COP29 ölkəmiz üçün böyük təcrübədir .....                     BRİKS müasir dövrdə ən perspektivli platformadır .....                     COP29 zamanı Azərbaycanda terror aktı törədilə bilərmi? .....                     “Yol xərclərimə qədər bu insan ödəyib” .....                     "Ermənistan anlayır ki, yeganə çıxış yolu sülhdür" .....                     “Kürd açılımı”na terrorla zərbə: TUSAŞ-a hücumda əsl məqsəd nədir? .....                     TUSAŞ hücumunun arxasında kimlər dayanır, məqsədləri nədir .....                     Zəngəzur dəhlizində ilişən konsensus və ya İrəvan günahı özündə axtarsın .....                     Baydenin Bakı və İrəvana sülh məktubu tələsik yazılıb .....                     Bağçalının Öcalan çıxışı nəyə hesablanıb? .....                     Avropa Parlamentinin həyasızlığı: .....                     25 oktyabr Qubadlı şəhəri günüdür .....                     Həbsdəki keçmiş prezident ermənilərdən .....                     Saakaşvili azərbaycanlılara səsləndi: Heç nədən qorxmayın! .....                     Bu il Azərbaycanda 18 nəfərə XXX, 1 nəfərə isə XXXX adı qoyulub .....                     BAZAR OLSUN: “Embawood” suvaq işinə başlayıb .....                     Azərbaycanda daha bir neçə iş adamı HƏBS OLUNDU .....                     İlham Əliyev bu dəfə də USTA DAVRANDI... .....                     Pirşağıda işbazlar dəniz qumunu belə daşıyır .....                     Müstəqim Məmmədovun növbəti səyyar-qəbul görüşü Seydimli kəndində keçirilib .....                     AZAL Mərkəzi Asiya və Yaxın Şərqə biletlərə endirim kampaniyası elan edib .....                     Azərbaycan və Ermənistan XİN başçılarına sülh sazişi işlərinin tez zamanda yekunlaşdırılması təlimatı verilib .....                     Hüsənli kəndi ərazisində ağacəkmə aksiyası davam etdirilir .....                     “Nar” abunəçiləri üçün “NarKredit”dən data kredit xidməti .....                     “Kürdlərlə türklər arasında gərginlik olmasını istəyənlər var” .....                     Qərbin Gürcüstanda keçiriləcək seçkilərə müdaxiləsi iflasa uğrayacaq .....                     Moskvada .....                     PKK kartı kimin cibindədir? .....                     AQTİ işçilərin geyimlərinə .....                     Buzovnada vətəndaşın evini su basıb: .....                     “Buldozer” ləqəbli Zülfəli İsmayılovdan ayın tarixini soruşan da yoxdur... .....                     Nəsimidə ağacəkmə aksiyası davam edir .....                     "Mənə qarşı çox haqsızlıq edilib" .....                     "Bu imtiyazların nə olduğunu biz həmişəki kimi sonda biləcəyik" .....                     Göygöl RİH-dən ata-oğul qazilərin gileyinə REAKSİYA .....                     Yeni Kaledoniya: Fransa bu arxipelaqdan niyə əl çəkmr? .....                     Vəzifəli şəxsin qabırğasını sındıran sabiq məmur həbs edildi .....                     Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı Süleyman Mikayılovun Qızıldaş qəsəbəsində səyyar qəbulu keçirilib .....                     Nazirlikdən Samuxa getdi: O DA BELƏ... .....                     “Əminəm ki, artıq Ankarada bu zərbənin hansı tərəfdən gəldiyini daha dəqiq bilirlər...” .....                 

YENİ NAZİRİN ADINDAN PUL YIĞIMI BAŞLADI
Tarix: 8-05-2013, 12:12 | Çap et
YENİ NAZİRİN ADINDAN PUL YIĞIMI BAŞLADI
RAYON ŞÖBƏ MÜDİRLƏRİ BƏHANI GƏTİRİR, YOXSA YENİ NAZİR BUNU İSTƏYİR?

DİA.AZ: - Azərbaycanda təhsil sistemində yeni bir dövrün başlandığı qənaəti var. Buna səbəb isə təhsil naziri Misir Mərdanovun işdən çıxarılması və onun Mikayıl Cabbarovla əvəzlənməsidir. Ekspertlərin qənaətinə görə, təhsil sistemində yeni bir dövrün başlanğıcıdır və yeni nazirin açıqlamalarından da bu aydın görünür.

