"RÜSTƏM İBRAHİMBƏYOV NƏDƏNSƏ QORXUR"
Tarix: 30-07-2013, 11:11 | Çap et
"Görünür, Rüstəm İbrahimbəyovun əməllərində cinayət tərkibli nə isə var"Milli Şuranın vahid namizədi kimi müəyyənləşmiş Rüstəm İbrahimbəyovun ölkəyə gəlməməsi müxalifət daxilиndə bir sıra proseslərə yeni istiqamət verib. Bununla paralel olaraq Müsavat və Açıq Cəmiyyət partiyaları arasındakı qarşılıqlı ittihamlar, ehtiyat namizəd məsələsi ətrafında mübahisələr səngimək bilmir. Bütün bu proseslərlə bağlı “Kaspi”nin suallarını Ana Vətən Partiyasının sədri Fəzail Ağamalı cavablandırır.
- Milli Şuranın vahid namizədi, kinorejissor Rüstəm İbrahimbəyov yenə də Azərbaycana gələsi olmadı. Sizcə bu nə ilə əlaqədardır?
- Rüstəm İbrahimbəyov Milli Şura tərəfindən vahid namizəd elan olunandan sonra dedilər ki, yaxın günlərdə o, Bakıya gələcək. Ardınca onun tərəfdarları bu səfərin iyul ayının əvvəllərində gerçəkləşəcəyini bildirdilər. İyul ayı gələndə isə Rüstəm İbrahimbəyovun Azərbaycana dönəcəyi tarix kimi ayın 31-i göstərdilər. İndi də durub deyirlər ki, səfər yenə də təxirə salınır. Mən bunu hər şeydən öncə Rüstəm İbrahimbəyovun qeyri-ciddi adam olması ilə əlaqələndirirəm. Baş verənlər bir daha təsdiq etdi ki, o, siyasətdə çox diletant adamdır və başqalarının əlində alət kimi istifadə olunmaqdadır. Ola bilsin ki onu gündəmə gətirən, Rüstəm İbrahimbəyova ssenarilərinin içərisində rol verən müəyyən dairələr, artıq öz layihələrinin reallaşmasından imtina ediblər. Beləliklə Azərbaycanda özlərini demokratik qüvvələr kimi cəmiyyətə təqdim edən bir qrupun elan etdiyi vahid namizədi gülünc vəziyyətə qoyublar. Bu cür sonluq əvvəlcədən də görünən idi. Rüstəm İbrahimbəyovun başlamış olduğu andan bu günə qədər olan fəaliyyətini izləyəndə, açıqlamalarını oxuyanda, eyni zamanda Milli Şura daxilindəki prosesləri müşahidə edəndə çıxarılan nəticə bu idi ki, o, Azərbaycana təzyiq formasının içərisində yer alan şəxsdir. Görünən budur ki, artıq bu təzyiq ortadan qalxmaqdadır. Çünki dövlət başçısı İlham Əliyevin olduqca təmkinli, son dərəcə ölçülüb-biçilmiş, ağıllı, çevik siyasəti Azərbaycana hər zaman yönəlmiş olan bu və buna bənzər layihələri neytrallaşdırdığı kimi, bunu da zərərsizləşdirə bildi. Nəticədə bu oyunların içərisində yer alan Rüstəm İbrahimbəyov çox gülünc vəziyyətə düşdü.
- Milli Şura sədrinin İcra Aparatının rəhbəri Eldar Namazov R.İbrahimbəyovun hələ də Moskvada olmasını onun Rusiya vətəndaşlığından imtina etməsi ilə əlaqələndirib. Sizcə rəsmi Moskva Azərbaycanda prezident seçkilərinə qədər onun ikili vətəndaşlığını ləğv edəcəkmi?
