SAATLI İRANIN BİR OSTANLIĞINA ÇEVRİLƏ BİLƏR
Tarix: 12-07-2013, 15:57 |
Çap et
SAKİNLƏR NARAHATÇILIQLARINI BİLDİRİR
DİA.AZ: - 6 ildir ki, Saatlını idarə edən Siraqəddin Cabbarovla bağlı silsilə araşdırmalarımız davam edir. Onu da bildirək ki, icra başçısının əməllərindən narazılıq edən bir qrup Saatlı sakini neçə müddətdir DİA.AZ-a ilginc faktları ötürürlər.
Həmin məlumatların müəyyən hissəsini diqqətinizə təqdim etmişik. Sakinlər yazır ki, icra başçısı və onun birinci müavini İlham Quliyev əl-ələ verərək rayona dövlət büdcəsindən ayrılan vəsaiti dədə malı kimi bölüşdürürlər:
«Amma Bakı ilə əlaqəni saxlayan birinci müavindir. Və onun Saatlıya ayrılan büdcə pullarındakı payı 15 faizdir. Yerdə qalan hissə «Bakıdakı adamla» və başçı arasında paylaşdırılır. Hər ay İlham Quliyev ən azından 100 min manat pula Bakıya səfər edib. Bu səfərlərdə məqsəd Bakının haqqının çatdırılmasından ibarətdir».
Mənbəmiz onu da əlavə edib ki, Saatlıda İran emissarlarının fəaliyyətinə göz yumulmasının müqabilində də icra başçısının müəyyən maraqları təmin olunur: «Hər halda, dövlətin müvafiq qurumlarının bu yöndə araşdırma aparmalarına ehtiyac var. Əks halda Saatlı İranın bir ostanlığına çevrilə bilər».
Qarşı tərəfi də dinləməyə hazırıq.