RUSİYALI EKSPERT ERMƏNİSTANI ƏLƏ SALDI
Tarix: 12-07-2013, 16:33 |
Çap et
İRƏVAN KREMLİN NÖKƏRİ İMİŞ Kİ…
DİA.AZ: - Moskvada düzənlənən «Cənubi Qafqaz regionu - müasir geopolitik kordinatlar sistemində» mövzulu seminarda çıxış edən Rusiyanın Siyasi Konyukturalar Mərkəzinin rəhbəri Sergey Mixeev Azərbaycan, Ermənistan və Gürcüstanın Qərbə olan münasibətləri ilə bağlı ilginc açıqlamalar verib. Bu barədə DİA.AZ Rusiya KİV-lərinə istinadən xəbər verir.
Məlumatlardan aydın olur ki, Mixeev Cənubi Qafqaz ölkələrinin heç birinin nə Avropa Birliyinə, nə də NATO-ya qəbul olunmayacağını söyləyib: «Kim deyir ki, bu ölkələr Avropa Birliyinə qəbul ediləcək - yalan deyir. Bu, mümkün deyil. Onlar Avropaya lazım deyillər».
Daha sonra Mixeev Ermənistanın mövqeyini daha da sərt formada tənqid edib: «Ermənistan Avropa ilə Rusiya arasında oynayır. Biz isə onlara ənənəvi sözümüzü deyirik: «Bizə doğru gəlin, gəlməsəniz, o zaman sizdən bərk «inciyəcəyik»».
Təbii ki, rusiyalı ekspertin bu fikirləri əslində həm Ermənistanın bir dövlət kimi formal xarakter daşıdığını ortaya qoymaqda, həm də İrəvanın Kremlin idarə etdiyini təsdiqləməkdədir. Daha sonra Sergey Mixeev Ermənistanı aşağılayan ifadələr də işlədib: «Siz Allah bizə tərəf gəlmirsinizsə, özünüz bilərsiniz, bunu problemə çevirməyin».