- Bu barədə dəqiq proqnoz vermək qeyri-mümkündür. Sadəcə onu qeyd etmək istərdim ki, hətta Rüstəm İbrahimbəyov Rusiya vətəndaşlığından imtina etsə belə, onun bu vətəndaşlığı qəbul etdiyi zaman yerli qanunlara uyğun olaraq üzərinə götürdüyü öhdəliklər var. Yəni, onun Rusiya dövləti qarşısında müəyyən öhdəlikləri var. Gəlin görək, Rüstəm İbrahimbəyov həmin öhdəliklərdən də imtina edirmi? Yaxud, bu günə qədər o öhdəliklərin içərisində yer alıbmı? Azərbaycana qarşı yürüdülən siyasətin içərisində oynadığı rol nədən ibarət olub? Bu kimi bir çox suallara da cavab tapılmalıdır. Belə sualların cavabını isə siyasətçilər deyil, hüquqşünaslar daha dəqiq bilirlər. Ümumiyyətlə bir çox məqamlar var ki, Rüstəm İbrahimbəyovun namizədliyinin qeydə alınmasında maneəyə çevrilə bilər. Lakin onun seçilməsi məsələsində arqumentləri kifayət qədər genişləndirmək olar. Bununla bərabər, Rüstəm İbrahimbəyov Milli Şuranın vahid namizədi kimi qəbul edilməsinə baxmayaraq, qurum daxilində kifayət qədər ziddiyyətlər, qarşıdurmalar, fikir ayrılıqları da mövcuddur. Bu narazılıqlar ən müxtəlif şəkildə özünü ifadə etməkdədir. Konkret olaraq Müsavat Partiyası Rüstəm İbrahimbəyovun namizədliyinə ironiya ilə yanaşır. Baxmayaraq ki, hansısa siyasi məqsədlər naminə onun namizədliyinə hələlik “hə” deyiblər. Digər tərəfdən, Açıq Cəmiyyət Partiyasının Rüstəm İbrahimbəyova münasibətində də dəyişikliklər sezilir. Bütün bunlar bir daha sübut edir ki, Milli Şuradakı ayrı-ayrı partiyalar arasında yetərincə ziddiyyətlər var. Müsavat-AXCP, Müsavat-ACP, AXCP-ACP münasibətləri heç də yaxşı durumda deyil. Bunlar biri digərini qəbul etməyən siyasi təşkilatlardır. Əvvəllər də deyildiyi kimi, onlar mehriban düşmənlərdir. Bu partiyalar sonadək də iradələrini ortaya qoyub prezident seçkilərində vahid mövqedən çıxış edə bilməyəcəklər. Çünki maraqlar hədsiz dərəcədə toqquşur. Heç onların liderlərinin də bir-birinə münasibəti ürəkaçan səviyyədə deyil. Hətta bir-birinə patoloji nifrət bəsləyirlər. Bu da Milli Şuranın uğurlu layihə kimi prezident seçkilərində iştirakını məhdudlaşdırır, bu qurumu iflasa aparır.
- Partiyalararası münasibətlərdən söz düşmüşkən, bu günlərdə Müsavat Partiyası İcra Aparatının rəhbəri Arif Hacılı və Açıq Cəmiyyət Partiyasının lideri Rəsul Quliyev mətbuat vasitəsilə bir-birinin ünvanına təhqirlə müşayiət olunan ittihamlar səsləndirdilər. Sizcə, Milli Şuradakı müttəfiqləri birdən-birə belə mövqe sərgiləməyə vadar edən nədir?
- Onların bir-birinə qarşı açıq xarakter alan münasibətinin dərin kökləri var. Siyasi təşkilat kimi də onlar biri digərini qəbul etməyiblər. Onsuz da İsa Qəmbərlə Rəsul Quliyev arasındakı münasibətlər sabit deyil. Sülhəddin Əkbərə gəlincə, bu adam əvvəllər Müsavat Partiyasında idi. Sonradan istefa verərək ACP sədri postunu tutdu. O da öz lideri Rəsul Quliyevin müəyyənləşdirdiyi xəttə uyğun hərəkət edir, fəaliyyətini qurur. Prezident seçkiləri yaxınlaşdıqca, Müsavat və ACP arasındakı münasibətlərin daha da kəskin xarakter alacağı gözləniləndir.
- Xatırlayırsınızsa, hələ bir müddət bundan öncə ACP lideri Rəsul Quliyev mətbuata açıqlamasında bildirmişdi ki, Milli Şura üzvləri dərhal yığışmalı və R.İbrahimbəyovun Azərbaycana gələ bilməməsi ilə bağlı qərar qəbul etməlidirlər. Qeyd etmişdi ki, əgər o, Bakıya gəlsə dərhal həbs ediləcək. Sizcə Milli Şuranın vahid namizədinin Azərbaycana gələcəyi təqdirdə həbs edilməsi mümkündürmü?
- Baş verən son proseslər onu deməyə əsas verir ki, Rüstəm İbrahimbəyovun əməllərində kifayət qədər cinayət xarakterli məsələlər var. Onun fəaliyyətində belə əməllər var ki, özü də Azərbaycana gəlməkdən çəkinir. Özü də qeyd edib ki, əgər Azərbaycana gəlsəm həbs oluna bilərəm. Ancaq nəyə görə həbs oluna biləcəyini açıqlamır. Axı, durduğu yerdə kimisə həbs etmək mümkün deyil. Onu da nəzərə alsaq ki, Rüstəm İbrahimbəyov tanınmış kinorejissordur, dünyanın ayrı-ayrı incəsənət xadimləri tərəfindən tanınır, o zaman onu heç nə olmadan həbs etmək mümkün deyil. Bu zaman o adamlar Rüstəm İbrahimbəyovun yanında olar, onu müdafiə edərlər. Ona görə də görünür Rüstəm İbrahimbəyovun əməllərində cinayət tərkibli nə isə var. Məhz bu səbəbə görə də özü Azərbaycana gələ bilmir, həbs ediləcəyindən qorxur. Ola bilsin bəzi adamlar da məqsədli şəkildə diqqəti bu məqamdan yayındırmaq üçün Rüstəm İbrahimbəyov məsələsini şişirdir, onun əzabkeş obrazını yaratmağa cəhd edirlər.
- İyulun 30-da Milli Şuranın komissiya sədrləri, quruma daxil olan partiyaların təmsilçiləri, həmçinin R.İbrahimbəyov Tbilisidə bir araya gələcək. Ehtimal edilir ki, bu görüşdə vahid namizədlə bağlı vəziyyət yenidən dəyərləndiriləcək. Əgər deyilən kimi olacaqsa, Sizcə Milli Şuranın ehtiyat namizədi kim ola bilər?
- Milli Şuranın ehtiyat namizədinin kim olacağını əvvəlcədən demək çox çətindir. Çünki bayaq qeyd etdiyim kimi qurum daxilində kifayət qədər ambissiyalı adamlar, çoxsaylı problemlər var. Son dərəcə zəif ehtimalla Eldar Namazov vahid namizəd ola bilər. Ancaq Milli Şuranın digər üzvləri, əminəm ki, buna icazə verməzlər. O da bəllidir ki, Müsavat Partiyası tərəfindən İsa Qəmbərin namizədliyi irəli sürülüb. Bununla yanaşı KXCP sədri Mirmahmud Mirəlioğlunun da namizədliyi öz partiyası tərəfindən irəli sürülüb. Amma İsa Qəmbərin Milli Şuranın, yaxud müxalifətin vahid namizədi olmasını AXCP və onun lideri Əli Kərimli qəbul eləmir. Bu kimi səbəbləri nəzərə alaraq, hətta ehtimal edirəm ki, alternativ vahid namizədin müəyyənləşməsi partiyalar arasındakı qarşıdurmanı, fikir ayrılığını daha da dərinləşdirə bilər. Bu isə bütövlükdə Milli Şuranın fəaliyyətinə xitam verər.
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• 35 şirkətin rəhbəri həbs edildi - Bu vəzifəlilərlə əlbir imiş
Bu gün, 08:18 |
|
|
|
• Bu şəxslər aliment ödəməyə bilər - AÇIQLAMA
Bu gün, 07:36 |
|
|
|
• Türkiyə-Azərbaycan münasibətlərində nələr baş verir? - GƏLİŞMƏ
Bu gün, 07:33 |
|
|
|
• Bakıdan İrəvana qayıdan erməni nələr danışdı? – Gözlənilməz etiraf
Bu gün, 06:27 |
|
|
|
• Ədalət Verdiyev əslində niyə həbs olundu? - yetərincə bilgili biri idi, amma...
