"ÖZLƏRİ DƏ BİLMİRLƏR NƏ YARADIRLAR"...
Tarix: 27-05-2013, 09:05 |
Çap et
“Milli Şura adı nə qədər təmtəraqlı səslənsə də, onun prinsipləri, məqsədləri aydın deyil”
"Bunu yaradanların hərəsi bir-birindən tamam fərqli fikirlər səsləndirirlər. Hələ özləri də bilmirlər ki, nə yaradırlar”. Bu sözləri Milli.Az saytına açıqlamasında Böyük Azərbaycan Partiyasının sədri Elşad Musayev bildirib.
Onun sözlərinə görə, Milli Şuranın formalaşma prinsipləri də doğru deyil.
“Əvvəlcə Rüstəm İbrahimbəyovun siyahısı ilə 50 nəfər müəyyənləşdirmək istəyirdilər, ancaq gördülər ki, bu, gülünc çıxır. Sonra üç partiya rəhbəri şurada təmsil olunan adamları müəyyənləşdirmək istədilər, ancaq bu da alınmadı. Daha sonra digər partiyaları da bu prosesə cəlb etmək istədilər. Bəlli oldu ki, bunun da hüquqi əsası yoxdur”, - o əlavə edib.
Partiya sədri Milli Şuranın bu yaxınlarda elan olunacağına inanmadığını deyib.
“Mən inanmıram ki, yaxın vaxtlarda Milli Şura elan olunsun. Hətta elan olunsa belə, bu gün danışıqlarda iştirak edənlərin çoxu orada olmayacaq. Milli Şura ideyası sonradan tragikomedik bir səhnə olacaq”, - E.Musayev vurğulayıb.