ƏLƏKBƏR MƏMMƏDOVDAN AÇIQLAMALAR
Tarix: 26-09-2011, 14:16 | Çap et
“RUSİYAMEYİLLI QÜVVƏLƏR MÖVCUDDUR”
DİA.AZ: - Ötən həftə Ermənistanda keçirilən hərbi parad və təmas xəttindəki atışmalar səbəbilə yaşanan şəhid olayları yenidən münaqişə tərəfləri arasındakı hərbi-siyasi gərginliyi ölkə gündəminə gətirib. Ermənistandakı hərbi parad və paradda düşmən ölkədəki rus hərbçilərinin iştirakı ölkə siyasiləri və KİV orqanları tərəfindən xüsusi olaraq şərh edilib. Ermənistanmdakı hərbi parada ən sərt açıqlama isə yenə də ilk olaraq Milli Məclisin vitse-spikeri Ziyafət Əsgərovdan gəlib. Z.Əsgərov Ermənistanda keçirilən hərbi paradı bu ölkənin qeyri-müstəqilliyinin təsdiqi və oyuncaq şou kimi qiymətləndirib: “Ermənistanda parad yox, oyuncaq şou keçirilirdi. Əvvəla ona görə ki, Ermənistan müstəqil dövlət deyil. Əgər müstəqil dövlət deyilsə, onun müstəqil dövlət kimi parad keçirməsinin mənası yoxdur. Özləri də təsdiq etdi ki, Ermənistan müstəqil, suveren dövlət deyil, Rusiyanın forpostu olaraq qalır və bir forpost kimi onlara sədaqətlə xidmət edirlər”. Ermənistandakı hərbi parad və rus hərbçilərinin bu paraddaklı iştirakı Prezident Administrasiyasının ictimai-siyasi əlaqələr şöbəsinin rəhbəri Əli Həsənov tərəfindən də maraqlı cümlələrlə şərh olunub. Nə qədər təəccüblü olsa da, administrasiya təmsilçisi Ermənistandakı rus ordusunun Azərbaycan üçün təhlükə kəsb etmədiyini və düşmən ölkədəki rus ordusunun ölkəmizə münasibətinin qənaətbəxş olduğunu bildirib: “Bizim üçün ən əsası Rusiya ordusunun Azərbaycana münasibətidir, bizim isə buna heç bir iradımız yoxdur”. Ə.Həsənov Azərbaycan-NATO münasibətlərinin gələcəyi ilə bağlı da əcaib fikirlər səsləndirib. Dövlət rəsmisinin söylədiyinə görə, Azərbaycan NATO-nun tədbirlərində iştirak etsə də, bu quruma daxil olmaq niyyəti yoxdur: “Azərbaycan təhlükəsizlik sahəsində bitərəflik siyasəti yürüdür və hər hansı hərbi-siyasi blokun üzvü deyil.Azərbaycan heç vaxt alyansa daxil olmaq istədiyini bildirməyib”. Bu və bu kimi məsələlərələ bağlı fikirlərini bizimlə bölüşən Silahlı Qüvvələrə Demokratik Vətəndaş Nəzarəti Azərbaycan Mərkəzinin direktoru polkovnik Ələkbər Məmmədov rəsmi Bakının bu mövqeyinin ona ancaq fəlakət gətirəcəyini söylədi.
- Ələkbər bəy, Ermənistanda təşkil olunan hərbi paradda rus hərbçilərinin iştirakı Azərbaycan siyasi arenasında fərqli fikirlərə səbəb oldu. Bir çox siyasilər bunu Rusiyanın Ermənistanla müttəfiqliyinin nümayişi kimi qiymətləndirsə də, rəsmilər arasında düşmən ölkədəki rus qoşunlarının Azərbaycan üçün təhlükə kəsb etmədiyini söyləyənlər də oldu. Sizcə, doğrudanmı Ermənistanda yerləşən və I Qarabağ savaşında aktiv iştirak edən rus ordusunun Azərbaycana münasibəti dəyişib və artıq ölkəmiz üçün heç bir təhlükə kəsb etmir?
