RUSİYA AZƏRBAYCANI BELƏ QARIŞDIRIR
Tarix: 12-07-2013, 16:04 |
Çap et
ŞİMAL BÖLGƏSİNDƏ HƏYƏCANLI ANLAR
DİA.AZ: - Redaksiyamıza Quba sakinləri tərəfindən ilginc məlumat daxil olub. DİA.AZ-a verilən informasiyaya görə, dünəndən etibarən Quba, Qusar və Xaçmaz rayonlarında əməliyyat həyata keçirilir.
Sakinlər əməliyyatın hansı səbəbdən aparılmaları ilə bağlı heç bir məlumata malik deyillər. Onların DİA.AZ-a bildirdiyinə görə, hüquq-mühafizə orqanları yollarda postlər qurublar və hər kəsi ciddi şəkildə yoxlayırlar. Hətta maşınlar da incəliklə yoxlanılır.
Onu da bildirək ki, araşdırmalarımız zamanı Şimal bölgəsindəki araşdırmalarla bağlı maraqlı bir məlumatı almışıq. Mənbə iddia edir ki, yoxlamalar Rusiyanın regionda təhlükə törətmə xəbərdarlığı ilə əlaqədardır. Və polisimiz, eyni zamanda xüsusi xidmət orqanları Rusiyadan Azərbaycan sərhəddini keçərək ölkəmizə soxulmuş diversantları axtarır.
Bu barədə bütün əlaqədar qurumların mövqeyini işıqlandırmağa hazırıq.