SƏBAİLİN İCRA BAŞÇISININ BƏXTİ NƏDƏN GƏTİRMİR?
Tarix: 8-07-2013, 10:06 |
Çap et
BU DƏFƏ DƏ HƏDƏFƏ ELƏ ŞİKAYƏTÇİ DÜŞƏN ASİF ƏSGƏROVUN ÖZÜ ÇEVRİLİB
DİA.AZ: - Keçən günlərdə məlumat verərək bildirmişdik ki, iki rayonun icra hakimiyyəti başçısı bir-birilərilə rəqabətdədirlər və bu səbəbdən bir-birilərinə qarşı mətbuatda hətta kampaniya da aparırlar. DİA.AZ-a bu barədə daxil olan informasiyalardan aydın olur ki, bu qalmaqalın tərəflərindən biri olan Səbail rayon icra hakimiyyətinin başçısı Asif Əsgərov çətin vəziyyətə düşüb.
Mənbənin söylədikləri: «O, qarşı tərəfdən yuxarılara şikayətçi düşsə də, əslində prosesdə əsas suçlu tərəfin məhz onun özünün olması müəyyənləşdirilib». Onu da bildirək ki, Asif Əsgərovun kiminlə döyüşdüyü, kiminlə rəqabətdə olduğu redaksiyamıza məlumdur. Lakin müəyyən səbəblərdən onun kimliyini açıqlaya bilmirik.
Mənbəmiz isə iddia edir ki, araşdırmalar nəticəsində Asif Əsgərovun rəqibinə qarşı mətbuatda «ilk atəşi açması» müəyyən olunub: «Təbii ki, bu da Səbail şefinin durumunu ağırlaşdırıb. Və nəticədə özü hədəfə çevrilib. Ona “yuxarılar” tərəfindən ciddi şəkildə xəbərdarlıq edilib».
Xatırladaq ki, zamanında Asif Əsgərov öz müavininə qarşı da bu şəkildə kampaniya aparırdı. Lakin son nəticədə geri çəkilmək zorunda qaldı. Prezident Administrasiyası rəhbərliyi tərəfindən edilən müdaxilə icra başçısı üçün ciddi siqnal rolunu oynamışdı.