Qeyd edək ki, Mikayıl Cabbarov nazir olaraq ilk açıqlamasında təhsil sahəsində mövcud olan neqativ halların aradan qaldırılmasıyala məşğul olacaqlarını bildirib. O deyib ki, müəllimlərin maddi vəziyyəti və əvvəlki adlarının özlərinə qaytarılması üçün gərəkən bütün addımları atacaqlar.

Amma yeni nazirin bu çıxışından və baş verən dəyişiklikdən nəticə çıxaranların sayı elə də çox deyil. Məsələ belədir ki, bir çox orta məktəb və kollec rəhbərləri əvvəlki qaydalarla işləməkdə israrlıdırlar. Məsələn, onlardan biri Bərdə Dövlət İdarəetmə Kollecinin rəhbəri Xaləddin Xaləddin Ələkbərovdur. Bu şəxslə bağlı gələn məlumatlarda deyilir ki, Ələkbərov rəhbəri olduğu kollecdə yeni yığım üsulları haqqında düşünərək, onları tətbiq etməyə başlayıb.

DİA.AZ-a daxil olan məlumatlara görə, Xaləddin Ələkbərov müəllimləri başına yığaraq, onlardan daha çox pul toplanılmasını istəyib. Hər bir müəllim üçün müxtəlif istiqamətdə pul yığmalarını da təklif edib. Belə ki, bəzi müəllimlər tələbələrdən Gül Bayramı üçün pul toplamalı, bəziləri isə kollecin təmiri üçün yığım işlərini reallaşdırmalıdırlar.

Mənbə bildirir ki, kollecin direktoru mayın 10-a kimi tələbələrin Gül Bayramı ilə əlaqədar pul vermələrini tələb edib. Bu rəqəm isə uşaqların imkanlarına uyğun şəkildə müəyyənləşdirilib. Bir qədər imkanlı tələbə 50 manat, kasıblar isə 20 manatdan Gül Bayramına öz «tövhə»lərini verməlidirlər. Məlumatda deyilir ki, hazırkı məqamda bununla bağlı yığım prosesi yekunlaşmaq üzrədir. Ən geci mayın 8-nə kimi bütün pullar yığılmalıdır.

Amma təmir adı altında tələb olunan pullar isə mayın sonuna kimi yığılıb, direktora təhvil verilməlidir. Məlumatda deyilir ki, Xaləddin Ələkbərovun göstərişini həyata keçirən müəllimlər tələbələri sıxışdırırlar. Onlardan ən azı 50 manat gətirmələrini tələb edirlər ki, bunu da etməyənlərin imtahandan keçməsinin mümkün olmayacağını deyirlər. Təhdid dilində yığılan bu pulların təmir üçün sərf olunacağı isə qəti inandırıcı deyil.

Bərdə Dövlət İdarəetmə Kollecinin müəllimlərindən bir neçəsi bildirib ki, Xaləddin Ələkbərov təmir adı altında yığdığı pulları kollecə sərf etməyəcək. Onun Bakıda özünə bağ evi tikidirdiyini bildirən müəllimlər toplanan pulların da ora sərf olunacağını deyirlər. Onların dediyinə görə, həmin bağ evinin böyük xərc aparması direktoru belə bir addım atmağa vadar edib.

Amma tələbələrin fikri tamam başqadır. Onlar bildirirlər ki, kollecin direktorunun onlardan zorla pul yığmasının başlıca səbəbi yeni təhsil naziri Mikayıl Cabbarovla bağlıdır. Tələbələr iddia edirlər ki, yeni nazirlə görüşüb, ona hədiyyə vermək istəyən Xaləddin Ələkbərov bu məqsədlə çoxlu pul toplamaq fikrindədir. Tələbələrdən toplanan pullara isə ya bahalı hədiyyə alınacaq, ya da həmin vəsait konvertin arasında yeni nazirə təqdim olunacaq. Məqsəd isə kollecə yenidən rəhbərlik etmək istəyidir.

Doğrusu, yeni nazirin belə bir variantla razılaşacağı inandırıcı görünmür. Çünki Mikayıl Cabbarovun indiki məqamda kimdənsə «hədiyyə» götürəcəyi mümkünsüz hesab olunur. Görünür, Xaləddin Ələkbərov pul yığmağın başqa yolunu tapa bilməyib, yeni nazirin adından sui-istifadə etməyə başlayıb. Əks təqdirdə, bu yığımın başqa bir adı ola bilməz.

Bərdə Dövlət İdarəetmə Kollecində rüşvət yığımı isə bununla da yekunlaşmır. Belə ki, qarşıdan gələn imtahan sessiyası ilə əlaqədar da pul yığımına başlanılıb. Məlumatlarda deyilir ki, hal hazırda imtahanın qiyməti 30-50 manat arasında dəyişir. Qayıbları olanlar isə ikiqat xərcə düşürlər. Çünki onlar əvvəlcə qayıbları sildirməli, daha sonra isə imtahan verməlidirlər. Bərdə Dövlət İdarəetmə Kollecində isə bir qayıbın silinmə qiyməti 50 qəpik hesab olunur.

Qeyd edilir ki, diplom işində olan tələbələrin işi isə lap çətindir. Çünki onların həmin diplom işi hazırlamasının heç bir əhəmiyyəti yoxdur. Ona görə ki, hər bir tələbə yazdığı diplom işindən əlavə, 300 manat da pul verməlidir. Əks təqdirdə, həmin tələbənin kolleci bitirməsi mümkün deyil.

Beləliklə, Bərdə Dövlət İdarəetmə Kollecində sözün həqiqi mənasında özbaşınalıq hökm sürür. Kollecin direktoru Xaləddin Ələkbərov isə bu özbaşınalığın yaranmasının başlıca səbəbkarıdır. Tələbələri soymaq, talamaq üçün müxtəlif vasitələrə əl atan bir direktorun yeni nazirin dövründə işləyə biləcəyi də sual altındadır. Çünki tələbələr də daxil olmaqla, müəllimlər də yaranmış vəziyyətdən beziblər.









