AZƏRBAYCAN ULDUZLARININ SEVGİ ETIRAFLARI
Tarix: 14-09-2011, 11:53 |
Çap et
“YALNIZ "SƏNDƏN XOŞUM GƏLİR" DEMİŞƏM”
Azərbaycan şou-biznesinin ulduzları sevdikləri şəxsə sevgilərini necə etiraf etdiklərini ATV-nin "10-lar" verilişinə açıqlayıblar.
Məlumata görə, populyar müğənni Nadir Qafarzadə həmin anı belə xatırlayır: "Əvvəlcə mənim şəklimi ona, onunkunu isə mənə göstərmişdilər. Mən sevgi etirafı etməmişəm və yalnız "səndən xoşum gəlir" demişəm. Düşünmüşəm ki, sevgi ürəkdə olmalıdır".
Manana: "Qohumlarımız, valideynlərimiz həmişə yanımızda olublar. Maşında biz bir-birimizə yalnız güzgüdən baxmışıq. İndi gülürəm, amma bu, əla idi. Bir ay sonra mənə mənsiz yaşaya bilmədiyini söylədi. Mən bu sözü nə evdə, nə efirdə deməkdən qorxmuram: Georgi, mən səni sevirəm. Sən hamı kimi deyilsən. Hamının bir-birini belə sevməsini arzulayıram!"
Röya: "Anar diz çökdü və dedi: "Balam, mənə ərə gəl". Mən hər səhər ona "uşaqlarımın atasısan" və ya "başımın tacı" deyirəm".
Rəşad İlyasov: "Bir bir neçə dəfə görüşmüşdük. Sonda onun nömrəsini tapdım və zəng vurdum. Daha sonra valideynlərimi göndərdim. Açığı, sevgi etirafı etməmişəm. Amma hər ikimiz münasibətlərimizin ciddi olduğunu bilirdik. Odur ki, ona evlənmək təklifini etdim".