ƏBÜLFƏS QARAYEV BİR MÜAVİNİNİ QURBAN VERİR
Tarix: 23-07-2013, 15:45 |
Çap et
ƏDALƏT VƏLİYEVİN QƏRARI HAZIRDIR
DİA.AZ: - Daha bir kadr islahatı ilə bağlı DİA.AZ-a informasiya daxil olub. Hökumət içindəki bilgili mənbənin verdiyi xəbərə görə, yaxın vaxtlarda mədəniyyət və turizm nazirinin müavini Ədalət Vəliyev vəzifəsindən azad ediləcək.
Mənbə iddia edir ki, Ədalət Vəliyevin adı bir sıra qalmaqallarda hallandırılır. Xatırladaq ki, keçmiş ABU rektoru Elşad Abdullayevin «videobombardmanı» zamanı müəmmalı şəkildə dünyasını dəyişmiş Sevinc Babayevanın himayədarı kimi tanınan Ədalət Vəliyev həm də keçmiş YAP-çı deputat hazırda həbsdə saxlanılan Gülər Əhmədovanın da yaxın dostu olub.
Mənbə bildirir ki, həmin ərəfədə Ədalət Vəliyev hədəfə çevrilməkdən yayına bilsə də, rəqibləri onunla bağlı prosesi yenidən aktuallaşdıra biliblər. Qeyd edək ki, Ədalət Vəliyev Sevinc Babayevanın kitabxana müdiri təyin olunmasına da yardımçı olubmuş.
İndi isə bu əlaqələri səbəbindən rəqibləri Ədalət Vəliyevi hədəfə çevirirlər. Mənbənin söylədikləri: «Araşdırmalar nəticəsində müəyyən olub ki, mərhumə Sevinc Babayevanın təyinatında Ədalət Vəliyev maraqlı tərəf kimi çıxış edərək, onu nazirə şəxsən təqdim edib. Lakin vəziyyət qarışan zaman Ədalət Vəliyev yaxasını kənara çəkməyə çalışdı. Və hətta nazir Əbülfəs Qarayevi hədəfə çevirməyə də təşəbbüslər etdi ki, bu da rəqibləri üçün əlavə dividentə çevrilib».