 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
COP29 ölkəmiz üçün böyük təcrübədir - Etibar Məmmədov
Bu gün, 00:30
BRİKS müasir dövrdə ən perspektivli platformadır - Görünəni odur ki...
Bu gün, 00:21
COP29 zamanı Azərbaycanda terror aktı törədilə bilərmi? - Ayıq olmaq zorundayıq...
Bu gün, 00:12
“Yol xərclərimə qədər bu insan ödəyib”
Bu gün, 00:09
"Ermənistan anlayır ki, yeganə çıxış yolu sülhdür" - deputat
Bu gün, 00:03
“Kürd açılımı”na terrorla zərbə: TUSAŞ-a hücumda əsl məqsəd nədir? - NƏ BAŞ VERİR?
Bu gün, 00:00
TUSAŞ hücumunun arxasında kimlər dayanır, məqsədləri nədir - Türkiyədə terror dalğası
Dünən, 20:14
Zəngəzur dəhlizində ilişən konsensus və ya İrəvan günahı özündə axtarsın - GƏLİŞMƏ
Dünən, 19:02
Baydenin Bakı və İrəvana sülh məktubu tələsik yazılıb - GÖRÜNƏNİ BUDUR
Dünən, 19:00
Bağçalının Öcalan çıxışı nəyə hesablanıb? - GƏLİŞMƏ
Dünən, 18:56
Avropa Parlamentinin həyasızlığı: - “Bu qətnamə kağız parçasıdır”
Dünən, 18:03
25 oktyabr Qubadlı şəhəri günüdür - MƏQALƏ
Dünən, 18:01
Həbsdəki keçmiş prezident ermənilərdən BUNU İSTƏDİ
Dünən, 17:56
Saakaşvili azərbaycanlılara səsləndi: Heç nədən qorxmayın! - SƏS HƏLLEDİCİ... AN HƏLLEDİCİ...
Dünən, 17:52
Bu il Azərbaycanda 18 nəfərə XXX, 1 nəfərə isə XXXX adı qoyulub - BU FAKTDIR...
Dünən, 17:47
BAZAR OLSUN: “Embawood” suvaq işinə başlayıb – 1,2 milyona "ASAN xidmət"i təmir edəcək
Dünən, 17:44
Azərbaycanda daha bir neçə iş adamı HƏBS OLUNDU - 578 milyon ölkəyə qaytarılmadı
Dünən, 17:40
İlham Əliyev bu dəfə də USTA DAVRANDI... - CƏNAB YAXŞI BİLİR...
Dünən, 17:35
Pirşağıda işbazlar dəniz qumunu belə daşıyır - RİH-dən REAKSİYA
Dünən, 17:21
Müstəqim Məmmədovun növbəti səyyar-qəbul görüşü Seydimli kəndində keçirilib - FOTO
Dünən, 17:17
AZAL Mərkəzi Asiya və Yaxın Şərqə biletlərə endirim kampaniyası elan edib - DİQQƏT
Dünən, 17:15
Azərbaycan və Ermənistan XİN başçılarına sülh sazişi işlərinin tez zamanda yekunlaşdırılması təlimatı verilib - MÜHÜM
Dünən, 17:12
Hüsənli kəndi ərazisində ağacəkmə aksiyası davam etdirilir - FOTO
Dünən, 17:09
“Nar” abunəçiləri üçün “NarKredit”dən data kredit xidməti - DİQQƏT
Dünən, 17:07
“Kürdlərlə türklər arasında gərginlik olmasını istəyənlər var” - ŞƏRH
Dünən, 16:02
Qərbin Gürcüstanda keçiriləcək seçkilərə müdaxiləsi iflasa uğrayacaq - Partiya sədri
Dünən, 16:00
Moskvada “Görüş Yeri - Bakı”
Dünən, 15:26
PKK kartı kimin cibindədir? - YENİ ÇALXALANMA
Dünən, 15:22
AQTİ işçilərin geyimlərinə yarım milyon manatdan çox vəsait xərcləyəcək
Dünən, 15:18
Buzovnada vətəndaşın evini su basıb: - “Kömək istəyirik“
Dünən, 15:14
“Buldozer” ləqəbli Zülfəli İsmayılovdan ayın tarixini soruşan da yoxdur... - AXI NİYƏ?..
Dünən, 15:09
Nəsimidə ağacəkmə aksiyası davam edir - FOTO
Dünən, 15:01
"Mənə qarşı çox haqsızlıq edilib" - FHN-lə məhkəmə çəkişməsi olan polkovnik-leytenant
Dünən, 14:59
"Bu imtiyazların nə olduğunu biz həmişəki kimi sonda biləcəyik" - Armen Rüstəmyan
Dünən, 14:58
Göygöl RİH-dən ata-oğul qazilərin gileyinə REAKSİYA - "...həmin təklif olunan vəzifələrdən imtina edib"
Dünən, 14:54
Yeni Kaledoniya: Fransa bu arxipelaqdan niyə əl çəkmr? - Bahəddin Həzi yazır...
Dünən, 14:48
Vəzifəli şəxsin qabırğasını sındıran sabiq məmur həbs edildi - TƏFƏRRÜAT
Dünən, 14:45
Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı Süleyman Mikayılovun Qızıldaş qəsəbəsində səyyar qəbulu keçirilib - FOTO
Dünən, 14:39
Nazirlikdən Samuxa getdi: O DA BELƏ... - Dövlətin puluna XOR BAXANLAR...
Dünən, 14:27
“Əminəm ki, artıq Ankarada bu zərbənin hansı tərəfdən gəldiyini daha dəqiq bilirlər...” - Ərəstun Oruclu ŞƏRH EDİR
Dünən, 14:23
Aİ-nin COP29 öncəsi anti-Azərbaycan isterikası - ZİBİLƏ DÜŞMÜŞÜK...
Dünən, 14:08
`Bahar` Enerji Əməliyyat Şirkətində MAAŞLAR KƏSİLİR... - GİLEY
Dünən, 14:06
Qida təhlükəsizliyini təmin edə bilməyən qurum, lağlağı ilə laqeyd qalan vətəndaş... - "1 almanın 2 yarısı"
Dünən, 14:02
Azərbaycan yarımçıq sülh sazişini imzalamayacaq - Başqa cür ola da bilməz...
Dünən, 14:00
“Kontakt Home”un müəllif hüquqlarını pozduğu iddia olunur – Məhkəməyə verilib
Dünən, 13:56
İrəvandan sülh açıqlaması: - “Yaxşı şeylər olur, tezliklə...”
Dünən, 13:50
“Bunlar nə yeyir, nə içir, görəsən?!”
Dünən, 13:44
"Əminəm ki, bu terror aktını törədənlər... tezliklə türk əsgəri tərəfindən cəzalarını alacaqlar"
Dünən, 13:38
Ermənilər Hindistan vətəndaşlarından bezdilər
Dünən, 13:31
İran Azərbaycandan xahiş etdi - “Nasr News”
Dünən, 13:24
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru