Azərbaycanın qarşısında HİNDİSTAN MANEƏSİ .....                     Paşinyan hakimiyyəti üçün ciddi risk .....                     Avropa Parlamentinin qəbul etdiyi son qətnamə də... .....                     Tanınmış aparıcı ailə həyatı qurdu: .....                     Azərbaycan beynəlxalq münasibətlərdə çoxtərəflilik prinsipinin fəal tərəfdarıdır .....                     Gürcüstanda hər iki tərəf öz qələbəsinə əmindir .....                     Əliyevlə görüşdən sonra toplandılar .....                     Xoşqədəmin çağırışı Gürcüstanı qarışdırdı: “Üzr istəsin” .....                     Qonşu qadını döyüb, qızını öldürən şəxsə cəza verildi: .....                     Tərtərdə "Yaşıl dünya naminə həmrəylik ili" çərçivəsində ümumrayon ağacəkmə aksiyası keçirilib .....                     Əminə Yusifqızı haqqına yayılan xəbərləri YALANLADI: .....                     Paşinyandan geri addım: .....                     “İçi çürük adamlar mənəm-mənəm deyir” .....                     “NATO ölkələri BRİCS-in “qapılarını döyür”, amma...” .....                     Əməkdar artist özünə BAHALI MAŞIN aldı .....                     Bakıda genişmiqyaslı iməcilik keçirilib .....                     Təmiz kərə yağı istehsal etsək, 30 manata olacaq .....                     Qiyamətə qədər sürəcək SAVAŞ... .....                     Cəbrayılda yük maşını qaçıran șəxslər saxlanılıblar .....                     Gülənin dəfnindəki sirli adamlar .....                     “Apo hazırda heç bir dəyəri olmayan zavallı bir adamdır” .....                     Dağlıq ərazilərdə qar yağacağı ehtimalı var .....                     Fransa terrorçulara və ekstremistlərə belə "hami"lik edir .....                     Türkiyə Ermənistanla sərhədlərini açmayacaq .....                     “Avropa İttifaqı mini-Çindir” .....                     “İrana hücumda 100-dən çox İsrail təyyarəsi iştirak edib” .....                     Keçirilən aksiyalar paytaxtın ekoloji durumunu daha da yaxşılaşdıracaq .....                     "Real Ermənistan Bakı, artsax və Naxçıvandan başlayır...” .....                     Yeni HƏBS DALĞASI .....                     Seymur Verdizadə baş redaktorluqdan getdi .....                     "Opera ifaçıları bütün günü sənətləriylə, repertuar seçimi, səsləri ilə məşğul olurlar" .....                     İran səhvə yol versə yenidən vuracağıq! .....                     Arağın qiyməti qalxacaq? .....                     Həmkarlar İttifaqları Konfederasiyasının sədrinə müşavir təyin olunub .....                     Vətəndaşın pul kisəsinə hiyləgər zərbə: rəfdə bir, kassada başqa qiymət .....                     Əliyevin uğurlu BRICS diplomatiyası .....                     Türkiyədə azərbaycanlı qadınlar TUTULDU: dəhşətli erotik fantaziyalar... .....                     47 yaşlı elektrik faciəli şəkildə öldü .....                     Naxçıvanda KTN sistemi niyə irəli getmir... .....                     Paşinyan KAZANDA NƏ QAYNATDI? .....                 

Beyləqanda icra başçısı sahibkarları üsyana körükləyir... - Vaqif Abdullayev adlı problem...
Tarix: 24-08-2015, 10:33 | Çap et
Beyləqanda icra başçısı sahibkarları üsyana körükləyir...
