QARDAŞ ARVADINI ZORLAYAN GƏDƏBƏY SAKİNİ...
Tarix: 25-05-2013, 08:41 | Çap et
SONRA QURBANINI ÖLDÜRDÜAğır cinayət hadisəsi törətməkdə təqsirli bilinən Gədəbəy rayonunun Qumlu kənd sakini, 1961-ci il təvəllüdlü Ramiz İmanıyevin cinayət işi üzrə məhkəmə istintaqı başa çatıb. Təqsirləndirilən şəxs AR CM-nin 120.2.4-cü (xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürmə), 133.1-ci (işgəncə vermə) və 127.2.2-ci (xüsusi amansızlıqla, zərərçəkənə ağır iztirablar verməklə və ya sifarişlə, habelə təqsirkar üçün aşkar surətdə köməksiz vəziyyətdə olan şəxs barəsində qəsdən sağlamlığa az ağır zərər vurma) maddələri ilə ittiham olunub.
Rusiyada 15 il həbs cəzası
İstintaqın gəldiyi nəticəyə görə, Ramiz İmanıyev Rusiya Federasiyası, Kazan şəhəri Vaxitov Rayon Məhkəməsinin 23 avqust 2002-ci il tarixli hökmü ilə Rusiya Federasiyası Cinayət Məcəlləsinin 111-ci maddəsinin 4-cü hissəsi və 150-ci maddəsinin 4-cü hissəsi ilə təqsirli bilinib, 15 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunub. O, AR Apellyasiya Məhkəməsinin 23 fevral 2006-cı il tarixli qərarı ilə Rusiya Federasiyası Cinayət Məcəlləsinin 111-ci maddəsinin 4-cü hissəsi və 150-ci maddəsinin 4-cü hissəsi ilə tövsif edilmiş cinayət əməlləri 2000-ci il tarixədək qüvvədə olmuş AR CM-nin müvafiq olaraq 102-ci maddəsinin 2-ci hissəsinə və 215-ci maddəsinə uyğunlaşdırılaraq 10 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunub və məhkumluğu ödənilib.
Fiziki işgəncələr
Məhkumluğu ödənildikdən sonra Gədəbəy rayonunun Qumlu kəndində yaşamağa başlayan Ramiz İmanıyev mütəmadi olaraq qardaşı arvadı Lətifə Sahibovanı döyərək ona fiziki təzyiqlər edib. Belə ki, o, Lətifəni sərxoş vəziyyətdə həm özünün yaşadığı Gədəbəy rayonunun Qumlu yaşayış massivində yerləşən evində, həm də sonuncunun azyaşlı uşaqları ilə birlikdə həmin massivdə yerləşən Gədəbəy Rayon Mədəniyyət və Turizm Şöbəsinin balansında olan Gədəbəy şəhəri, 20 Yanvar küçəsində yerləşən klubun binasında, yaşayış üçün hazırladıqları otaqda mütəmadi olaraq döyüb işgəncə verib.
O, 2012-ci ilin mayın 1-də tava ilə, 2012-ci ilin avqust ayının əvvəllərində isə çarpayının dəmir başlığı ilə, həmçinin 2012-ci ilin sentyabr ayının əvvəllərində yumruq və təpiklə döyərək Lətifə Sahibovaya xəsarətlər yetirib. O, zərərçəkmişin sağlamlığına yüngül zərərvurma əlamətlərinə malik xəsarətlər yetirərək, ona güclü fiziki ağrı yetirməklə əzab verib.
Qardaşı arvadına göz dikən qara daş
Bundan başqa Ramiz İmanıyev 2012-ci ilin iyul ayının ortalarında Lətifə Sahibovanın azyaşlı uşaqlarının gözü qarşısında klubun binasında onun yalvarmasına əhəmiyyət vermədən sağ qolunu buraraq qırıb. Həmin əməli ilə Lətifə Sahibovaya xüsusi amansızlıqla sağlamlığına az ağır zərər vurub.
Ramiz İmanıyev əvvəllər müxtəlif vaxtlarda könüllü olaraq cinsi əlaqədə olduğu qardaşı arvadı Lətifə Sahibova ilə 13 sentyabr 2012-ci il tarixdə, saat 00:30 radələrində yenidən cinsi əlaqədə olmaq qərarına gəlib.
Bu məqsədlə o, sərxoş vəziyyətdə ikən cinsi əlaqədə olmaq üçün aynabənddəki divanda azyaşlı uşaqları ilə uzanmış Lətifə Sahibovanı alışqan vermək adı ilə qolundan tutaraq öz yataq otağına aparıb.
Onunla razılaşmayan qadını qanına qəltan edib
Lətifə Sahibova uşaqların yatmadığını deyərək Ramiz İmanıyevlə cinsi əlaqədə olmaqdan imtina edib. Ramiz İmanıyev qardaşı arvadının cinsi əlaqədə olmaqdan imtina etməsinə əsəbiləşib və onu öldürmək qərarına gəlib. Qardaşı arvadını öldürmək məqsədilə əvvəlcə öz otağında Lətifənin bədəninin müxtəlif nahiyələrinə yumruq və təpiklə vurub. Lətifə Sahibova uşaqların qaldığı aynabəndə qayıdarkən onun arxasınca çıxıb. Ramiz İmanıyev öz hərəkətlərini davam etdirərək Lətifə Sahibovanın yalvarışlarına əhəmiyyət verməyib. O, otaqda olan stulla Lətifə Sahibovanın bədəninin müxtəlif nahiyələrinə zərbələr endirib. Xəsarətlər nəticəsində Lətifə Sahibova dünyasını dəyişib.
QEYD: Sözügedən dəhşətli cinayət işinə Gəncə Ağır Cinayətlər Məhkəməsində baxılıb. Hakim Elbəy Allahverdiyevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxs, zərərçəkmiş şəxsin hüquqi varisi ifadə verib.
Cinayət işinin dəlillərini araşdıran hakim heyəti qardaşı arvadını xüsusi amansızlıqla qətlə yetirən Ramiz İmanıyevin barəsində hökm elan edib. Məhkəmənin hökmü ilə Ramiz İmanıyev 15 il müddətinə azadlıqdan məhrum edilib. Ramiz İmanıyevin cəzasının ilk 5 ilini həbsxanada, qalan hissəsini xüsusi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi qərara alınıb.
Hökmdən narazı qalan qatil
Birinci məhkəmə instansiyasının hökmündən Ramiz İmanıyev narazı qalıb. O, məhkəmənin hökmü ilə razılaşmayaraq, apellyasiya şikayəti verib, cəzasının yüngülləşdirilməsini xahiş edib. Təqsirləndirilən şəxs apelyasiya şikayətini belə əsaslandırıb ki, iş üzrə Gədəbəy Rayon Polis İdarəsinin bir neçə vəzifəli şəxsi dindirilməlidir, o cümlədən polis rəisi, onun müavini, sahə inspektoru və başqa şəxslər məhkəmə iclasına dəvət edilməlidir. Bundan əlavə, 15 il həbsxana həyatı yaşadığı üçün həmçinin ona güzəşt edilməli və vəziyyəti yüngülləşdirilməlidir.
"Hadisə zamanı içkili olmuşam"
Onun şikayətinə Gəncə Apellyasiya Məhkəməsinin Cinayət İşləri üzrə Kollegiyasında baxılıb. Hakim Elşad Bayramovun sədrliyi ilə keçirilən prosesdə o, apellyasiya şikayətinin dəlillərini tamamilə müdafiə edib. Göstərib ki, əməllərindən peşmandır, əməlləri törətdiyi zaman sərxoş olub: "Sərxoş olmasaydım, belə hərəkətlərə yol verməzdim. Bir daha belə əməllərə yol verməyəcəyəm. Ömrümün qalan hissəsini həbsxanada keçirmək istəmirəm. Odur ki, apellyasiya şikayətim təmin edilməlidir".
"O, həbsxana həyatı yaşamaq istəmir"
Təqsirləndirilən şəxsin vəkili Fuad İsgəndərov da apellyasiya şikayətinin dəlillərinə uyğun çıxış edib və cəzanın yüngülləşdirilməsini məhkəmə kollegiyasından xahiş edib. Vəkil bildirib ki, Ramiz İmanıyev əməllərindən peşmançılıq keçirir, uzun illər həbsxanada olub: "Ramiz İmanıyev yenidən həbsxana həyatı yaşamaq istəmir. Qanunla yol verilən hədlərdə ona güzəşt edilməsinin mümkünlüyü məhkəmə kollegiyası tərəfindən müzakirə edilməlidir".
