
10 GÜNDÜR HUMSDA ƏMƏLİYYAT APARILIR
Suriyada dövlət ordusunun Humsda apardığı əməliyyatların 10-cu günü geridə qalıb.
SalamNews un Suriyanın "əl-Vətən" qəzetinə istinadla verdiyi xəbərə görə, dövlət ordusu Humsun əl-Xalidiyyə rayonunun bəzi nahiyələrini silahlılardan təmizləyib. Ordu hissələrinin rayonun Xalid bin Vəlid məscidinə qədər irəllədiyi bildirilir.
Əlcəzirə telekanalının məlumatına əsasən, ordu qüvvələri şəhərin əl-Xalidiyyə, Qədimi-Hums və Bab- Səbu rayonlarında silahlıların mövqeylərini aviazərbələrdən, top, tank və müxtəlif raketatanlardan hədəfə alıb. Bütün cəhdlərə rəğmən muxalifət hərbi birləşmələrinin ordu qüvvələrinin hücumlarını dəf etdiyi qeyd edilir.
KİV-ləri Hums şəhəri daxilində 800-ə yaxın ailənin yaşadığını xəbər verirlər.
Şiddətli vuruşmalar Dəməşqətrafı, Hələb və İdlibdə də davam edir.