"BAKIELEKTRİKŞƏBƏKƏ"DƏ KORRUPSİYA
Tarix: 2-07-2013, 11:51 | Çap et
"BARMEK" DÖVRÜNƏ ŞÜKÜR OXUTDURURLARAmerikanın Beynəlxalq İnkişaf İnstitutunun (USAİD) maliyyə dəstəyi ilə “Transparency Azerbaijan” ictimai birliyi “Vətəndaşların elektrik enerjisinin istehlakı ilə bağlı problemləri və onların həlli yolları” mövzusunda ictimai dinləmələr təşkil edib. “Transparance Azerbaijan”ın icraçı direktoru Rəna Səfərəliyeva bildirib ki, islahatlar nəticəsində elektrik enerjisinin tədarükü keyfiyyətinin artırılması və itkilərin azaldılması, səmərəliliyin və tələbat sahəsində enerji təchizatının artdığı göz önündədir. Bununla belə, problemlər də göz önündədir, vətəndaşlar və “Bakıelektrikşəbəkə” ASC-nin nəzarət orqanları arasında qarşılıqlı münasibətlər arzuolunmaz səviyyədədir. “Bakıelektrikşəbəkə” ASC-nin abunə şöbəsinin müştəri xidmətləri sektorunun rəisi Tofiq Abdullayev bildirib ki, əvvəlki illərlə müqayisədə şikayətlərin sayı azalıb, onların hamısına fərdi qaydada baxılır. Paytaxtda 11 rayon üzrə 14 operativ komissiya yaradılıb (yaşayış məntəqələrinin daha çox dağınıq olduğu Binəqədi, Xəzər və Sabunçu rayonlarının hər biri üzrə 2 komissiya). Ancaq T.Abdullayev şikayətlərə baxılması ilə bağlı statistik məlumatları açıqlamayıb.
Vəziyyətin konkret təhlili ilə çıxış edən “Konstitusiya” Fondunun eksperti Ələkbər Ağasiyev tez-tez rast gəlinən münaqişələr kimi əhalinin kommunal xidmətlərlə təmin edilməsi sahəsində təbii inhisarçının cəzasızlığını və nəzarət orqanları ilə sövdələşmə hallarını qeyd edib. Bir neçə il əvvəl Səbayel rayonunda həddindən artıq yüksək elektrik enerjisi verilməsi nəticəsində (220 volt yerinə 380 volt) yüzlərlə vətəndaş məişət elektrotexnikasından məhrum olub. Lakin rayon məhkəməsinin hakimləri “Bakıelektrikşəbəkə”nin “belə bir fakt olmaması haqqında arayışı” əsasında iddiaları baxılmaq üçün qəbul etməyib. Onun sözlərinə görə, abonentlərə göndərilən bildirişlər “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Qanunun tələbləri nəzərə alınmadan tərtib edilir. İstehlakçıların pozuntu aktları qanun pozuntusu ilə tərtib edilir. Məsələn, elektrik enerjisinin istehlakçısı onun evindən bayırda quraşdırılmış sayğacın xarab olmasına görə məsuliyyət daşımır. Ancaq bununla bağlı məhkəmələrin istehlakçını cərimələməsi ilə bağlı minlərlə fakt var. Bundan başqa, “Bakıelektrikşəbəkə” bir çox hallarda abunəçilərdən pulu “Komtek” LTD və bəzi oxşar qurumların vasitəsi ilə toplayır. Bir neçə ay sonra məlum olur ki, yığılmış vəsait “Bakıelektrikşəbəkə”nin hesabına daxil olmayıb, amma məhkəməyə vasitəçi deyil, istehlakçı verilir. Vətəndaşlarla problemlər daha çox ona görə kütləvi xarakter daşıyır ki, ən böyük istehlakçı əhali qrupudur. Elektrik enerjisinin 43 faizi əhali qrupunun, 25 faizi nəqliyyatın, 12 faizi sənayenin, 7 faizi kommersiya müəssisələrinin payına düşür.
Son 6 ildə dövlət büdcəsindən “Bakıelektrikşəbəkə”yə 509 milyon manat investisiya yatırılıb - 2007-ci ildə 58 milyon manat, 2008-ci ildə 120 milyon manat, 2009-cu ildə 50 milyon manat, 2010-da 55 milyon manat, 2011-ci ildə 136 milyon manat və nəhayət, 2012-ci ildə 90 milyon manat (2013-cü ilin investisiya büdcəsindən ASC-yə ayrılan vəsait hələ açıqlanmayıb - red.). Vəsait ASC-nin yenidən qurulması üçün ayrılsa da, müəssisə hələ də köhnə problemlərdən qurtula bilməyib. Vaxtilə hökumət “Barmek”lə müqaviləni şirkətin “Azərenerji”yə borcu olduğuna görə pozmuşdu. İndi “Bakıelektrikşəbəkə”nin “Azərenerji”yə külli miqdarda borcu var. Səhmlərinin 100 faizi İqtisadi İnkişaf Nazirliyinə məxsus olan “Bakıelektrikşəbəkə” ASC 2006-cı ildə “Barmek-Azerbaijan”ın bazasında yaradılıb. 2005-ci ildə hökumətin Türkiyə şirkəti ilə müqaviləni pozmasının formal səbəbi “Azərenerji”yə olan borcunu ödəyə bilməməsi idi. Türkiyə şirkəti də öz növbəsində dövlət müəssisələrinin ona olan borclarını ödəmədiyini iddia edirdi. Görünür, elə hökuməti əsəbiləşdirən də bu olub. Dövlət müəssisələri bu gün də “Bakıelektrikşəbəkə”yə borcludur. Ancaq ASC-nin sədri Baba Rzayev Hüseyn Arabuldan fərqli olaraq bu faktı ictimaiyyətə açıqlamır. Əvəzində hökumət də güzəştə gedib, onun “Azərenerji”yə olan borcunu silir. Bu, zarafat deyil - 2010-cu ilin avqustunda Nazirlər Kabinetinin sərəncamı ilə “Bakıelektrikşəbəkə”nin “Azərenerji”yə olan 389,1 milyon manat borcu silinib. Bəli, hökumət bir cümlə ilə 500 milyon dollarlıq korrupsiya faktına “amnistiya” elan etdi. Maraqlıdır ki, hökumətin birbaşa və dolayı subsidiyalarına baxmayaraq, enerjipaylayıcı şirkət abonentlərdən pulu tam yığa bilmir. ASC borcluların adını da gizləyir. Onların arasında dövlət müəssisələri üstünlük təşkil edir. Belə görünür, Azərbaycanda enerji təsərrüfatını dövlətin idarə etməsi özünü doğrultmur. Menecmentin aşağı səviyyəli olduğu hiss edilir. Əks təqdirdə, bu sahəyə bu qədər dotasiya ayırmağa ehtiyac qalmazdı. Bir sözlə, vəziyyət “Barmek”in dövrü ilə müqayisə olunmaz dərəcədə pisdir və pisləşməkdə də davam edir. “Bakıelektrikşəbəkə” ASC-dəki korrupsiya faktlarını Azərbaycan Hesablama Palatasının auditi də təsdiq edib. Hesablama Palatası “Bakıelektrikşəbəkə” ASC-də paylayıcı elektrik şəbəkələrinin yenidən qurulmasına ayrılan vəsaitlərin istifadəsi üzrə audit keçirib. Hesablama Palatasının illik hesabatına əsasən, keçirilən audit nəticəsində xüsusi razılıq (lisenziya) olmadan ASC tərəfindən obyektlərin layihə-smeta sənədlərinin hazırlanması, tender qanunvericiliyinin kobud şəkildə pozulması, ayrılmış vəsaitlər hesabına görüləcək işlərin layihə-smeta sənədlərinin ekspertizadan keçirilməməsi və s. hallar aşkarlanıb. Bir sözlə, Baba Rzayevin korrupsiya maşını dövlət vəsaitlərini çox asanlıqla “həzm” edir. Və yuxarıda da qeyd etdiyimiz kimi, burada söhbət yüz milyonlardan gedir. 30 gun
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Ermənistanın hərbi xərclərini 70 % artırması militarist büdcənin bariz nümunəsidir - Milli Məclisin komitə sədri
Bu gün, 11:43 |
|
|
|
• ANAMA-dan 60 min manatlıq Yeni il şənliyi üçün şərt: - Spirtli içkilər sertifikatlı olmalıdır
Bu gün, 11:27 |
|
|
|
• Baboşun fanatının başı dərddə - Saxta spirt istehsal edib külli miqdarda vergi borcu yaranıb
Bu gün, 11:20 |
|
|
|
• Badımcanı Gürcüstana 34 qəpiyə, Ərəbistana 24 manata satırıq - QİYMƏTLƏR
Bu gün, 11:16 |
|
|
|
• Ali Məhkəmə təhqir və böhtana məruz qalan şəxsin hansı məhkəməyə müraciət edə biləcəyinə aydınlıq gətirib - DETALLAR
Bu gün, 11:08 |
|
|
|
• Məktəbəhazırlıq qrupları və birinci sinif şagirdlərinin yerdəyişmə prosesi başlayıb - DİQQƏT
Bu gün, 11:06 |
|
|
|
• Milli Məclisin plenar iclası başlayıb, gələn ilin büdcəsi müzakirə olunacaq
Bu gün, 11:05 |
|
|
|
• Mirdamət Seyidov Bakı şəhərində kəsilən ağacları yenə “yaşıllaşdırır” - İLGİNC FAKTLAR...
Bu gün, 11:04 |
|
|
|
• "Bütün tarixi abidələri eyni vaxtda bərpa etmək mümkün deyil" - Eldar Əzizov
Bu gün, 10:58 |
|
|
|
• İndi də bu qurumun əməkdaşları ağac dalında gizlənib... - Xalqa qarşı açılan AYNA-lı...
Bu gün, 10:47 |
|
|
|
• Bakıda iki nəfəri qətlə yetirməkdə təqsirləndirilən şəxsə HÖKM OXUNUB
Bu gün, 10:45 |
|
|
|
• "Niyə görə məni pensiyaya çıxarmırlar?" - NARAZILIQ VAR...
Bu gün, 10:41 |
|
|
|
• Sabiq icra başçısının qardaşına qarşı dələduzluq edən şəxslərdən xəbər var - TƏFƏRRÜAT
Bu gün, 10:38 |
|
|
|
• Naxçıvansayağı təhsil siyasəti... – korrupsiya və zorakılığa “hə”, əlavə dərsə “yox”!
Bu gün, 10:30 |
|
|
|
• “Çinar Park”ın dövlətə 100 min manatdan çox vergi borcu var - Biznes mərkəzini idarə edir...
Bu gün, 10:22 |
|
|
|
• “Azərbaycan COP29-la bağlı qarşısına qoyduğu bütün hədəflərə nail oldu” - deputat
Bu gün, 10:17 |
|
|
|
• Azərbaycanda DƏHŞƏT: qardaş qardaşı öldürdü
Bu gün, 10:12 |
|
|
|
• “Bakı Telefon Rabitəsi” sığortaçı seçib
Bu gün, 10:05 |
|
|
|
• Deputat Əminə Ağazadə MDB PA-nın Hüquqi məsələlər üzrə daimi komissiyasının sədr müavini seçilib - FOTO
Bu gün, 10:04 |
|
|
|
• Azərbaycan Mərkəzi Bankı sığortaçı seçib
Bu gün, 09:48 |
|
|
|
• Rusiya ordusu yeni hücuma hazırlaşır - “DeepState”
Bu gün, 09:47 |
|
|
|
• Bu gündən COP29 zolaqları qüvvədən düşüb - DİQQƏT
Bu gün, 09:43 |
|
|
|
• İşçisini acımasızcasına döyən aptek müdiri OLİQARX ÇIXDI... - SİYAHI
Bu gün, 09:42 |
|
|
|
• Kredit sənin üçün bitib, bizim üçün yox... - Bir "Kontakt Home" NAĞILI...
Bu gün, 09:25 |
|
|
|
• Elmi-Tədqiqat Kardiologiya İnstitutu kotirovka sorğusuna yekun vurub
Bu gün, 09:20 |
|
|
|
• AMB işğaldan azad edilmiş ərazilərdə poçt filialına bank lisenziyası verib - İLK DƏFƏ...
Bu gün, 09:19 |
|
|
|
• Bakıda maraqlı boşanma: Milyoner cütlüyün toydan bir ay sonrakı DAVASI - TƏFƏRRÜAT
Bu gün, 09:17 |
|
|
|
• Vilsondan bəri ən ermənipərəst administrasiya… - Tenni
Bu gün, 09:13 |
|
|
|
• Bahar Muradova Faiq Ağayevi təriflədi - FOTO
Bu gün, 09:09 |
|
|
|
• İpoteka və Kredit Zəmanət Fondu 3 illik auditor seçib
Bu gün, 09:05 |
|
|
|
• Prezident İlham Əliyev Kəlbəcər Şəhəri Günü münasibətilə paylaşım edib - FOTO
Bu gün, 09:04 |
|
|
|
• Borc ikiqat artdı: çürüyən dövlətə çevrilirik - Avetisyan
Bu gün, 09:01 |
|
|
|
• CƏZA ARDINCA CƏZA: “Bakı Sığorta”nın səhmdarlarından biri cərimələndi - TƏFƏRRÜAT
Bu gün, 08:59 |
|
|
|
• Fəaliyyətsiz qalmış “Sumqayıt Tikiş” ASC-nin - SƏHMDARLARI TOPLANIR
Bu gün, 08:56 |
|
|
|
• Dillər Universitetində NƏ OYUNLAR ÇEVRİLİR... - İLGİNC FAKTLAR...
Bu gün, 08:49 |
|
|
|
• Yeni iş tapa bilməyən şəxslər üçün... - Ekspert danışır...
Bu gün, 08:41 |
|
|
|
• `Bazarstore`da konfet alana `vitamin` hədiyyə... - FOTOFAKT
Bu gün, 08:36 |
|
|
|
• Burda müştərini rəsmən QARƏT EDİRLƏR - BU NƏ HESABDIR?
Bu gün, 08:30 |
|
|
|
• Ucarda Qarabağ Qazisi NARAZILIQ EDİR... - MÜRACİƏT
Bu gün, 08:22 |
|
|
|
• Nəcəflinin XALQLA... XALQA QAPALI GÖRÜŞÜ... - BU NƏDİ BELƏ?..
Bu gün, 08:11 |
|
|
|
• Tramp Ərdoğanı Putinlə yaxınlaşdıracaqmı? - NƏ BAŞ VERİR?
Bu gün, 08:08 |
|
|
|
• Məktəblərdə payız tətilindən sonra dərslər başlayıb
Bu gün, 08:05 |
|
|
|
• Aqrar sektor niyə sürətlə geriləyir? - NAZIRIN NƏZƏRİNƏ...
Bu gün, 07:11 |
|
|
|
• Bayden Trampa qədər nüvə savaşı başladacaq - Skott Ritter
Bu gün, 07:07 |
|
|
|
• Bu boyda işi tək adamın törədə biləcəyinə inanmıram - MƏHKƏMƏ
Bu gün, 07:03 |
|
|
|
• Gəlirlərin artması üçün yeni yol tapılıb - "...nədənsə indi yada düşüb"
Bu gün, 06:48 |
|
|
|
• “Ədəbi əks-səda”nın sədası sonra çıxacaq - MÜSAHİBƏ
Bu gün, 06:46 |
|
|
|
• Qərbi Azərbaycana QAYIDIŞ: Mane olmamalıdırlar... - AKTUAL
Bu gün, 06:42 |
|
|
|
• COP29-un tarixi uğuru nə oldu? - İNCƏLƏMƏ
Bu gün, 06:36 |
|
|
|
• Köçəryan sirləri açdı: - Qarakənddə vurulan helikopterdə o da olub
Bu gün, 06:29 |
|
|
|
|