“Gündəm Xəbər” qəzetinin ötən saylarında, Beyləqanın ictimai həyatında baş alıb gedən sosial problemlərin varlığından bəhs etmişdik. İşıq üzü görən silsilə məqalələrin dərcindən sonra elə düşünürdük ki, bəlkə rayona rəhbərlik edən cənab Vaqif Abdullayev, problemlərin həlli istiqamətində hansısa addımlarını atacaq. Amma, vaxt keçdikcə hər şey gözlədiklərimizin əksinə oldu. Çünki, günü-gündən redaksiyamıza daxil olan şikayət məktublarının sayı artdıqca, o zaman bilib başa düşdük ki, Vaqif Abdullayevin həyata keçirdiyi idarəçilik, bu gün Beyləqanı sağalmaz dərdə salıb.

Bir neçə gün bundan əvvəl, rayonun Dostluq kəndi B.Sərdarov küç ev-37 ünvanında yaşayan Zalov Musa Fərman oğlu redaksiyamıza ünvanladığı şikayət məktubunda yazır ki, “bu gün Beyləqanda hər cür qanunsuzluqlar, ədalətsizliklər baş alıb gedir, baş verənlərlə bağlı səlahiyyətli orqanlara silsilə müraciətlər ünvanlasaq da, nədənsə Vaqif Abdullayevə bir “dur” deyən tapılmır. Yaşadığımız Dostluq kəndi ərazisində vəziyyət olduqca acınacaqlıdır. Çünki, vaxtilə soxozun ərazisi olan sahələr, hansı ki, islahat komissiyasının qərarı ilə sadə vətəndaşlara verilən pay torpaqları, icra hakimiyyətinin saxta sərəncamları əsasında imkanlı şəxslərə verilib. Hətta, həmin şəxslərə torpaq mülkiyyətinə dair saxta Dövlət aktları da verilmişdir. Məsələn, Zöhrab həkimə, Vəli Mahmudova, Şirəli Mahmudova, Qasım Cavadova, Oruc Ağayevə, Nadir adlı şəxsə və digərlərinə verilmişdir. Hal-hazırda burada sotu 1000 manat olmaqla, cəmi 48 həyətyanı torpaq sahəsi satılmışdır. Torpaqların alqı-satqısını rayon rəhbərliyi ilə bərabər, sovxozun direktoru olmuş Natiq Mirzəyev, bələdiyyənin sədri B.Balakişiyev və məhkəmənin sədri Maşallah Şirvanov da həyata keçirmişdir.

Elə ki, ölkə rəhbəri cənab İlham Əliyevin tapşırığı əsasında nazirlər, komitə sədrləri və digər vəzifə sahibləri bölgələrə gedib əhali ilə görüşürlər, onların problemləri ilə maraqlanırlar, bu zaman bizim istəyimiz gözümüzdə qalır. Çünki, 30 may 2015-ci il tarixdə Bərdə şəhərində DİN-i cənab Ramil Usubovun, 24 iyul 2015-ci il tarixdə İmişlidə Baş Prokuror cənab Zakir Qaralovun qəbuluna getsək də, Beyləqan rayon prokuroru Azər Qasımovun, rayon polis şöbəsində müavin vəzifəsini daşıyan İlham Məmmədovun və polis şöbəsində vəzifə daşıyan digər şəxslərin, Vaqif Abdullayevdən aldıqları tapşırıqlar əsasında, beyləqanlıları görüşə buraxmadılar. Keçirilən görüşlər də belə bir yolla saxtalaşdırılır və bizim haqq səsimizi bu yolla boğurlar”.

Şikayətçi onu da qeyd edir ki, “Dosluq” sovxozunun mədəni otlaq adlanan ərazisindən 264 hektarını, Haramı qışlağı vaxtilə soxozun mərkəzi olub, oradan isə 280 hektar ərazi bilərəkdən xəritədən çıxarılıb. Belə bir qeyri-qanuni addımlar, vaxtilə DTXÇK, Beyləqan rayon şöbəsinin sədri olmuş Rəfayel Pəsiyevin və onun işçisi, eyni zamanda “sağ əli” hesab olunan Tofiq Quliyevin “xidmətləri” sayəsində baş tutmuşdur. Adicə sovxozun mədəni otlaq sahəsində 110 hektardan çox sahə, sovxozda işləməyən, yaşamayan, sovxozla heç bir əlaqəsi olmayan pullu şəxslərə sənədsiz verilmişdir. Baxmayaraq ki, ölkə rəhbəri cənab İlham Əliyev tərəfindən, hələ 01 oktyabr 2007-ci il tarixdə fərman verilmişdir ki, dövlət torpaqları vəzifə sahibləri tərəfindən heç cürə zəbt oluna bilməz. Amma bütün bunlara baxmayaraq, bu gün Beyləqanda ölkə rəhbərinin verdiyi fərmanı bir kimsə saya salmır. Nəticədə torpaq növbəsində olanlar yox, pulu çox olan adamlar hektarlarla sahələrə sahib olurlar. Həmin şəxslər də, çox zaman ələ keçirdikləri

torpaq sahələrində tikinti işləri aparıb, sonradan baha qiymətə satırlar. Bu da ki, kütləvi narazılıqların əmələ gəlməsinə səbəb olur” deyir.

Vaqif Abdullayevin qol qoyduğu növbəti qanunsuzluqların biri haqda da danışan şikayətçi bildirir ki, “bu şəkillərdə gördüyünüz mənzərə, Beyləqan rayon İcra Hakimiyyətinə məxsus qonaq evinin arxasındandır. Rayon prokurorluğunun təqribən 20 metrliyində olan ərazidə, vətəndaşa ilk əvvəl bina tikmək üçün icazə verilsə də, çox keçmir ki, tikilmiş divarların altı üstünə çevirilir. Buna səbəb, icra başçısının tikintini aparan vətəndaşdan lazım olan haqq-hesabı ala bilməməsi olur.

Başqa bir şikayətçi, rayonun Şitilçilik qəsəbəsi Nuru Paşa küçəsi ev-20-də yaşayan Səfərov Şükür Nazar oğlu bildirir ki, “bizim ailəyə 24 oktyabr 1997-ci il tarixdə Beyləqan rayon Aqrar İslahat Komissiyasının 31 saylı qərarına əsasən, 2,69 ha torpaq sahəsi verilmişdir. Bu haqda hələ 1004 saylı Torpağa mülkiyyət hüququna dair Dövlət aktı da verilmişdir. Ailəmizə verilən torpaq sahəsini Bəndəliyev Famil Məhyəddin oğlu və Bəndəliyev İbadət Famil oğlu qeyri-qanuni yolla zəbt ədərək, taxıl əkib səpməyə başladılar ki, onlar da bu günə kimi bizim ailəyə üstüstə 451,32 manat maddi ziyan da vurublar. Daha faciəli hal odur ki, ailəmizə qanunla verilmiş torpaq sahəsindən istifadə etməyimizə, bu gün də onlar imkan vermirlər. Üz-üzə qaldığımız problemlə bağlı 09 dekabr 2013-cü il tarixdə, iş üzrə Beyləqan rayon Məhkəməsinin hakimi Əliyev Nəsrullah İbadullah oğlunun sədrliyi ilə keçirilən məhkəmə prosesində, həmin şəxslərin ailəmizə məxsus pay torpaqlarından çıxarılmasına dair qərar çıxarılsa da, nədənsə çıxarılmış məhkəmə qərarı bu günədək də kağız üzərində qalmaqdadır. Belə bir halın varlığı da onu söyləməyə əsas verir ki, Vaqif Abdullayevin rəhbərlik etdiyi Beyləqanda qanunlar işləmir, anarxiya hökm sürür, vətəndaşların süründürməçiliklərlə üz-üzə qalmaları, sanki həyat tərzinə də çevrilib. Daha faciəli hal odur ki, üz-üzə qaldığım problemlə bağlı bir neçə dəfə rayon rəhbərliyinin qəbulunda olsam da, təəssüflər olsun ki, o, müavini Telman Məstanova problemin həlli ilə məşğul olmaq tapşırığını verməklə kifayətlənməli oldu. Sağ olsun Telman müəllimi də, o da məni qəbul edib bildirdi ki, “birdə səni bu ərazilərdə görməyim. Get kimə, hara istəyirsən şikayətini ver, onsuz da tədbir görülməsi üçün lazımi sənədləri mənə göndərəcəklər. Mən də baxan deyiləm” dedikdə, o zaman bilib başa düşdüm ki, Beyləqanın bugünkü rəhbərliyi sakinlərinə problemlər yaradan, sadə vətəndaşlarını saya salmayan, qanunların işləməsinə imkan verməyən və digər qanunsuzluq əməllərinə qol qoyan rəhbərlikdir”. Belə bir səbəblər üzündəndir ki, bu gün əksər KİV Beyləqanın problemləri daim qabardılır, süründürməçilik amillərinin tüğyan etməsindən geninə-boluna danışılır. Bəli, bunlar əsl həqiqətlərdir ki, bir mətbu orqan olaraq bu haqda biz də danışırıq, silsilə tənqidi məqalələrlə ictimaiyyəti məlumatlandırmağa çalışırıq. Çünki, hal-hazırda respublikamızın şəhər və rayonları içərisində daha çox sosial problemlərin tüğyan etdiyi bir rayon varsa, yəqin ki, o da Beyləqan rayonudur.









 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Azərbaycanın qarşısında HİNDİSTAN MANEƏSİ - AÇIQLAMA
Bu gün, 14:11
Paşinyan hakimiyyəti üçün ciddi risk - İNCƏLƏMƏ
Bu gün, 14:02
Avropa Parlamentinin qəbul etdiyi son qətnamə də... bu məqsədə xidmət edir
Bu gün, 14:00
Tanınmış aparıcı ailə həyatı qurdu: - “Çox xoşbəxtəm, çünki...”
Bu gün, 13:59
Azərbaycan beynəlxalq münasibətlərdə çoxtərəflilik prinsipinin fəal tərəfdarıdır - MƏQALƏ
Bu gün, 13:50
Gürcüstanda hər iki tərəf öz qələbəsinə əmindir
Bu gün, 13:43
Əliyevlə görüşdən sonra toplandılar - “Joqovurd”
Bu gün, 13:39
Xoşqədəmin çağırışı Gürcüstanı qarışdırdı: “Üzr istəsin” - DETALLAR
Bu gün, 13:34
Qonşu qadını döyüb, qızını öldürən şəxsə cəza verildi: - "Səhər durdum gördüm ölüb..."
Bu gün, 13:23
Tərtərdə "Yaşıl dünya naminə həmrəylik ili" çərçivəsində ümumrayon ağacəkmə aksiyası keçirilib - FOTO
Bu gün, 13:15
Əminə Yusifqızı haqqına yayılan xəbərləri YALANLADI: - “Ölsəm qəfil öləcəm, xəstə olmayacam”
Bu gün, 13:09
Paşinyandan geri addım: - “Referendum olmayacaq”
Bu gün, 13:00
“İçi çürük adamlar mənəm-mənəm deyir” - Əməkdar artist
Bu gün, 12:53
“NATO ölkələri BRİCS-in “qapılarını döyür”, amma...” - Hərbi analitik
Bu gün, 12:47
Əməkdar artist özünə BAHALI MAŞIN aldı - VİDEO
Bu gün, 12:45
Bakıda genişmiqyaslı iməcilik keçirilib - FOTO
Bu gün, 12:38
Təmiz kərə yağı istehsal etsək, 30 manata olacaq - BÖHRAN VAR...
Bu gün, 12:35
Qiyamətə qədər sürəcək SAVAŞ... - ŞƏRH
Bu gün, 12:25
Cəbrayılda yük maşını qaçıran șəxslər saxlanılıblar
Bu gün, 12:23
Gülənin dəfnindəki sirli adamlar – Onları mərasimə kim göndərib?
Bu gün, 12:20
“Apo hazırda heç bir dəyəri olmayan zavallı bir adamdır” - REAKSİYA
Bu gün, 12:19
Dağlıq ərazilərdə qar yağacağı ehtimalı var - belə deyirlər...
Bu gün, 12:16
Fransa terrorçulara və ekstremistlərə belə "hami"lik edir - TƏFƏRRÜAT
Bu gün, 12:15
Türkiyə Ermənistanla sərhədlərini açmayacaq - Sülh sazişi imzalanmasa...
Bu gün, 12:00
“Avropa İttifaqı mini-Çindir” - Tramp
Bu gün, 11:58
“İrana hücumda 100-dən çox İsrail təyyarəsi iştirak edib” – JPost
Bu gün, 11:56
Keçirilən aksiyalar paytaxtın ekoloji durumunu daha da yaxşılaşdıracaq - FOTO
Bu gün, 11:47
"Real Ermənistan Bakı, artsax və Naxçıvandan başlayır...” -Paşinyan getsə, belələri gələcək...
Bu gün, 11:36
Yeni HƏBS DALĞASI - Qanun sərtləşdirilsə də...
Bu gün, 11:32
Seymur Verdizadə baş redaktorluqdan getdi
Bu gün, 11:21
"Opera ifaçıları bütün günü sənətləriylə, repertuar seçimi, səsləri ilə məşğul olurlar"
Bu gün, 11:11
İran səhvə yol versə yenidən vuracağıq! - Haqari
Bu gün, 11:09
Arağın qiyməti qalxacaq? - "Bazarda litri 1 manata olan araqlar var"
Bu gün, 11:05
Həmkarlar İttifaqları Konfederasiyasının sədrinə müşavir təyin olunub - ƏMR
Bu gün, 10:59
Vətəndaşın pul kisəsinə hiyləgər zərbə: rəfdə bir, kassada başqa qiymət - AXI NİYƏ?..
Bu gün, 10:57
Əliyevin uğurlu BRICS diplomatiyası - Kazan səfərinin əsas yekunu
Bu gün, 10:54
Türkiyədə azərbaycanlı qadınlar TUTULDU: dəhşətli erotik fantaziyalar... - FOTO
Bu gün, 10:51
47 yaşlı elektrik faciəli şəkildə öldü
Bu gün, 10:46
Naxçıvanda KTN sistemi niyə irəli getmir... - FAKT BUDUR!
Bu gün, 10:38
Paşinyan KAZANDA NƏ QAYNATDI? - Görünəni odur ki...
Bu gün, 10:24
`Kontakt Home` hər yerdə elə eynidir... - Mingəçevirdə də...
Bu gün, 10:03
İran aviareyslərə qoyulan məhdudiyyəti aradan qaldırdı
Bu gün, 09:56
Azərbaycanın xalq artisti Şahlar Quliyev vəfat edib
Bu gün, 09:54
Maliyyə öhdəliyindən qaçmaq üçün yenə şantaja BAŞLAYIBLAR - Qərbin ənənəvi TAKTİKASI
Bu gün, 09:46
Yarımmilyonluq "Range Rover"i ilə gündəm İcra başçısı qazon və ağaclar alır - 230 min manata
Bu gün, 09:45
Nazir NK-nın qərarlarını SAYA SALMIR... - NARAZILIQ VAR...
Bu gün, 09:38
GDU tələbələri Prezidentə müraciət etdi - Kömək istədilər...
Bu gün, 09:34
Qonşuda seçkidir... BİZƏ DƏ BİR PAY DÜŞƏR... - AKTUAL
Bu gün, 09:27
Bu son olmayacaq... - NƏ BAŞ VERİR?
Bu gün, 09:24
Dəfələrlə izah etməyə çalışsaq da... bir çox işçilər bunu qəbul etmək istəmirlər...
Bu gün, 09:23
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru