irəli sürülüb" - deputat
Dünən, 21:38
Azərbaycan güləşçisi dünya çempionu olub
Dünən, 21:34
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru