AZƏRBAYCANDA TƏHSİL HAQQI PARADOKSU
Tarix: 17-07-2013, 12:12 | Çap et
“Türkiyənin dövlət universitetlərində fakültədən asılı olaraq təhsil haqları 200-1200 dollar arasında dəyişir. Türkiyənin hər hansı şəhərində kirayə və yemək pulu isə qaldığın şəhərdən asılı olaraq təxminən 300-400 dollara başa gəlir”. Bu sözləri bizimlə söhbətində təhsil almaq üçün xaricə tələbə göndərişlərini təşkil və təklif edən “Akademi Group” şirkətinin layihələr üzrə meneceri Razi Vəliyev bildirdi.
Qeyd edək ki, Türkiyədə 100-ə yaxın dövlət universiteti var və bu universitetlərdə təhsil haqları müxtəlifdir. Amma dövlət universitetlərinin heç birində ən prestijli ixtisaslarda belə təhsil haqqı 1500 manatı keçmir.
Türkiyədə ali təhsil ödənişsizdir
R.Vəliyev Ankara və İstanbul Dövlət Universitetlərində bəzi fakültələrdə illik təhsil haqlarını da dedi. Məlum oldu ki, sözügedən universitetlərdə təhsil alaraq mühəndis olmaq istəyənlər 750 manat, hüquqşünas və jurnalist olmaq arzusunu reallaşdırmaq istəyənlər 550 manat, türk dili və ədəbiyyatı, yaxud tarix, ingilis dili müəllimliyi ixtisasları üçün illik 550 manat, iqtisadiyyat fakültəsinə daxil olan mühasibat uçotu və audit, marketinq, menecment ixtisaslarının tələbələri isə 750 manat ödəməlidirlər. Stomatoloq və əczaçı olmaq istəyənlərə arzuları illik 900 manata başa gəlir, müalicə işinin tələbələri üçün isə illik təhsil haqqı 1100 manatdır. R.Vəliyevin sözlərinə görə, Türkiyənin digər şəhərlərində yerləşən universitetlərdə təhsil haqları sadaladığımız ixtisaslar üzrə hətta daha ucu başa gəlir.
Onu da deyək ki, ötən ildən Türkiyə ödənişsiz təhsil sisteminə keçid barədə qərar qəbul edib. Baş nazir Rəcəb Tayyib Ərdoğanın qərarına əsasən, dövlət universitetlərində təhsil almaq istəyənlər pul ödəməyəcəklər. Sözügedən təhsil haqları yalnız ikinci ali təhsil almaq istəyənlər və əcnəbi vətəndaşlar üçün keçərlidir.
Qardaş ölkə ilə qiymət fərqləri
Türkiyənin dövlət universitetlərində təhsil haqları 200 manatdan başlayırsa, məntiqlə Azərbaycanda ali məktəblərdə təhsil haqqının daha ucuz olduğunu düşünmək olar. Çünki qardaş ölkədə müəllimlər Azərbaycandakından daha yaxşı maaş alırlar. Amma apardığımız kiçicik araşdırma tam tərsini göstərdi. Bəlli oldu ki, Azərbaycanın dövlət universitetlərində təhsil haqları Türkiyənin dövlət universitetlərindən 2-6 dəfə çoxdur. Belə ki, İstanbul Universitetində hüquqşünas olmaq üçün illik 550 manat ödəmək lazımdırsa, Bakı Dövlət Universitetində 3 min manat illiyi ödədikdən sonra hüquqşünas olmaq mümkündür. İstanbul və Ankara Universitetlərində illik 900 manat ödəməklə əczaçı və stomatoloq olmaq mümkündürsə, Azərbaycan Dövlət Tibb Universitetinə illik təxminən 3 dəfə çox, yəni 3 min manat ödəyib sözügedən ixtisaslara yiyələnmək olar. Azərbaycanda ən prestijli ixtisas sayılan müalicə işində oxumaq üçün illik 3 min manat, İstanbul universitetində isə 1100 manat ödəmək kifayətdir. Yeri gəlmişkən, onu da xatırladaq ki, Azərbaycan Tibb Universitetinin diplomları ilə Avropa ölkələrində olduğu kimi, Türkiyədə də işləmək mümkün deyil. Digər ixtisasların müqayisəsinə gəlincə, Bakı Dövlət Universitetinin tarix fakültəsində oxumaq 1500, filologiyada oxumaq 1200 manata, İstanbul və Ankara Universitetlərində, bu, cəmi 550 manata başa gəlir.
Azərbaycan Dövlət iqtisad Universitetində mühasibat uçotu və audit ixtisası üzrə təhsil alanlar 1900, Azərbaycan Dövlət İdarəçilik Akademiyasında iqtisadiyyat, həmçinin menecment ixtisasları üzrə təhsil haqları 2 min manat, İstanbul və Ankara universitetlərində sözügedən ixtisaslar üzrə təhsil haqları isə cəmi 750 manatdır.
Xatırladaq ki, hazırda Azərbaycanın ali təhsil müəssisələrində ən aşağı təhsil haqqı təxminən 900, ən yuxarı təhsil haqqı isə 4500 manatdır.
Qanunauyğunluq, konsepsiya olmalıdır
Qonşu ölkədəki dövlət universitetləri ilə ölkəmizdəki dövlət universitetlərində təhsil haqları arasındakı kəskin fərqə münasibət bildirən təhsil üzrə ekspert Əjdər Ağayev bildirdi ki, Azərbaycanda təhsil haqları müəyyənləşərkən nə təlimin keyfiyyəti, nə də insanların imkanları nəzərə alınmayıb: “Türkiyədə bu məsələlərə xüsusi nəzarət mexanizmi var. Hər hansı ali məktəbə imkan verilmir ki, istədiyi qiyməti qoysun. Müəyyən qurumlar əhalinin sosial vəziyyətini, onun illik nə qədər təhsil haqqı verə biləcəyini hesablayır və real vəziyyət nəzərə alınmaqla təhsil haqları müəyyənləşdirilir. Dəfələrlə mətbuatda da yazılıb ki, Tarif Şurası təhsil haqlarının miqdarına qiymət qoysun, bunun bir norması yaransın”.
Ə.Ağayevin fikrincə, Azərbaycanda təhsil haqlarının yüksək olmasının təhsilin keyfiyyəti ilə heç bir əlaqəsi yoxdur: “Bu, sadəcə, ehtiyacdan yaranıb. Ali məktəblər düşünürlər ki, pula ehtiyac çoxdursa, bunu tələbələrin hesabına ödəməlidirlər. Beləliklə, tələbənin ödəniş haqqını çox qoyurlar. Nəticədə tələbələr çox əziyyət çəkir, adam var hardansa borc alır, adam var kifayət qədər bal toplasa da, təhsil haqqını verə bilmədiyindən oxumur. Düşünürəm ki, burada bir qanunauyğunluq, konsepsiya olmalıdır. Hələ ki, Azərbaycanda bunu görmürəm”.
Heç bir məmur liseydə uşağı “tapşır”a bilməz
Digər təhsil eksperti Məhərrəm Zülfüqarlı bildirdi ki, təhsil Türkiyə dövlətinin siyasətində aparıcı rol oynayır: “Dünyanın müxtəlif ölkələrində türk liseyləri fəaliyyət göstərir və keyfiyyətinə görə fərqlənirlər. Türklər başqa ölkələrdən tələbələrinin Türkiyəyə gəlməsinə və 1-ci kursa qəbul olunmamışdan əvvəl türk dilini öyrənməsinə böyük vəsait ayırırlar. Türkiyəyə gəlib, türk dilini öyrənib təhsil alan hansısa ölkənin tələbəsi gələcəkdə Türkiyə dövlətçiliyini təbliğ edən təbliğatçıya çevrilir. Bu baxımdan Türkiyə hökuməti başqa sahələrdən kəsərək təhsilə böyük diqqət ayırır. Bu da ona gətirib çıxarır ki, orada ödənişli təhsil haqqı simvolik xarakter daşıyır”.
M.Zülfüqarlının fikrincə, Azərbaycanda da sözügedən təcrübədən istifadə etmək olar və dövlətin buna gücü çatar: “Neft və qazla zəngin olan Azərbaycan da təbliğat üçün belə bir nümunədən istifadə etməlidir”.
Azərbaycan və Türkiyə təhsili arasındakı fərqə gəlincə müsahibimiz dedi ki, Azərbaycanda yenə də təhsildə tapşırıqla qiymət yazmaq, qohumbazlıq, yerlibazlıq halları güclüdür və bu, təhsilə böyük zərbə vurur. Türkiyə təhsilində isə biz bunu görə bilmərik: “Adicə Azərbaycanda fəaliyyət göstərən türk liseylərini götürək. Heç bir rəhbər qurum liseydə oxuyan hansısa uşağı tapşıra bilməz. Amma bəla burasındadır ki, Azərbaycan məktəblərinə bu cür müdaxilələr var”. \ kaspi \
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• “Çinar Park”ın dövlətə 100 min manatdan çox vergi borcu var - Biznes mərkəzini idarə edir...
Bu gün, 10:22 |
|
|
|
• “Azərbaycan COP29-la bağlı qarşısına qoyduğu bütün hədəflərə nail oldu” - deputat
Bu gün, 10:17 |
|
|
|
• Azərbaycanda DƏHŞƏT: qardaş qardaşı öldürdü
Bu gün, 10:12 |
|
|
|
• “Bakı Telefon Rabitəsi” sığortaçı seçib
Bu gün, 10:05 |
|
|
|
• Deputat Əminə Ağazadə MDB PA-nın Hüquqi məsələlər üzrə daimi komissiyasının sədr müavini seçilib - FOTO
Bu gün, 10:04 |
|
|
|
• Azərbaycan Mərkəzi Bankı sığortaçı seçib
Bu gün, 09:48 |
|
|
|
• Rusiya ordusu yeni hücuma hazırlaşır - “DeepState”
Bu gün, 09:47 |
|
|
|
• Bu gündən COP29 zolaqları qüvvədən düşüb - DİQQƏT
Bu gün, 09:43 |
|
|
|
• İşçisini acımasızcasına döyən aptek müdiri OLİQARX ÇIXDI... - SİYAHI
Bu gün, 09:42 |
|
|
|
• Kredit sənin üçün bitib, bizim üçün yox... - Bir "Kontakt Home" NAĞILI...
Bu gün, 09:25 |
|
|
|
• Elmi-Tədqiqat Kardiologiya İnstitutu kotirovka sorğusuna yekun vurub
Bu gün, 09:20 |
|
|
|
• AMB işğaldan azad edilmiş ərazilərdə poçt filialına bank lisenziyası verib - İLK DƏFƏ...
Bu gün, 09:19 |
|
|
|
• Bakıda maraqlı boşanma: Milyoner cütlüyün toydan bir ay sonrakı DAVASI - TƏFƏRRÜAT
Bu gün, 09:17 |
|
|
|
• Vilsondan bəri ən ermənipərəst administrasiya… - Tenni
Bu gün, 09:13 |
|
|
|
• Bahar Muradova Faiq Ağayevi təriflədi - FOTO
Bu gün, 09:09 |
|
|
|
• İpoteka və Kredit Zəmanət Fondu 3 illik auditor seçib
Bu gün, 09:05 |
|
|
|
• Prezident İlham Əliyev Kəlbəcər Şəhəri Günü münasibətilə paylaşım edib - FOTO
Bu gün, 09:04 |
|
|
|
• Borc ikiqat artdı: çürüyən dövlətə çevrilirik - Avetisyan
Bu gün, 09:01 |
|
|
|
• CƏZA ARDINCA CƏZA: “Bakı Sığorta”nın səhmdarlarından biri cərimələndi - TƏFƏRRÜAT
Bu gün, 08:59 |
|
|
|
• Fəaliyyətsiz qalmış “Sumqayıt Tikiş” ASC-nin - SƏHMDARLARI TOPLANIR
Bu gün, 08:56 |
|
|
|
• Dillər Universitetində NƏ OYUNLAR ÇEVRİLİR... - İLGİNC FAKTLAR...
Bu gün, 08:49 |
|
|
|
• Yeni iş tapa bilməyən şəxslər üçün... - Ekspert danışır...
Bu gün, 08:41 |
|
|
|
• `Bazarstore`da konfet alana `vitamin` hədiyyə... - FOTOFAKT
Bu gün, 08:36 |
|
|
|
• Burda müştərini rəsmən QARƏT EDİRLƏR - BU NƏ HESABDIR?
Bu gün, 08:30 |
|
|
|
• Ucarda Qarabağ Qazisi NARAZILIQ EDİR... - MÜRACİƏT
Bu gün, 08:22 |
|
|
|
• Mürsəl İbrahimovun “X5” sevdalı işçisi... - O GÖRÜNMƏZDİRMİ?
Bu gün, 08:17 |
|
|
|
• Nəcəflinin XALQLA... XALQA QAPALI GÖRÜŞÜ... - BU NƏDİ BELƏ?..
Bu gün, 08:11 |
|
|
|
• Tramp Ərdoğanı Putinlə yaxınlaşdıracaqmı? - NƏ BAŞ VERİR?
Bu gün, 08:08 |
|
|
|
• Məktəblərdə payız tətilindən sonra dərslər başlayıb
Bu gün, 08:05 |
|
|
|
• Aqrar sektor niyə sürətlə geriləyir? - NAZIRIN NƏZƏRİNƏ...
Bu gün, 07:11 |
|
|
|
• Bayden Trampa qədər nüvə savaşı başladacaq - Skott Ritter
Bu gün, 07:07 |
|
|
|
• Bu boyda işi tək adamın törədə biləcəyinə inanmıram - MƏHKƏMƏ
Bu gün, 07:03 |
|
|
|
• Gəlirlərin artması üçün yeni yol tapılıb - "...nədənsə indi yada düşüb"
Bu gün, 06:48 |
|
|
|
• “Ədəbi əks-səda”nın sədası sonra çıxacaq - MÜSAHİBƏ
Bu gün, 06:46 |
|
|
|
• Qərbi Azərbaycana QAYIDIŞ: Mane olmamalıdırlar... - AKTUAL
Bu gün, 06:42 |
|
|
|
• COP29-un tarixi uğuru nə oldu? - İNCƏLƏMƏ
Bu gün, 06:36 |
|
|
|
• Köçəryan sirləri açdı: - Qarakənddə vurulan helikopterdə o da olub
Bu gün, 06:29 |
|
|
|
• Türkiyədən ermənipərəst jurnalistə qadağa: - ölkəyə buraxılmadı
Bu gün, 00:08 |
|
|
|
• Bu gün Kəlbəcər Şəhəri Günüdür
Bu gün, 00:03 |
|
|
|
• Berbok Bakını niyə erkən tərk edib? - HƏQİQƏTƏN DƏ...
Dünən, 21:36 |
|
|
|
• Sumqayıt şəhər 4 nömrəli xəstəxanaya yeni baş həkim təyin olunub - ƏMR
Dünən, 21:34 |
|
|
|
• "Bundan başqa bizə nə lazımdır axı?"
Dünən, 19:28 |
|
|
|
• Kimin hərbçiləri Mariupol və Xarkovda: “Havanın pisləşməsini gözləyirlər” - GƏLİŞMƏ
Dünən, 19:26 |
|
|
|
• “Seçilən müəlliflərin dövlət tərəfindən dəstəklənməsi arzuedilən olardı” - ÇAĞIRIŞ
Dünən, 19:21 |
|
|
|
• Avropa yeni enerji böhranı ilə üzləşib - “Bloomberg”
Dünən, 15:35 |
|
|
|
• Aptek müdürü işçisini vəhşicəsinə döydü - DİN araşdırma aparır (VİDEO)
Dünən, 15:33 |
|
|
|
• Ermənistana silah daşınır – MN narahatdır, çağırış etdi
Dünən, 15:22 |
|
|
|
• Fidanın mesajı təşviş doğurdu – Qoşunlar ora girib, əgər çıxarılmasa…
Dünən, 13:42 |
|
|
|
• Dünya Azərbaycanın uğurlu liderlik bacarığının bir daha şahidi oldu - İNCƏLƏMƏ
Dünən, 13:40 |
|
|
|
• Bakıda 300 milyard razılaşdırıldı: Amma Leyen və Berbok… - AXI NİYƏ?..
Dünən, 13:37 |
|
|
|
|