- Ermənistandakı rus ordusunun Azərbaycan üçün heç bir təhlükə kəsb etmədiyini iddia etmək olduqca yanlışdır. Hesab edirəm ki, məsələyə bu cür yanaşma Azərbaycan hakimiyyətində Rusiya meyilli qüvvələrin mövcudluğunu bir daha sübut edir. Bildiyiniz kimi, Azərbaycan 200 il Rusiyanın əsarəti altında qalıb və bu 200 il ərzində öz istəyinə çatıb. Rusiya yalnız Azərbaycanda deyil, keçmiş post-sovet məkanının əksər ölkələrində yerli xalqlar arasında öz kadrlarını formalaşdıra bilib. Mən Əli Həsənovu təfəkkür etibarilə Rusiyanın kadrı hesab edirəm. Ondan bundan artıq heç nə gözləmək olmaz. Sadəcə, bu cür fikirlərlə Rusiyanı ictimaiyyətə müsbət mənada təqdim etmək istəyirlər. Şəxsən mən bu cür açıqlamaların sifariş əsnasında səsləndirildiyi fikrindəyəm. Necə olur ki, Azərbaycanın ərazi bütövlüyünü tanıyan Avropa və ABŞ həmişə ikili siyasət yürütməkdə, ermənipərəst mövqe sərgiləməkdə ittiham olunur, Rusiya açıq şəkildə Ermənistanı dəstəklədiyinə, Azərbaycan torpaqlarının işğalında fəal iştirak etməsinə, bu ölkəyə maddi-texniki baxımdan dəstək verməsinə baxmayaraq ona rəğbət ifadə olunur? Məgər bu, o Rusiya deyilmi ki, Abxaziya və Osetiya hadisələrini Azərbaycanın yadına salaraq rəsmi Bakını bundan ibrət dərsi çıxartmağa çağırmışdı?
- Azərbaycanın NATO-ya daxil olmaq istəməməsi və bloklara qoşulmamaq siyasəti yürütməsini necə qiymətləndirisiz? Sizcə Azərbaycan öz hərbi təhlükəsizliyini müstəqil surətdə təmin etməyə qadirdirmi?
- Azərbaycanın NATO-ya inteqrasiyanı lazımsız hesab etmək və bloklara qoşulmamaq şüarını rəhbər tutaraq bu kimi məsələlərə qeyri-ciddi yanaşmaq olmaz. Çünki Azərbaycanın maraqları onun Qərbə, NATO-ya inteqrasiyasını zəruri edir. Bunu Azərbaycanın yerləşdiyi coğrafi mövqe də diktə edir. Çünki istiqlaliyyətinə qəsd etməyə hazır olan ölkələrin əhatəsində yerləşən Azərbaycanın dəstək ala biləcəyi başqa bir qüvvə, başqa ümid yeri yoxdur. Vaxtilə Türkiyə də NATO-ya daxil olmaqla SSRİ-nin təcavüzündən özünü sığortalaya bildi. Bu gün Türkiyə inkişaf edərək regionun aparıcı ölkələrindən birinə çevrilib. Bu gün eyni zərurət Azərbaycanın da qarşısına çıxıb.
- Hakimiyyətin Qərbə inteqrasiyadan imtina etməsi və Rusiyaya meyl etməsinin səbəbi nədir?
- Qərblə oturub durmaq Azərbaycan hakimiyyətinə sərf etmir. Çünki əgər Qərbə intreqrasiya etmək istəyirsənsə, gərək Qərb standartlarına cavab verən dövlətin olsun. Məsələn, sən iki dəfədən artıq prezident seçilə bilmərsən. Baxın, bu, hakimiyyətə sərf edirmi? Xeyr. Ona görə də müxtəlif bəhanələr gətirmək, öz şəxsi maraqlarını patriot fikirlər altında gizlətməklə, Azərbaycanın tərəqqisinə çalışdıqlarını dilə gətirməklə Qərbə inteqrasiyadan yayınırlar. Azərbaycan hakimiyyətinin dövləti guya müstəqil şəkildə inkişaf etdirdikləri ilə bağlı səsləndirdikləri fikirlərin hamısı cəfəngiyyatdır. Hakimiyyət öz marağına uyğun siyasət yürüdür. Bu siyasət isə dövlətin və xalqın maraqları ilə əsla üst-üstə düşmür. ABŞ başda olmaqla Qərb ölkələrinin Azərbaycana ərazi iddiaları olmasa da, demokratiya ilə bağlı iddiaları var. Onlar Azərbaycandan şəffaflıq, ədalətli məhkəmə sistemi, demokratiya tələb edir. Rusiya isə Azərbaycan torpağına iddialı olsa da, hakimiyyəti dəstəkləyir və ona görə də Rusiyaya ölkə siyasi hakimiyyətindəki bəzi məmurlar dost gözü ilə baxırlar. Rusiya və ya rus ordusunun Azərbaycamn üçün heç bir təhlükə vəd etmədiyini bildirmək hər şeydən öncə gülüncdür. Bu cür fikirlər səsləndirən insanlar heç vaxt siyasətçi və ya diplomat ola bilməzlər. Bu cür fikirlər Azərbaycanın maraqlarına ziddir. Belə açıqlamalar Qərbi Azərbaycandan uzaqlaşdırır, Azərbaycanı beynəlxalq müstəvidə tək qoyur. Hesab edirəm ki, bu cür fikirlər səsləndirməsi yolverilməzdir.
- Təəssüflə də olsa qeyd etməliyik ki, son günlər cəbhə xəttində düşmən atəşi nəticəsində həlak olan əsgərlərimizin sayında yenə də artım müşahidə edilməkdədir. Hərbi komandanlığın verdiyi məlumatlarda isə bu itkilərin demək olar ki, hamısı əsgərlərin özünün təhlükəsizlik qaydalarını kobud surətdə pozması ilə izah olunur. Doğrudanmı, hər şey bu qədər sadədir və hər şeyin günahını fiziki baxımdan artıq mövcud olmayan hərbçilərdə axtarmaq lazımdır?
- Bilirsiz, işin ən qəribə tərəfi budur ki, komandanlıq həmişə, istənilən hadisə ilə əlaqədar olaraq məsuliyyəti ölənin və ya xəsarət alanın üzərinə yıxır. Bununla da özü məsuliyyətdən kənarda qalır. Belə çıxır ki, onlardan başqa hamı günahsızdır. Məsələyə belə yanaşma doğrudan da dəhşətlidir. Komandanlıq orduda cinayət törətmək üçün şərait yaradıb. Normal insanlar Azərbaycan ordusunda ya cinayətkara, ya da cinayət qurbanına çevrilirlər. Cinayəti yaradan çoxlu sayda səbəblər var. Bu səbəblərə nümunə olaraq hərbçilərin hüquqlarının müdafiə olunmaması, onların təhqir olunması, qanunun aliliyi prinsipinin işləməməsi, cəzasızlıq, qohumbazlıq, kadrların bu prinsiplə seçilməsi, rüşvət və korrupsiya, nizamnamədən kənar hərəkətlər, səhiyyənin aşağı səviyyədə olması və s göstərmək olar. Bütün bu nöqsanların aradan qaldırılması ordu rəhbərliyindən asılıdır. Mən orduda baş verən bütün problemlərin, bədbəxt hadisələrin günahını ordu rəhbərliyində görürəm. Əminəm ki, onlar nə vaxtsa qanun qarşısında cavab verməli olacaqlar. Bu gün isə onlar baş verənlərin məsuliyyətini aşağı ranqlı məmurların üzərinə atmaqla vəziyyətdən çıxmağa çalışırlar. KİV-i ələ alır, onlara müxtəlif üsullarla təsir və təzyiq göstərir, ekspertləri sifarişli açıqlamalar verməyə vadar edirlər. Rəhbərliyi təmizə çıxartmaq üçün bütün vasitələrə əl atırlar. Lakin unudurlar ki, bununla problemin qarşısını almaq mümkün deyil və bir gün hər şey bütün çıkpaqlığı ilə gün işığına çıxacaq. Onda heç nədən qaçmaq, vəziyyətdən yenə kimisə günahlandırmaqla çıxmaq mümkün olmayacaq.
SÖHBƏTLƏŞDİ: Seymur ƏLIYEV (DİA.AZ)
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• “Spero Hospital“da qalmaqal – Baş mühasib dava saldı
Dünən, 21:52 |
|
|
|
• Zəngilan şəhərinə ilk köç başlayır: 600 min manatlıq tender - DETALLAR
Dünən, 21:42 |
|
|
|
• Qərbin ən iyrənc ssenariləri: Cəsus şəbəkələrinin iştirakı ilə çızılır - AKTUAL
Dünən, 21:38 |
|
|
|
• Bakı onu seçdi: İki mühüm coğrafiyaya “qapı” açılır – Qarabağ detalı
Dünən, 21:34 |
|
|
|
• "O pulu sizə halal etmirəm" - Əməkdar artist
Dünən, 21:10 |
|
|
|
• Həmidə Ömərovadan qalmaqallı xəbərə münasibət - "Mənim adımı niyə verirlər?"
Dünən, 21:08 |
|
|
|
• “İran rəsmilərinin Azərbaycan əleyhinə bəyanatları...” - ŞƏRH
Dünən, 21:03 |
|
|
|
• Azərbaycan NATO ilə imzaladığı əməkdaşlıq məsələlərinə ciddi yanaşır - RƏY
Dünən, 20:39 |
|
|
|
• Bakını hədəfə aldı, özü “vuruldu”: 4 səhvə görə prezidentliyi itirəcək - GƏLİŞMƏ
Dünən, 20:36 |
|
|
|
• Rüfət Səfərovun həbsinə nə səbəb olub? - TƏFƏRRÜAT
Dünən, 20:31 |
|
|
|
• "Oğlumun qanını yerdə qoymayacağam" - Qətlə yetirilən şəxsin anası
Dünən, 20:04 |
|
|
|
• Ermənistanın avantürist çıxışları: İrəliləyişlərin səbəbi... - Bakının konstruktiv yanaşmasıdır
Dünən, 20:02 |
|
|
|
• Suriyadakı proses Ukraynada da təkrarlana bilər - Sərdar Cəlaloğlunun TƏHLİLİ
Dünən, 19:55 |
|
|
|
• Məmurlar sosial şəbəkələrdən necə istifadə edirlər? – “Bu, onların vəzifə öhdəliyidir”
Dünən, 19:53 |
|
|
|
• ABŞ-nin Azərbaycana təcrid siyasəti: OCCPR təşkilatının bağlı olduğu yer USAİD-dir - NƏ BAŞ VERİR?
Dünən, 19:30 |
|
|
|
• "Ya oxumağını et, ya da kinoya çəkil..."
Dünən, 19:26 |
|
|
|
• “Vətəndaş A”nın dron söhbəti yalan çıxdı - AÇIQLAMA
Dünən, 19:23 |
|
|
|
• Rüfət Səfərova HÖKM OXUNDU - 4 aylıq HƏBS və...
Dünən, 19:20 |
|
|
|
• Avropa Ukraynanı fəda etmək niyyətində deyil: - həm pul, həm silah, həm də sığınacaq
Dünən, 19:15 |
|
|
|
• 310 min manatlıq torpaq maxinasiyası... - Keçmiş sədr Ali Məhkəməyə müraciət etdi
Dünən, 19:09 |
|
|
|
• Turan ideyasına qarşı yaradılan “gizli əl” - Yeni münaqişə başlaya bilər
Dünən, 19:04 |
|
|
|
• Generalın şikayəti təmin edilmədi - QƏRAR
Dünən, 19:01 |
|
|
|
• Ermənistan hakimiyyətinə Azərbaycanla müharibə lazım deyil - Paşinyan belə deyir...
Dünən, 18:59 |
|
|
|
• Məşhurların adından istifadə edib jurnalist xanımı aldatdılar - ARAŞDIRMA
Dünən, 18:56 |
|
|
|
• Bayden Administrasiyasının uğursuz planı: Niyə Səfərov? - Asif Nərimanlı yazır...
Dünən, 18:53 |
|
|
|
• Rüfət Səfərova əlavə ittiham verildi: Məhkəmə gedir - TƏFƏRRÜAT
Dünən, 18:49 |
|
|
|
• Əsas hədəf yeni “Minsk Qrupu planı”nı işə salmaqdır - Qərb Ermənistanın fəlakətində maraqlıdır
Dünən, 18:47 |
|
|
|
• Ədliyyə naziri onu rəis TƏYİN ETDİ - ƏMR
Dünən, 14:51 |
|
|
|
• “Ağadadaşı tutdular, 3-5 il verdilər, nə dəyişəcək?” - Şeyxdən xalq artistinin baltalı hücumunu yatıracaq sözlər
Dünən, 14:49 |
|
|
|
• "Kənd yumurtası" bahalaşır, sənaye üsulu ilə istehsal olunanlar isə… - BELƏ DAVAM EDƏRSƏ...
Dünən, 13:53 |
|
|
|
• Bu rəhbər şəxslərə şiddətli töhmət verildi - ADLAR
Dünən, 13:41 |
|
|
|
• "Azpulmat" və "Manato" qaydaya əməl etmir... - Faizlər hələ də yüksəkdir
Dünən, 13:20 |
|
|
|
• Xalq artisti Sevinc Heydərovadan 30 min manat tələb edib? - AÇIQLAMA
Dünən, 13:16 |
|
|
|
• Rütte Kiyevi hələ səbrli olmağa çağırıb
Dünən, 13:07 |
|
|
|
• “Vurulan” məmur və deputatların “sirli” vəzifəsi – Nazirliklərdə “ələkçinin qıl verəni” ştatı
Dünən, 13:04 |
|
|
|
• Messi və komanda yoldaşları Bakıya gəlir - GÖRÜŞƏ BİLMƏK ÜÇÜN...
Dünən, 13:01 |
|
|
|
• Qanunlar pozulur... aidiyyatı qurumlar görərsə... - BU DA FAKT!
Dünən, 12:59 |
|
|
|
• Arabir yağış yağacağı gözlənilir - belə deyirlər...
Dünən, 12:57 |
|
|
|
• Gəncə Dövlət Regional Kollecinin direktoru vəzifəsindən azad edilib - ƏMR
Dünən, 12:52 |
|
|
|
• "Mediasiya xərclərini ödəmək üçün kifayət qədər vəsaiti olmayan..." - Ekspert danışır...
Dünən, 12:48 |
|
|
|
• Azərbaycanda vəzifəli şəxs intihar etdi - TƏFƏRRÜAT
Dünən, 12:44 |
|
|
|
• 8 min erməni mühasirəyə düşdü: deyirlər, türklərin… - Mesropyan
Dünən, 12:38 |
|
|
|
• Tramp qubernatoru Pentaqonun rəhbəri vəzifəsinə təyin edə bilər
Dünən, 12:34 |
|
|
|
• Röyal Sarıməmmədova verilən vaxt daralır - İLGİNC FAKTLAR
Dünən, 12:28 |
|
|
|
• Qərbi Azərbaycana axır ki, türk vali təyin olundu - AÇIQLAMA
Dünən, 12:19 |
|
|
|
• “Kristal Bakı İnşaat” təşkilati-hüquqi formasını dəyişir
Dünən, 12:16 |
|
|
|
• Bazarda satılan məhsullar BAHALAŞACAQ – Yeni qərar qüvvəyə minir
Dünən, 11:58 |
|
|
|
• Həbs edilən bələdiyyə sədri saxta sənədlər düzəldərək rüşvət alırmış - TƏFƏRRÜAT
Dünən, 11:56 |
|
|
|
• Milli Məclisin iclası niyə LƏĞV OLUNDU? - ehtiyac qalmayıb
Dünən, 11:54 |
|
|
|
• Şəbnəm QADAĞA QOYDU: - “Həddini bildirirəm”
Dünən, 11:49 |
|
|
|
|