TOVUZLU SAHİBKARIN HAQQINI KİMLƏR, NECƏ POZUB
Tarix: 19-07-2013, 11:22 | Çap et
9 İLDİR PROBLEMLƏRLƏ YAŞAYAN SAHİBKAR PREZİDENTDƏN KÖMƏK İSTƏYİR
DİA.AZ: - Redaksiyamıza 9-ildir hüquqlarını bərpa edə bilmədiyini iddia edən sahibkar Əhmədov Vaqif Qasım oğlu tərəfindən şikayət məktubu daxil olub. Azərbaycan Respublikası Prezidenti İlham Əliyev cənablarına ünvanlanan həmin məktubun DİA.AZ-a daxil olan surətində deyilir:
“Mən Tovuz rayonu Qovlar şəhəri R.Bədirov ev 4 ünvanında yaşayıram. 10.12.2001 – ci il 60/12 saylı sərəncam və 19.12.2001 – ci il 02 saylı icarə müqaviləsi ilə Tovuz rayonu Qovlar bələdiyyəsinin yararsız torpaqlarından 65 ha torpaq sahəsini uzunmüddətə icarəyə götürmüşəm. 05.04.2002 – ci il tarixində DT və XK- dən 1622 saylı şəhadətnamə almışam. Həmin torpaq sahəsində 2006 – cı ilə kimi sahibkarlıq fəaliyyəti ilə məşğul olmuşam, 65 baş iri malqaram,150 baş qoyunum, 12 ha yonça sahəm olub, digər tərəfdən də əkinçiliklə məşğul olmuşam. Şəxsi vəsaitim hesabına kubik daşından 420 kv metrlik mal qara ferması tikmişəm , öz vəsaitim hesabına artezan quyusu qazdırmışam, 2,5 km məsafədən yüksək gərginlikli elektrik xətti, yollar çəkdirmişəm. Dərə təpədən ibarət yararsız torpaqları yararlı hala salmışam.
Təsərrüfatı böyütmək məqsədi ilə 2003 – cü ildə sahibkarlığa Kömək Milli Fondunun vəsaitindən, “Turan” bankdan 50,000000 (10000) manat kredit götürmüşəm.
2004 – cü ildə məhkəmələr mənim Azərbaycan Respublikası Konstitusiyası ilə qorunan hüqüqlarımı göbud şəkildə pozmuşlar. Bir saxtakar tərəfindən torpaqlarım qeyri qanuni yolla əlimdən alınıb. Məhkəmələrdəki süründürməçilik, qanunları pozma halları, hakimlərin özbaşınalığı, qeyri – qanuni qərarlar qəbul etmələri nəticəsində 2006 – cı ildə müflis oldum. Orxan KTM MMC –nin fəaliyyətini dayandırmaq məcburiyyətində qaldım.
Bu günə kimi “Turan” banka olan 2000(iki min) manat kredit borcumu ödəyə bilmirəm. Krediti ödəyə bilmədiyim üçün yaşadığım evi də bank əlimdən almaq üzrədir.
9 ildir ki, bu ciddi qanun pozuntuları ilə bağlı sizlərə və aidiyyatı qurumlara 200 dən çox ( iki yüz) şikayyət məktubları ünvanlamışam. Ünvanladığım məktublara, (bu qanun pozuntularını təsdiq edən sənədləri) dövlət qurumlarından aldığım məktubları, arayışları, sənədləri əlavə etmemə baxmayaraq heç bir tədbir görülməyib. Faktlar isə onu göstərir ki, ciddi qanun pozuntularına yol verilməklə, mənim hüquqlarım göbud şəkildə pozulmuş, nəticədə mən müflis olmuşam, banka olan kredit borcumu ödəyə bilməmişəm qirov qoyduğum yaşadığım ev əlimdən alınmaq üzrədir.
