"ÇAYI ÇOX İÇƏN BİRİ DEYİLƏM”
Tarix: 14-12-2011, 12:11 |
Çap et
“ÖZÜM ŞİRİN OLDUĞUMDAN, ÇAYI DA ŞİRİN İÇİRƏM"
15 dekabr - Beynəlxalq Çay Günü kimi qeyd olunur.
Həmin əlamətdar gün ilk dəfə 2004-cü ildə qeyd olunmağa başlanıb. Bəs görəsən, Azərbaycan şou-biznesinin tanınmış simalarının çaya qarşı münasibətləri necədir? Bu sualı Milli.Az xəbər portalının əməkdaşı Azərbaycanın gənc müğənnisi Xəyalə Manaflıya ünvanladı.
"Çayı çox içən biri deyiləm. Demirəm ki, heç içmirəm. Amma çox çayla aram yoxdur. Məcburiyyət qarşısında qalıb, içirəm. Gün ərzində iki-üç stəkan içsəm, bəsimdir.
Düzdür, çayın xeyirləri çoxdur, lakin özümü məcbur edə bilmirəm. Bəziləri deyirlər ki, şirin çay yaddaşa xeyirdir. Amma mən heç bunun xeyrini görməmişəm. Çay içən olmasam da, içəndə çayı şərbətdən betər içirəm. Ən azı çaya beş-altı qaşıq şəkər əlavə edirəm. Özüm şirin olduğumdan, çayı da şirin içirəm", - Xəyalə Manaflı dedi.
Populyar müğənni verdiyi açıqlamasında çayın xeyrindən də danışdı.
"Çayxor olmasam da, çayın xeyrini və fasadlarını yaxşı bilirəm. Ümumiyyətlə, mən hər növ çay içirəm. Mixəkli çaydan başqa. Ən çox xoşladığım isə yaşıl çaydır", - X. Manaflı dedi.