Dövlət ittihamçısı: "Belə şəxsin barəsində hər hansı güzəştin edilməsi mümkünsüzdür"
Dövlət ittihamçısı Sadiq Əkbərov apellyasiya şikayətinin dəlilləri ilə razılaşmayıb. Prokuror qeyd edib ki, apellyasiya şikayətinin təmin edilməsi üçün heç bir hüquqi, mənəvi əsas yoxdur: "Cinayət işi istintaq və birinci instansiya məhkəməsi tərəfindən kifayət qədər əhatəli araşdırılıb. Birinci instansiya məhkəməsi tərəfindən cəza təyin edilərkən də cinayətin xarakteri, ictimai təhlükəlilik dərəcəsi, məhkumun şəxsiyyəti, həmçinin təyin olunmuş cəzanın onun islah olunmasına təsir dərəcəsi nəzərə alınaraq qanuni və əsaslı nəticəyə gəlinib. Ona qanuni cəza təyin edilib. İşin materiallarından məlumdur ki, Ramiz İmanıyevin əməllərində cinayətlərin xüsusi təhlükəli residivi var, məhkumluğu ödənilməmiş yenidən cinayət törədib. Belə şəxsin barəsində hər hansı güzəştin edilməsi mümkünsüzdür. Birinci instansiya məhkəməsinin hökmü qanuni olduğundan apellyasiya şikayəti təmin edilməməli, hökm dəyişdirilmədən saxlanılmalıdır".
Qatilin cəzası qüvvəsində qaldı
Bütün tərəfləri dinləyən hakim heyəti sonda yekun qərarını açıqlayıb. Qərara görə, təqsirləndirilən şəxsin apellyasiya şikayəti təmin edilməyib və Gəncə Ağır Cinayətlər Məhkəməsinin hökmü dəyişdirilməyib.
Artıq Ramiz İmanıyevin barəsində çıxarılan hökm qanuni qüvvəsinə minib. Buna görə də qatil cəzasını çəkməsi üçün Ədliyyə Nazirliyinin Pentensiar Xidmətinin Qobustan Qapalı Həbsxanasına göndərilib.
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• COP29-un tarixi uğuru nə oldu? - İNCƏLƏMƏ
Bu gün, 06:36 |
|
|
|
• Köçəryan sirləri açdı: - Qarakənddə vurulan helikopterdə o da olub
Bu gün, 06:29 |
|
|
|
• Türkiyədən ermənipərəst jurnalistə qadağa: - ölkəyə buraxılmadı
Bu gün, 00:08 |
|
|
|
• Bu gün Kəlbəcər Şəhəri Günüdür
Bu gün, 00:03 |
|
|
|
• Berbok Bakını niyə erkən tərk edib? - HƏQİQƏTƏN DƏ...
Dünən, 21:36 |
|
|
|
• Sumqayıt şəhər 4 nömrəli xəstəxanaya yeni baş həkim təyin olunub - ƏMR
Dünən, 21:34 |
|
|
|
• "Bundan başqa bizə nə lazımdır axı?"
Dünən, 19:28 |
|
|
|
• Kimin hərbçiləri Mariupol və Xarkovda: “Havanın pisləşməsini gözləyirlər” - GƏLİŞMƏ
Dünən, 19:26 |
|
|
|
• “Seçilən müəlliflərin dövlət tərəfindən dəstəklənməsi arzuedilən olardı” - ÇAĞIRIŞ
Dünən, 19:21 |
|
|
|
• Avropa yeni enerji böhranı ilə üzləşib - “Bloomberg”
Dünən, 15:35 |
|
|
|
• Aptek müdürü işçisini vəhşicəsinə döydü - DİN araşdırma aparır (VİDEO)
Dünən, 15:33 |
|
|
|
• Ermənistana silah daşınır – MN narahatdır, çağırış etdi
Dünən, 15:22 |
|
|
|
• Fidanın mesajı təşviş doğurdu – Qoşunlar ora girib, əgər çıxarılmasa…
Dünən, 13:42 |
|
|
|
• Dünya Azərbaycanın uğurlu liderlik bacarığının bir daha şahidi oldu - İNCƏLƏMƏ
Dünən, 13:40 |
|
|
|
• Bakıda 300 milyard razılaşdırıldı: Amma Leyen və Berbok… - AXI NİYƏ?..
Dünən, 13:37 |
|
|
|
• Qaynı arvadının ölümünə səbəb olan plastik cərrahla bağlı növbəti şikayət - VİDEO
Dünən, 13:33 |
|
|
|
• Rusiya nüvə doktrinasını buna görə yenilədi - Peskov
Dünən, 12:42 |
|
|
|
• Kənd sakininin 25 manatlıq internetə ehtiyacı varmı? - HƏQİQƏTƏN DƏ...
Dünən, 12:40 |
|
|
|
• Kim Çen In Rusiyaya səfər edə bilər
Dünən, 12:34 |
|
|
|
• Göyçayda daha bir MƏMUR HARINLIĞI... - NARAZILIQ VAR...
Dünən, 12:31 |
|
|
|
• Sizdə bu hallar varsa Şopoqoliksiniz - AÇIQLAMA
Dünən, 12:21 |
|
|
|
• Rusiya-Ukrayna müharibəsində son durum açıqlandı - “Reuters“
Dünən, 12:17 |
|
|
|
• Ermənistandan Fransaya xəyanət kimi qərar - konyak yalanı
Dünən, 12:14 |
|
|
|
• Tramp bu qadını nazir təyin edir
Dünən, 11:39 |
|
|
|
• Məmur biznesinin iflic etdiyi sahələrdə orta və kiçik sahibkarlıq can verir... - İnhisar, cərimələr, pul qıtlığı...
Dünən, 11:37 |
|
|
|
• İqlim sammitinin qapanışı nədən ləngiyirdi? – Mübahisəli məsələ
Dünən, 11:34 |
|
|
|
• Nəcməddin Sadıqovun YEYİNTİ ORTAQLARI... - İttihamı qəbul etmirlər, amma...
Dünən, 11:08 |
|
|
|
• Dövlət Ehtiyatları Agentliyi auditini bu şirkətə - HƏVALƏ ETDİ
Dünən, 11:02 |
|
|
|
• Ermənistanla münasibətimiz problemlidir - Rusiya səfirindən etiraf
Dünən, 10:57 |
|
|
|
• Prezidentin köməkçisi Almaniya xarici işlər nazirinin Azərbaycana qarşı ittihamlarını qəbuledilməz adlandırıb - ETİRAZ
Dünən, 10:39 |
|
|
|
• Naxçıvanda yeni həbslər... GÖZLƏNİLİR...
Dünən, 10:37 |
|
|
|
• Bakıya “hücum”a cavab verildi - 3 hədəf var, oranı istəyirlər
Dünən, 10:28 |
|
|
|
• Paşinyanın Bakıya bu “güzəşti” hiylədir – Moskvadan baxış
Dünən, 10:24 |
|
|
|
• İlin sonuna qədər sülh sazişinin imzalanması mümkündür - ƏGƏR...
Dünən, 10:21 |
|
|
|
• COP29-da tarixi nailiyyət: Bakı 1,3 trilyon dollarlıq yeni iqlim maliyyəsini hədəf seçib
Dünən, 03:58 |
|
|
|
• COP29-da illik iqlim maliyyələşməsi üçün 300 milyard dollar təsdiqlənib
Dünən, 03:56 |
|
|
|
• Avropa çətin vəziyyətdə: “Rusiya qazının idxalı azalsa…” - GƏLİŞMƏ
Dünən, 03:02 |
|
|
|
• "Ərə sahib olmaq super bir hissdir..."
Dünən, 02:55 |
|
|
|
• Cavid İsmayılzadənin "əli uzandı" - İLGİNC
Dünən, 02:52 |
|
|
|
• Azərbaycan Cənubi Qafqazın ən təhlükəsiz ölkəsidir - FAKT BUDUR!
Dünən, 02:45 |
|
|
|
• "Daha fundamental əsərlər yazılmalı, filmlər çəkilməlidir"
Dünən, 02:42 |
|
|
|
• Dövlət qurumu 1,1 milyon manatlıq geyimləri - BU ŞİRKƏTDƏN ALDI
Dünən, 02:30 |
|
|
|
• Avropa İttifaqı sülhə mane olur - Çirkin "binokl diplomatiyası"...
Dünən, 02:29 |
|
|
|
• Azərbaycanda logistika şirkəti - LƏĞV OLUNUR
Dünən, 00:05 |
|
|
|
• "Səbail Market" fəaliyyətini dayandırdı
Dünən, 00:02 |
|
|
|
• Nadir Qafarzadə Rusiyada torpaq sahəsi alıb? - AÇIQLAMA
23-11-2024, 17:22 |
|
|
|
• Çavuşoğlunu Bakıya gətirən mühüm səbəb: - Qərbi Azərbaycanla bağlı nə baş verir?
23-11-2024, 17:15 |
|
|
|
• Bir dəfəlik, yoxsa birdəfəlik sülh? - Bahəddin Həzi yazır...
23-11-2024, 15:02 |
|
|
|
• Qloballaşan savaş: “Üçüncü Dünya müharibəsi başlayıb, sadəcə...” - GÖRÜNƏNİ BUDUR
23-11-2024, 15:00 |
|
|
|
• Dəb indiki xoşbəxtlikdir, dəyər sonrakı peşmanlıq! - Aqşin Yenisey
23-11-2024, 14:58 |
|
|
|
|