ŞAMAXIDAN NAZİRİN ÜNVANINA “ŞANLI ŞİKAYƏT”
Tarix: 4-06-2013, 15:22 | Çap et
MƏKTƏB DİREKTORU İNTERNET KLUBU NECƏ AÇIB?
DİA.AZ: - Şamaxı şəhər 6 saylı tam orta məktəbin müəllimləri tərəfindən yeni təhsil naziri Mikayıl Cabbarovun adına müraciət ünvanlanıb. Bir nüsxəsi də DİA.AZ-a göndərilən müraciətdə deyilir:
“Çox hörmətli Mikayıl müəllim. Bu ərizəni sizə onlarla müəllim adından yazırıq. Biz sizə hal-hazırda Şamaxı şəhər 6 saylı tam orta məktəbin direktoru işləyən Rəhimzadə Xanlar Xəlil oğlunun qanunsuz fəaliyyətindən yazmaq istəyirik. 2011-ci ildə sabiq icra başçısı Asif Məmmədov icra başçısı postuna gəldikdən sonra Şamaxı Rayon Təhsil Şöbəsinin müdirini və şəhər 5 saylı tam orta məktəbin direktorunu işdən azad etdi. İlk əvvəl hamımız buna sevinərək təhsilimizin düzələcəyini düşündük.
Qeyd edək ki, Cəmo Cəbrayılbəyli adına şəhər 5 saylı orta məktəbin uzun illər direktoru işləyən Rəhimzadə Xanlar 2002-ci ildən 2011-ci ilə qədər məktəbi öz şəxsi əmlakı kimi idarə edərək, istədiyi kimi hərəkət edib. O, özü ilə eyni vaxtda işdən azad olunan təhsil şöbəsinin keçmiş müdiri Viktor Əliyevə arxayın olaraq bunları edirdi. O, Viktor Əliyevlə çox yaxın münasibətdə idi. Onun elədiyi qanunsuz hərəkətləri saymaqla qutarmaz. Xanlar Rəhimzadə Cəmo Cəbrayılbəyli adına şəhər 5 saylı orta məktəbə verilən dövlət əmlakını satıb əldə olunan pulu mənimsəyirdi. Hər ay müəllimlərdən məcburi olaraq dərs saatlarına uyğun olaraq 10, 20, 30 manat və daha artıq pul alırdı. O, heç kimdən qorxmadığını bildirərək istədiyi hərəkəti edirdi.
Müəllimlər şikayət etdikdə isə Viktor Əliyev onu müdafiə edirdi. Bundan əlavə, Xanlar Rəhimzadə 5-6 texniki işçinin adını əmrləşdirərək pulunu özü götürürdü. Ən acınacaqlısı isə odur ki, o, bir neçə ali və orta ixtisas təhsilli müəllimlərin adlarını özlərindən xəbərsiz xadimə və qarovulçu işlərinə yazaraq pulunu özü alırdı. Bunlardan əlavə o bir neçə xəstə yataqda olan müəllimin adına dərs yazaraq bir neçə il pulunu almışdır. Həmçinin bu şəxs məktəbin komputer sinfini hər gün dərsdən sonra internet kluba çevirərək özü üçün pul qazanmışdır.
Bu işlərdə ona həmin məktəbdə coğrafiya müəllimi işləyən həyat yoldaşı Xatirə Rəhimzadə kömək edirdi. Həmçinin Xanlar Rəhimzadə müəllim adına yaraşmayan hərəkətlər edir, aylıq pulunu dediyindən az verən müəllimləri təhqir edir və söyürdü. İcra başçısı da onu bu kimi şikayətlərə görə işdən azad etdi. Sonra Xanlar Rəhimzadə həmin məktəbdə 12 saat dərslə müəllim kimi qaldı. Amma bircə dəfə də olsun gəlib dərsini deməyib. Dəfələrlə məktəb rəhbərliyinin xəbərdarlığına baxmayaraq, 2-3 ay üzürsüz səbəbdən dərsə gəlməyib. Ona görə də məktəb rəhbərliyi və həmkarlar təşkilatının birgə iştirakı ilə bir neçə aktlar tərtib edilib.Əmək Məcəlləsinin 70-ci maddəsinin "C" və 72-ci maddəsinin "A" bəndinə əsasən o, müəllimlikdəndə azad edilib.
Aydın məsələdir ki, bu maddə ilə işdən azad edilən şəxs heç bir işə düzələ bilməz. Lakin bizi narahat edən məsələ ondadır ki, Xanlar Rəhimzadə heç bir il keçməmiş 15 sentyabr 2012-ci il tarixdə Şamaxıda yerləşən 6 saylı tam orta məktəbə direktor təyin edilməsidir. Xanlar Rəhimzadəni işdən azad edən icra başçısı və keçmiş təhsil naziri yenidən ondan külli miqdarda pul alaraq məktəb direktoru təyin etdilər. Xanlar Rəhimzadəni yol verdiyi ciddi nöqsanlar səbəbindən işdən kənarlaşdıran icra başçısının qısa müddətdən sonra ona qarşı münasibətinin dəyişməsi bizə qaranlıq qaldı. Bizə maraqlıdır ki, onu işdən azad edən icra başçısının qısa müddətdə ona qarşı münasibəti necə oldu ki, müsbət mənada dəyişdi? Rayonda cavan və savadlı şəxslər ola-ola məcbur idilərmi ki, yenidən belə bir şəxsi direktor təyin etsinlər?
Bununla bağlı bütün orqanlara dəfələrlə şikayət etməyimizə baxmayaraq, heç bir xeyri olmayıb. Çünki sonda icra başçısı Xanlar Rəhimzadəni müdafiə edib Axı, necə olur ki, Əmək Məcəlləsinin müvafiq maddəsilə işdən çıxan, dövlətin əmlakını talayan, təhsilimizi pis vəziyyətə qoyan bir şəxs mükafatlandırılaraq məktəb direktoru qoyulur?
Cənab nazir, Xanlar Rəhimzadə hal-hazırdada işlədiyi 6 saylı tam orta məktəbdədə qanunsuz işlərini davam etdirir.O işlədiyi məktəbdədə müəllimlərdən hər ay qanunsuz olaraq aylıq pul alır. Pul verməyən müəllimlər isə təzyiqlərə məruz qalır”.
Onu da bildirək ki, nazirin adına ünvanlanan müraciətdə çox ciddi ittihamlar da yer alıb ki, həmin faktlarla əlaqədar araşdırma aparmaq qərarına gəldik. Bizi izləməkdə davam edin. Qarşı tərəfin də mövqeyini işıqlandırmağa hazırıq...
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Bu məhsulların satışı ciddi problemlərə yol açır -Ekspertdən çağırış
Bu gün, 00:28 |
|
|
|
• Kommunizmə qayıdırıq?: Parlamentdə təklif... - "Kolxoz və sovxozlar yaradılsın"
Bu gün, 00:24 |
|
|
|
• Azərbaycanın xalq artisti vəfat etdi
Bu gün, 00:19 |
|
|
|
• Dövlət qurumu "Atasığorta"nı seçdi
Bu gün, 00:05 |
|
|
|
• “İpək Yolu Sığorta”nın səhmdarlarının yığıncağı - KEÇİRİLƏCƏK
Bu gün, 00:02 |
|
|
|
• Elşənlə Ozanın serialı bu tarixdə yayımlanacaq
Dünən, 23:59 |
|
|
|
• Ermənistanda naməlum şəxs qumbara partlatmaq istəyib - FOTO
Dünən, 23:56 |
|
|
|
• Bakıda qadınları təqib edən gənc oğlan həbs edildi... - Məhəlləyə "nəzarət" edirmiş
Dünən, 23:53 |
|
|
|
• Qazaxıstandan Azərbaycanla bağlı mühüm açıqlama
Dünən, 23:46 |
|
|
|
• Prezident İlham Əliyev Donald Trampa zəng edib
Dünən, 23:39 |
|
|
|
• 70 kiloqram qızılla saxlanılan hərbi attaşe DTX-də həbs edilib - TƏFƏRRÜAT
Dünən, 23:36 |
|
|
|
• Putin bu ölkəni pay-püş edir: - Vaşinqton və Varşava plana şərikdir?
Dünən, 21:35 |
|
|
|
• Duda İrəvanda: Azərbaycan sərhədinə gələcək - ZİBİLƏ DÜŞMÜŞÜK...
Dünən, 21:30 |
|
|
|
• "3-4 min manat tələb olunur, əgər bu davam etsə..." - Deputat SƏNƏDSİZ EVLƏRDƏN danışdı
Dünən, 21:27 |
|
|
|
• "Qardaşım "ləyaqətsiz vərəsə" kimi məni məhkəməyə verib" - Tanınmış aktrisa
Dünən, 20:18 |
|
|
|
• 145 saylı məktəbdən NARAZILIQ - İstilik yoxdur, uşaqlar xəstələnsə, kim cavab verəcək?
Dünən, 20:13 |
|
|
|
• Xəstəxanalardakı “qəssab”lara bıçağı kim verir? – Nazirlik diplomsuz həkim sualından yayındı
Dünən, 19:32 |
|
|
|
• Bakıda NATO nümayəndə heyəti ilə görüş keçirilib
Dünən, 19:18 |
|
|
|
• Dollara rekord tələbat – Ekspertlər deyirlər ki...
Dünən, 19:02 |
|
|
|
• Dezinformasiyanın qarşısını hansı yollarla almaq olar? - Qərb mediası və Azərbaycan...
Dünən, 18:58 |
|
|
|
• Bakı metrosunda yeni qatarları 1 milyon manata bu şirkət – TƏMİR EDƏCƏK
Dünən, 18:56 |
|
|
|
• Elza Seyidcahanın iddiasına nazirlikdən CAVAB
Dünən, 18:39 |
|
|
|
• Bakıda aktrisa şikayət etdi, xanım prodüserə cinayət işi açıldı - TƏFƏRRÜAT
Dünən, 18:35 |
|
|
|
• Xırdalanda eyni şirkətə 3 ayda 4-cü tender verildi - Bu dəfə 1,8 milyon manat..
Dünən, 18:34 |
|
|
|
• Qorxu filmlərini xatırladan UNİVERSİTET – Tərk edilmiş binanın aqibəti necə olacaq?
Dünən, 18:31 |
|
|
|
• Bəlli dairələrin murazı gözündə qaldı, nəticələr var
Dünən, 18:25 |
|
|
|
• Türkiyə-Azərbaycan sərhəddində 20 KİLOMETRLİK TIXAC... - Naxçıvan rəhbərliyi səbəbindən...
Dünən, 18:18 |
|
|
|
• Əbu-Dabidə “Şuşa günləri” keçiriləcək – 182 min manat ayrıldı
Dünən, 18:09 |
|
|
|
• Üç qüvvə birləşdi – Paşinyanın planı nədir?
Dünən, 18:05 |
|
|
|
• Azərbaycanın sabiq deputatı olan general məhkəməyə verildi - DETALLAR
Dünən, 18:03 |
|
|
|
• Gəncə Dövlət Tibb Kollecində RÜŞVƏT İDDİASI - Havayı yerə oxumayın..
Dünən, 18:01 |
|
|
|
• Hərbi ekspert Ədalət Verdiyev həbs edilib - ŞOK TƏFƏRRÜAT
Dünən, 17:58 |
|
|
|
• “Salyan Oil Limited” YAŞILLIĞA QƏNİM KƏSİLDİ VƏ... - 25 MİNLİK CƏZA
Dünən, 17:55 |
|
|
|
• “Gələcəyini Qur!” təhsil təqaüdünü qazanmış abituriyentlərlə “Veysəloğlu Şirkətlər Qrupu”nda görüş keçirildi - FOTO
Dünən, 17:44 |
|
|
|
• COP29-da Azərbaycan tarixi nəticə əldə etdi - MƏQALƏ
Dünən, 17:41 |
|
|
|
• Qənirə Ataşovanın hesabı silindi - SƏHİYYƏ MAFİYASINI ifşa etmişdi...
Dünən, 17:39 |
|
|
|
• Bakıda tiktoker qızdan ŞOK ƏMƏL: kişini tapıb ayağından öpdürdü - VİDEO
Dünən, 17:27 |
|
|
|
• Boşanan qadına əxlaqsızlıq təklif edildi, əri və qardaşı... - TƏFƏRRÜAT
Dünən, 17:20 |
|
|
|
• Deputat qohumunu işdən çıxarıb öz xanımını təyin etdi - DETALLAR
Dünən, 17:13 |
|
|
|
• Keşmiş işçici ilə KTN arasında QALMAQAL
Dünən, 17:12 |
|
|
|
• Azərbaycanlı müğənnnilərin FANTASTİK YENİ İL QİYMƏTLƏRİ
Dünən, 17:09 |
|
|
|
• Ölkəmizin iqlim diplomatiyasında uğuru - İsrafil Kərimovun yazısı
Dünən, 17:04 |
|
|
|
• Bələdiyyələr avtomobillərdən əmlak vergisi alacaq? – Deputatın təklifinə REAKSİYA
Dünən, 17:02 |
|
|
|
• Vətəndaşın istifadə etmədiyi debet kartına borc gəlib... - NARAZILIQ VAR...
Dünən, 16:55 |
|
|
|
• "Uber” və “Bolt” sistemdə göstərilən avtomobil əvəzinə ünvana başqa avtomobillər göndərir: - BU QƏDƏR CƏRİMƏSİ VAR
Dünən, 16:44 |
|
|
|
• Verilişlərdə ailə problemlərindən danışanlar xəstədir - "Vətəndaş A"nın Almazı
Dünən, 16:37 |
|
|
|
• Bağça müdiri "Şərurlu İsfəndiyar"ın şirkətini məhkəməyə verdi - SƏBƏB
Dünən, 16:35 |
|
|
|
• Rusiya son sutkada 8 ballistik raket vurub - KİV
Dünən, 16:33 |
|
|
|
• Güzəştli kreditlərə hamının "əli çatırmı"? - HƏQİQƏTƏN DƏ...
Dünən, 16:27 |
|
|
|
• Ölkədə ətin qiyməti ilə bağlı narahatlıq: Bahalaşır? - AKTUAL
Dünən, 16:25 |
|
|
|
|