Bu məhsulların satışı ciddi problemlərə yol açır .....                     Kommunizmə qayıdırıq?: Parlamentdə təklif... .....                     Azərbaycanın xalq artisti vəfat etdi .....                     Dövlət qurumu "Atasığorta"nı seçdi .....                     “İpək Yolu Sığorta”nın səhmdarlarının yığıncağı .....                     Elşənlə Ozanın serialı bu tarixdə yayımlanacaq .....                     Ermənistanda naməlum şəxs qumbara partlatmaq istəyib .....                     Bakıda qadınları təqib edən gənc oğlan həbs edildi... .....                     Qazaxıstandan Azərbaycanla bağlı mühüm açıqlama .....                     Prezident İlham Əliyev Donald Trampa zəng edib .....                     70 kiloqram qızılla saxlanılan hərbi attaşe DTX-də həbs edilib .....                     Putin bu ölkəni pay-püş edir: .....                     Duda İrəvanda: Azərbaycan sərhədinə gələcək .....                     "3-4 min manat tələb olunur, əgər bu davam etsə..." .....                     "Qardaşım "ləyaqətsiz vərəsə" kimi məni məhkəməyə verib" .....                     145 saylı məktəbdən NARAZILIQ .....                     Xəstəxanalardakı “qəssab”lara bıçağı kim verir? .....                     Bakıda NATO nümayəndə heyəti ilə görüş keçirilib .....                     Dollara rekord tələbat .....                     Dezinformasiyanın qarşısını hansı yollarla almaq olar? .....                     Bakı metrosunda yeni qatarları 1 milyon manata bu şirkət .....                     Elza Seyidcahanın iddiasına .....                     Bakıda aktrisa şikayət etdi, xanım prodüserə cinayət işi açıldı .....                     Xırdalanda eyni şirkətə 3 ayda 4-cü tender verildi .....                     Qorxu filmlərini xatırladan UNİVERSİTET .....                     Bəlli dairələrin murazı gözündə qaldı, .....                     Türkiyə-Azərbaycan sərhəddində 20 KİLOMETRLİK TIXAC... .....                     Əbu-Dabidə “Şuşa günləri” keçiriləcək .....                     Üç qüvvə birləşdi .....                     Azərbaycanın sabiq deputatı olan general məhkəməyə verildi .....                     Gəncə Dövlət Tibb Kollecində RÜŞVƏT İDDİASI .....                     Hərbi ekspert Ədalət Verdiyev həbs edilib .....                     “Salyan Oil Limited” YAŞILLIĞA QƏNİM KƏSİLDİ VƏ... .....                     “Gələcəyini Qur!” təhsil təqaüdünü qazanmış abituriyentlərlə “Veysəloğlu Şirkətlər Qrupu”nda görüş keçirildi .....                     COP29-da Azərbaycan tarixi nəticə əldə etdi .....                     Qənirə Ataşovanın hesabı silindi .....                     Bakıda tiktoker qızdan ŞOK ƏMƏL: kişini tapıb ayağından öpdürdü .....                     Boşanan qadına əxlaqsızlıq təklif edildi, əri və qardaşı... .....                     Deputat qohumunu işdən çıxarıb öz xanımını təyin etdi .....                     Keşmiş işçici ilə KTN arasında .....                 

ELŞAD ABDULLAYEV PREZİDENTDƏN İSTƏNİLDİ
Tarix: 18-07-2013, 11:50 | Çap et
ELŞAD ABDULLAYEV PREZİDENTDƏN İSTƏNİLDİ
ABU-NUN TƏLƏBƏLƏRİ İLƏ BAĞLI FRANSUA OLLANDA ŞOK MÜRACİƏT EDİLDİ

DİA.AZ: - Tanınmış vəkil, ABU Tələbələrinin Hüquqlarını Müdafiə Komitəsinin sədri Ramiz Zeynalov Fransa Respublikasının Prezidentinə müraciət hazırlayıb. DİA.AZ bildirir ki, həmin müraciət Elşad Abdullayevin Fransada pul gücünə təmin etdiyi hüzuru pozacaq qədərində əhəmiyyətə balik olduğundan böyük rezonans yaradıb.

Beləliklə, müraciətdə deyilir:

-Çox hörmətli cənab Prezident Fransua Olland!

Bildirirəm ki, mən Azərbaycanda və Rusiyada uzun illər peşəkar vəkil kimi fəaliyyət göstərmişəm və Azərbaycan Vəkillər kollegiyasının üzvüyəm, dünyanın bir çox ölkələrinin Vəkillik İnstitutları ilə əmkdaşlıq şəraitində fəaliyyət göstərirəm.

Onu da nəzərinizə çatdırıram ki, mən bu ilin fevral ayından «Azərbaycan Beynəlxalq Universiteti» adlı özəl təhsil müəssisəsinin Tələbələrinin Hüquqlarının Müdafiəsi Komitəsinin sədriyəm. Bu Komitənin yaradılmasına səbəb isə həmin universitetin sabiq rektoru, bir müddətdir Fransada mühacir kimi yaşayan Elşad İslam oğlu Abdullayevin qanunsuz hərəkətlərinin, korrupsiya əməllərinin qurbanı olan on minlərlə tələbə və onların valideynlərinin pozulmuş hüquqlarının bərpasıdır.

Məlumat üçün bildirirəm ki, Azərbaycan Beynəlxalq Universiteti (ABU) 1997-ci ildə təsis olunmuşdur və hər dəfə 5 il müddətinə fəaliyyəti üçün Azərbaycan Təhsil Nazirliyindən lisenziya almışdır. Lakin fəaliyyəti dövründə adı çəkilən təhsil müəssisəsindəki qanunsuz fəaliyyət barədə yuxarı dövlət orqanlarına dəfələrlə şikayətlər edilmiş, Təhsil Nazirliyi tərəfindən bir neçə dəfə ABU-nun rəhbəri Elşad İslam oğlu Abdullayevə xəbərdarlıq edilmişdir. Bu xəbərdarlıqlara səbəb isə ABU-ya qanunsuz tələbə qəbulu, kütləvi surətdə saxta diplom satışı, tələbələrdən semestrlərdə (imtahanlarda) kütləvi pul yığılıb rüşvət alınması, nəhayət, saxta yolla hazır diplomların satışı olmuşdur. Vəziyyət o dərəcədə acınacaqlı olmuşdur ki, qanunsuz əməllərindən çəkinmək əvəzinə, Elşad İslam oğlu Abdullayev ABU-da qohum-əqrabadan ibarət mütəşəkkil cinayətkar dəstə yaratmış, özünün qardaşlarını, bacı uşaqlarını, qaynatasını, qayınlarını, qaynənəsini, xanımını, digər qohumlarını bu prosesə cəlb etmişdir.

Bununla kifayətlənməyən ABU rektoru hətta, paralel olaraq Rusiyada qanunsuz olmaqla ABU-nun Moskva, Dubay filiallarını yaratmış, Azərbaycandakı cinayətkar fəaliyyətini orada da davam etdirmişdir.

Nəhayət, vəziyyətin kritik olduğunu, valideyn və tələbələrdən kütləvi şikayətləri əsas tutan Azərbaycan Təhsil Nazirliyi 2010-cu ildə ABU-nun fəaliyyətini dayandırmış, lisenziyasını ləğv etmişdir.

Bunun ardınca isə Ukrayna DİN-dən Azərbaycan Baş Prokurorluğuna daxil olmuş məxfi sənədlərdən bəlli olmuşdur ki, Elşad İslam oğlu Abdullayev uzun illər ərzində özünə məxsus «ABU Klinika»da qanunsuz olaraq insan orqanlarının transplantasiyası ilə də məşğul olmuşdur. Bu fakt üzrə Azərbaycan Baş Prokurorluğunda E.Abdullayevə qarşı cinayət işi başlanmışdır. Lakin bundan duyuq düşən Elşad islam oğlu Abdullayev dərhal Fransaya qaçmış, orada özünü dövlət tərəfindən təqib olunmuş kimi təqdim edərək mühacir kimi yaşamağam başlamışdır. Halbuki E.Abdullayev özü Dövləti vəzifələrdə çalışmış, hakim Yeni Azərbaycan Partiyasının ən fəal üzvlərindən biri olmuş, Azərbaycan Prezidenti yanında Ali Attestasiya Komissiyasının hüquq sektorunun müdiri olmuş, Heydər Əliyev İrsini Öyrənmə Mərkəzinin direktoru olmuşdur və s. Yəni, hakimiyyətin himayəsində və təminatında olan, hakim partiyanın fəallarından olub Siyasi Şurasında təmsil olunmuş bir şəxsə qarşı hakimiyyətin təzyiqi və ya təqibi mümkünsüzdür. O, sadəcə, bu yolla Fransa hökumətini aldatmağa çalışmışdır və təəssüflər olsun ki, buna qismən də nail ola bilmişdir.

Bundan əlavə, E.Abdullayevin barəsində hazırda rüşvət verməyə cəhd cinayəti üzrə də barəsində cinayət işi istintaq olunur.

E.Abdullayevin Fransanın tanınmış alimi Gi Brebanın Ёfransanın inzibati hüququ», Rusiyann tanınmış professoru A.N.Kozırinin «Beynəlxalq inzibati hüquq» adlı elmi əsərlərini oğurlayıb öz adına çıxması barədə də Azərbaycanda qalmaqal yaranmış, hətta Rusiyalı alim Kozırin özünün növbəti dərsliyində bu barədə qəzəblə açıqlama vermiş, Rusiya TN-nə şikayət vermişdir. E.Abdullayevin bu plagiat hərəkətləri onun doktorluq elmi işində də baş vermişdir. Bununla bağlı Azərbaycanda müstəqil jurnalist araşdırması nəticəsində toplanmış materiallar Rusiya TN-ə göndərilmişdir və bununla bağlı nazirlikdə yaradılmış Xüsusi İşçi Qrup 2011-ci ilin dekabrın 21-də həmin doktorluq işini ləğv etmişdir. Bu barədə rəsmi sənədləri Sizə təqdim edirik.

Cənab Prezident!

Nəhayət, bildirmək istəyirəm ki, rəhbəri olduğum Azərbaycan Beynəlxalq Universiteti Tələbələrinin Hüquqlarının Müdafiəsi Komitəsi 16 fevral 2013-cü il tarixdə təsis olunaraq, Bakı şəhəri, Nərimanov rayonu, Ağa Nemətulla küçəsi, 29/89, mənzil 7 ünvanda fəaliyyət göstərməkdədir. Fəliyyət göstərdiyi dövr ərzində komitəyə minlərlə ABU-nun tələbələri və onların valideyinləri müraciət edib, çoxsaylı zərərçəkən-aldadılmış tələbələr komitəyə ərizə verərək qanunsuzluq törətmiş ABU-nun rəhbərliyinə qarşı ciddi tədbirlərin görülməsini tələb ediblər. Ərizələr üzrə toplanmış izahat və digər sənədlər aidiyyəti üzrə araşdırma aparılması üçün Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı mübarizə İdarəsinə göndərilib.

Bundan başqa, ABU-nun “Moskva” filialında «təhsil almış», daha doğrusu, aldadılmış mindən çox tələbə haqqında elektron daşıyıcısında məlumat, RF-nın Dağıstan Respublikasında müxtəlif təhsil müəssisələrindən köçürülmüş 100-ə yaxın tələbənin siyahısı Korrupsiyaya qarşı mübarizə idarəsinə təqdim edilmişdir.

Müraciətlər təhlil edilərkən müəyyən olunub ki, Elşad Abdullayevin başçılıq etdiyi, qayınatası Hüseyn Əhmədovun, qardaşı Eldəniz Abdullayev və qeyrilərinin daxil olduğu ABU adı altında korrupsiya şəbəkəsinin fəaliyyəti tələbələrin və onların valideyinlərinin maddi vəziyyətinə, sosial statusuna, şəxsiyyətlərinə baxmayaraq, universitetə qəbuldan başlayaraq, buraxılış imtahanlarına qədər Elşad Abdullayev üçün maksimal dərəcədə qanunsuz gəlir əldə etməyə, onun və ailəsinin varlanmasına yönəlib. Aparılmış istintaq yolu ilə aşkar olunmuşdur ki, təkcə E.Abdullayevin ABU-da 1 prorektoru olmuş 87 yaşlı qayınatası H.Əhmədovun adına ümumi dəyəri on milyon dollarla ölçülən 20 mənzil, bağ və digər mülklər vardır (Rəsmi təsdiqləyici sənədləri təqdim edirəm).

Elşad Abdullayevə və onun başçılıq etdiyi ABU adlı korrupsiya yuvasına “təhsil vermək” anlayışı yad olub. Tələbələrin qaçqın və ya məcburi köçkün, kasıb ailənin nümayəndəsi olması mütəşəkkil dəstənin üzvlərini öz çirkin niyyətlərinə nail olmaqdan çəkindirməyib. Məsələn, işğal olunmuş Kəlbəcər rayon qaçqını, Sumqayıt şəhərində məskunlaşmış Həsənov Nazim Çingiz oğlu 2005-cı ildə 2500 ABŞ dolları rüşvət verməklə ABU-nun maliyyə-kredit fakültəsinə daxil olub, təhsil haqqını ödəməklə bərabər, hər semestr imtahanlarına görə 250 ABŞ dolları, diplom almaq üçün 2009-cu ildə 1500 ABŞ dolları korrupsiya şəbəkəsinə daxil olan şəxslərə verib, buna baxmayaraq bu günə qədər diplom ala bilməyib.

Ağdam rayon qaçqını, Bərdə rayonunda məskunlaşmış Hümbətov Şamo Hümbət oğlu verdiyi 2000 manat rüşvət müqabilində ABU-nun riyaziyyat-informatika fakültəsinə qəbul edilmiş, hər semestr imtahanlarına görə ondan 200 manat, dövlət imtahanlarına görə isə 1.000 manat alınsa da, ali təhsil alması barədə diplom bu günə qədər verilməyib. Təhsil haqqı da nəzərə alınmaqla qaçqınçılıq həyatı yaşayan Şamo Hümbətovdan Elşad Abdullayevin rəhbərlik etdiyi korrupsiya şəbəkəsi tərəfindən ümumilikdə 20.000 manat məbləğində pul alınıb.

Tələbə qəbulu üzrə dövlət komissiyası tərəfindən təşkil olunan test imtahanlarından kənar şəxsləri ABU-ya qəbul edilməsini təmin etmək üçün Elşad Abdullayevin rəhbərlik etdiyi mütəşəkkil dəstə Rusiya Federasiyasında, Ukrayna Respublikasında və Gürcüstanda yerləşən müxtəlif təhsil müəssisələri vasitəsilə tələbələrin qəbulunu saxta sənədlər əsasında rəsmiləşdirmiş, bir müddətdən sonra isə tələbələrin ABU-ya köçürülməsini həyata keçiriblər.

Belə ki, Elşad Abdullayevə bilavasitə 3000 ABŞ dolları rüşvət ödəyib, Vahabova Günel Mail qızı 2004-cü ildə test imtahanlarını vermədən RF-nın Dağıstan Respublikasının Dərbənt şəhərində yerləşən Stalski adına RF-nın Açıq Sosial Universitetinin “bədən tərbiyyəsi” fakultəsinə rəsmiləşdirilərək, sonradan ABU-ya həmin fakultənin 2-ci kursuna köçürülmüş, hər semestrə 150 manat, dövlət imtahanlarına görə 1.000 manat ödəyən Günel Vahabova digər minlərlə tələbə kimi diplomsuz qalıb.

Komitəyə müraciət edən tələbələrin bir qismi isə universitet bağlanıldığı üçün təhsilini başa çatdıra bilməyiblər. Bu sıradan olan “İqtisadiyyatın hüquqi tənzimlənməsi” fakultəsinin tələbəsi Cavadov Vüsal Məzahim oğlu 2007-ci ildə test imtahanlarından kənar ABU-ya qəbul olunarkən bilavasitə Elşad Abdullayevə sonuncunun iş otağında 5.000 manat məbləğində pul verib, hər semestr imtahanlarına görə 400-500 manat rüşvət şəkilində ödəyib. Son nəticədə Vüsal Cavadov təhsilini başa vura bilməyib, ailəsinə isə çox ciddi mənəvi və maddi ziyan dəyib.

Elşad Abdullayevin və onun rəhbərlik etdiyi korrupsiya mütəşəkkil dəstənin törətdikləri qanunsuzluqları əks etdirən çoxlu sayda digər misalları da çəkmək olar.

Komitəyə müraciət edən tələbə və valideyinlərin sözlərindən məlum olub ki, ABU-da Elşad Abdullayevin rəhbərliyi altında fəaliyyət göstərən korrupsiyalaşmış mütəşəkkil dəstənin üzvləri xırda məsələləri belə ödənişli əsaslarla həll ediblər. Tələbələrə məcburi qaydada lazım olmayan kitabların, müxtəlif tədbirlərə biletlərin satışı həyata keçirilib, hətta tələbə bileti və qiymət kitabçası 40 manat alındıqdan sonra verilib, buraxılan dərsləri qeydə alınmamasına görə mütləq qaydada pul alınıb.

Komitənin fəaliyyət göstərdiyi dövr ərzində ABU-da baş verən korrupsiya halları və Elşad Abdullayevin qanunsuz hərəkətləri barədə Korrupsiyaya qarşı mübarizə İdarəsinə məlumat verməklə yanaşı, Fransa səfirliyinə, Fransa Xarici İşlər Nazirliyinə, “Euronews” telekompaniyasına, Avropa İnsan haqları Məhkəməsinə müraciət edilmiş və müvafiq təsdiqedici sənədlərin surətləri göndərilmişdir.

Çox hörmətli cənab Prezident!

Azərbaycanda hər kəsə məlumdur ki, Fransa Avropada demokratik dəyərlərə xüsusi önəm verən, insan azadlıqları və hüquqlarının pozulmasına qarşı çıxan, ədalətin və haqqın bərqərar olunması üçün səy göstərən bir dövlətdir. Lakin Elşad İslam oğlu Abdullayev kimi bir korrupsionerin və cinayətkarın Fransa kimi bir demokratik dəyərlər beşiyi olan ölkədə cəzasız yaşaması Azərbaycan ictimaiyyətində təəssüf hissi ilə qarşılanır və Fransa hökumətinə, Fransa dövlətinin demokratik dəyərlərinə, qanunlara hörmət imicinə olan inamı heçə endirir.

Odur ki, bir vəkil və hüquqşünas olaraq, xahiş eldirəm, müraciətimə həssas yanaşılaraq, Elşad İslam oğlu Abdullayevin Fransada cəzasız yaşayıb-fəaliyyət göstərməsinə imkan verilməsinin qarşısı alınsın və o, Azərbaycanın hüquq mühafizə orqanlarına təhvil verilsin.

Dərin hörmət və inamla:

Ramiz Zeynalov,

Azərbaycan, Bakı şəhəri

17 iyul 2013-cü il









 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Bu məhsulların satışı ciddi problemlərə yol açır -Ekspertdən çağırış
Bu gün, 00:28
Kommunizmə qayıdırıq?: Parlamentdə təklif... - "Kolxoz və sovxozlar yaradılsın"
Bu gün, 00:24
Azərbaycanın xalq artisti vəfat etdi
Bu gün, 00:19
Dövlət qurumu "Atasığorta"nı seçdi
Bu gün, 00:05
“İpək Yolu Sığorta”nın səhmdarlarının yığıncağı - KEÇİRİLƏCƏK
Bu gün, 00:02
Elşənlə Ozanın serialı bu tarixdə yayımlanacaq
Dünən, 23:59
Ermənistanda naməlum şəxs qumbara partlatmaq istəyib - FOTO
Dünən, 23:56
Bakıda qadınları təqib edən gənc oğlan həbs edildi... - Məhəlləyə "nəzarət" edirmiş
Dünən, 23:53
Qazaxıstandan Azərbaycanla bağlı mühüm açıqlama
Dünən, 23:46
Prezident İlham Əliyev Donald Trampa zəng edib
Dünən, 23:39
70 kiloqram qızılla saxlanılan hərbi attaşe DTX-də həbs edilib - TƏFƏRRÜAT
Dünən, 23:36
Putin bu ölkəni pay-püş edir: - Vaşinqton və Varşava plana şərikdir?
Dünən, 21:35
Duda İrəvanda: Azərbaycan sərhədinə gələcək - ZİBİLƏ DÜŞMÜŞÜK...
Dünən, 21:30
"3-4 min manat tələb olunur, əgər bu davam etsə..." - Deputat SƏNƏDSİZ EVLƏRDƏN danışdı
Dünən, 21:27
"Qardaşım "ləyaqətsiz vərəsə" kimi məni məhkəməyə verib" - Tanınmış aktrisa
Dünən, 20:18
145 saylı məktəbdən NARAZILIQ - İstilik yoxdur, uşaqlar xəstələnsə, kim cavab verəcək?
Dünən, 20:13
Xəstəxanalardakı “qəssab”lara bıçağı kim verir? – Nazirlik diplomsuz həkim sualından yayındı
Dünən, 19:32
Bakıda NATO nümayəndə heyəti ilə görüş keçirilib
Dünən, 19:18
Dollara rekord tələbat – Ekspertlər deyirlər ki...
Dünən, 19:02
Dezinformasiyanın qarşısını hansı yollarla almaq olar? - Qərb mediası və Azərbaycan...
Dünən, 18:58
Bakı metrosunda yeni qatarları 1 milyon manata bu şirkət – TƏMİR EDƏCƏK
Dünən, 18:56
Elza Seyidcahanın iddiasına nazirlikdən CAVAB
Dünən, 18:39
Bakıda aktrisa şikayət etdi, xanım prodüserə cinayət işi açıldı - TƏFƏRRÜAT
Dünən, 18:35
Xırdalanda eyni şirkətə 3 ayda 4-cü tender verildi - Bu dəfə 1,8 milyon manat..
Dünən, 18:34
Qorxu filmlərini xatırladan UNİVERSİTET – Tərk edilmiş binanın aqibəti necə olacaq?
Dünən, 18:31
Bəlli dairələrin murazı gözündə qaldı, nəticələr var
Dünən, 18:25
Türkiyə-Azərbaycan sərhəddində 20 KİLOMETRLİK TIXAC... - Naxçıvan rəhbərliyi səbəbindən...
Dünən, 18:18
Əbu-Dabidə “Şuşa günləri” keçiriləcək – 182 min manat ayrıldı
Dünən, 18:09
Üç qüvvə birləşdi – Paşinyanın planı nədir?
Dünən, 18:05
Azərbaycanın sabiq deputatı olan general məhkəməyə verildi - DETALLAR
Dünən, 18:03
Gəncə Dövlət Tibb Kollecində RÜŞVƏT İDDİASI - Havayı yerə oxumayın..
Dünən, 18:01
Hərbi ekspert Ədalət Verdiyev həbs edilib - ŞOK TƏFƏRRÜAT
Dünən, 17:58
“Salyan Oil Limited” YAŞILLIĞA QƏNİM KƏSİLDİ VƏ... - 25 MİNLİK CƏZA
Dünən, 17:55
“Gələcəyini Qur!” təhsil təqaüdünü qazanmış abituriyentlərlə “Veysəloğlu Şirkətlər Qrupu”nda görüş keçirildi - FOTO
Dünən, 17:44
COP29-da Azərbaycan tarixi nəticə əldə etdi - MƏQALƏ
Dünən, 17:41
Qənirə Ataşovanın hesabı silindi - SƏHİYYƏ MAFİYASINI ifşa etmişdi...
Dünən, 17:39
Bakıda tiktoker qızdan ŞOK ƏMƏL: kişini tapıb ayağından öpdürdü - VİDEO
Dünən, 17:27
Boşanan qadına əxlaqsızlıq təklif edildi, əri və qardaşı... - TƏFƏRRÜAT
Dünən, 17:20
Deputat qohumunu işdən çıxarıb öz xanımını təyin etdi - DETALLAR
Dünən, 17:13
Keşmiş işçici ilə KTN arasında QALMAQAL
Dünən, 17:12
Azərbaycanlı müğənnnilərin FANTASTİK YENİ İL QİYMƏTLƏRİ
Dünən, 17:09
Ölkəmizin iqlim diplomatiyasında uğuru - İsrafil Kərimovun yazısı
Dünən, 17:04
Bələdiyyələr avtomobillərdən əmlak vergisi alacaq? – Deputatın təklifinə REAKSİYA
Dünən, 17:02
Vətəndaşın istifadə etmədiyi debet kartına borc gəlib... - NARAZILIQ VAR...
Dünən, 16:55
"Uber” və “Bolt” sistemdə göstərilən avtomobil əvəzinə ünvana başqa avtomobillər göndərir: - BU QƏDƏR CƏRİMƏSİ VAR
Dünən, 16:44
Verilişlərdə ailə problemlərindən danışanlar xəstədir - "Vətəndaş A"nın Almazı
Dünən, 16:37
Bağça müdiri "Şərurlu İsfəndiyar"ın şirkətini məhkəməyə verdi - SƏBƏB
Dünən, 16:35
Rusiya son sutkada 8 ballistik raket vurub - KİV
Dünən, 16:33
Güzəştli kreditlərə hamının "əli çatırmı"? - HƏQİQƏTƏN DƏ...
Dünən, 16:27
Ölkədə ətin qiyməti ilə bağlı narahatlıq: Bahalaşır? - AKTUAL
Dünən, 16:25
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru