KEÇMİŞ ABU REKTORU İLƏ BAĞLI ŞÜBHƏLƏR QALXIR
Tarix: 8-07-2013, 10:29 | Çap et
RÜSTƏM İBRAHİMBƏYOV OLAN YERDƏ ELŞAD ABDULLAYEVƏ NƏ EHTİYAC VAR?
DİA.AZ: - Fəaliyyəti dayandırılmış Azərbaycan Beynəlxalq Universitetinin keçmiş rektoru Elşad Abdullayev yenə də video yayıb. Əslində mətbuatımız tərəfindən «yeni video» adlandırılan keçmiş rektorun bu «sənət əsərləri» gizli çəkilişdir. İllər ərzində Şerlok Holms kimi qardaşının axtarışına çıxan Elşad Abdullayev az qala hakimiyyətin bütün məmur heyətindən kompramat toplayıb. Və kifayət qədər bəhrəsini görüb də. Bir nəfərin mandatı əlindən alındı, bir nəfər müəmmalı şəkildə dünyasını dəyişdi, neçələri həbs olunub və hələ bundan sonra nə olacaq… Bunu Allah bilir!
Amma Elşad Abdullayevin bildikləri, lakin cəmiyyətdən gizlətdikləri də yetərincədir. DİA.AZ olaraq bu proseslə bağlı müəyyən araşdırmalar aparmaq qərarına gəldik və ortaya ilginc faktlar çıxdı. Biz də Elşad Abdullayev kimi davranaraq, məsələyə başdan - lap əvvəldən başlamaq qərarına gəldik.
Kim idi Elşad Abdullayev? Özü də videobombardmanın əvvəlində elan etmişdi ki, o da mələk deyil. Amma bu ifadəsində, etirafında ikibaşlı məqamlar yetərincə idi. Və araşdırmalarımız da təsdiqləyir ki, əslində «mən də mələk deyiləm» deyən Elşad Abdullayev çalışdı ki, cəmiyyət onun bu günə kimi etdiklərini unutsun, etdiklərinə göz yumsun və istəyinə nail oldu da. Daha kimsə «filankəs bir milyonumu yedi», «filankəs 3 milyonumu aldı» və sairə bu kimi ifadələrin müəllifi olan, milyonlarını itirdiyini elan edərək cəmiyyətin ona acımasını istəyən Elşad Abdullayevdən qayıdıb soruşmadı ki, həmin milyonları hansı yolla əldə etmişdin…
Elşad Abdullayev əslində «mən də mələk deyiləm» deyərək özünə bir mələk donu biçmiş oldu və u-zun müddət hər kəsi öz seriallarına pərçimləyə bildi.
Ola bilsin ki, oxucularımız sabiq rektora qarşı nədən bu qədər qəzəbli ifadələr işlətməyimizin nədənləri barədə də maraqlana bilər. Bunu da gizlətmirik. İlk növbədə Elşad Abdullayevin videolarının artıq acı bağırsaq kimi əhəmiyyət daşımayan, şantaja meyillənməsini müşahidə etməyimiz buna nədən olub. Digər tərəfdən, Elşad Abdullayev videoanonslar etsə də, onların bəzilərini açıqlamayıb ki, bu da keçmiş rektorun əslində yenidən bazar açmasından xəbər verir. Yəni «videonu yayacam» deyib, onsuz da iynə üstündə oturmuş məmurları, iş adamlarını soymaqla məşğuldur.
Zamanında isə belə bir bazarı Elşad Abdullayev ABU-nun timsalında qurmuşdu. Haqlı olaraq da həmin dönəmlərdə ABU mətbuatda Azərbaycan Bazar Universiteti kimi təqdim olunurdu. Hətta bu gün Elşad Abdullayevin videolarını yaymaqla şöhrətlənən KİV-lər belə ABU-nu bu şəkildə qiymətnəldirirdilər. Az qala Bakı Dövlət Universitetindən də böyük tələbə kontingentinə malik olan ABU-da Elşad Abdullayev açdığı bazar nəticəsində milyonları əldə etmişdi. Həmin milyonlar həm onun qardaşının qeybə çəkilməsinə nədən oldu, həm də özünün bu günkü halına.
Elşad Abdullayevin özü də etiraf edər ki, bu gün onu qardaşının tapılması heç də narahat etmir və qaynatdığı qazan da bununla bağlı deyil. Əgər belə olsaydı, Elşad Abdullayev bu davranışlarını illər əvvəl etməli idi. Axı indi nə hakimiyyət dəyişib, nə də Elşad Abdullayevin hədəfə aldığı vəzifəlilər işlərini itirib. Yəni əvvəlki qüdrətlərində qalıblar.
O zaman ortaya bir sual çıxır: Elşad Abdullayev nəyin davasını aparır?
Cavabı çox sadədir: Öz bazarının!!!
Qardaşının davasını aparan şəxs illər əvvəl Hollivudun studiyalarına bənzər bir studiyası hesabına əldə etdiyi videoları elə rektor olarkən, elə universiteti bağlanmamışkən bu işləri görə bilərdi. Olmazdımı? Yəni səmimi olaraq qardaşını aparan Elşad Abdullayev ABU bağlanmamış, videolarını da qoltuğuna vurub, Parisə gedərdi və ABU fəaliyyətdəykən bu əməllərini edərdi. O zaman daha hörmətli olardı. Mətbuatımız da onun adının qarşısında «keçmiş rektor» ifadəsini işlətməzdi. Görün, necə alınır: ABU REKTORU RAMİZ MEHDİYEVLƏ BAĞLI ŞOK FAKTLARI AÇIQLADI…
Təbii ki, bu, daha çox effektiv olardı. Amma Elşad Abdullayev universitetinin bağlanmasını gözlədi. Əslində bu gözlənti yox, onsuz da bağlanacağı haqda xəbərini aldığı ABU-nu qoruya bilməsi üçün göstərilən səbr nümayişi və material toplanışı idi. Elşad Abdullayev bilirdi ki, ABU da bağlanacaq, qardaşı da tapılmayacaq və elə bildiyinə görə, qardaşının axtarışı adı altında ABU-nu qoruya, geri qaytara və yaxud da ABU-nun bağlanmasının qisasını ala bilməsi üçün KOMPROMATLAR toplamağa başladı.
Başladı nə başladı… Qurbanlarını özü müəyyən etdi. Ən zəif bəndlərdən yapışdı. Kim idi Gülər Əhmədova? Kitabı çoxdan bağlanmışdı. Hətta 2010-cu ilin parlament seçkilərindən də zorla üzüağ çıxa bilmişdi. Artıq ona «kitabın bağlanıb» deyilmişdi. Sübut olundu da. Sevinc Babayeva kim idi? Hər halda, onun dünyasının dəyişməsi Elşad Abdullayevin ayağında dayanan faktdır. Ya zəlzələdən, ya vəlvələdən…
Daha sonra iş adamı Arzu Kazımov, Elçin Əfəndiyevin köməkçisi və daha kimlər Elşad Abdullayevin hədəfinə çevrildi. Arxasız, zəif bildiklərini bir-birinin ardından qurbana çevirməklə, digərlərində qorxu yaratmaq Elşad Abdullayevin başlıca hədəfi idi. Və buna nail oldu da. DİA.AZ-ın apardığı araşdırmalar nəticəsində də ortaya bir fakt çıxır: Elşad Abdullayev cəmiyyətə susqun göründüyü müddət boyunca onlarla məmuru şantaj edib, qabıqdan çıxarıb. Bu bir faktdır və bu faktın dövlətin müvafiq qurumları tərəfindən araşdırılmasına ehtiyac var.
İş adamı Arzu Kazımovun məsələsinə gəlincə isə burada olduqca gülməli oyunlar getdi. İş adamını həbsə göndərən videomaterial əslində Elşad Abdullayevin fiaskosunun sübutu idi. Amma nədənsə kimlərəsə Arzu Kazımovun həbsi lazım idi. Çox güman kimlərsə bu gün Elşad Abdullayevlə şərikinə gedərək şantajla məşğul olduqlarından əslində heç bir siyasi səmərəsi güdülməyən və sırf maddi maraqlara hesablanmış məlum prosesin məhz qeyd olunan istiqamətdə yürüdülməsində maraqlıdırlar. Bu faktdır.
Arzu Kazımovla bağlı videoları izlədikdə də görürsən ki, Elşad Abdullayev pul verdiyini iddia etdiyi iş adamını rəsmən oyuna salıb. Bunun da adına qisas deyilir. Çünki Arzu Kazımov həmin dönəmlərdə Elşad Abdullayevə «qardaşının yerini yaxşı bilirsən, nəyi bilirsənsə, get dövlətə de» yolunu göstərirdi. Bu yol isə Elşad Abdullayevə sərf etmirdi. Ona sərf olanı yaxşı bildiyi bir prosesin ört-basdır edilməsi idi. Arada isə zəiflər ilişdi. Elşad Abdullayev pul şirnikləndirməsi ilə əslində həmin dönəmdə hər kəsin danışa biləcəyi bir hadisə ətrafında neçələrini tələsinə salmağa müvəffəq oldu. Həmin dönəmdə Elşad Abdullayevin kameraları qarşısına keçəcək istənilən bir Azərbaycan vətəndaşına «sənə istədiyin qədər pul verirəm, mənə qardaşımdan danış» deyilsəydi, hər birimiz danışa bilərdik. Çünki həmin dönəmdə qəzetlər bu barədə yetərincə yazırdı və hər kəsin məlumatı var idi. Və məhz bu məlumatlılıq neçəsini Elşad Abdullayevin tələsinə saldı. Bununla həm ABU-nu qorumağı və həm də sonradan pul qazanmağı, ən başlıcası isə qardaşının gerçək aqibətinin gizlədilməsini məqsəd edən Elşad Abdullayev demək olar ki, istədiklərinə nail oldu.
Film artıq bitib. Bəli, bu gün Elşad Abdullayev cəmiyyəti maraqlandıracaq halda deyil. Onun kinoalırına maraq azalıb. Artıq müdaxilə vaxtıdır. Dövlətin müvafiq qurumları bu «kinorejissor»un fəaliyyətinə müdaxilə etməlidir. Özü də tezliklə. Araşdırma üçün yetərincə dəlillər var. Elşad Abdullayevin ABU-sunda tələbələrə qarşı törədilən cinayətlər, zorlanan tələbə qızlar və… Ən azından bunlar yetərlidir.
Əks halda, iki kinorejissor çoxlarını oyuna gətirəcək. Artıq Rüstəm İbrahəimbəyovi da meydandadır. Elşad Abdullayevdən fərqli olaraq o, gizli yox, açıq çəkilişlər edib. Yəni adam açıq oynayır. Belə bir şəraitdə örtüdü bazarda universitet davasının heç yeri yoxdur…
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Bu məhsulların satışı ciddi problemlərə yol açır -Ekspertdən çağırış
Bu gün, 00:28 |
|
|
|
• Kommunizmə qayıdırıq?: Parlamentdə təklif... - "Kolxoz və sovxozlar yaradılsın"
Bu gün, 00:24 |
|
|
|
• Azərbaycanın xalq artisti vəfat etdi
Bu gün, 00:19 |
|
|
|
• Dövlət qurumu "Atasığorta"nı seçdi
Bu gün, 00:05 |
|
|
|
• “İpək Yolu Sığorta”nın səhmdarlarının yığıncağı - KEÇİRİLƏCƏK
Bu gün, 00:02 |
|
|
|
• Elşənlə Ozanın serialı bu tarixdə yayımlanacaq
Dünən, 23:59 |
|
|
|
• Ermənistanda naməlum şəxs qumbara partlatmaq istəyib - FOTO
Dünən, 23:56 |
|
|
|
• Bakıda qadınları təqib edən gənc oğlan həbs edildi... - Məhəlləyə "nəzarət" edirmiş
Dünən, 23:53 |
|
|
|
• Qazaxıstandan Azərbaycanla bağlı mühüm açıqlama
Dünən, 23:46 |
|
|
|
• Prezident İlham Əliyev Donald Trampa zəng edib
Dünən, 23:39 |
|
|
|
• 70 kiloqram qızılla saxlanılan hərbi attaşe DTX-də həbs edilib - TƏFƏRRÜAT
Dünən, 23:36 |
|
|
|
• Putin bu ölkəni pay-püş edir: - Vaşinqton və Varşava plana şərikdir?
Dünən, 21:35 |
|
|
|
• Duda İrəvanda: Azərbaycan sərhədinə gələcək - ZİBİLƏ DÜŞMÜŞÜK...
Dünən, 21:30 |
|
|
|
• "3-4 min manat tələb olunur, əgər bu davam etsə..." - Deputat SƏNƏDSİZ EVLƏRDƏN danışdı
Dünən, 21:27 |
|
|
|
• "Qardaşım "ləyaqətsiz vərəsə" kimi məni məhkəməyə verib" - Tanınmış aktrisa
Dünən, 20:18 |
|
|
|
• 145 saylı məktəbdən NARAZILIQ - İstilik yoxdur, uşaqlar xəstələnsə, kim cavab verəcək?
Dünən, 20:13 |
|
|
|
• Xəstəxanalardakı “qəssab”lara bıçağı kim verir? – Nazirlik diplomsuz həkim sualından yayındı
Dünən, 19:32 |
|
|
|
• Bakıda NATO nümayəndə heyəti ilə görüş keçirilib
Dünən, 19:18 |
|
|
|
• Dollara rekord tələbat – Ekspertlər deyirlər ki...
Dünən, 19:02 |
|
|
|
• Dezinformasiyanın qarşısını hansı yollarla almaq olar? - Qərb mediası və Azərbaycan...
Dünən, 18:58 |
|
|
|
• Bakı metrosunda yeni qatarları 1 milyon manata bu şirkət – TƏMİR EDƏCƏK
Dünən, 18:56 |
|
|
|
• Elza Seyidcahanın iddiasına nazirlikdən CAVAB
Dünən, 18:39 |
|
|
|
• Bakıda aktrisa şikayət etdi, xanım prodüserə cinayət işi açıldı - TƏFƏRRÜAT
Dünən, 18:35 |
|
|
|
• Xırdalanda eyni şirkətə 3 ayda 4-cü tender verildi - Bu dəfə 1,8 milyon manat..
Dünən, 18:34 |
|
|
|
• Qorxu filmlərini xatırladan UNİVERSİTET – Tərk edilmiş binanın aqibəti necə olacaq?
Dünən, 18:31 |
|
|
|
• Bəlli dairələrin murazı gözündə qaldı, nəticələr var
Dünən, 18:25 |
|
|
|
• Türkiyə-Azərbaycan sərhəddində 20 KİLOMETRLİK TIXAC... - Naxçıvan rəhbərliyi səbəbindən...
Dünən, 18:18 |
|
|
|
• Əbu-Dabidə “Şuşa günləri” keçiriləcək – 182 min manat ayrıldı
Dünən, 18:09 |
|
|
|
• Üç qüvvə birləşdi – Paşinyanın planı nədir?
Dünən, 18:05 |
|
|
|
• Azərbaycanın sabiq deputatı olan general məhkəməyə verildi - DETALLAR
Dünən, 18:03 |
|
|
|
• Gəncə Dövlət Tibb Kollecində RÜŞVƏT İDDİASI - Havayı yerə oxumayın..
Dünən, 18:01 |
|
|
|
• Hərbi ekspert Ədalət Verdiyev həbs edilib - ŞOK TƏFƏRRÜAT
Dünən, 17:58 |
|
|
|
• “Salyan Oil Limited” YAŞILLIĞA QƏNİM KƏSİLDİ VƏ... - 25 MİNLİK CƏZA
Dünən, 17:55 |
|
|
|
• “Gələcəyini Qur!” təhsil təqaüdünü qazanmış abituriyentlərlə “Veysəloğlu Şirkətlər Qrupu”nda görüş keçirildi - FOTO
Dünən, 17:44 |
|
|
|
• COP29-da Azərbaycan tarixi nəticə əldə etdi - MƏQALƏ
Dünən, 17:41 |
|
|
|
• Qənirə Ataşovanın hesabı silindi - SƏHİYYƏ MAFİYASINI ifşa etmişdi...
Dünən, 17:39 |
|
|
|
• Bakıda tiktoker qızdan ŞOK ƏMƏL: kişini tapıb ayağından öpdürdü - VİDEO
Dünən, 17:27 |
|
|
|
• Boşanan qadına əxlaqsızlıq təklif edildi, əri və qardaşı... - TƏFƏRRÜAT
Dünən, 17:20 |
|
|
|
• Deputat qohumunu işdən çıxarıb öz xanımını təyin etdi - DETALLAR
Dünən, 17:13 |
|
|
|
• Keşmiş işçici ilə KTN arasında QALMAQAL
Dünən, 17:12 |
|
|
|
• Azərbaycanlı müğənnnilərin FANTASTİK YENİ İL QİYMƏTLƏRİ
Dünən, 17:09 |
|
|
|
• Ölkəmizin iqlim diplomatiyasında uğuru - İsrafil Kərimovun yazısı
Dünən, 17:04 |
|
|
|
• Bələdiyyələr avtomobillərdən əmlak vergisi alacaq? – Deputatın təklifinə REAKSİYA
Dünən, 17:02 |
|
|
|
• Vətəndaşın istifadə etmədiyi debet kartına borc gəlib... - NARAZILIQ VAR...
Dünən, 16:55 |
|
|
|
• "Uber” və “Bolt” sistemdə göstərilən avtomobil əvəzinə ünvana başqa avtomobillər göndərir: - BU QƏDƏR CƏRİMƏSİ VAR
Dünən, 16:44 |
|
|
|
• Verilişlərdə ailə problemlərindən danışanlar xəstədir - "Vətəndaş A"nın Almazı
Dünən, 16:37 |
|
|
|
• Bağça müdiri "Şərurlu İsfəndiyar"ın şirkətini məhkəməyə verdi - SƏBƏB
Dünən, 16:35 |
|
|
|
• Rusiya son sutkada 8 ballistik raket vurub - KİV
Dünən, 16:33 |
|
|
|
• Güzəştli kreditlərə hamının "əli çatırmı"? - HƏQİQƏTƏN DƏ...
Dünən, 16:27 |
|
|
|
• Ölkədə ətin qiyməti ilə bağlı narahatlıq: Bahalaşır? - AKTUAL
Dünən, 16:25 |
|
|
|
|