“Spero Hospital“da qalmaqal .....                     Zəngilan şəhərinə ilk köç başlayır: 600 min manatlıq tender .....                     Qərbin ən iyrənc ssenariləri: Cəsus şəbəkələrinin iştirakı ilə çızılır .....                     Bakı onu seçdi: İki mühüm coğrafiyaya “qapı” açılır .....                     "O pulu sizə halal etmirəm" .....                     Həmidə Ömərovadan qalmaqallı xəbərə münasibət .....                     “İran rəsmilərinin Azərbaycan əleyhinə bəyanatları...” .....                     Azərbaycan NATO ilə imzaladığı əməkdaşlıq məsələlərinə ciddi yanaşır .....                     Bakını hədəfə aldı, özü “vuruldu”: 4 səhvə görə prezidentliyi itirəcək .....                     Rüfət Səfərovun həbsinə nə səbəb olub? .....                     "Oğlumun qanını yerdə qoymayacağam" .....                     Ermənistanın avantürist çıxışları: İrəliləyişlərin səbəbi... .....                     Suriyadakı proses Ukraynada da təkrarlana bilər .....                     Məmurlar sosial şəbəkələrdən necə istifadə edirlər? .....                     ABŞ-nin Azərbaycana təcrid siyasəti: OCCPR təşkilatının bağlı olduğu yer USAİD-dir .....                     "Ya oxumağını et, ya da kinoya çəkil..." .....                     “Vətəndaş A”nın dron söhbəti yalan çıxdı .....                     Rüfət Səfərova HÖKM OXUNDU .....                     Avropa Ukraynanı fəda etmək niyyətində deyil: .....                     310 min manatlıq torpaq maxinasiyası... .....                     Turan ideyasına qarşı yaradılan “gizli əl” .....                     Generalın şikayəti təmin edilmədi .....                     Ermənistan hakimiyyətinə Azərbaycanla müharibə lazım deyil .....                     Məşhurların adından istifadə edib jurnalist xanımı aldatdılar .....                     Bayden Administrasiyasının uğursuz planı: Niyə Səfərov? .....                     Rüfət Səfərova əlavə ittiham verildi: Məhkəmə gedir .....                     Əsas hədəf yeni “Minsk Qrupu planı”nı işə salmaqdır .....                     Ədliyyə naziri onu rəis TƏYİN ETDİ .....                     “Ağadadaşı tutdular, 3-5 il verdilər, nə dəyişəcək?” .....                     "Kənd yumurtası" bahalaşır, sənaye üsulu ilə istehsal olunanlar isə… .....                     Bu rəhbər şəxslərə şiddətli töhmət verildi .....                     "Azpulmat" və "Manato" qaydaya əməl etmir... .....                     Xalq artisti Sevinc Heydərovadan 30 min manat tələb edib? .....                     Rütte Kiyevi hələ səbrli olmağa çağırıb .....                     “Vurulan” məmur və deputatların “sirli” vəzifəsi .....                     Messi və komanda yoldaşları Bakıya gəlir .....                     Qanunlar pozulur... aidiyyatı qurumlar görərsə... .....                     Arabir yağış yağacağı gözlənilir .....                     Gəncə Dövlət Regional Kollecinin direktoru vəzifəsindən azad edilib .....                     "Mediasiya xərclərini ödəmək üçün kifayət qədər vəsaiti olmayan..." .....                 

“NİKOİLBANK”DAN PREZİDENTƏ ŞİKAYƏT
Tarix: 11-06-2013, 09:47 | Çap et
“NİKOİLBANK”DAN PREZİDENTƏ ŞİKAYƏT
DOĞMA ƏMİSİNİ NECƏ FIRILDAĞA ALƏT ETDİ?

DİA.AZ: - Redaksiyamıza Bakı şəhəri Xətai rayonunun Zığ yolu 22b, mənzil-91-də yaşayan, şəhid qardaşı, ehtiyyatda olan zabit, Qarabağ müharibəsi veteranı Məmmədov Mehti Hüseyn oğlu tərəfindən Prezident İlham Əliyevə ünvanlı müraciətin surəti göndərilib. Ərizə-müraciətdə şikayətçi M.Məmmədovun “Nikoilbank”ın Xaçmaz rayon filialı tərəfindən aldadılaraq başqasının adına olmuş kreditin heç bir öhdəlik zəmanəti həyata keçirilmədən onun adına sənədləşdirilməsi ilə görünməmiş bank fırıldağı həyata keçirildiyi göstərilir.

Şikayət ərizəsində olduqca qalmaqallı faktlar göstərildiyindən dünən şikayətçi M.Məmmədovu redaksiyamıza dəvət etdik. M.Məmmədov başına gələnləri danışanda təəssüf hissi keçirdik ki, bank işçiləri vətəndaşı necə aldadaraq kredit tələsinə salırlar...

Bizə təqdim olunmuş sənəd və sübutları gördükdən sonra məlum oldu ki, bu qalmaqallı məsələ ilə bağlı sən demə, Xətai rayon Məhkəməsində işə baxılıb və məhkəmə heç bir real araşdırma aparmayıb, sadəcə, “Nikoilbank”ın “ala gözünə, qara qaşına” heyran qalaraq təəssüf hissi doğuran bir qərar verib.

Beləliklə, aşağıda vətəndaş M.Məmmdovun həmin şikayətini təqdim edirik həm də ona görə ki, qoy oxucular-banklardan kredit götürərkən, yaxud hansısa bir tanış-qohumun krediti ilə bağlı banka çağrılan zaman aldanaraq hər hansı bir sənədə imza atmasınlar. Bu yazını oxuyanda görəcəksiniz ki, doğma qardaşı oğlunun “Nikoilbank”dan götürdüyü böyük məbləğdə kreditinin toruna əmi olan müharibə veteranı və ehtiyatda olan zabit necə düşüb...

Şikayətçi yazır:

Hörmətli cənab Prezident!

Dövlətimizin ali rəhbərləri olaraq Siz həmişə kimliyindən asılı olmayaraq hamını qanunlara hörmət etməyə, insanları yersiz olaraq incitməməyə çağırırsınız. Lakin çox təəssüflər olsun ki, “Nikoilbank”ın rəhbərliyi və bank əməkdaşları Sizin bu çağırışınızın əleyhinə gedərək mənim ailəmin dincliyini pozublar, məni min bir əzab-əziyyətlərə düçar ediblər.

Cənab Prezident!

Mən bir vətəndaş kimi xalqın adından danışmaq istəmirəm, ancaq bu bir həqiqətdir ki, bəzi dövlət məmurlarımız cinayətkardan rüşvət alaraq cinayətkarla cinayətə məruz qalanın arasındakı məsələni araşdırmadan xalqa divan tuturlar. Belə ki, “Nikolilbank” ilə Xaçmaz rayonunun Qusarçay kənd sakini, qardaşım oğlu Məmmədov Fərhad Məmməd oğlu əlbir olub bankın 2.326.324 (iki milyon üç yüz iyirmi altı min üç yüz iyirmi dörd) AZN pulunu mənimsəyiblər. Mənimsədikləri pulun 1.497.894 (bir milyon dörd yüz doxsan yeddi min səkkiz yüz doxsan dörd) AZN məbləğinə dair mənim adıma dələduzluq və aldatma yolu ilə saxta 17 may 2011-ci il tarixli 6-G-1-0-87-11 saylı kredit müqaviləsini tərtib edərək indi pulu məndən tələb edirlər. Belə ki, 17 may 2011-ci il tarixli 6-G-1-0-87-11 saylı kredit müqaviləsində ipoteka qoyan vətəndaşların heç birisini mən tanımıram və heç vaxt onlarla tanışlığım olmayıb və heç vaxt üz-üzə gəlməmişəm. Bu fakt üzrə cinayət işinin qaldırılması üçün dəfələrlə dövlətimizin bütün instansiyalarına müraciət etmişəm. Heç bir hüquq mühafizə orqanı cinayət işi qaldırmır. Bilmirəm, cinayət işinin qaldırılması üçün mən nə etməliyəm?

Hörmətli cənab Prezident!

“NİKOİL-bank” ilə Xaçmaz rayon Qusarçay kənd sakini Məmmədov Fərhad Məmməd oğlunun bankın 2326324 (iki million üç yüz iyirmi altı min üç yüz iyirmi dörd) AZN pulunu mənimsədiklərinə, dələduzluq və aldatma yolu ilə tərtib etdikləri saxta 17 may 2011-ci il tarixli 6-G-1-0-87-11 saylı kredit müqaviləsinə qarşı cinayət işinin qaldırılması üçün Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsinə müvafiq sərəncam verilməsi vacibdir.

“NİKOİLbank” və Məmmədov Fərhad Məmməd oğlunun cinayətkarlıq faktları bunlardır:

(Xatırladıram ki, Məmmədov Fərhad Məmməd oğlunun biznesi əsasən fındıq, fındıq ləpəsi və tikinti materiallarının satışından ibarətdir. Belə vəziyyətdə tərəflərin, həmin məhsulları girov qoyub 25 %-lə kredit götürülməsinin səbəbi və məqsədi, ancaq şəxsi mənafelərini güdməklə pulların mənimsənilməsini təsdiq və sübut edir).

1. 19 mart 2010-cu il tarixli RBB 2420 (G) nömrəli kredit müqaviləsi üzrə F.Məmmədova 300.000 (üç yüz min) AZN kredit verilmişdir. Bu kreditin ödənilməsi üçün 581.300 (beş yüz səksən bir min üç yüz) AZN məbləğində 19 mart 2010-cu il tarixli RBB 2420 C (G) nömrəli girov müqaviləsi bağlanmışdır. Bu girov müqaviləsi üzrə qoyulan girovlar: - təmizlənmiş fındıq ləpəsi- 65000 kq və - qabıqlı fındıq- 55000 kq satılaraq mənimsənilib, ancaq kreditin ödənilməsi üçün banka pul ödənilməyib. Tərəflər, yəni NİKOİL bank və Məmmədov Fərhad Məmməd oğlu müqavilənin şərtlərini kobudcasına pozmuşlar. Bu müqavilənin 8-ci (tərəflərin məsuliyyəti) bəndinə əsasən Azərbaycan Respublikasının qanunvericiliyinə müvafiq olaraq tərəflər cinayət məsuliyyətinə cəlb edilməlidirlər. Məlumat üçün bildirirəm ki, qoyulan girovun cəmi çəkisi 120 000 kq-dir və bu qədər məhsulun saxlanılması üçün (bu müqavilənin 2-ci bəndinin 2.3; 2.4; 2.5; 2.6; və 2.7-ci maddələri) tərəflər arasında anbar yoxdur və heç vaxt olmayıb. Bəs bank əməkdaşları niyə müqavilə bağlayıb pulu tərəfə verəndə girov malın-daşınan əmlakın harada saxlanılacağını yoxlamayıblar, kredit götürənin vəziyyətini öyrənməyiblər? Deməli, baş verənlər bank əməkdaşları ilə F.Məmmədov arasında düşünülmüş şəkildə aparılmışdır.

“Bu girov müqaviləsi üzrə qoyulan girovlar: - qabıqlı fındıq- 28777 kq və 50 adda müxtəlif çeşidli 173500 AZN bazar dəyərində olan tikinti materialları satılaraq mənimsənilib, ancaq kreditin ödənilməsi üçün yenə də banka pul ödənilməyib. Bank isə susub. Niyə? Bankı susduran səbəb nə imiş?”

2. 03 iyun 2010-cu il tarixli RBB 2575 (G) nömrəli kredit müqaviləsi üzrə 300000 (üç yüz) min AZN kredit verilmişdir. Bu kreditin ödənilməsi üçün 397512 (üç yüz doxsan yeddi min beş yüz on iki) AZN məbləğində 03 iyun 2010-cu il tarixli RBB 2575 D (G) nömrəli girov müqaviləsi bağlanmışdır. Bu girov müqaviləsi üzrə qoyulan girovlar: - qabıqlı fındıq- 28777 kq və 50 adda müxtəlif çeşidli 173500 AZN bazar dəyərində olan tikinti materialları satılaraq mənimsənilib, ancaq kreditin ödənilməsi üçün yenə də banka pul ödənilməyib. Bank isə susub. Niyə? Bankı susduran səbəb nə imiş?

Tərəflər, yəni NİKOİL bank və Məmmədov Fərhad Məmməd oğlu müqavilənin şərtlərini kobudcasına pozmuşdular. Bu müqavilənin 8-ci (tərəflərin məsuliyyəti) bəndinə əsasən Azərbaycan Respublikasının qanunvericiliyinə müvafiq olaraq tərəflər cinayət məsuliyyətinə cəlb edilməlidirlər. Bu müqavilə üzrə qoyulan girovların saxlanılması üçün (bu müqavilənin 2-ci bəndinin 2.3; 2.4; 2.5; 2.6; və 2.7-ci maddələri) tərəflər arasında anbar yoxdur və heç vaxt da olmayıb. Yenə də bank əməkdaşları bu mühüm məsələnin üstündən sükutla keçmişlər.

“Yenə də bank susmuşdur. Niyə? Bəli, tərəflər, yəni NİKOİL bank və Məmmədov Fərhad Məmməd oğlu müqavilənin şərtlərini kobudcasına pozmuşlar”

3. 24 avqust 2010-cu il tarixli RBB 2722 (G) nömrəli kredit müqaviləsi üzrə 350000 (üç yüz əlli) min AZN kredit verilmişdir. Bu kreditin ödənilməsi üçün 397512 (üç yüz doxsan yeddi min beş yüz on iki) AZN məbləğində 24 avqust 2010-cu il tarixli RBB 2722 B (G) nömrəli təkrar girov müqaviləsi bağlanmışdır. Bu girov müqaviləsi üzrə isə qoyulan girovlar: - qabıqlı fındıq- 28777 kq və 50 adda müxtəlif çeşidli 173500 AZN bazar dəyərində olan tikinti materialları satılaraq yenə də mənimsənilib, ancaq kreditin ödənilməsi üçün banka pul ödənilməyib. Yenə də bank susmuşdur. Niyə? Bəli, tərəflər, yəni NİKOİL bank və Məmmədov Fərhad Məmməd oğlu müqavilənin şərtlərini kobudcasına pozmuşdular. Bu müqavilənin 8-ci (tərəflərin məsuliyyəti) bəndinə əsasən Azərbaycan Respublikasının qanunvericiliyinə müvafiq olaraq tərəflər cinayət məsuliyyətinə cəlb edilməlidirlər. Bu müqavilə üzrə qoyulan girovların saxlanılması üçün tərəflər arasında, təkrar edirəm, anbar yoxdur və heç vaxt da olmayıbdır. Bəs çox maraqlıdır, anbarı olmayan F.Məmmədov banka girov qoyduğu (Guya!) əmlakı harada saxlamalıydı? Bank əməkdaşları başqa kredit alanların vəziyyətinə min bir şərt daxilində diqqət yetirdiyi halda, yenə də F.Məmmədovun məsələsində gözünü ikiəlli bağlamışdır. Niyə???

Məsələ ilə bağlı bütün tərəfləri dinləməyə hazırıq...








 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
“Spero Hospital“da qalmaqal – Baş mühasib dava saldı
4-12-2024, 21:52
Zəngilan şəhərinə ilk köç başlayır: 600 min manatlıq tender - DETALLAR
4-12-2024, 21:42
Qərbin ən iyrənc ssenariləri: Cəsus şəbəkələrinin iştirakı ilə çızılır - AKTUAL
4-12-2024, 21:38
Bakı onu seçdi: İki mühüm coğrafiyaya “qapı” açılır – Qarabağ detalı
4-12-2024, 21:34
"O pulu sizə halal etmirəm" - Əməkdar artist
4-12-2024, 21:10
Həmidə Ömərovadan qalmaqallı xəbərə münasibət - "Mənim adımı niyə verirlər?"
4-12-2024, 21:08
“İran rəsmilərinin Azərbaycan əleyhinə bəyanatları...” - ŞƏRH
4-12-2024, 21:03
Azərbaycan NATO ilə imzaladığı əməkdaşlıq məsələlərinə ciddi yanaşır - RƏY
4-12-2024, 20:39
Bakını hədəfə aldı, özü “vuruldu”: 4 səhvə görə prezidentliyi itirəcək - GƏLİŞMƏ
4-12-2024, 20:36
Rüfət Səfərovun həbsinə nə səbəb olub? - TƏFƏRRÜAT
4-12-2024, 20:31
"Oğlumun qanını yerdə qoymayacağam" - Qətlə yetirilən şəxsin anası
4-12-2024, 20:04
Ermənistanın avantürist çıxışları: İrəliləyişlərin səbəbi... - Bakının konstruktiv yanaşmasıdır
4-12-2024, 20:02
Suriyadakı proses Ukraynada da təkrarlana bilər - Sərdar Cəlaloğlunun TƏHLİLİ
4-12-2024, 19:55
Məmurlar sosial şəbəkələrdən necə istifadə edirlər? – “Bu, onların vəzifə öhdəliyidir”
4-12-2024, 19:53
ABŞ-nin Azərbaycana təcrid siyasəti: OCCPR təşkilatının bağlı olduğu yer USAİD-dir - NƏ BAŞ VERİR?
4-12-2024, 19:30
"Ya oxumağını et, ya da kinoya çəkil..."
4-12-2024, 19:26
“Vətəndaş A”nın dron söhbəti yalan çıxdı - AÇIQLAMA
4-12-2024, 19:23
Rüfət Səfərova HÖKM OXUNDU - 4 aylıq HƏBS və...
4-12-2024, 19:20
Avropa Ukraynanı fəda etmək niyyətində deyil: - həm pul, həm silah, həm də sığınacaq
4-12-2024, 19:15
310 min manatlıq torpaq maxinasiyası... - Keçmiş sədr Ali Məhkəməyə müraciət etdi
4-12-2024, 19:09
Turan ideyasına qarşı yaradılan “gizli əl” - Yeni münaqişə başlaya bilər
4-12-2024, 19:04
Generalın şikayəti təmin edilmədi - QƏRAR
4-12-2024, 19:01
Ermənistan hakimiyyətinə Azərbaycanla müharibə lazım deyil - Paşinyan belə deyir...
4-12-2024, 18:59
Məşhurların adından istifadə edib jurnalist xanımı aldatdılar - ARAŞDIRMA
4-12-2024, 18:56
Bayden Administrasiyasının uğursuz planı: Niyə Səfərov? - Asif Nərimanlı yazır...
4-12-2024, 18:53
Rüfət Səfərova əlavə ittiham verildi: Məhkəmə gedir - TƏFƏRRÜAT
4-12-2024, 18:49
Əsas hədəf yeni “Minsk Qrupu planı”nı işə salmaqdır - Qərb Ermənistanın fəlakətində maraqlıdır
4-12-2024, 18:47
Ədliyyə naziri onu rəis TƏYİN ETDİ - ƏMR
4-12-2024, 14:51
“Ağadadaşı tutdular, 3-5 il verdilər, nə dəyişəcək?” - Şeyxdən xalq artistinin baltalı hücumunu yatıracaq sözlər
4-12-2024, 14:49
"Kənd yumurtası" bahalaşır, sənaye üsulu ilə istehsal olunanlar isə… - BELƏ DAVAM EDƏRSƏ...
4-12-2024, 13:53
Bu rəhbər şəxslərə şiddətli töhmət verildi - ADLAR
4-12-2024, 13:41
"Azpulmat" və "Manato" qaydaya əməl etmir... - Faizlər hələ də yüksəkdir
4-12-2024, 13:20
Xalq artisti Sevinc Heydərovadan 30 min manat tələb edib? - AÇIQLAMA
4-12-2024, 13:16
Rütte Kiyevi hələ səbrli olmağa çağırıb
4-12-2024, 13:07
“Vurulan” məmur və deputatların “sirli” vəzifəsi – Nazirliklərdə “ələkçinin qıl verəni” ştatı
4-12-2024, 13:04
Messi və komanda yoldaşları Bakıya gəlir - GÖRÜŞƏ BİLMƏK ÜÇÜN...
4-12-2024, 13:01
Qanunlar pozulur... aidiyyatı qurumlar görərsə... - BU DA FAKT!
4-12-2024, 12:59
Arabir yağış yağacağı gözlənilir - belə deyirlər...
4-12-2024, 12:57
Gəncə Dövlət Regional Kollecinin direktoru vəzifəsindən azad edilib - ƏMR
4-12-2024, 12:52
"Mediasiya xərclərini ödəmək üçün kifayət qədər vəsaiti olmayan..." - Ekspert danışır...
4-12-2024, 12:48
Azərbaycanda vəzifəli şəxs intihar etdi - TƏFƏRRÜAT
4-12-2024, 12:44
8 min erməni mühasirəyə düşdü: deyirlər, türklərin… - Mesropyan
4-12-2024, 12:38
Tramp qubernatoru Pentaqonun rəhbəri vəzifəsinə təyin edə bilər
4-12-2024, 12:34
Röyal Sarıməmmədova verilən vaxt daralır - İLGİNC FAKTLAR
4-12-2024, 12:28
Qərbi Azərbaycana axır ki, türk vali təyin olundu - AÇIQLAMA
4-12-2024, 12:19
“Kristal Bakı İnşaat” təşkilati-hüquqi formasını dəyişir
4-12-2024, 12:16
Bazarda satılan məhsullar BAHALAŞACAQ – Yeni qərar qüvvəyə minir
4-12-2024, 11:58
Həbs edilən bələdiyyə sədri saxta sənədlər düzəldərək rüşvət alırmış - TƏFƏRRÜAT
4-12-2024, 11:56
Milli Məclisin iclası niyə LƏĞV OLUNDU? - ehtiyac qalmayıb
4-12-2024, 11:54
Şəbnəm QADAĞA QOYDU: - “Həddini bildirirəm”
4-12-2024, 11:49
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru