SDU REKTORU NAZİRƏ PUL ÖTÜRMƏK İSTƏYİB
Tarix: 15-07-2013, 15:10 |
Çap et
MİKAYIL CABBAROV ÖZÜ ŞİKAYƏTÇİ DÜŞÜB
DİA.AZ: - Keçən günlərdə yeni təhsil naziri Mikayıl Cabbarovun bir sıra ali təhsil ocaqlarının rəhbərlərinə qarşı tədbir görəcəyi haqda xəbər yaymışdıq. Bu gün DİA.AZ-a sözügedən istiqamətdən yeni informasiyalar daxil olub.
Bilgili qaynaqların redaksiyamıza ötürdüyü xəbərə görə, Mikayıl Cabbarov yeni dərs ilinə qədər təkcə rektorlarla bağlı tədbir görməyəcək, eyni zamanda təhsil nazirliyinin bir sıra yetkililərinə qarşı da addımın atılması planlaşdırılır.
Bu barədə mənbənin söylədikləri: «Konkret olaraq nazirliyin iki yüksək çinli əməkdaşı ilə bağlı hüquqi araşdırmaların aparılması üçün şəxsən nazir Mikayıl Cabbarov tərəfindən müvafiq dövlət qurumlarına müraciət göndərilib. Onlardan biri dərslik siyasətinə nəzarət edən sektordusa, digəri də ali təhsil sahəsinə nəzarət edilməsində yol verilən nöqsanlarla əlaqədardır».
Mənbəmiz iddia edir ki, bu prosesdə təkcə Sumqayıt Dövlət Universitetinin rektoru deyil, həm onun nazirlikdə himayədarı və həm də eləcə də bir sıra özəl ali təhsil müəssisələri də «zərərlə çıxacaq»: «SDU-nun rektoru Nadir Qəhrəmanov ciddi şəkildə narahatdır. Onun hətta nazirə 3 milyon manat ötürmək istədiyi, amma yeni nazirin bu puldan imtina etdiyi haqda xəbərlər də yayılıb».