RAMİZ MEHDİYEVƏ QARŞI YENİ MEDİA LAYİHƏ GƏLİR
Tarix: 30-05-2013, 14:58 |
Çap et
PA ŞEFİNİN RƏQİBLƏRİ FƏALLAŞMAQ ÜZƏRƏDİR
DİA.AZ: - Prezident Administrasiyasının (PA) rəhbəri Ramiz Mehdiyevə qarşı əks qütbü təşkil edən PA daxilindəki qüvvələr yaxın günlərdə yeni həmlədə bulunacaqlar. Bu barədə DİA.AZ-a ötürülən informasiyalardan aydın olur ki, bir neçə gün əvvəl, konkret olaraq keçən bazar günü PA rəhbərinin müavini Zeynal Nağdəliyevlə Əli Əsədov Milli Dənizkənarı Parkın «Yeni Bulvar» adlanan ərazisində yerləşən kafedə gələcək planlarından danışıblar.
Mənbənin söylədikləri: «Ümumiyyətlə, «Yeni Bulvar» ərazisi Əli Əsədova məxsus olduğundan o, davamlı olaraq həmin ərazidə olur. Keçən bazar günü də onunla bərabər Zeynal Nağdəliyev də olub. Onlar yaxınlıqdakı kafedə əyləşərək çay içiblər və çay süfrəsində maraqlıdır ki, Ramiz Mehdiyevlə bağlı danışıblar».
Mənbə iddia edir ki, bu danışığın mövzusu barədə artıq PA şefini də məlumatlandırıblar: «Əslində həmin çay süfrəsinin arxasında daha bir neçə nəfər də olub. Və söhbət məxfi xarakter daşımayıb. Amma söhbət zamanı maraqlı məqamlara toxunulub».
Mənbəmizə görə, çay süfrəsi arxasında planlarını danışan cütlük mətbuatla bağlı işlərinin zəifliyindən gileyləniblər və qərara alıblar ki, yaxın vaxtlarda bu istiqamətlə bağlı ciddi addımlar atsınlar: «Hətta nüfuzlu jurnalistləri də öz projelərinə cəlb etmə qərarını veriblər».