"O BELƏ İSTƏYİRSƏ, OLSUN - HAZIRAM!"
Tarix: 17-12-2011, 11:31 | Çap et
XALQ ARTİSTİ RAFAEL DADAŞOV DAVAYA HAZIRLAŞIR
Bir vaxtlar Akademik Milli Dram Teatrında səhnəyə qoyulan tamaşalarda baş qəhrəman rolları ona verilərdi. Onu ünlü fransız aktyoru Alen Delona bənzədirdilər.
Xarici görünüşü ilə yanaşı, aktyorluq onun genlərindədir - hər halda böyük sənətkar Məlik Dadaşovdan irsən keçən teatr tutqusu özünün istedadı ilə yanaşı, Rafael Dadaşovun milli səhnəmizdə bir-birindən maraqlı, unudulmaz obrazlar yaratmasında az rol oynamayıb. R.Dadaşov "Ekspress"ə müsahibəsində özündən və teatrdan danışıb:
- Rəhmətlik Stanislavski deyib ki, teatr asılqandan başlayır. Amma o dövrdə tamaşaçı teatra avtomobillə deyil, faytonla gəlirdi... Bəli, mədəniyyət, rahatlıq, müqəddəslik teatrın kandarından başlamalıdır. Amma bu gün biz çox əziyyət çəkirik. Yaşlı adamam, teatra avtomobillə gəlməyə məcburam. Teatr üçün bütün rahatlıq yaradılıb, amma ətrafında avtomobil saxlamaq üçün şərait yaradılmayıb. Hər idarənin, adi bir ofisin qarşısında işçilərin maşın saxlaması üçün yerlər ayrılıb, təkcə "Azdrama"dan başqa. Bu gün yollarda həmişə tıxaclar olur, güc-bəla ilə işə gəlib çatırıq, amma avtomobili saxlamaq üçün 4-5 dəfə "Azdrama"nın başına fırlanmalı oluruq.
Teatrın o boyda həyəti var, direktorun avtomobilindən başqa heç bir maşın içəri buraxılmır. Sovetin dövründə teatrda bir-iki nəfərin maşını vardı, bir də o dövrdə Bakıda bu qədər maşın yox idi. Bu gün aktyorlar ordan-burdan pul qazanıb, maşallah, hərəsi bir maşın alıb altına qoyub. Mənə elə gəlir ki, teatrın rəhbərliyi bu problemin həllini tapmalıdır. Heç olmasa, teatrın sol tərəfindəki boş yeri maşınlarımızı saxlamaq üçün bir dayanacaq edəydilər. Ya da heç olmasa tamaşa vaxtı içəridə maşın saxlamağa bizə icazə versinlər.
- Rafael müəllim, artıq 65 yaşı tamam etmisiniz, sizə təqaüdə çıxmağınızla bağlı xəbərdarlıq olunmayıb ki?
- Bu barədə teatrda söhbət açılanda mənə dedilər ki, narahat olmayın, bu qərar sənət adamlarına şamil olunmur. Mənə elə gəlir ki, teatrda yaşlı rolları oynamaq üçün yaşlı aktyorlar da lazımdır. Nənəni, babanı, əmini gənclər oynamayacaqlar ki. Yəni aktyor üçün yaş həddi şərti bir şeydir.
- Sizin nəslin bəxti müəyyən mənada gətirmədi, o mənada ki, teatrlar bir müddət fəaliyyət göstərmədi və siz rolsuz qaldınız. Və illər keçdi, birdən-birə yaşlı rolları oynamalı oldunuz...
- Doğru buyurdunuz, bizim nəslin aktyorlarının bəxti gətirmədi, "romantik sevgili" rollarını doyunca oynaya bilmədilər. Amma onlara baxanda mənim bir az bəxim gətirib ki, mənim belə rollarım çox olub. Xalq artisti Amalya Pənahova kimi böyük sənətkarla mən uzun illər tərəf-müqabil oldum. Mən fəxr edirəm ki, biz onunla elə tamaşalarda əsas qəhrəmanları canlandırmışıq ki, bu gün həmin tamaşalar klassika sayılır. Bunların arasında "Natəvan" və televiziyada çəkildiyimiz "Topal Teymur" tamaşalarının adını çəksəm, kifayət edər.
Lakin məsələ burasındadır ki, bəli, teatrın çox əziyyət çəkdiyi illər oldu. Yəni teatr bir müddət təmir adı altında bağlandı, sonra bir sıra konfliktlər yaşandı. Mənim özüm də "Hökmdar və qızı" tamaşasına görə teatrdan uzaqlaşdım. Bu tamaşada İbrahimxəlil xan rolu mənə verilmişdi, 7 ay məşq etmişdim, lakin sonradan qəfildən rolu məndən alıb başqasına verdilər. Rəhmətlik Həsənağa Turabov hamıya məlum səbəblərdən mənim üçün teatrda bəzi çətinliklər yaratdı. Bu da mənim əsəblərimə pis təsir etdi. Əslində həmin tamaşa mənim 50 illiyim üçün benefis olmalı idi. Ona görə də, acıqca öz yubileyimi Naxçıvanda qeyd etdim. Ondan sonra hardasa iki il teatra ayaq basmadım. İllər öz işini görürdü, özüm başa düşdüm ki, yaşım romantik qəhrəmanları oynamağa imkan vermir, başqa səpkili rollar oynamağa başladım.
- İstərdim, söhbətimizin məcrasını sizin yeni işiniz - Sadıq Şendilin "Qanlı Nigar" tamaşasına yönəldim. Mən bu əsəri oxumuşam, türk telekanallarında onun həm tamaşasına, həm də filminə baxmışam. Bildiyimə görə də, bu tamaşa bir dəfə Akademik Milli Dram Teatrının səhnəsində oynanılıb...
- Bəli, ötən əsrin 80-ci illərində bu əsər bizim teatrda səhnəyə qoyulub.
- Bu əsər 19-cu əsr Osmanlı Türkiyəsindən bəhs edir. Adətən klassik tamaşaların səhnə tərtibatında tamaşaçıda təbii təəssürat yaratmaq üçün səhnə başdan-başa keçmiş dövrü xatırladır. Amma bu tamaşada səhnə tamam boş idi. Nədənsə, son illər bir tendensiya yaranıb, tamaşalarda səhnə bomboş olur. Hətta "Natəvan", "Qarabağnamə" kimi tarixi tamaşalarda səhnə boş idi. Məsələ burasındadır ki, tamaşanın quruluşu və bir-iki nəfəri çıxmaq şərtilə aktyorların zəif oyunu da bu boşluğu daha çox tamaşaçıya hiss etdirir, onu darıxdırır. Belə çıxır ki, "Qanlı Nigar" tamaşasında quruluşçu rejissor bütün ağırlığı sizinlə xalq artisti Firəngiz Mütəllibovanın üstünə atmaqla kifayətlənib.
- Düşünürəm ki, səhnə boş olsa da, "Qanlı Nigar" tamaşasında səhnə geyimləri bəhs olunan dövr barədə təəssürat yaradırdı. Bəli, rejissor daha çox aktyor oyununa yüklənib. Tamaşanı həqiqətən inandırıcı edən aktyor oyunudur. Siz fikir verdiniz ki, bu tamaşa üçün gözəl paltarlar hazırlanıb. Hətta mən deyərdim ki, bu paltarlara "at" kuklalarının əlavə edilməsi bədii-estetik cəhətdən rejissorun gözəl tapıntısıdır. Mən düşünürəm ki, "Qanlı Nigar" Akademik Milli Dram Teatrında son illər səhnəyə qoyulan ən baxımlı tamaşalardan biridir. Bununla belə, sizin o fikrinizlə razılaşıram ki, "Azdrama"da səhnəyə qoyulan tamaşaların mövzu-problematikası dövrümüzlə uzlaşmır, zəmanəmizi əks etdirmir. Yəni bu tamaşalar teatrın akademik səviyyəsi ilə uyğun gəlmir.
- Akademik Milli Dram Teatrının səhnəsində çoxsaylı möhtəşəm tamaşalar oynanılıb. Bu teatrın tamaşaları ziyalılar ordusunun yetişməsinə kömək edib. Söz düşəndə hamı "Azdrama"ya "teatr mədəbi" deyir. Amma bu gün bu teatrın tamaşalarında insanları biədəb əl hərəkətləri ilə gülməyə vadar edirlər...
- Mən söhbətimizdə dərinə gedib bu xırdalıqlardan bəhs etmək istəmirəm. Sadəcə olaraq, tamaşada gözə çarpan qüsura teatrın bədii rəhbəri, müdiriyyəti, quruluşçu rejissoru cavabdehdir, bunları aradan qaldırmaq onların borcudur. Mən bir təcrübəli aktyor kimi bəzi nöqsanları görüb onları rejissora deyə bilərəm. Misal üçün, "Qanlı Nigar" tamaşasında belə yer var ki, "oğlum" səhnədə məni söyür. Mən də oğlumu oynayan aktyora dedim ki, bunu səhnədə etmək olmaz, çünki tərbiyə baxımından düzgün deyil. Çünki insanları oğulun atasını söyməsinə güldürmək olmaz. Digər tərəfdən Akademik Milli Dram Teatrının aktyoru elə səviyyədə olmalıdır ki, bəzən quruluşçu rejissorun qüsurlarını tapıb ortalığa çıxarsın, aradan qaldırsın.
- Akademik Milli Dram Teatrının bugünkü repertuarındakı tamaşaların bir çoxunun hər hansı anlamda ümumiyyətlə Azərbaycan tamaşaçısına dəxli yoxdur. Bu baxımdan onların hansı səbəbdən hazırlanması mənim üçün qaranlıqdır. Deyilənə görə, Fridrix Dürrematın "Yaşlı qadının gəlişi" tamaşası hazırlanır ki, əsas rolun adı "Klara Çaxannasyan"dır. "Azdrama"nın 2 il bundan əvvəlki repertuarında çox samballı tamaşalar vardı, sonradan birdən-birə yığışdırıldı. Mən onlardan "Dirilən adam", "Anlaşılmaz qətl", "Körpüdən mənzərə" kimi tamaşaların adını çəkə bilərəm.
- Mən bir dəfə bu barədə direktora narazılığımı bildirmişəm. Misal üçün, "Ölülər", "Müsyö Jordan və Dərviş Məstəli şah" tamaşaları bu gün anşlaqla oynanılardı...
- Bu gün Rafael Dadaşov kimi adlı-sanlı aktyora zəif tamaşalarda xırda rollar verilir. Sizcə, rəhmətlik Məlik Dadaşov, Həsənağa Salayev, Ağasadıq Gəraybəyli, İsmayıl Dağıstanlı, Ələsgər Ələkbərov kimi sənətkarlarla belə rəftar etmək olardımı?
- Bu gün Rafael Dadaşov kimi xalq artisti statusunda olan bir aktyora boş yerə, haqsızcasına "xəbərdarlıq" elan ediləndə, teatra yenicə qədəm basan aktyor bizə hansı hörməti göstərəcək? Xalq artisti hətta məşqə 10-15 dəiqəqə gecikibsə belə, ona rəsmi surətdə xəbərdarlıq vermək olmaz. Bəli, aktyorları vaxtilə Adil İsgəndərov cəzalandırırdı, amma o, böyük bir aktyor ordusunun memarı, ümumiyyətlə müasir Azərbaycan teatrının yaradıcısı idi. Yaşlı, təcrübəli, yüksək dövlət mükafatlarına layiq görülən sənətkarı gözdən salmaqla onların planı nədir, başa düşmürəm. Adama istədiyi rolu vermirlər, amma elə rol verirlər ki, məcbur olub ondan imtina edirsən. İmtina edəndə də, töhmət verirlər. Bizim elə vaxtımızdır ki, adımıza xüsusi tamaşalar hazırlanmalıdır. Çünki arxamızda minlərlə tamaşaçı ordusu var.
Mən böyük məmnuniyyətlə "Boy çiçəyi"ndə "Həsənzadə"ni, "Xanuma"da "Knyaz"ı oynamaq istəyirdim. Nə üçün mənə vermədilər? Amma bunun əvəzinə mənə "Lənkəran xanının vəziri" tamaşasında iki kəlmə sözü olan bir rol veriblər, onu da səhnədə yerə uzadıb ayaqlarını şallaqlayırlar. Vallah, mənim kimi aktyorun bu rolu oynaması eyibdir. Mən bu barədə etirazlarımı açıq-aydın direktora bildirirəm. Belə getsə, teatrdan getməli olacağam. Bəlkə də İsrafil İsrafilov bunu özü belə istəyir. Çünki bir neçə gün əvvəl iclas oldu, mən direktora dedim ki, müqaviləmizin başa çatmasına nə qədər qalıb? O da soruşdu ki, getmək istəyirsən? Mən də cavab verdim ki, belə qərara gəlmişəm ki, gedim. Onda İ.İsrafilov dedi ki, lap yaxşı, gedirsən, get. Mən də soruşdum ki, niyə maraqlanmırsınız ki, "xalq artisti" teatrdan nə üçün getmək istəyir? Nə üçün səbəbini bilmədən mənə "xəbərdarlıq" elan edib divara yapışdırmısınız? Bəlkə ölürdüm, ona görə 15 dəqiqə gecikmişəm. Əslində truppa müdiri məşqin olacağı barədə mənə əvvəlcədən məlumat verməyib.
Məşqdən 15 diqəqə əvvəl mənə bu barədə məlumat verib. Gürcü rejissorundan üzr istədim ki, mənə gec xəbər verdikləri üçün gecikmişəm. O da dedi ki, problem yoxdur. Sonradan truppa müdiri rejissordan tələb edib ki, xəbərdarlıq verilməsi üçün təqdimat yazsın. Yaxşı, xəbərdarlıq elan etmisən, çağır, səbəbini də soruş da.
Mən "Don Juan" tamaşasında baş rolu oynamağım üçün "Azdrama"ya dəvət olunanda heç rəhmətlik atamın xəbəri yox idi. O, məni teatrda görəndə təəccübləndi. Bizi tez-tez orta məktəblərə qonaq dəvət edirlər. Mən onları öz teatrımıza dəvət etməyə utanıram, uşaqlar gəlib bizim teatrda hansı tamaşalara baxacaqlar? Ona görə də mən də işi belə qoymayacağam. O, müharibə istəyirsə, qoy belə olsun, amma şpaqanı axırda qınına mən qoyacağam...
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Ballistik raketdən istifadə: nüvə hücumu məşqi, yoxsa blef? - NƏ BAŞ VERİR?
Bu gün, 00:37 |
|
|
|
• İrəvan Bakıya Aİ missiyasının delimatasiya olunacaq ərazidə fəaliyyət göstərməməsini təklif edib - Paşinyan
Bu gün, 00:34 |
|
|
|
• "Bu gün niyə tez parlayanlar tez də sönürlər?"
Bu gün, 00:23 |
|
|
|
• 6 ay Bako Saakyanın villasında qalmış “Sərxan” kod adlı erməni İrəvanda... - Ermənistan KİV
Bu gün, 00:20 |
|
|
|
• Rusiya nüvə silahından istifadə edəcək – Hədəfdə bu ölkələr var
Bu gün, 00:17 |
|
|
|
• Həftəsonu quru sərhədlər AÇILIR? - AKTUAL
Bu gün, 00:15 |
|
|
|
• Dövlət qurumu 13 milyon manatlıq tibbi avadalıqlar aldı - DETALLAR
Bu gün, 00:05 |
|
|
|
• 4 rayon və 1 şəhərdə köçkünlərin binaları təmir olunacaq - TENDER NƏTİCƏSİ
Bu gün, 00:02 |
|
|
|
• “Etirazlar olsa, interneti tamamilə söndürəcəyik” – Lukaşenko
Dünən, 19:50 |
|
|
|
• Qaradağda ədliyyə işçilərinin peşə bayramı qeyd edildi - FOTO
Dünən, 19:45 |
|
|
|
• Lüksemburq Nümayəndələr Palatası Fransanın "züy tutanı"dır... - ZİBİLƏ DÜŞMÜŞÜK...
Dünən, 19:02 |
|
|
|
• “Sülhlə bağlı Vaşinqtonun yanaşmasında dəyişikliklər gözlənilir” - AKTUAL
Dünən, 19:00 |
|
|
|
• Məhkəmə Mərkəzi Bankın “Mobilex” şirkətinə qarşı iddiasını təmin etmədi
Dünən, 18:58 |
|
|
|
• Keçmiş direktor Bakı şəhər Mədəniyyət Baş İdarəsini nədə ittiham edir? - TƏFƏRRÜAT
Dünən, 18:14 |
|
|
|
• Azərbaycanlı hərbçi 2 ay əvvəl həlak olubmuş - nəşi tapıldı (FOTO)
Dünən, 18:11 |
|
|
|
• ABŞ-da Nyu-York birjasını partlatmaq istəyən şəxs saxlanılıb
Dünən, 18:06 |
|
|
|
• Leyla Əliyevanın iştirakı ilə Bakıda növbəti ağacəkmə aksiyası keçirilib - FOTO
Dünən, 18:03 |
|
|
|
• Mətbuat katibinin qızı YÖS imtahanında I oldu - FOTO
Dünən, 18:01 |
|
|
|
• “Huner Group” MMC-nin direktoru dəyişdirilib - BUNDAN SONRA...
Dünən, 17:56 |
|
|
|
• “Baktelekom” və “Aztelekom” əməkdaşlarını 270, Mərkəzi Bank isə 528 manata sığortalayır - AXI NİYƏ?..
Dünən, 17:52 |
|
|
|
• Gəncənin yollarını 10 milyon manata bu şirkət - TƏMİR EDƏCƏK
Dünən, 17:50 |
|
|
|
• Bakı həbsxanasında ÖLÜM
Dünən, 17:44 |
|
|
|
• Mingəçevirdə muzey direktoru vəzifəsindən azad olundu - ƏMR
Dünən, 17:42 |
|
|
|
• Həmin rəislər hakim qarşısına çıxarılır - Milyonlar yeyilib...
Dünən, 17:40 |
|
|
|
• Ramiz Mehdiyevin kürəkəni Azərbaycan məhkəməsini “dubinka”ya çevirib – sahibkar etiraz edir
Dünən, 17:38 |
|
|
|
• FHN 57 min manata mənzil təmir edir: “Baku Buildinq”i nazirliyə bağlayan nədir?
Dünən, 17:35 |
|
|
|
• “Bakcell”in təşkilatçılığı ilə “Süni İntellektlə Dayanıqlılıq” mövzusunda panel müzakirəsi keçirilib - FOTO
Dünən, 17:34 |
|
|
|
• “Baku Elektroniks”dən “Black Friday”də televizor aldı... VƏ... BƏLAYA DÜŞDÜ!
Dünən, 16:38 |
|
|
|
• Korrupsiyaya qarşı mübarizə üzrə Komissiyasının Milli Məclis tərəfindən təqdim olunan üzvləri müəyyənləşib
Dünən, 16:32 |
|
|
|
• Məhkəmə dəhlizlərində azıb qalan “Unibank”... - Sanki bu bank fəaliyyətini ədalət binalarında həyata keçirir...
Dünən, 16:30 |
|
|
|
• Berbok Bakıdadır: Əvvəlki incikliklər isə geridə... - Berlindən bizə düşmən çıxmaz...
Dünən, 16:26 |
|
|
|
• Prezident ədliyyə naziri ilə bağlı SƏRƏNCAM VERDİ - BUNDAN SONRA...
Dünən, 16:19 |
|
|
|
• Bu il azərbaycanlılar Türkiyədə 7,2 milyon dollar sərmayə ilə 166 şirkət açıblar
Dünən, 16:18 |
|
|
|
• Heydərov əvvəl necə idi... indi də elə: ELƏCƏ YEYİR... - BU NƏDİ BELƏ?..
Dünən, 16:12 |
|
|
|
• Üçüncü Dünya müharibəsi başladı? – “Barmağı pultun düyməsindədir, qərar verilir”
Dünən, 16:05 |
|
|
|
• Kommunal xidmətlər bahalaşacaq? – Tarif Şurası yaxın günlərdə...
Dünən, 16:01 |
|
|
|
• Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin sıraları genişlənir - AÇIQLAMA
Dünən, 15:51 |
|
|
|
• "Kabinetdə oturanda belə yırtıq yaranır” - Rasim Balayev
Dünən, 15:45 |
|
|
|
• Qızıl bazarında xaos: "Sertifikatlı" sex malı, baha qiymət... - NƏ ETMƏLİ?
Dünən, 15:32 |
|
|
|
• Araqçı və Mirzoyanın intensiv telefon danışığının PƏRDƏARXASI
Dünən, 15:29 |
|
|
|
• “Embawood”un şöbə rəisi arvadını öldürmüşdü - 1 il həbs verildi
Dünən, 15:22 |
|
|
|
• Seyid Həsən Amuli təbrizlini döyən ermənilərə niyə “Biz qəzəblənirik!”- demir?!
Dünən, 15:19 |
|
|
|
• Ermənistan labirintdədir: Əllər yuxarı... - NƏ BAŞ VERİR?
Dünən, 14:00 |
|
|
|
• "Cəlilabad Məişət" ASC səhmdarlarının yığıncağı keçiriləcək
Dünən, 13:58 |
|
|
|
• Daha bir ölkə elan etdi: - “Putinin ordusuna cavab verəcəyik”
Dünən, 13:26 |
|
|
|
• Türkiyə həbslərinin "dalğası": Bakıda bu məşhurlar polisə çağırılıb - GƏLİŞMƏ
Dünən, 13:13 |
|
|
|
• “Hyatt Regency Baku” yeni şəxsin idarəetməsinə keçir - DETALLAR
Dünən, 13:10 |
|
|
|
• “Boynunda haqqım olan boyunu yerə soxduqlarım yanıma gəlmir” – Meyxanaçı Xəyyam
Dünən, 13:06 |
|
|
|
• Məhkəmə -Hüquq Şurası bu rayonun məhkəməsini yoxlayır - İLGİNC SƏBƏB
Dünən, 13:03 |
|
|
|
• Sahil Babayev Aqrar Tədqiqatlar Mərkəzinin sabiq direktoruna vəzifə verdi - FOTO
Dünən, 12:54 |
|
|
|
|