“Spero Hospital“da qalmaqal .....                     Zəngilan şəhərinə ilk köç başlayır: 600 min manatlıq tender .....                     Qərbin ən iyrənc ssenariləri: Cəsus şəbəkələrinin iştirakı ilə çızılır .....                     Bakı onu seçdi: İki mühüm coğrafiyaya “qapı” açılır .....                     "O pulu sizə halal etmirəm" .....                     Həmidə Ömərovadan qalmaqallı xəbərə münasibət .....                     “İran rəsmilərinin Azərbaycan əleyhinə bəyanatları...” .....                     Azərbaycan NATO ilə imzaladığı əməkdaşlıq məsələlərinə ciddi yanaşır .....                     Bakını hədəfə aldı, özü “vuruldu”: 4 səhvə görə prezidentliyi itirəcək .....                     Rüfət Səfərovun həbsinə nə səbəb olub? .....                     "Oğlumun qanını yerdə qoymayacağam" .....                     Ermənistanın avantürist çıxışları: İrəliləyişlərin səbəbi... .....                     Suriyadakı proses Ukraynada da təkrarlana bilər .....                     Məmurlar sosial şəbəkələrdən necə istifadə edirlər? .....                     ABŞ-nin Azərbaycana təcrid siyasəti: OCCPR təşkilatının bağlı olduğu yer USAİD-dir .....                     "Ya oxumağını et, ya da kinoya çəkil..." .....                     “Vətəndaş A”nın dron söhbəti yalan çıxdı .....                     Rüfət Səfərova HÖKM OXUNDU .....                     Avropa Ukraynanı fəda etmək niyyətində deyil: .....                     310 min manatlıq torpaq maxinasiyası... .....                     Turan ideyasına qarşı yaradılan “gizli əl” .....                     Generalın şikayəti təmin edilmədi .....                     Ermənistan hakimiyyətinə Azərbaycanla müharibə lazım deyil .....                     Məşhurların adından istifadə edib jurnalist xanımı aldatdılar .....                     Bayden Administrasiyasının uğursuz planı: Niyə Səfərov? .....                     Rüfət Səfərova əlavə ittiham verildi: Məhkəmə gedir .....                     Əsas hədəf yeni “Minsk Qrupu planı”nı işə salmaqdır .....                     Ədliyyə naziri onu rəis TƏYİN ETDİ .....                     “Ağadadaşı tutdular, 3-5 il verdilər, nə dəyişəcək?” .....                     "Kənd yumurtası" bahalaşır, sənaye üsulu ilə istehsal olunanlar isə… .....                     Bu rəhbər şəxslərə şiddətli töhmət verildi .....                     "Azpulmat" və "Manato" qaydaya əməl etmir... .....                     Xalq artisti Sevinc Heydərovadan 30 min manat tələb edib? .....                     Rütte Kiyevi hələ səbrli olmağa çağırıb .....                     “Vurulan” məmur və deputatların “sirli” vəzifəsi .....                     Messi və komanda yoldaşları Bakıya gəlir .....                     Qanunlar pozulur... aidiyyatı qurumlar görərsə... .....                     Arabir yağış yağacağı gözlənilir .....                     Gəncə Dövlət Regional Kollecinin direktoru vəzifəsindən azad edilib .....                     "Mediasiya xərclərini ödəmək üçün kifayət qədər vəsaiti olmayan..." .....                 

ŞƏHİDLƏRİN RUHUNA SAYĞISIZLIQ
Tarix: 8-07-2013, 11:37 | Çap et
ŞƏHİDLƏRİN RUHUNA SAYĞISIZLIQ
Azərbaycanın ən qədim, vətənin ərazi bütövlüyü uğrunda döyüşə oğullar yetişdirən diyarlarından biri - Şamaxıda rəzalət yaşanır. Şəhərin mərkəzində yerləşən Şəhidlər Xiyabanı uzun müddət idi ki, baxımsız qalmışdı. Yerli camaat və mətbuat bunu şəhidlərin ruhuna hörmətsizlik kimi qiymətləndirirdilər. Ancaq rayon rəhbərliyi Şəhidlər Xiyabanını abadlaşdırılması, yenidən qurulması üçün addım atmırdı. Ötən ildən yaranan belə vəziyyət indiyə qədər davam edir.
Hazırda Şəhidlər Xiyabanına giriş-çıxış bağlıdır. Qarşısında isə “ Şəhidlər Xiyabanı sürüşmə ilə əlaqədar təmirə bağlanıb” lövhəsi vurulub. Xiyabanın içi bərbad vəziyyətdədir. Demək olar ki, ziyarətgah dağılıb, daşlar qırılıb, hər yanı ot basıb. Şəhidlərin adına hörmətsizlik olan bu vəziyyətə isə son qoyulmur. Bir ildən çoxdur bu rüsvayçılıq davam etdi. Hamının gözü qarşısında Şəhidlər Xiyabanı dağılır.

Hələ ötən il Şamaxı Rayon İcra Hakimiyyətindən bəyan olunub ki, rayonun investisiya planına Şəhidlər Xiyabanın yenidən qurulması salınıb, dövlət büdcəsindən vəsait ayrılmasını gözləyirlər. Yalnız bu il Şamaxı camaatının şikayətlərindən sonra nəhayət, xiyaban təmirə bağlanıb. O da necə? Ərazidə sürüşmə baş verməsindən sonra aidiyyəti orqanlar hərəkətə keçib. Şamaxılılar gileylənirlər ki, gərək sürüşmə olaydı, xiyabana təhlükəli vəziyyət yaranaydı, ondan sonra dövlət orqanları tədbir görməyə başlayardılar. Yerli sakin Füzuli Xanəliyev: “Şamaxı ziyalıları müraciət etdilər. Camaat hər yerdə şikayətlənməyə başladı. Dedilər, düzələcək. Bu qədər müddət keçib heç bir tədbir görülməyib. Şəhərdə muzey, mərkəz tikə bilirlər. Ancaq şəhidlərə gələndə iş uzanır”.

Söhbətləşdiyimiz bir başqa şamaxılı Etibar Şirinov da bu sayğısızlığa etiraz edir: “Orada uyuyanlar bizim azadlığımız və vətənimiz uğrunda canını fəda edən övladlarımızdır. Onlara qarşı bu cür diqqətsizlik olmamalıdır. Milyonlarla dövlətin pulu var. Bir xiyabanı abadlaşdırmaq nə çətin işdir ki, bu qədər müddəti yubadırlar? Yolları hər ay qazıb təzədən asfalt sala bilirlər. Məgər icra başçısı bu yoldan ötəndə vəziyyəti görmürmü? Şəhidlərə biganəlik günahdır. İcra başçısı, dövlət adamları 20 yanvar günü, Xocalı və başqa tarixlərdə bu məkanı ziyarət edirlər. Heç olar ki, belə müqəddəs bir məkan dağılmış vəziyyətdə qalsın. Gözlədilər, uzatdılar axırda sürüşmə oldu”.

Şamaxının sözügedən yerində olub müşahidələr apardıq. Burada nə tikinti gedirdi, nə bir təmir işləri. Ərazinin nə vaxt hazır olacağı da dəqiq bilinmir. Sakinlərdən öyrənirik ki, sürüşmə 7-8 ay əvvəl olub. Ondan sonra xiyaban bağlanıb və bu günə kimi heç bir tədbir görülməyib. Mahir Cəbiyev: “Şəhidlər Xiyabanı bərbad vəziyyət düşüb. Təbii fəlakətdən əvvəl aidiyyəti qurumlar fəlakət yaratdılar. Vaxtında tədbir görülsəydi belə olmazdı. Burada uyuyan şəhidlərin yaxınları, ailələri şikayətlənir. Gördülər ki, Bakıya şikayətə gedəcəklər camaatı sakitləşdirmək üçün ərazini bağlayıb qapalı elan etdilər”.

Şəhidlər Xiyabanı kimi kənd yolları da acınacaqlı vəziyyətə düşüb. Şəhərin əksər kənd yolları çala-çuxurdur. Meysəri, Cabanı, Keçmədin, Qurdtəpə və digər kəndlərin yolları bərbaddır. Şamaxının beş addımlığı olan həmin kəndlərə yol çəkmək müşkül məsələ deyil.

Kəndlilər çoxsaylı müraciətlər etsələr də, faydası olmayıb. Onlar daha teleqram vurmurlar. Çünki kənd yollarının təmiri proqrama salınmalıdır. Şikayət etməklə gəlib problemi həll etmirlər. Kəndlilər Şamaxının deputatı Elxan Süleymanovu “gündüz əldə çıraq gəzirlər”. Onların sözlərinə görə, deputatın başı Avropada kürü paylamağa qarışıb, camaatın problemləri yaddan çıxıb.

Şikayətçi Hafiz Kərimov deyir ki, deputatın Milli Məclisdə kənd yolları ilə bağlı problemi dilə gətirən gün qurban kəsəcək: “Hörmətli deputatımıza yəqin hər seçkidə şamaxılılar yox, avropalılar səs verir. Onları daha çox istəyir. Ta nə edək, nə vaxt Elxan müəllim bizi yada salar, onda nəzirimizi kəsərik. İmkan olsaydı, ona kürü göndərərdik gedib xaricilərə qonaqlıq verərdi”.

Şamaxılıları narahat edən ən ciddi problemlərdən biri torpaqların mənimsənilməsidir. Sakinlərə məxsus torpaq sahələrinin qanunsuz şəkildə bələdiyyələr tərəfindən saxta sənədlər əsasında satışı prosesi həyata keçirilir. Kəndlilərə aid pay torpaqları ayrı-ayrı iş adamlarına villa tikmələri, istirahət-əyləncə mərkəzləri yaratmaları üçün qanunsuz olaraq satılıb. “Pirqulu” dövlət qoruğuna məxsus olan ərazidə məmurların bahalı mülkləri tikilib. Şamaxı camaatı suyu öz hesablarına alır, su xətləri isə ancaq məmurların evlərinə çəkilir. Hər hansı bir şəxs kiçik bizneslə məşğul olmaq istəyən zaman ondan elə məbləğdə rüşvət istənir ki, istər-istəməz fikrindən daşınır"- torpaqların zəbt olunmasından danışan Faiq bəy belə deyir...


ŞƏHİDLƏRİN RUHUNA SAYĞISIZLIQ








 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
“Spero Hospital“da qalmaqal – Baş mühasib dava saldı
4-12-2024, 21:52
Zəngilan şəhərinə ilk köç başlayır: 600 min manatlıq tender - DETALLAR
4-12-2024, 21:42
Qərbin ən iyrənc ssenariləri: Cəsus şəbəkələrinin iştirakı ilə çızılır - AKTUAL
4-12-2024, 21:38
Bakı onu seçdi: İki mühüm coğrafiyaya “qapı” açılır – Qarabağ detalı
4-12-2024, 21:34
"O pulu sizə halal etmirəm" - Əməkdar artist
4-12-2024, 21:10
Həmidə Ömərovadan qalmaqallı xəbərə münasibət - "Mənim adımı niyə verirlər?"
4-12-2024, 21:08
“İran rəsmilərinin Azərbaycan əleyhinə bəyanatları...” - ŞƏRH
4-12-2024, 21:03
Azərbaycan NATO ilə imzaladığı əməkdaşlıq məsələlərinə ciddi yanaşır - RƏY
4-12-2024, 20:39
Bakını hədəfə aldı, özü “vuruldu”: 4 səhvə görə prezidentliyi itirəcək - GƏLİŞMƏ
4-12-2024, 20:36
Rüfət Səfərovun həbsinə nə səbəb olub? - TƏFƏRRÜAT
4-12-2024, 20:31
"Oğlumun qanını yerdə qoymayacağam" - Qətlə yetirilən şəxsin anası
4-12-2024, 20:04
Ermənistanın avantürist çıxışları: İrəliləyişlərin səbəbi... - Bakının konstruktiv yanaşmasıdır
4-12-2024, 20:02
Suriyadakı proses Ukraynada da təkrarlana bilər - Sərdar Cəlaloğlunun TƏHLİLİ
4-12-2024, 19:55
Məmurlar sosial şəbəkələrdən necə istifadə edirlər? – “Bu, onların vəzifə öhdəliyidir”
4-12-2024, 19:53
ABŞ-nin Azərbaycana təcrid siyasəti: OCCPR təşkilatının bağlı olduğu yer USAİD-dir - NƏ BAŞ VERİR?
4-12-2024, 19:30
"Ya oxumağını et, ya da kinoya çəkil..."
4-12-2024, 19:26
“Vətəndaş A”nın dron söhbəti yalan çıxdı - AÇIQLAMA
4-12-2024, 19:23
Rüfət Səfərova HÖKM OXUNDU - 4 aylıq HƏBS və...
4-12-2024, 19:20
Avropa Ukraynanı fəda etmək niyyətində deyil: - həm pul, həm silah, həm də sığınacaq
4-12-2024, 19:15
310 min manatlıq torpaq maxinasiyası... - Keçmiş sədr Ali Məhkəməyə müraciət etdi
4-12-2024, 19:09
Turan ideyasına qarşı yaradılan “gizli əl” - Yeni münaqişə başlaya bilər
4-12-2024, 19:04
Generalın şikayəti təmin edilmədi - QƏRAR
4-12-2024, 19:01
Ermənistan hakimiyyətinə Azərbaycanla müharibə lazım deyil - Paşinyan belə deyir...
4-12-2024, 18:59
Məşhurların adından istifadə edib jurnalist xanımı aldatdılar - ARAŞDIRMA
4-12-2024, 18:56
Bayden Administrasiyasının uğursuz planı: Niyə Səfərov? - Asif Nərimanlı yazır...
4-12-2024, 18:53
Rüfət Səfərova əlavə ittiham verildi: Məhkəmə gedir - TƏFƏRRÜAT
4-12-2024, 18:49
Əsas hədəf yeni “Minsk Qrupu planı”nı işə salmaqdır - Qərb Ermənistanın fəlakətində maraqlıdır
4-12-2024, 18:47
Ədliyyə naziri onu rəis TƏYİN ETDİ - ƏMR
4-12-2024, 14:51
“Ağadadaşı tutdular, 3-5 il verdilər, nə dəyişəcək?” - Şeyxdən xalq artistinin baltalı hücumunu yatıracaq sözlər
4-12-2024, 14:49
"Kənd yumurtası" bahalaşır, sənaye üsulu ilə istehsal olunanlar isə… - BELƏ DAVAM EDƏRSƏ...
4-12-2024, 13:53
Bu rəhbər şəxslərə şiddətli töhmət verildi - ADLAR
4-12-2024, 13:41
"Azpulmat" və "Manato" qaydaya əməl etmir... - Faizlər hələ də yüksəkdir
4-12-2024, 13:20
Xalq artisti Sevinc Heydərovadan 30 min manat tələb edib? - AÇIQLAMA
4-12-2024, 13:16
Rütte Kiyevi hələ səbrli olmağa çağırıb
4-12-2024, 13:07
“Vurulan” məmur və deputatların “sirli” vəzifəsi – Nazirliklərdə “ələkçinin qıl verəni” ştatı
4-12-2024, 13:04
Messi və komanda yoldaşları Bakıya gəlir - GÖRÜŞƏ BİLMƏK ÜÇÜN...
4-12-2024, 13:01
Qanunlar pozulur... aidiyyatı qurumlar görərsə... - BU DA FAKT!
4-12-2024, 12:59
Arabir yağış yağacağı gözlənilir - belə deyirlər...
4-12-2024, 12:57
Gəncə Dövlət Regional Kollecinin direktoru vəzifəsindən azad edilib - ƏMR
4-12-2024, 12:52
"Mediasiya xərclərini ödəmək üçün kifayət qədər vəsaiti olmayan..." - Ekspert danışır...
4-12-2024, 12:48
Azərbaycanda vəzifəli şəxs intihar etdi - TƏFƏRRÜAT
4-12-2024, 12:44
8 min erməni mühasirəyə düşdü: deyirlər, türklərin… - Mesropyan
4-12-2024, 12:38
Tramp qubernatoru Pentaqonun rəhbəri vəzifəsinə təyin edə bilər
4-12-2024, 12:34
Röyal Sarıməmmədova verilən vaxt daralır - İLGİNC FAKTLAR
4-12-2024, 12:28
Qərbi Azərbaycana axır ki, türk vali təyin olundu - AÇIQLAMA
4-12-2024, 12:19
“Kristal Bakı İnşaat” təşkilati-hüquqi formasını dəyişir
4-12-2024, 12:16
Bazarda satılan məhsullar BAHALAŞACAQ – Yeni qərar qüvvəyə minir
4-12-2024, 11:58
Həbs edilən bələdiyyə sədri saxta sənədlər düzəldərək rüşvət alırmış - TƏFƏRRÜAT
4-12-2024, 11:56
Milli Məclisin iclası niyə LƏĞV OLUNDU? - ehtiyac qalmayıb
4-12-2024, 11:54
Şəbnəm QADAĞA QOYDU: - “Həddini bildirirəm”
4-12-2024, 11:49
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru