PARTİYA SƏDRİ VƏ OĞLU BAKI MERİNƏ QARŞI
Tarix: 10-06-2013, 13:09 |
Çap et
MƏHKƏMƏDƏ İDDİA QALDIRILIBVahid Azərbaycan Milli Birlik Partiyasının sədri, 75 yaşlı professor Hacıbaba Əzimov və onun oğlu Ceyhun Əzimov Bakı Şəhər İcra Hakimiyyəti və onun «Qış parkı»nın ərazisində yaşayan sakinlərinin köçürülməsinə məsul əməkdaşı Zülfəli İsmayılovu məhkəməyə veriblər.
Bu barədə mia.az-a daxil olan məlumata görə, Hacıbaba Əzimov və oğlu Ceyhun Əzimov qarşı tərəflə yaşadıqları mənzillə bağlı bağlanmış alqı-satqı müqaviləsinin etibarsız sayılması tələbini edir: «Amma 75 yaşlı partiya sədri və professor hələ də işin ərazi üzrə məhkəmə baxışının təyin edilməsi istiqamətində «vuruşurlar». Görünür, məhkəmələr bir-birinin üzərinə atmaqla, məsələni uzatmaq və səs-küyü yatırmaq istəyirlər. Lakin Əzimovlar Səbail rayon məhkəməsinə müraciət edərək, tələblərinin təmin edilməsini xahiş ediblər. Adıçəkilən məhkəmə isə tələbi təmin etməyib. İndi ərazi üzrə işə hansı məhkəmənin baxacağını müəyyənləşdirilməsi üçün iş Bakı Apellyasiya Məhkəməsində icraatdadır».
Məlumata görə, şikayət Bakı Apellyasiya Məhkəməsində hakim Kəmaləddin Bədəlovun sədrliyi ilə araşdırılır: «Hakim partiya sədri, professor Hacıbaba Əzimovla oğlunun şikayətləri üzrə iyunun 12-nə iclas saatı təyin edib. Həmin günü güman ki, hakim qərarını da elan edəcək».
Faktla bağlı tərəflərin mövqeyini də yaya bilərik.