ASTARA GÖMRÜYÜNDƏ İNHİSARÇILAR AT OYNADIR
Tarix: 16-05-2013, 12:22 | Çap et
İran-Azərbaycan sərhədinin bir müddət bağlanacağı barədə söhbətlər səngimir. Sərhədlər hələ bağlanmasa da, İrandan Azərbaycana gələnlərin sayı xeyli azalıb. Sərhədyanı ərazilərdə heç alış-veriş də əvvəlki kimi deyil. Kimisi bunu İranda keçirilən prezident seçkiləri ilə, kimisi də son vaxtlar iki ölkə arasında yaranan soyuq münasibətlərlə əlaqələndirir.
Astara gömrük keçid məntəqəsinin önündəyik. Həmişəki kimi İrana getmək istəyənlərin böyük növbəsi var. Burda ağız deyəni qulaq eşitmir. Dəmir barmaqlıqlar arasında növbə gözləyənlər də var, kənarda durub tamaşa edənlər də. Gömrük keçid məntəqəsində gediş-gəlişə nəzarət edən şəxsin dediyinə görə, gün ərzində qonşu ölkəyə gedən minə yaxın yerli sakin arasında digər ölkə vətəndaşları da olur.
Növbədə dayananlar arasında qadınlar çoxluq təşkil edir. Nəzarətçi deyir ki, İrana gedənlər əsasən gündəlik ticarətlə məşğul olanlardır. Onlar İrandan müxtəlif sənaye malları, məişət avadanlıqları və az da olsa ərzaq gətirir. Gətirdikləri malların bir qismini elə sərhədi keçən kimi yaxınlıqdakı mağazalara satırlar. Bunun hesabına da gündəlik qazanc əldə edirlər.
«BİLSƏLƏR MƏNİ İRANA BURAXMAZLAR...»
Bir gün əvvəl İrandan gəldiyini deyən Sahib Əkbərov müsahibə verməyə razılaşır. Amma nəzarətçilərin gözündən kənar bir yerdə danışmaq istəyir. Deyir, «bilsələr məni İrana buraxmazlar, bir parça çörəkdən də olaram»:
«İranda bir xətt işləyir, növbəyə durursan bir saat, iki saat. Amma dünən iki xətt işləyirdi, adam da çox idi. Deyir ki, bu şeyləri gətirmə, boş get-boş gəl. Ərzaq məhsullarından şəkər, yağ, toyuq, heç nə buraxmırlar. Yağ gətirsən müsadirə edirlər. Deyirlər, yazmışıq, vurmuşuq ora, gedəndə baxın».
İRAN DA ƏVVƏLKİ İRAN DEYİL
Həmsöhbətim İranda gəlmələrə ciddi nəzarət olunduğunu da bildirir. Dediyinə görə, mağazalar kənar adamlara ərzaq satmaqda maraqlı olmurlar, satanda isə qiymətlər iki qat baha olur:
«Bizə deyirlər ki, bahalıq yaradırsınız. Orda onsuz da bahalıqdır. Bir toyuq 3 manata başa gəlir. Deyirlər, bahalaşma davam edəcək. Adamlar bahalığa görə ərzaq ehtiyatı yığırlar. Əvvəllər 10 kiloqramlıq düyü 7 manata idisə, indi 21 manata qalxıb».
46 MİN REALA OLAN AZƏRBAYCAN MANATI
Sahib Əkbərov İranda dolların hər dəfə bir neçə real bahalaşdığını bildirir. Dediyinə görə, sonuncu dəfə bu ölkədə olanda 1 dolları 38-40 min, Azərbaycan manatını isə 46 min reala dəyişib.
Sərhədyanı ticarətlə məşğul olan başqa bir sahibkar adının çəkilməməsi şərti ilə danışmağa razılıq verir. İlk kəlməsi vəziyyətlərinin ağırlığı ilə bağlı olur. Mağazadakı İran mallarını göstərərək, alış-verişin əvvəlki qaydada getmədiyini söyləyir. Dediyinə görə, əvvəllər Azərbaycanın hər yerindən bura alıcılar gəlsə də, indi onların sayı hiss olunacaq dərəcədə azalıb.
«XURMA BİR MONOPOLİSTİN ƏLİNDƏ, MEYVƏ BAŞQASININ»
Həmkarının fikirlərini bölüşən digər sahibkar Faiq Cəfərzadə isə İrandan gələnlərin azalmasını və alverin zəifləməsini iki məsələ ilə əsaslandırır. Deyir, birinci səbəb hər iki tərəfdə tətbiq olunan məhdudiyyətlərdirsə, başqa bir səbəb də mallar üzərindəki monopoliyadır:
«İrandan Astara gömrüyünə ayaq basan vətəndaşı ilk növbədə monopolistlər yoxlayır. Əlavə pul ödəməyən sahibkarın malını gömrükdən buraxmırlar. Nəticədə mal bahalaşır, insanlar ala bilmir. Xurma, kişmiş bir monopolistin əlindədir, su, meyvə, tərəvəz başqa monopolistin...».
Astara gömrükxanasının önündən Bakıya işləyən taksi sürücüləri də sərnişinlərin azlığından şikayətçidirlər.
«AZALMA YÜK MAŞINLARININ SAYINDA DA MÜŞAHİDƏ OLUNUR»
Astara gömrük terminalının direktor müavini Rafael Abdullayev gömrük keçid məntəqəsindəki problemlər və İrandan gələnlərin sayındakı azalma ilə bağlı söz demək səlahiyyətində olmadığını bildirir. Amma o, bu azalmanın İrana işləyən yük maşınlarının sayında da müşahidə olunduğunu deyir. Rafael Abdullayev bunu ölkə daxili və Rusiyaya daşınan yüklərin artması ilə əlaqələndirir.
AZƏRBAYCAN-İRAN ARASINDA GEDİŞ-GƏLİŞİ AZALDAN SƏBƏBLƏR
İqtisadçı ekspert Vidadi Mirzəyev Azərbaycana səfər edən iranlıların sayının azalmasını gözlənilən sayır. O, bunu bu iki ölkə arasında sadələşdirilmiş gediş-gəlişin ləğv edilməsi ilə əlaqələndirir. Həmçinin başqa səbəbləri də istisna etmir:
«Onlar Azərbaycana gəlmək üçün viza götürməlidirlər. Viza isə sadə iranlılar üçün əlçatmazdır. Digər tərəfdən, Azərbaycanla İran arasında müəyyən gərginlik yaşanır. İyunda keçiriləcək prezident seçkilərini, yaşanan iqtisadi böhranı, biri-birini əvəz edən zəlzələləri bura əlavə edəndə görünür ki, İranın başı öz problemlərinə qarışıb. Bundan başqa, Azərbaycanda və İranda istənilən vətəndaşı şərləyib, həbs etmək çox rahatdır. Son hadisələr də bunu göstərir. Buna görə də İran vətəndaşları Azərbaycana, Azərbaycan vətəndaşları da bu ölkəyə səfər etməkdə ehtiyatlanırlar. Məncə iki ölkə arasında gediş-gəlişin zəifləməsinə bu amillər də təsirsiz ötüşməmiş deyil». \ azadlıq radiosu \
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Bu məhsulların satışı ciddi problemlərə yol açır -Ekspertdən çağırış
Bu gün, 00:28 |
|
|
|
• Kommunizmə qayıdırıq?: Parlamentdə təklif... - "Kolxoz və sovxozlar yaradılsın"
Bu gün, 00:24 |
|
|
|
• Azərbaycanın xalq artisti vəfat etdi
Bu gün, 00:19 |
|
|
|
• Dövlət qurumu "Atasığorta"nı seçdi
Bu gün, 00:05 |
|
|
|
• “İpək Yolu Sığorta”nın səhmdarlarının yığıncağı - KEÇİRİLƏCƏK
Bu gün, 00:02 |
|
|
|
• Elşənlə Ozanın serialı bu tarixdə yayımlanacaq
Dünən, 23:59 |
|
|
|
• Ermənistanda naməlum şəxs qumbara partlatmaq istəyib - FOTO
Dünən, 23:56 |
|
|
|
• Bakıda qadınları təqib edən gənc oğlan həbs edildi... - Məhəlləyə "nəzarət" edirmiş
Dünən, 23:53 |
|
|
|
• Qazaxıstandan Azərbaycanla bağlı mühüm açıqlama
Dünən, 23:46 |
|
|
|
• Prezident İlham Əliyev Donald Trampa zəng edib
Dünən, 23:39 |
|
|
|
• 70 kiloqram qızılla saxlanılan hərbi attaşe DTX-də həbs edilib - TƏFƏRRÜAT
Dünən, 23:36 |
|
|
|
• Putin bu ölkəni pay-püş edir: - Vaşinqton və Varşava plana şərikdir?
Dünən, 21:35 |
|
|
|
• Duda İrəvanda: Azərbaycan sərhədinə gələcək - ZİBİLƏ DÜŞMÜŞÜK...
Dünən, 21:30 |
|
|
|
• "3-4 min manat tələb olunur, əgər bu davam etsə..." - Deputat SƏNƏDSİZ EVLƏRDƏN danışdı
Dünən, 21:27 |
|
|
|
• "Qardaşım "ləyaqətsiz vərəsə" kimi məni məhkəməyə verib" - Tanınmış aktrisa
Dünən, 20:18 |
|
|
|
• 145 saylı məktəbdən NARAZILIQ - İstilik yoxdur, uşaqlar xəstələnsə, kim cavab verəcək?
Dünən, 20:13 |
|
|
|
• Xəstəxanalardakı “qəssab”lara bıçağı kim verir? – Nazirlik diplomsuz həkim sualından yayındı
Dünən, 19:32 |
|
|
|
• Bakıda NATO nümayəndə heyəti ilə görüş keçirilib
Dünən, 19:18 |
|
|
|
• Dollara rekord tələbat – Ekspertlər deyirlər ki...
Dünən, 19:02 |
|
|
|
• Dezinformasiyanın qarşısını hansı yollarla almaq olar? - Qərb mediası və Azərbaycan...
Dünən, 18:58 |
|
|
|
• Bakı metrosunda yeni qatarları 1 milyon manata bu şirkət – TƏMİR EDƏCƏK
Dünən, 18:56 |
|
|
|
• Elza Seyidcahanın iddiasına nazirlikdən CAVAB
Dünən, 18:39 |
|
|
|
• Bakıda aktrisa şikayət etdi, xanım prodüserə cinayət işi açıldı - TƏFƏRRÜAT
Dünən, 18:35 |
|
|
|
• Xırdalanda eyni şirkətə 3 ayda 4-cü tender verildi - Bu dəfə 1,8 milyon manat..
Dünən, 18:34 |
|
|
|
• Qorxu filmlərini xatırladan UNİVERSİTET – Tərk edilmiş binanın aqibəti necə olacaq?
Dünən, 18:31 |
|
|
|
• Bəlli dairələrin murazı gözündə qaldı, nəticələr var
Dünən, 18:25 |
|
|
|
• Türkiyə-Azərbaycan sərhəddində 20 KİLOMETRLİK TIXAC... - Naxçıvan rəhbərliyi səbəbindən...
Dünən, 18:18 |
|
|
|
• Əbu-Dabidə “Şuşa günləri” keçiriləcək – 182 min manat ayrıldı
Dünən, 18:09 |
|
|
|
• Üç qüvvə birləşdi – Paşinyanın planı nədir?
Dünən, 18:05 |
|
|
|
• Azərbaycanın sabiq deputatı olan general məhkəməyə verildi - DETALLAR
Dünən, 18:03 |
|
|
|
• Gəncə Dövlət Tibb Kollecində RÜŞVƏT İDDİASI - Havayı yerə oxumayın..
Dünən, 18:01 |
|
|
|
• Hərbi ekspert Ədalət Verdiyev həbs edilib - ŞOK TƏFƏRRÜAT
Dünən, 17:58 |
|
|
|
• “Salyan Oil Limited” YAŞILLIĞA QƏNİM KƏSİLDİ VƏ... - 25 MİNLİK CƏZA
Dünən, 17:55 |
|
|
|
• “Gələcəyini Qur!” təhsil təqaüdünü qazanmış abituriyentlərlə “Veysəloğlu Şirkətlər Qrupu”nda görüş keçirildi - FOTO
Dünən, 17:44 |
|
|
|
• COP29-da Azərbaycan tarixi nəticə əldə etdi - MƏQALƏ
Dünən, 17:41 |
|
|
|
• Qənirə Ataşovanın hesabı silindi - SƏHİYYƏ MAFİYASINI ifşa etmişdi...
Dünən, 17:39 |
|
|
|
• Bakıda tiktoker qızdan ŞOK ƏMƏL: kişini tapıb ayağından öpdürdü - VİDEO
Dünən, 17:27 |
|
|
|
• Boşanan qadına əxlaqsızlıq təklif edildi, əri və qardaşı... - TƏFƏRRÜAT
Dünən, 17:20 |
|
|
|
• Deputat qohumunu işdən çıxarıb öz xanımını təyin etdi - DETALLAR
Dünən, 17:13 |
|
|
|
• Keşmiş işçici ilə KTN arasında QALMAQAL
Dünən, 17:12 |
|
|
|
• Azərbaycanlı müğənnnilərin FANTASTİK YENİ İL QİYMƏTLƏRİ
Dünən, 17:09 |
|
|
|
• Ölkəmizin iqlim diplomatiyasında uğuru - İsrafil Kərimovun yazısı
Dünən, 17:04 |
|
|
|
• Bələdiyyələr avtomobillərdən əmlak vergisi alacaq? – Deputatın təklifinə REAKSİYA
Dünən, 17:02 |
|
|
|
• Vətəndaşın istifadə etmədiyi debet kartına borc gəlib... - NARAZILIQ VAR...
Dünən, 16:55 |
|
|
|
• "Uber” və “Bolt” sistemdə göstərilən avtomobil əvəzinə ünvana başqa avtomobillər göndərir: - BU QƏDƏR CƏRİMƏSİ VAR
Dünən, 16:44 |
|
|
|
• Verilişlərdə ailə problemlərindən danışanlar xəstədir - "Vətəndaş A"nın Almazı
Dünən, 16:37 |
|
|
|
• Bağça müdiri "Şərurlu İsfəndiyar"ın şirkətini məhkəməyə verdi - SƏBƏB
Dünən, 16:35 |
|
|
|
• Rusiya son sutkada 8 ballistik raket vurub - KİV
Dünən, 16:33 |
|
|
|
• Güzəştli kreditlərə hamının "əli çatırmı"? - HƏQİQƏTƏN DƏ...
Dünən, 16:27 |
|
|
|
• Ölkədə ətin qiyməti ilə bağlı narahatlıq: Bahalaşır? - AKTUAL
Dünən, 16:25 |
|
|
|
|