GÜLƏR ƏHMƏDOVANIN ƏRİNDƏN QƏZƏBLİ AÇIQLAMA
Tarix: 9-07-2013, 14:08 |
Çap et
"BAŞLARINDAN BÖYÜK QƏLƏT EDİRLƏR"Həbsdə olan sabiq deputat Gülər Əhmədova haqqında yeni xəbərlər yayılıb.
Elşad Abdullayevin qalmaqallı videoları ilə bağlı həbs edilən keçmiş deputat barəsində yayılan məlumatlarda Ədliyyə Nazirliyinin Tibb Baş İdarəsinin psixiatrları tərəfindən müayinədən keçirilməsi və keçmiş deputatda nevroloji və psixi problemlərin olması da öz əksini tapıb.
Gülər Əhmədovanın vəkillərinə mediaya danışmamaq göstərişi verməsini daha öncə də yazmışdıq. Keçmiş deputat olan məhbus xanımın vəkilləri ilə əlaqə saxlamaq mümkün olmadığına görə həyat yoldaşına telefon açdıq. Keçmiş YAP-çı xanımın nevrotik problemləri olmasını inkar edən Fikrət Əhmədov Hafta.az-a açıqlamasında həyat yoldaşı haqqında əsassız yazı yazan saytları ağır sözlərlə təhqir edib:
"Gülər haqqında ağzına gələni yazırlar. Yalandan yazırlar ki, bu xəstəliyi var, başına filan iş gəlib. Olmayan şeylərdən danışırlar. Başlarından böyük qələt edirlər. Onların yazdıqlarına cavab vermək istəmirəm, getsinlər nə istəyirlər yazsınlar".
Həyat yoldaşı Gülər Əhmədovanın nevroloji problemləri olmasını yazan saytlara dediyi sözləri etik qaydalara uyğun olmadığına görə yazmırıq. Ancaq onu deyək ki, Fikrət Əhmədov həmin media qurumları haqqında çox ağır sözlər işlədib və təhqir edib.
Xatırladaq ki, keçmiş millət vəkilinin psixi problemlərin olması barədə AzNews.az-a Ədliyyə Nazirliyinin Tibb Baş İdarəsinin müalicə işinin təşkili şöbəsinin rəisi İftixar Qurbanov məlumat verib. O bildirib ki, idarənin psixiatrları Gülər Əhmədovanı müayinədən keçiriblər və onda nevrotik problemlərin olduğu aşkarlanıb.