İCRA BAŞÇISININ ERMƏNİ KİMLİYİ MƏSƏLƏSİ ŞİŞİR
Tarix: 24-06-2013, 15:40 |
Çap et
ASİF ƏSGƏROV BU SEÇKİDƏN YAYINA BİLSƏ…
DİA.AZ: - Səbail rayon icra hakimiyyətinin başçısı Asif Əsgərovun durumu acınacaqlıdır. Hətta vəziyyət o həddədir ki, icra başçısının nüfuzlu işçilərindən biri özünü Asif Əsgərovun yerinə hazırlamağa başlayıb. Bu barədə DİA.AZ-a Nazirlər Kabinetindəki bilgili mənbə xəbər ötürüb.
Qaynağın iddialarına görə, son günlər böyük narazılıqlara səbəb olan icra başçısı ilə bağlı məsələ Prezident Administrasiyasında da müzakirə olunub: «Təbii ki, bir icra başçısının məsələsi müzakirəyə çıxarılırsa, bu proses asanlıqla yola verilməyəcək anlamına gəlir».
Mənbəmiz əlavə bilgilərini də paylaşıb: «Asif Əsgərovla bağlı məsələ isə tamam fərqlidir. Onun ermənilərlə qohum olması barədə rəylərin yaranması da bu gün əleyhinə işləyən başlıca faktordur. Doğrudur, bəzi dairələrə «mənim erməni qarışacağım yoxdur» şəklində mesaj ötürsə də, Asif Əsgərovla bağlı aparılan araşdırmalar ortaya çox ciddi nəticələr və ittihamlar da çıxarıb».
Mənbə bildirir ki, prezident seçkiləri ərəfəsində Bakının mərkəzi rayonunda belə bir reputasiyalı başçının saxlanılması da ümumiqtidar maraqları ilə uzlaşan bir hadisə deyil: «Asif Əsgərov müəyyən çevrələr tərəfindən dəstəklənir. Amma bu, müvəqqəti xarakterlidir. Çünki həmin qüvvələr üçün dar ayaqda Asif Əsgərovu «rasxoda» vermək o qədər də problemli bir məsələ deyil».
Qarşı tərəfi də dinləməyə hazırıq.