Məhkəmələr, hüquq mühafizə orqanları, icra strukturları, idarə və müəssisə rəhbərləri vətəndaşların Azərbaycan Respublikası Konstitusiyası ilə qorunan hüquqlarını gobud şəkildə pozurlar. Vətandaşlar isə pozulmuş hüquqlarını bərpa etmək üçün Prezident Adminstrasiyasına, Nazirlər Kabinetinə, Ədliyyə Nazirliyinə, Daxili İşlər Nazirliyinə və bir çox nazirliklərə, komitələrə ünvanladıqları şikayət məktublarına ya cabab verilmir ya da ki, iki sətrlik tekstlə” Sizin şikayətiniz baxılması üçün-----------orqana göndərildi.” Həmin şikayətin həll olunub-olunmaması haqqında heç bir tələb və yaxud da göstəriş verilmir. Nəticədə şikayətçilər, hüquqları pozulmuş vətəndaşlar aylarla, illərlə gözləyir ki, onun şikayətinə baxılacaq, problemləri həll olunasaq. Bu da onu göstərir ki, şikayətlərlə bağlı tədbir görməli olan dövlət məmurları insanlara qiymət verə bilməyən, onların halına acımayan, şikayətçilərin vəziyyətini başa düşməyən məsuliyətsiz dövlət məmurlarıdır. Onlara nəzarət edən, maraqlanan, tələb edən olmur. Bununla da vətəndaşlar hara, kimə şikayət edəcəklərini bilmirlər, nəticədə vətəndaşlar hüquqlarını bərpa edə bilmədikləri üçün hakimiyyətdən narazı düşürlər.
Məhkəmə sistemində isə rüşvətxorluq, özbaşnalıq, süründürməçilik baş alıb gedir. Birinci instansiya məhkəməsi “AĞ QATIĞA” qara yazıb qeyri qanuni, qərəzli, əsassız, AR-sı qanunvericiliyinə zidd qərar qəbul edirsə, Apellyasiya və Ali məhkəmə həmin qeyri- qanuni, qərəzli, əsassız qərarları araşdırmadan hansı səbəbdənsə qüvvədə saxlayırsa (məlum məsələdir ki, rüşvət) bu səhvi düzəltmək çox çətin və müşgül məsələ olur.
2003 cü il ildə BTC-neft-qaz boru kəmərləri çəkilməyə başladiqda (kəmərlər mənim icarəmdə olan sahədən keçir) dələduzluqla məşğul olan bir şəxs, vaxtı ilə BAKI -1 № li tikiş fabrikində işləyən İsmayılova Sürəyya Əhməd qızı (təxminən 1994-1998-ci illər) Azərbaycanı təmsil edən hansı sa qadınlar cəmiyyəti tərəfindən hansı sa xarici dövlətdə nümayəndə heyyətinin tərkibində H.Əliyev fondunun prezidenti Mehriban xanım Əliyeva ilə birlikdə olub. Həmin dövrdə xarici ölkədə olarkən orada onunla rəsm cəkdirib. Bu günə kimi , İsmayılova Sürəyya Əhməd qızı həmin rəsmdən istifadə edərək onunla cox yaxın münasıbətdə olduğunu iddia edərək onun adından, nüfuzundan istifadə edərək coxsaylı , qeyri-qanuni işlərlə məşğul olmuş ,dövlət məmurlarına--təzyiqlər-edərək-dələduzluqla-məşğul-olmuşdur.
Həmin rəsmdən istifadə edən İsmayılova Sürəyya Əhməd qızı Bələdiyyələr yarandıqdan 4 il sonra 2004 cü ildə, saxta yolla kompensasiya əldə etmək məqsədi ilə, kəmərlər keçən ərazilərin 1996 cı ildə ona icarəyə verildiyini iddia edərək, qanuni torpaq mülkiyyətçisi (2000 ci ildən) olan Qovlar bələdiyyəsini yox, ciddi qanun pozuntusuna yol verilərək 8 il sonra torpaq icarəçisini, məni məhkəməyə verdi. 2004 cü ildə Tovuzda Məhkəmə sədri olmuş Yolçu Abbasov ciddi qanun pozuntularına yol verərək, AR-sı Prezidentinin Torpaq İslahatı Haqqında qanununun və 10 yanvar 1997 ci il 534 saylı fərmanın müddəalarına qarşı gələrək qeyri obyektiv qərar qəbul etdi. Sədr Yolçu Abbasov aldığı məbləğin qarşılığında verdiyi əsassız qərarın Apellyasiya və Ali Məhkəmədə qüvvədə qalmasını təmin etmişdir.Saxta sənədlər və Məhkəmə hakimlərinin rüşvət qarşılığında qeyri qanuni qərarlar qəbul etmələri nəticəsində İsmayılova Sürəyya Əhməd qızı BTC-neft-qaz boru kəmərlərindən ( 2006 cı ildə) saxta yollarla 18504 ABŞ dollar (kompenyasiya) vəsait mənimsəmişdir. Bundan başqa Sürəyya İsmayılova yerli icra strukturları ilə cinayət əlaqəsinə girərək saxta sənədlər,müqavilələr düzəldərək Qovlar qəsəbə sakinlərindən 7 nəfərin torpaqlarından keçən BTC-neft-qaz boru kəmərlərindən alınacaq kompensasiyanı saxta imzalarla mənimsəmişdir. Yoxlaya bilərsiniz N-110500114 M, N-110500115 M, N-110500117 M, N-110500118 M, N-110500119 M, N-110500119 M, N-110500127 M saylı müqavilələrə yerli sakinlər imza atmamışlar və kompensasiya almamışlar. Bu faktdır. Əldə etdiyim saxta sənədləri, saxta müqaviləni maraqlanan qurumlara, hər kəsə təqdim etməyə hazıram. Saxta sənədləri , saxta müqaviləni dəfələrlə AR-sının Alı qurumlarına göndərməmə baxmayaraq heç bir tədbir görülmədi. 9-ildir ki, ciddi şəkildə pozulmuş hüquqlarımı bərpa edə bilmirəm. Ona görə ki, AZƏRBAYCANDA qanunlar PULLA işləyir.
Saxta sənədləri və yeni faktları əldə etdikdən sonra 18.04.2012 ci il tarixdə, pozulmuş hüquqlarımı bərpa etmək ümüdi ilə Gəncə İnzibati-İqtisadi məhkəməsində;---------- 01.10.1996 cı ildə verilmiş 165 saylı əmrin 16 iyul 1996 cı il 155-IQ saylı Torpaq İslahatı Haqqında AR-sının qanunu qüvvəyə mindiyi gündən 60 gün sonra verildiyi üçun, həmin danuna zidd , əsassız və qanunsuz olması, həmin qanun və 10 yanvar 1997 ci il 534 saylı fərmanla öz qüvvəsini itirməsi, qüvvədən düşməsi haqqında iddia qaldırmişdim. Hakim Həsən Qəniyev Azərbaycan Respublikası Prezidentinin Azərbaycan Dövləti adına imzaladığı qüvvəyə minmiş QANUN və FƏRMANINI əsassız sayaraq Azərbaycan Respublikası Konstitusiyasına, Prezidentinə, Qanunvericiliyinə hörmətsizlik edərək iddianı təmin etmədi.
Bu haqqda müraciət və şikayətlərimi,qanun pozuntularının araşdırılması üçün AR-sınin ali qurumlarına, o cümlədən də AR-sı Prezidentinə, Prezident Aparatina, Konstitusiya Məhkəməsinə, Ədliyyə Nazirliyinə, Milli Məclisə, Məhkəmə Hüquq Şurasına, Ali Məhkəməyə, QHT-na, Beynəlxalq Hüquq Təşkilatlarına və digər Beynəlxaq təşkilatlara ünvanlamışdım. Bəzi qurumlar mənim müraciətimi araşdırmaq, AR sı Prezidentinin imzaladığı, qüvvəyə minmiş 16.07.1996-cı il “TORPAQ İSLAHATI HAQQINDA” qanununu və 10.01.1997-ci il 534- saylı fərmanını əsassız sayan Gəncə inzibati-iqtisadi Məhkəməsinin hakimi Həsən Qəniyev haqqında tədbir görmək əvəzinə, Gəncə Apellyasiya Məhkəməsinə ünvanlamışlar.Guya ki, Gəncə Apellyasiya Məhkəməsi daxil olmuş məktubları araşdırıb tədbir görəcək. Digər orqanlarda olduğu kimi burada da, şikayətləri araşdırmaq əvəzinə ya başqa bir orqana göndərirlər ya da ki, zibil yeşiyinə atırlar.
Həmin qərardan Apellyasiya şikayəti verdim.
Gəncə Apellyasiya Məhkəməsində hakim Loğman Süleymanovun sədrliyi ilə işə 14.12.2012-ci il tarixdə ciddi qanun pozuntularına yol verilərək baxıldı. Belə ki, hakim heç bir hazırlıq iclası keçirmədi, cavabdeh haqqında maraqlanmadı, mənim iddiamla əlaqəsi olmayan bir neçə sualla kifayətləndi. Bir sözlə məhkəmə iclası 12 dəqiqəyə bitdi. Hakim Loğman Süleymanov da İnzibati İqtisadi Məhkəməsinin hakimi Həsən Qəniyev kimi AR-sı Prezidentinin imzaladığı qanun və fərmanı əsassız hesab edərək, tanımayaraq, qanunvericiliyi cox gobud şəkildə pozaraq, “Torpaq İslahatı Haqqında” qanun qüvvəyə mindikdən 60 gün sonra verilmiş 165 saylı əmrin qanunsuz olması, həmin əmrin, həmin qanun və 10 yanvar 1997-ci il 534-saylı fərmanla qüvvədən düşməsi haqqinda iddiamı təmin etmədi. Təqdim olunmuş faktlar da onu sübut edir ki, 165 saylı əmrdə nəzərdə tutulan torpaq sahəsi HƏMİN QANUN və FƏRMANLA qüvvədən düşmüş, 1997 ci ildə çox hissəsi yerli sakinlərə pay torpağı kimi paylanıb, yerdə qalan hissəsi isə 2000 ci ildə protokolla Qovlar bələdiyyəsinə təhvil verilib. Bunları təstiq edən, həmin torpaq sahəsinin yerli sakinlərə pay torpağı kimi paylanması haqqında sənəd və Bələdiyyəyə təhvil verilməsi haqqında protokol və xəritəni də təsdiq edilmiş formada Məhkəmələrə təqdim etmişəm.
AR-sı Prezidentinin AR-sı adından verdiyi, qüvvəyə minmiş qanun və fərmanları Məhkəmə hakimləri, Həsənlər, Loğmanlar neçə ki, tətbiq etməyəcək, tanımayacaq, qanunları gobud şəkildə pozacaq, rüşvətlə-pulla, kasıbların-pulu-qanı bahasına qərarlar qəbul edəcək, Azərbaycanın hüquqi dövlət olması müşkül məsələ olacaq. Azərbaycan hüquqi dövlət ola bilməyəcək. Azərbaycanda qanunlar işləmir. Rüşvətxorluq, özbaşnalıq baş alıb gedir. Şikayətlər araşdırılmır, tədbir görülmür.Buna misal olaraq məni və mənim kimi onlarla hüquqları gobud şəkildə pozulmuş vətəndaşları göstərmək olar.
Mənim bu 9 ildə hüquqlarimi bərpa edə bilməməmin səbəbi pulumun olmaması,(torpaqlarım saxta yolla əlimdən alındığı üçün iflas etmişəm) hakimlərin istədiklərini verə bilməməm, qanunların işləməməsidir.Hakimlər hələ də öz qanunları ilə işləyirlər. Kim pul verirsə qanunları rezin kimi istədikləri formada tətbiq edirlər. Ona görə ki, onlara nəzarət edən olmur və yoxdur. AR-sının ali qurumlarına, təsdiqini tapmış bu ciddi qanun pozuntuları ilə bağlı saysız hesabsız müraciətlər etməmə baxmayaraq heç bir araşdırma aparılmadı, heç bir tədbir görülmədi.
Apellyasiya Məhkəməsinin qərarından Ali Məhkəməyə kasassiya şikayəti vermişdim. İşə Ali məhkəmə hakimi Azər Hüseynovun sədrliyi ilə 08may 2013-cü il tarixdə baxılmış və “GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİNİN 14.12.2012-Cİ İL TARİXLİ QƏRARI LƏĞV EDİLSİN. İDDİA MÜMKÜN SAYILMASIN.” Nəticələnən bir sətrlik qərar qəbul edilmişdir”.
Bütün tərəfləri dinləməyə hazırıq...
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Xəstəxanalardakı “qəssab”lara bıçağı kim verir? – Nazirlik diplomsuz həkim sualından yayındı
Bu gün, 19:32 |
|
|
|
• Bakıda NATO nümayəndə heyəti ilə görüş keçirilib
Bu gün, 19:18 |
|
|
|
• Dollara rekord tələbat – Ekspertlər deyirlər ki...
Bu gün, 19:02 |
|
|
|
• Dezinformasiyanın qarşısını hansı yollarla almaq olar? - Qərb mediası və Azərbaycan...
Bu gün, 18:58 |
|
|
|
• Bakı metrosunda yeni qatarları 1 milyon manata bu şirkət – TƏMİR EDƏCƏK
Bu gün, 18:56 |
|
|
|
• Elza Seyidcahanın iddiasına nazirlikdən CAVAB
Bu gün, 18:39 |
|
|
|
• Bakıda aktrisa şikayət etdi, xanım prodüserə cinayət işi açıldı - TƏFƏRRÜAT
Bu gün, 18:35 |
|
|
|
• Xırdalanda eyni şirkətə 3 ayda 4-cü tender verildi - Bu dəfə 1,8 milyon manat..
Bu gün, 18:34 |
|
|
|
• Qorxu filmlərini xatırladan UNİVERSİTET – Tərk edilmiş binanın aqibəti necə olacaq?
Bu gün, 18:31 |
|
|
|
• Bəlli dairələrin murazı gözündə qaldı, nəticələr var
Bu gün, 18:25 |
|
|
|
• Türkiyə-Azərbaycan sərhəddində 20 KİLOMETRLİK TIXAC... - Naxçıvan rəhbərliyi səbəbindən...
Bu gün, 18:18 |
|
|
|
• Əbu-Dabidə “Şuşa günləri” keçiriləcək – 182 min manat ayrıldı
Bu gün, 18:09 |
|
|
|
• Üç qüvvə birləşdi – Paşinyanın planı nədir?
Bu gün, 18:05 |
|
|
|
• Azərbaycanın sabiq deputatı olan general məhkəməyə verildi - DETALLAR
Bu gün, 18:03 |
|
|
|
• Gəncə Dövlət Tibb Kollecində RÜŞVƏT İDDİASI - Havayı yerə oxumayın..
Bu gün, 18:01 |
|
|
|
• Hərbi ekspert Ədalət Verdiyev həbs edilib - ŞOK TƏFƏRRÜAT
Bu gün, 17:58 |
|
|
|
• “Salyan Oil Limited” YAŞILLIĞA QƏNİM KƏSİLDİ VƏ... - 25 MİNLİK CƏZA
Bu gün, 17:55 |
|
|
|
• “Gələcəyini Qur!” təhsil təqaüdünü qazanmış abituriyentlərlə “Veysəloğlu Şirkətlər Qrupu”nda görüş keçirildi - FOTO
Bu gün, 17:44 |
|
|
|
• COP29-da Azərbaycan tarixi nəticə əldə etdi - MƏQALƏ
Bu gün, 17:41 |
|
|
|
• Qənirə Ataşovanın hesabı silindi - SƏHİYYƏ MAFİYASINI ifşa etmişdi...
Bu gün, 17:39 |
|
|
|
• Bakıda tiktoker qızdan ŞOK ƏMƏL: kişini tapıb ayağından öpdürdü - VİDEO
Bu gün, 17:27 |
|
|
|
• Boşanan qadına əxlaqsızlıq təklif edildi, əri və qardaşı... - TƏFƏRRÜAT
Bu gün, 17:20 |
|
|
|
• Deputat qohumunu işdən çıxarıb öz xanımını təyin etdi - DETALLAR
Bu gün, 17:13 |
|
|
|
• Keşmiş işçici ilə KTN arasında QALMAQAL
Bu gün, 17:12 |
|
|
|
• Azərbaycanlı müğənnnilərin FANTASTİK YENİ İL QİYMƏTLƏRİ
Bu gün, 17:09 |
|
|
|
• Ölkəmizin iqlim diplomatiyasında uğuru - İsrafil Kərimovun yazısı
Bu gün, 17:04 |
|
|
|
• Bələdiyyələr avtomobillərdən əmlak vergisi alacaq? – Deputatın təklifinə REAKSİYA
Bu gün, 17:02 |
|
|
|
• Vətəndaşın istifadə etmədiyi debet kartına borc gəlib... - NARAZILIQ VAR...
Bu gün, 16:55 |
|
|
|
• "Uber” və “Bolt” sistemdə göstərilən avtomobil əvəzinə ünvana başqa avtomobillər göndərir: - BU QƏDƏR CƏRİMƏSİ VAR
Bu gün, 16:44 |
|
|
|
• Verilişlərdə ailə problemlərindən danışanlar xəstədir - "Vətəndaş A"nın Almazı
Bu gün, 16:37 |
|
|
|
• Bağça müdiri "Şərurlu İsfəndiyar"ın şirkətini məhkəməyə verdi - SƏBƏB
Bu gün, 16:35 |
|
|
|
• Rusiya son sutkada 8 ballistik raket vurub - KİV
Bu gün, 16:33 |
|
|
|
• Güzəştli kreditlərə hamının "əli çatırmı"? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 16:27 |
|
|
|
• Ölkədə ətin qiyməti ilə bağlı narahatlıq: Bahalaşır? - AKTUAL
Bu gün, 16:25 |
|
|
|
• Trampın Qarabağla bağlı dedikləri... - “İşə başladıqdan sonra...”
Bu gün, 16:21 |
|
|
|
• Türkiyə ilə sərhədimizdə yük maşınları niyə gözləyir?
Bu gün, 16:18 |
|
|
|
• Xırdalanın abadlaşdırılması 2 milyon manata – BAŞA GƏLƏCƏK
Bu gün, 16:10 |
|
|
|
• “2 gün mən, 2 gün də saxta həkimlər...” - Qənirə Ataşova açıqladı
Bu gün, 16:06 |
|
|
|
• NZS və Keşlənin sökülməsi Qiyamətə qalır? – “Dövlətin maliyyə imkanı yoxdur”
Bu gün, 16:05 |
|
|
|
• Rusiya ABŞ-yə cavab olaraq Asiyada orta və qısa mənzilli raketlər yerləşdirə bilər
Bu gün, 16:03 |
|
|
|
• Xırdalanda 4 ay əvvəl qazon əkilən parkda yenidən qazon əkiləcək - İcazə verin şübhələnək...
Bu gün, 15:39 |
|
|
|
• MN-in 9 milyonluq mənimsəməyə görə tutulan sabiq xidmət rəisinə HÖKM OXUNUB
Bu gün, 15:38 |
|
|
|
• Aptek müdirinin işçini DÖYMƏ BƏHANƏSİ... - TƏFƏRRÜAT
Bu gün, 15:35 |
|
|
|
• Vilyam Hacıyevə hər ay 3 min AZN ödəyən rəis işdən çıxarıldı - DETALLAR
Bu gün, 15:32 |
|
|
|
• Elman Rüstəmov bütün Azərbaycan vətəndaşlarına qarşı - NONSENS MƏHKƏMƏ BAŞLAYIR!
Bu gün, 15:25 |
|
|
|
• Hərbi pilotların peşəkarlığı artırılır - VİDEO
Bu gün, 15:22 |
|
|
|
• Sənədsiz evlərin sənədləşdirilməsi prosesi sürətləndirilməlidir - Siyavuş Novruzov
Bu gün, 15:21 |
|
|
|
• Nazirlik Boradigah məktəblilərinə QURU VƏD VERDİ... - "Növbəti illərin dövlət investisiya proqramı çərçivəsində..."
Bu gün, 15:18 |
|
|
|
• Respublika Perinatal Mərkəzində 7 uşağın ölümü ilə nəticələnən yanğınla bağlı məhkəmə prosesi təxirə salınıb
Bu gün, 15:14 |
|
|
|
• Bahalı maşınlarınızı satın... işçiyə TEXNİKA ALIN! - ÇAĞIRIŞ
Bu gün, 15:12 |
|
|
|
|