Ucarda Qarabağ Qazisi NARAZILIQ EDİR... .....                     Mürsəl İbrahimovun “X5” sevdalı işçisi... .....                     Nəcəflinin XALQLA... XALQA QAPALI GÖRÜŞÜ... .....                     Tramp Ərdoğanı Putinlə yaxınlaşdıracaqmı? .....                     Məktəblərdə payız tətilindən sonra dərslər başlayıb .....                     Aqrar sektor niyə sürətlə geriləyir? .....                     Bayden Trampa qədər nüvə savaşı başladacaq .....                     Bu boyda işi tək adamın törədə biləcəyinə inanmıram .....                     Gəlirlərin artması üçün yeni yol tapılıb .....                     “Ədəbi əks-səda”nın sədası sonra çıxacaq .....                     Qərbi Azərbaycana QAYIDIŞ: Mane olmamalıdırlar... .....                     COP29-un tarixi uğuru nə oldu? .....                     Köçəryan sirləri açdı: .....                     Türkiyədən ermənipərəst jurnalistə qadağa: .....                     Bu gün Kəlbəcər Şəhəri Günüdür .....                     Berbok Bakını niyə erkən tərk edib? .....                     Sumqayıt şəhər 4 nömrəli xəstəxanaya yeni baş həkim təyin olunub .....                     "Bundan başqa bizə nə lazımdır axı?" .....                     Kimin hərbçiləri Mariupol və Xarkovda: “Havanın pisləşməsini gözləyirlər” .....                     “Seçilən müəlliflərin dövlət tərəfindən dəstəklənməsi arzuedilən olardı” .....                     Avropa yeni enerji böhranı ilə üzləşib .....                     Aptek müdürü işçisini vəhşicəsinə döydü .....                     Ermənistana silah daşınır .....                     Fidanın mesajı təşviş doğurdu .....                     Dünya Azərbaycanın uğurlu liderlik bacarığının bir daha şahidi oldu .....                     Bakıda 300 milyard razılaşdırıldı: Amma Leyen və Berbok… .....                     Qaynı arvadının ölümünə səbəb olan plastik cərrahla bağlı növbəti şikayət .....                     Rusiya nüvə doktrinasını buna görə yenilədi .....                     Kənd sakininin 25 manatlıq internetə ehtiyacı varmı? .....                     Kim Çen In Rusiyaya səfər edə bilər .....                     Göyçayda daha bir MƏMUR HARINLIĞI... .....                     Sizdə bu hallar varsa Şopoqoliksiniz .....                     Rusiya-Ukrayna müharibəsində son durum açıqlandı .....                     Ermənistandan Fransaya xəyanət kimi qərar .....                     Tramp bu qadını nazir təyin edir .....                     Məmur biznesinin iflic etdiyi sahələrdə orta və kiçik sahibkarlıq can verir... .....                     İqlim sammitinin qapanışı nədən ləngiyirdi? .....                     Nəcməddin Sadıqovun YEYİNTİ ORTAQLARI... .....                     Dövlət Ehtiyatları Agentliyi auditini bu şirkətə .....                     Ermənistanla münasibətimiz problemlidir .....                 

21-Cİ ƏSRİN GƏNCƏSİNDƏ LİFT PROBLEMİ
Tarix: 27-05-2013, 10:07 | Çap et
21-Cİ ƏSRİN GƏNCƏSİNDƏ LİFT PROBLEMİ
Elmin, texnologiyanın inkişaf etdiyi bir zamanda yaşasaq da, Gəncənin bəzi sakinləri hələ də XX əsrin problemlərindən canlarını qurtara bilməyiblər. Daha doğrusu, müasir şəhərin hərtərəfli inkişaf etmiş sakinlərini bəzi məmurlar konkret problemlərlə üz-üzə qoyur. Üzərinə düşən vəzifəsini yerinə yetirərkən dövlət maraqlarını unudub, sakinləri öz maddi maraqlarına qurban verən, tutduqları "post"lardan sui-istifadə edən bəzi məmurlar insanları kommunal problemlər içində çabalamağa vadar edir. Söhbət Gəncə şəhərində fəaliyyət göstərməli olan, lakin yeri yurdu bəlli olmayan İxtisaslaşdırılmış Rayonlararası Lift İstehsalat Təmiri İdarəsindən gedir. Şəhərdə mövcud olan hündürmərtəbəli binalarda Sovet dövründən qalan və aşınan, eləcə də yeni quraşdırılan, lakin fəaliyyəti idarənin özü kimi olan liftlər insanların həyatı üçün əsl təhlükədir. Sözünü deməyə, şikayətini eləməyə isə bir kimsə yoxdur. Çünki KİV olaraq idarənin rəhbəri Ələddin Atayevi tapa bilmiriksə, sakinlərin buna necə nail olacağı qaranlıq olaraq qalır. Xüsusiylə prezident İlham Əliyevin Gəncənin lift təsərrüfatının yenilənməsinə 1 milyon manat vəsait ayırdığı bir vaxtda...

Lift problemi Gəncənin əksər çoxmərtəbəli binalarında mövcuddur və belə binalarda yaşayan sakinlər bunun əziyyətini çəkirlər desək, yəqin ki, yanılmarıq. Hazırda Gəncədəki çoxmərtəbəli binalarda yaşayan əhalini qayğılandıran və ən çox narahat edən məsələlərdən biri də lift problemidir. Binalardakı liftlərin normal fəaliyyət göstərməməsi və bəzilərinin fəaliyyətini belə desək, tam dondurması narazılıq obyekti olub. Dövlət büdcəsindən lift təsərrüfatının inkişafı üçün xeyli maliyyə vəsaitinin ayrılmasına baxmayaraq bu sahədəki problemləri çözmək hələ də mümkün olmayıb. Bütün bunlar liftlərin köhnəlib sıradan çıxması və ya bu sahəyə cavabdeh olanların vəzifəsinə səhlənkar yanaşması ucbatından baş verir. Kəpəz televiziyası olaraq Gəncənin bir çox yaşayış massivlərində liftlərin necə fəaliyyət göstərməsi və ya sakinlərin lift problem ilə bağlı dəfələrlə efirimizdə tənqidi materialların getməsindən sonra vəziyyətin müsbətə doğru dəyişib-dəyişmədiyi ilə maraqlandıq. Lakin gördüklərimiz vəziyyətin hər ötən gün daha təhlükəli hal aldığını deməyə əsas verir, problemi həll edən adam yoxdur ki, yoxdur.

Gəncə şəhərində liftlərin işləməsindən əziyyət çəkənlərin böyük əksəriyyəti Yeni Gəncə yaşayış massivinin sakinləridir ki, burda mövcud olan liftlərin çoxu ya işləmir, ya da ciddi təmirə ehtiyacı var.

Sakinlər bildirir ki, ötən əsrin 80-ci illərində istifadəyə verilən binalarda quraşdırılan liftlərin yaşı elə binanın yaşı qədərdi. Düzdür, bəzi Sovet liftləri bir neçə il bundan öncə Belarus istehsalı olan liftlərlə əvəzlənib və sakinlər də sevinib ki, daha lift problem yaşamayacaqlar. Amma elə hər şey də bundan sonra başlayıb. Sakinlərin sözlərinə görə, köhnə liftlərin istismar müddəti keçməsinə baxmayaraq işlək vəziyyəti onları qane edirdi. Hətta liftin quraşdırılması zamanı insident də yaşanmışdı. Belə ki, öncə Qəbələdə istehsal olunan lift quraşdırılmağa başlandı. Sonradan görülən işlər yarıda saxlanılaraq Gəncə şəhər İxtisaslaşdırılmış Rayonlararası Lift İstehsalat Təmiri İdarəsindən Belarus liftləri sakinlərin dıqnaqarası istifadəsinə verildi.

Solmaz Məhərrəmova – sakin: “İki ildir lift qoyublar heç iki ay işləməyib. Ancaq özümüz usta tapırıq təmir üçün. Lift idarəsinə zəng vururuq heç kim cavab vermir. İcra Hakimiyyətinə kimi getmişik bu şikayətlə bağlı səsimizə səs verən olmayıb. Evdə 4 az yaşlı təzyiqli uşaqlarımız var, gəlinim xəstədir, düşüb qalxmaq olmur. Nə qədər pul yığıb verməyimizə baxmayaraq liftimiz işləmir. Tələb edirik ki, liftimizi dəyişdirsinlər”.

Növrəstə Qasımova –sakin: “5-ci mərtəbədə yaşayırıq, yoldaşım xəstə adamdır, həyətə çıxıb düşə bilmir. 2 ildir liftimizi yenisi ilə əvəz elədilər o gündən liftimiz işləmir. Liftlərimiz çox qorxuludur, qapısı neçə dəfə açılmayıb bir neçə saat içində qalmışıq, heç köməyə gələn də olmayıb. Bir neçə dəfə də hadisə olub ciddi yaralanan olub. Liftin işləməməsi ilə bağlı bir neçə yerə dəfələrlə müraciət etmişik heç kim şikayətlərimizə baxmır”.

Söhbət liftlə bağlı hadisədən düşmüşkən qeyd edək ki, ötən il Yeni Gəncə bina 1-də quraşdırılan Belarus liftinin nasaz olması 1 nəfərin 3-cü mərtəbədən liftin şaxtasına yıxılması və ağır xəsarətlər alması ilə nəticələnib.

Nasaz və işləməyən liftlər hətta qonşuları da bir-birinə düşmən edib. Uzun müddət qonşu olan sakinlər arasında narazlıqlara da yol açan liftin təmir edilməsi, bunun üçün sakinlərin öz təşəbbüsü ilə pul yığımı insanları sözün əsl mənasında təngə gətirib.

Nurəddin Əliyarov – sakin: “Bizim binaya bu təzə liftlər qoyulandan cibimizdə pul qalmayıb. 3 gündən bir lift idarəsinin işçiləri gəlirlər ki, 50 manat – 100 manat verin düzəldək. Pensioner adamam, mən o liftə nə qədər pul verim. Bütün qonşularla üzgöz olmuşam, dalaşmışam. Mən 4-cü mərtəbədə yaşayıram qorxumdan liftə minmirəm, işləyəndə qonşular deyir biz pul vermişik sən niyə verməyibsən, ancaq minirsən”.

Məsələni kökündən araşdırmaq üçün ötən illərə nəzər salsaq görərik ki, problem artıq uzun müddətdir ki, sakinlərə əziyyət verməkdə davam edir. Çox maraqlıdır ki, bu müddət ərzində idarənin təmir briqadası tərəfindən ayrı-ayrı vaxtlarda sakinlərdən müəyyən məbləğdə təmir məqsədilə pul yığılıb, bina sakinlərindən hər ay lift xidmət pulunun ödənilməsi üçün qəbizlər paylanılıb.
Sovet dönəmindən qalmış və daim sakinlər üçün təhlükə mənbəyi sayılan Gəncənin lift təsərrüfatının yenilənməsi prosesindən daim ağzı dolusu danışan Gəncə şəhər İxtisaslaşdırılmış Rayonlararası Lift İstehsalat Təmiri İdarəsinin rəisi Ələddin Atayevlə mövcud problemlə bağlı bir neçə dəfə əlaqə saxlamağa çalışsaq da zənglərimizə cavab verən tapılmadı. Bundan bir daha əmin olduq ki, daşıdığı vəzifəsinin məsuliyyəindən kənara çıxaraq jurnalistin suallarını cavablandırmaq istəməyən qurum rəisinin liftə qalan vətəndaşın harayına cavab verməməsi heç də təəccüb doğuran hal deyil. Binalarda yaşayan sakinlərin problemləri ilə birbaşa məşğul olmalı olan qurumlar arasında Mənzil İstismar Sahələri də var ki, onlar da mövcud problemin qarşısında acız görünür. Gəncə şəhər Mənzil Kommunal Təsərrüfatı İstehsalat Birliyini rəisi Elgün Məmmədov şifahi olaraq bildirib ki, binalarda lift məsələsi onların səlahiyyətləri çərçivəsindədir. Lakin Elgün Məmmədov Gəncə şəhər İxtisaslaşdırılmış Rayonlararası Lift İstehsalat Təmiri İdarəsinin Birliklə yalnız müqavilə əsasında çoxmərtəbəli binalarda lift xidmətini həyata keçirdiyini söyləyib. Xatıraladaq ki, statistik rəqəmlərə görə, hazırda Gəncədə 190 lift 7500-dən artıq şəhər sakininə xidmət göstərir. Apardığımız müşahidələr isə göstəriri ki, 190 lifdən 90% heç də normal işləmir. Qeyd edək ki, şəhər sakinlərinin ixtiyarında olan qəzalı liftlərin bir qismi Belarus, böyük əksəriyyəti isə sovet dövrünün liftləridir.
Sonda onu qeyd edək ki, aprelin 3-də Azərbaycan Respublikası Prezidenti İlham Əliyev Bakı, Gəncə və Sumqayıt şəhərlərində çoxmənzilli binaların lift təsərrüfatının maddi-texniki bazasının möhkəmləndirilməsi haqqında sərəncam imzalayıb.

Sərəncamda qeyd olunur ki, çoxmənzilli binalarının lift təsərrüfatının mövcud vəziyyəti bu sahədə həyata keçirilən tədbirlərin daha da sürətləndirilməsini tələb edir. Bu istiqamətdə işlərin davam etdirilməsinin vacibliyini və əhalinin müraciətlərini nəzərə alaraq, Bakı Gəncə və Sumqayıt şəhərlərində lift təsərrüfatının maddi-texniki bazasının möhkəmləndirilməsi, Dövlət Mənzil Fonduna aid olan çoxmənzilli binalarda istismara yararsız liftlərin yeniləri ilə əvəz edilməsi məqsədilə sərəncam qərara alınıb.

Sərəncam ilə Bakı, Gəncə və Sumqayıt şəhərlərində çoxmənzilli binaların lift təsərrüfatının maddi-texniki bazasının möhkəmləndirilməsi məqsədi ilə Azərbaycan Respublikasının 2013-cü il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan ilkin olaraq 7 milyon manat, o cümlədən Bakı Şəhər İcra Hakimiyyətinə 5 milyon manat, Gəncə və Sumqayıt Şəhər İcra Hakimiyyətlərinin hər birinə 1 milyon manat ayrılıb.

Qeyd edək ki, Azərbaycanda lift istehsal olunur. Qəbələdə Gilan Lift Zavodu, Kürdəmirdə Qafqaz Lift Zavodu fəaliyyət göstərir









 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Ucarda Qarabağ Qazisi NARAZILIQ EDİR... - MÜRACİƏT
Bu gün, 08:22
Mürsəl İbrahimovun “X5” sevdalı işçisi... - O GÖRÜNMƏZDİRMİ?
Bu gün, 08:17
Nəcəflinin XALQLA... XALQA QAPALI GÖRÜŞÜ... - BU NƏDİ BELƏ?..
Bu gün, 08:11
Tramp Ərdoğanı Putinlə yaxınlaşdıracaqmı? - NƏ BAŞ VERİR?
Bu gün, 08:08
Məktəblərdə payız tətilindən sonra dərslər başlayıb
Bu gün, 08:05
Aqrar sektor niyə sürətlə geriləyir? - NAZIRIN NƏZƏRİNƏ...
Bu gün, 07:11
Bayden Trampa qədər nüvə savaşı başladacaq - Skott Ritter
Bu gün, 07:07
Bu boyda işi tək adamın törədə biləcəyinə inanmıram - MƏHKƏMƏ
Bu gün, 07:03
Gəlirlərin artması üçün yeni yol tapılıb - "...nədənsə indi yada düşüb"
Bu gün, 06:48
“Ədəbi əks-səda”nın sədası sonra çıxacaq - MÜSAHİBƏ
Bu gün, 06:46
Qərbi Azərbaycana QAYIDIŞ: Mane olmamalıdırlar... - AKTUAL
Bu gün, 06:42
COP29-un tarixi uğuru nə oldu? - İNCƏLƏMƏ
Bu gün, 06:36
Köçəryan sirləri açdı: - Qarakənddə vurulan helikopterdə o da olub
Bu gün, 06:29
Türkiyədən ermənipərəst jurnalistə qadağa: - ölkəyə buraxılmadı
Bu gün, 00:08
Bu gün Kəlbəcər Şəhəri Günüdür
Bu gün, 00:03
Berbok Bakını niyə erkən tərk edib? - HƏQİQƏTƏN DƏ...
Dünən, 21:36
Sumqayıt şəhər 4 nömrəli xəstəxanaya yeni baş həkim təyin olunub - ƏMR
Dünən, 21:34
"Bundan başqa bizə nə lazımdır axı?"
Dünən, 19:28
Kimin hərbçiləri Mariupol və Xarkovda: “Havanın pisləşməsini gözləyirlər” - GƏLİŞMƏ
Dünən, 19:26
“Seçilən müəlliflərin dövlət tərəfindən dəstəklənməsi arzuedilən olardı” - ÇAĞIRIŞ
Dünən, 19:21
Avropa yeni enerji böhranı ilə üzləşib - “Bloomberg”
Dünən, 15:35
Aptek müdürü işçisini vəhşicəsinə döydü - DİN araşdırma aparır (VİDEO)
Dünən, 15:33
Ermənistana silah daşınır – MN narahatdır, çağırış etdi
Dünən, 15:22
Fidanın mesajı təşviş doğurdu – Qoşunlar ora girib, əgər çıxarılmasa…
Dünən, 13:42
Dünya Azərbaycanın uğurlu liderlik bacarığının bir daha şahidi oldu - İNCƏLƏMƏ
Dünən, 13:40
Bakıda 300 milyard razılaşdırıldı: Amma Leyen və Berbok… - AXI NİYƏ?..
Dünən, 13:37
Qaynı arvadının ölümünə səbəb olan plastik cərrahla bağlı növbəti şikayət - VİDEO
Dünən, 13:33
Rusiya nüvə doktrinasını buna görə yenilədi - Peskov
Dünən, 12:42
Kənd sakininin 25 manatlıq internetə ehtiyacı varmı? - HƏQİQƏTƏN DƏ...
Dünən, 12:40
Kim Çen In Rusiyaya səfər edə bilər
Dünən, 12:34
Göyçayda daha bir MƏMUR HARINLIĞI... - NARAZILIQ VAR...
Dünən, 12:31
Sizdə bu hallar varsa Şopoqoliksiniz - AÇIQLAMA
Dünən, 12:21
Rusiya-Ukrayna müharibəsində son durum açıqlandı - “Reuters“
Dünən, 12:17
Ermənistandan Fransaya xəyanət kimi qərar - konyak yalanı
Dünən, 12:14
Tramp bu qadını nazir təyin edir
Dünən, 11:39
Məmur biznesinin iflic etdiyi sahələrdə orta və kiçik sahibkarlıq can verir... - İnhisar, cərimələr, pul qıtlığı...
Dünən, 11:37
İqlim sammitinin qapanışı nədən ləngiyirdi? – Mübahisəli məsələ
Dünən, 11:34
Nəcməddin Sadıqovun YEYİNTİ ORTAQLARI... - İttihamı qəbul etmirlər, amma...
Dünən, 11:08
Dövlət Ehtiyatları Agentliyi auditini bu şirkətə - HƏVALƏ ETDİ
Dünən, 11:02
Ermənistanla münasibətimiz problemlidir - Rusiya səfirindən etiraf
Dünən, 10:57
Prezidentin köməkçisi Almaniya xarici işlər nazirinin Azərbaycana qarşı ittihamlarını qəbuledilməz adlandırıb - ETİRAZ
Dünən, 10:39
Naxçıvanda yeni həbslər... GÖZLƏNİLİR...
Dünən, 10:37
Bakıya “hücum”a cavab verildi - 3 hədəf var, oranı istəyirlər
Dünən, 10:28
Paşinyanın Bakıya bu “güzəşti” hiylədir – Moskvadan baxış
Dünən, 10:24
İlin sonuna qədər sülh sazişinin imzalanması mümkündür - ƏGƏR...
Dünən, 10:21
COP29-da tarixi nailiyyət: Bakı 1,3 trilyon dollarlıq yeni iqlim maliyyəsini hədəf seçib
Dünən, 03:58
COP29-da illik iqlim maliyyələşməsi üçün 300 milyard dollar təsdiqlənib
Dünən, 03:56
Avropa çətin vəziyyətdə: “Rusiya qazının idxalı azalsa…” - GƏLİŞMƏ
Dünən, 03:02
"Ərə sahib olmaq super bir hissdir..."
Dünən, 02:55
Cavid İsmayılzadənin "əli uzandı" - İLGİNC
Dünən, 02:52
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru