SƏLİM MÜSLÜMOVA QARŞI İTTİHAM
Tarix: 1-07-2013, 16:59 |
Çap et
Azərbaycan vətəndaşlarının maddi rifahının yüksəldilməsi, sosial müdafiənin daha etibarlı şəkildə təminatı istiqamətində həyata keçirilən Səlim Müslümovun "islahatları" öz bəhrəsini verməkdədir. Xüsusilə Dövlət Sosial Müdafiə Fondunu (DSMF) korrupsiya yuvasına çevirən Səlim Müslümovun kadrları qurumda at oynadırlar. Bu günlərdə "bizimdovr.az" saytı Səlim Müslümovun "kantorunda" baş alıb gedən özbaşınalıqlar barədə maraqlı məlumat yayıb. Sayta müraciət edən Dövlət Sosial Müdafiə Fondunun keçmiş işçisi Murad İmanov 2003-cü ildən DSMF-də müxtəlif rayon şöbələrinin rəisi işlədiyini bildirib. Belə ki, Xətai, Sumqayıt və Sabunçunun DSMF şöbəsinin rəisi olmuş Murad İmanov Səlim Müslümov tərəfindən digər rayonlara nümunəvi rəis kimi göndərilib. M.İmanovun sözlərinə görə, o, 2008-ci ildə DSMF-nin aparat rəhbəri Əjdər Cəbiyev tərəfindən kabinetə çağırlıb və ondan “işgüzar” təklif alıb: “Həmin gün Əjdər Cəbiyev məni öz kabinetinə dəvət etdi. Burada o, mənə İri Sığortaedənlərlə iş üzrə Departamentin direktoru vəzifəsini təklif etdi. Bunun əvəzində isə mənə 120 min manat pul ödəməli olacağımı bildirdi. Mən bir neçə nəfərdən borc alaraq tələb olunan məbləği yığdım və gətirib Əjdər Cəbiyevə verdim. Həmin vaxtdan artıq beş il keçməsinə baxmayaraq, hələ də vəzifəyə təyin olunmamışam. Digər tərəfdən də Əjdər Cəbiyev aldığı pulu da geri qaytarmır, deyir ki, Səlim Müslümova vermişəm, ala bilmirəm”.