CAVİD QURBANOVA QARŞI ŞOK İDDİA
Tarix: 20-05-2013, 10:23 | Çap et
Ölkəmizin vəzifəli məmurlarının tez-tez eyş-işrət məclisləri keçirməsi və burada ağlagəlməz hadisələrin baş verməsi barədə xəbərlər alırıq. Doğrudur, onların heç də hamısı bu cür əməllərlə məşğul deyil; kifayət qədər zəngin, lakin təvazökar yaşam tərzi keçirən məmurlarımız da yox deyil.Əyləncə həyatına üstünlük verənlərin əməllərinə dair xəbərlərin əksəriyyətini dərc etmək ən müxtəlif səbəblərdən mümkün olmur. Lakin bütün məlumatlar göstərir ki, neft ölkəsinin zadəganları heyrətamiz bir bolluq və eyş-işrət içərisində yaşayır. Onlar əsasən gecələr əylənməyə üstünlük verirlər. Bəlkə də o səbəbdən ki, görən-duyan az olur, paparazzilər ölkədə yox səviyyəsindədir; müxbirlər, agentlər və rəhbərlik də yatır.Zəngin oliqarxlarımızın, onlara yaxın böyük iş adamlarının gecə əyləncələrində müğənnilər əsas simalardır. Bəzən milyonlarla pul xərcləyib, dünya səviyyəli ulduzları məclislərinə, ad günlərinə gətizdirirlər; bu barədə yazılan yazılar da hər kəsin yadındadır. Lakin ölkəmizin tanınan müğənnilərindən də tez-tez bu məqsədlə istifadə olunur. Bu zaman xaricdən təyyarə ilə gətirilən dünya miqyaslı ulduzlara ödənən paralardan dəfələrlə az pul xərclənir. Lakin onlara da verilən məbləğlər heyrət və “hörmət” doğurur.Bəzən onlar gecəyarı hansısa müğənnini yuxudan qaldırıb məclislərinə gətirdir, yuxulu sənətçini sabahlara qədər oxudur, sonda da ona o qədər yüksək qonorar ödəyirlər ki, müğənni(lər) gecənin yuxusuzluğundan şikayətçi belə olmurlar...Belə hadisələrdən biri də “Azəryolservis” Açıq Səhmdar Cəmiyyətinin sədri, Milli Məclisin üzvü Cavid Qurbanovun ifasında baş verib. Deputatın “Azərbaycan Dəmir Yolları” ASC-nin sədri Arif Əsgərova məxsus restoranda gecə yarısı çıxardığı hoqqa və üç müğənniyə (biri xanım oxuyanlardandır) 150 min dollar pul xərcləməsi əsl sensasiya nümunəsidir.Onun son hekayətini müxbirimizə C.Qurbanovun bir gecəsinin şahidləri danışıblar. Onlar həmin əyləncə gecəsinin, belə demək mümkünsə, “texniki dəstəyini” təşkil ediblər.Ümumiyyətlə, məlum olur ki, C.Qurbanovun əyləncə gecələri bir qayda olaraq Binəqədi rayonu ərazisində, “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin sədri Arif Əsgərova məxsus restoranda (məşhur “Zəngəzur” restoranı ilə üzbəüz) təşkil edilir. Restoran xarici görkəmi ilə başqalarından bir elə seçilmir, əksinə, sadə bir obyekt təsiri bağışlayır. Ancaq obyekt böyük bir ərazini əhatə edir və burada iri, hər cür şəraiti olan xüsusi təyinatlı zallar var. Onlardan biri C.Qurbanovun sərəncamındadır. Deputat işdən kənar vaxtlarını adətən məhz burada keçirir.Deputatın qeyri-adi özəlliklərindən biri də budur ki, o, əyləncələrinə mütləq sənətkarların bir dəstəsini qatmalıdır. Əksərən də gecə saatlarında, məsələn, saat 23-24, bəzən daha gec saatlarda hansısa müğənni yadına düşür və onun ifasını canlı izləmək üçün həmin müğənnini restorana dəvət edir. Bu zaman müğənninin yatıb-yatmaması, bunu istəyib-istəməməsi deputatın qərarını dəyişmir - onu yuxudan oyadıb restorana gətirirlər. Təbii ki, onun əliaçıqlığını və ağlasığmaz qonorar ödədiyini bilən müğənnilər bu dəvətə qətiyyən etiraz etmirlər.“Bir gecənin şahidləri” qismində qeyd etdiyimiz vətəndaşlarımız müxbirlərimizə deyiblər ki, Cavid Qurbanov ənənəvi məkanında əylənərkən, çox gec saatlar olmasına rəğmən oraya 3 müğənni gətizdirir. Onlardan biri Qurbanovun sevimli müğənnilərindən olan Vasif Məhərrəmli olub. Digər ikisi isə ölkənin tanınan iki xanım oxuyanı olub - müğənni Xatirə İslam və son zamanlar daha çox “biznes ledi” kimi təqdim olunan başqa bir xanım (onu da adı bizə bəllidir, lakin bir sıra etik mülahizələrə və indiki durumunu da nəzərə alaraq, adını açıqlamırıq - red.).C.Qurbanov müğənniləri oxudur - ikisində problem olmur. Zatən, kiçik bir ansambl da orada müntəzirmiş. Lakin “biznes ledi” ayamalı müğənni qayıdır deyir ki, pianino olmasa, o, oxuya bilməz; onu pianoda kimsə müşayiət eləməlidir. Xanımın kaprizi Cavid Qurbanovun nəşəsini əngəlləyə bilmir. Fərqlənmək, gücünü göstərmək üçün bundan da gözəl imkan ola bilərmi? Əsabələrinə tapşırıq verir - pianino tapılsın və bu özündənrazı xanım müğənninin bəhanələri kəsilsin: “Bu gecə bunu səhərə kimi oxudacağam”, replikasını da fısıldayır yaxınındakı köməkçilərinə.Gecə saat 2 radələrində Bakının “Azadlıq” prospektindəki pianino mağazalarından biri açdırılır; bir pianino seçilib, maşına yüklənir, aparılır; akomponiment üçün sənətkar da tapılır, yuxudan qaldırılır və gətirilir məmurun əyləndiyi məkana. Bütün bunlar cəmisi saat yarım zaman alır. Bu vaxta qədər Cavid bəy yeyib içməyində, gətizdirdiyi digər müğənnilərə qulaq asmağında; “biznes ledi” ləqəbli qürurlu və kaprizli müğənni isə hikkə ilə gözləməyindədir. Ona Vasif Məhərrəmlinin vasitəsi ilə 15 min dollar veriblər; bu gecə oxusa da, oxumasa da, buradadır.Nəhayət, saat 03.20 radələrində pianino səhnəyə çıxarılır, müşayiət üçün gətirilən sənətçi taburetkasına əyləşir və xanım oxumağa başlayır...Həmin gecə Cavid Qurbanov yalnız müğənnilərin qonorarlarına 150 min dollar ödəyib (120 min Vasif Məhərrəmliyə, 15 min dollar Xatirə İslama, 15 min dollar da “biznes ledi” ayamalı, kaprizli və qürurlu müğənniyə). Şahidlər deyirlər ki, Aşıq Şəmşirin nəvəsi sənətçilərə pul xərcləməkdən xüsusi zövq alır. Lakin bizim zənginlərdən fərqli olaraq, ermənilərin varlıları pullarını siyasətə xərcləməkdən zövq alırlar...Ümumiyyətlə, “Azəryolservis” şefini Cavid Qurbanovun yüngül həyat tərzinə meylliliyi hakimiyyətin üst düzəyinə, xüsusi ilə də nəqliyyat naziri Ziya Məmmədova da məlumdur. Onun bu hərəkətləri daha çox Ziya Məmmədovda narahatçılıq yaradır (“Azəryolsevis” ASC İdarə Heyətinin sədri statusuna görə nəqliyyat nazirinin müavini sayılır - red.), ona yuxarıların yanında Ziya müəllim məsuldur. Oğlunu bir təhər əyləncə həyatından yığışdırsa da, çox yaxınında olan Cavid Qurbanovun hərəkətlərində nizam yarada bilmir. Məhz bu səbəbdən də C.Qurbanov bir növ, yarımgizli əylənir - yalnız bir məkanda, həm də gecədən xeyli keçmiş... Lakin bu yazıdan da göründüyü kimi, cidanı çuvalda gizlətmək olmur.Başqa bir mənbə isə iddia edir ki, C.Qurbanov imkan düşən kimi xaricə çıxır və orada da bahalı əyləncələrini davam etdirir. Bu yaxınlarda o, Türkiyədə yaxınlarına dəbdəbəli ad günü də keçirib. Bundan başqa, ekzotika həvəskarı olan C.Qurbanov Patamdar qəsəbəsində 1 hektar ərazini satın alıb, sakinlərə təzminat ödəməklə, bir çox evləri sökdürüb və boşalan ərazidə əzəmətli bir villa tikdirib. Belə nəhəng ərazidə, üstəlik də Patamdarda bu cür villa tikdirməyə heç oliqarx nazirlər də qol qoymur. Bu məmur isə dəbdəbə və əyləncə xəsytəsidir - göstərişli olan hər şeyi sevir...Yada salaq ki, sabiq iqtisadi inkişaf naziri Heydər Babayev də məhz bu cür vərdişlərin və dəbdəbəli həyat tərzinin qurbanı olub. 50 yaşını dəbdəbəli qeyd etməsi, ziyafətdə deyilən sağlıqlar sabiq nazirin karyerasına son qoymuşdu. Yeri gəlmişkən, H.Babayevin də hakimiyyətin üst qatına birbaşa çıxışı var idi. Ancaq bu, onu xilas etmədi - əvvəlcə əmlakı, sonra vəzifəsi əlindən alındı.Bütün bunlardan sonra bir məsələ aydın olur. Bizim görməmiş varlılarımızın bir başqa Azərbaycanı var. Bizim üçün vətən, onlar üçün gəlirli iş yeri və əyləncə məkanı olan Azərbaycan...Qlobxeber.az
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Aptek müdürü işçisini vəhşicəsinə döydü - VİDEO
Bu gün, 13:49 |
|
|
|
• Fidanın mesajı təşviş doğurdu – Qoşunlar ora girib, əgər çıxarılmasa…
Bu gün, 13:42 |
|
|
|
• Dünya Azərbaycanın uğurlu liderlik bacarığının bir daha şahidi oldu - İNCƏLƏMƏ
Bu gün, 13:40 |
|
|
|
• Bakıda 300 milyard razılaşdırıldı: Amma Leyen və Berbok… - AXI NİYƏ?..
Bu gün, 13:37 |
|
|
|
• Qaynı arvadının ölümünə səbəb olan plastik cərrahla bağlı növbəti şikayət - VİDEO
Bu gün, 13:33 |
|
|
|
• Rusiya nüvə doktrinasını buna görə yenilədi - Peskov
Bu gün, 12:42 |
|
|
|
• Kənd sakininin 25 manatlıq internetə ehtiyacı varmı? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 12:40 |
|
|
|
• Kim Çen In Rusiyaya səfər edə bilər
Bu gün, 12:34 |
|
|
|
• Göyçayda daha bir MƏMUR HARINLIĞI... - NARAZILIQ VAR...
Bu gün, 12:31 |
|
|
|
• Sizdə bu hallar varsa Şopoqoliksiniz - AÇIQLAMA
Bu gün, 12:21 |
|
|
|
• Rusiya-Ukrayna müharibəsində son durum açıqlandı - “Reuters“
Bu gün, 12:17 |
|
|
|
• Ermənistandan Fransaya xəyanət kimi qərar - konyak yalanı
Bu gün, 12:14 |
|
|
|
• Tramp bu qadını nazir təyin edir
Bu gün, 11:39 |
|
|
|
• Məmur biznesinin iflic etdiyi sahələrdə orta və kiçik sahibkarlıq can verir... - İnhisar, cərimələr, pul qıtlığı...
Bu gün, 11:37 |
|
|
|
• İqlim sammitinin qapanışı nədən ləngiyirdi? – Mübahisəli məsələ
Bu gün, 11:34 |
|
|
|
• Nəcməddin Sadıqovun YEYİNTİ ORTAQLARI... - İttihamı qəbul etmirlər, amma...
Bu gün, 11:08 |
|
|
|
• Dövlət Ehtiyatları Agentliyi auditini bu şirkətə - HƏVALƏ ETDİ
Bu gün, 11:02 |
|
|
|
• Ermənistanla münasibətimiz problemlidir - Rusiya səfirindən etiraf
Bu gün, 10:57 |
|
|
|
• Prezidentin köməkçisi Almaniya xarici işlər nazirinin Azərbaycana qarşı ittihamlarını qəbuledilməz adlandırıb - ETİRAZ
Bu gün, 10:39 |
|
|
|
• Naxçıvanda yeni həbslər... GÖZLƏNİLİR...
Bu gün, 10:37 |
|
|
|
• Bakıya “hücum”a cavab verildi - 3 hədəf var, oranı istəyirlər
Bu gün, 10:28 |
|
|
|
• Paşinyanın Bakıya bu “güzəşti” hiylədir – Moskvadan baxış
Bu gün, 10:24 |
|
|
|
• İlin sonuna qədər sülh sazişinin imzalanması mümkündür - ƏGƏR...
Bu gün, 10:21 |
|
|
|
• COP29-da tarixi nailiyyət: Bakı 1,3 trilyon dollarlıq yeni iqlim maliyyəsini hədəf seçib
Bu gün, 03:58 |
|
|
|
• COP29-da illik iqlim maliyyələşməsi üçün 300 milyard dollar təsdiqlənib
Bu gün, 03:56 |
|
|
|
• Avropa çətin vəziyyətdə: “Rusiya qazının idxalı azalsa…” - GƏLİŞMƏ
Bu gün, 03:02 |
|
|
|
• "Ərə sahib olmaq super bir hissdir..."
Bu gün, 02:55 |
|
|
|
• Cavid İsmayılzadənin "əli uzandı" - İLGİNC
Bu gün, 02:52 |
|
|
|
• Azərbaycan Cənubi Qafqazın ən təhlükəsiz ölkəsidir - FAKT BUDUR!
Bu gün, 02:45 |
|
|
|
• "Daha fundamental əsərlər yazılmalı, filmlər çəkilməlidir"
Bu gün, 02:42 |
|
|
|
• Dövlət qurumu 1,1 milyon manatlıq geyimləri - BU ŞİRKƏTDƏN ALDI
Bu gün, 02:30 |
|
|
|
• Avropa İttifaqı sülhə mane olur - Çirkin "binokl diplomatiyası"...
Bu gün, 02:29 |
|
|
|
• Azərbaycanda logistika şirkəti - LƏĞV OLUNUR
Bu gün, 00:05 |
|
|
|
• "Səbail Market" fəaliyyətini dayandırdı
Bu gün, 00:02 |
|
|
|
• Nadir Qafarzadə Rusiyada torpaq sahəsi alıb? - AÇIQLAMA
Dünən, 17:22 |
|
|
|
• Çavuşoğlunu Bakıya gətirən mühüm səbəb: - Qərbi Azərbaycanla bağlı nə baş verir?
Dünən, 17:15 |
|
|
|
• Bir dəfəlik, yoxsa birdəfəlik sülh? - Bahəddin Həzi yazır...
Dünən, 15:02 |
|
|
|
• Qloballaşan savaş: “Üçüncü Dünya müharibəsi başlayıb, sadəcə...” - GÖRÜNƏNİ BUDUR
Dünən, 15:00 |
|
|
|
• Dəb indiki xoşbəxtlikdir, dəyər sonrakı peşmanlıq! - Aqşin Yenisey
Dünən, 14:58 |
|
|
|
• Tramp Viktor Orbana zəng etdi
Dünən, 14:06 |
|
|
|
• “Kişi kimi uduzmaq lazımdır, dovşan kimi yox” - Zaur Axundovdan yığmaya sərt tənqid
Dünən, 13:57 |
|
|
|
• "Ermənistan Azərbaycanın haqlı gözləntilərinə cavab versə..." - Ekspert
Dünən, 13:52 |
|
|
|
• Azərbaycanın tanınmış jurnalistini maşın vurdu: Xəstəxanaya aparıldı - FOTO
Dünən, 13:50 |
|
|
|
• “Kişi müğənnilər də plastik etdirir, övladları onlardan utanır...” - Əməkdar artist
Dünən, 13:17 |
|
|
|
• Laçında baş verən zəlzələ Ermənistanda da hiss olunub - YENİLƏNDİ
Dünən, 13:12 |
|
|
|
• Ermənistanda sülh deyənlərə həbsxana GÖSTƏRİLİR - Görünəni odur ki...
Dünən, 13:11 |
|
|
|
• Xanlar Fətiyev Tərtər rayonunun Azad Qaraqoyunlu kəndində vətəndaşları qəbul edib
Dünən, 13:03 |
|
|
|
• Azərbaycanlı diplomat 70 kq qızılı haradan alıb? – Diqqətçəkən detal
Dünən, 12:58 |
|
|
|
• Azərbaycan mediasının COP29 sınağı - Rəşad Məcid yazır...
Dünən, 12:55 |
|
|
|
• Trampla Putin arasında gizli görüş... - Şok iddia
Dünən, 12:53 |
|
|
|
|