Bu gün, 06:23 |
|
|
|
• Bu məhsulların satışı ciddi problemlərə yol açır -Ekspertdən çağırış
Bu gün, 00:28 |
|
|
|
• Kommunizmə qayıdırıq?: Parlamentdə təklif... - "Kolxoz və sovxozlar yaradılsın"
Bu gün, 00:24 |
|
|
|
• Azərbaycanın xalq artisti vəfat etdi
Bu gün, 00:19 |
|
|
|
• Dövlət qurumu "Atasığorta"nı seçdi
Bu gün, 00:05 |
|
|
|
• “İpək Yolu Sığorta”nın səhmdarlarının yığıncağı - KEÇİRİLƏCƏK
Bu gün, 00:02 |
|
|
|
• Elşənlə Ozanın serialı bu tarixdə yayımlanacaq
Dünən, 23:59 |
|
|
|
• Ermənistanda naməlum şəxs qumbara partlatmaq istəyib - FOTO
Dünən, 23:56 |
|
|
|
• Bakıda qadınları təqib edən gənc oğlan həbs edildi... - Məhəlləyə "nəzarət" edirmiş
Dünən, 23:53 |
|
|
|
• Qazaxıstandan Azərbaycanla bağlı mühüm açıqlama
Dünən, 23:46 |
|
|
|
• Prezident İlham Əliyev Donald Trampa zəng edib
Dünən, 23:39 |
|
|
|
• 70 kiloqram qızılla saxlanılan hərbi attaşe DTX-də həbs edilib - TƏFƏRRÜAT
Dünən, 23:36 |
|
|
|
• Putin bu ölkəni pay-püş edir: - Vaşinqton və Varşava plana şərikdir?
Dünən, 21:35 |
|
|
|
• Duda İrəvanda: Azərbaycan sərhədinə gələcək - ZİBİLƏ DÜŞMÜŞÜK...
Dünən, 21:30 |
|
|
|
• "3-4 min manat tələb olunur, əgər bu davam etsə..." - Deputat SƏNƏDSİZ EVLƏRDƏN danışdı
Dünən, 21:27 |
|
|
|
• "Qardaşım "ləyaqətsiz vərəsə" kimi məni məhkəməyə verib" - Tanınmış aktrisa
Dünən, 20:18 |
|
|
|
• 145 saylı məktəbdən NARAZILIQ - İstilik yoxdur, uşaqlar xəstələnsə, kim cavab verəcək?
Dünən, 20:13 |
|
|
|
• Xəstəxanalardakı “qəssab”lara bıçağı kim verir? – Nazirlik diplomsuz həkim sualından yayındı
Dünən, 19:32 |
|
|
|
• Bakıda NATO nümayəndə heyəti ilə görüş keçirilib
Dünən, 19:18 |
|
|
|
• Dollara rekord tələbat – Ekspertlər deyirlər ki...
Dünən, 19:02 |
|
|
|
• Dezinformasiyanın qarşısını hansı yollarla almaq olar? - Qərb mediası və Azərbaycan...
Dünən, 18:58 |
|
|
|
• Bakı metrosunda yeni qatarları 1 milyon manata bu şirkət – TƏMİR EDƏCƏK
Dünən, 18:56 |
|
|
|
• Elza Seyidcahanın iddiasına nazirlikdən CAVAB
Dünən, 18:39 |
|
|
|
• Bakıda aktrisa şikayət etdi, xanım prodüserə cinayət işi açıldı - TƏFƏRRÜAT
Dünən, 18:35 |
|
|
|
• Xırdalanda eyni şirkətə 3 ayda 4-cü tender verildi - Bu dəfə 1,8 milyon manat..
Dünən, 18:34 |
|
|
|
• Qorxu filmlərini xatırladan UNİVERSİTET – Tərk edilmiş binanın aqibəti necə olacaq?
Dünən, 18:31 |
|
|
|
• Bəlli dairələrin murazı gözündə qaldı, nəticələr var
Dünən, 18:25 |
|
|
|
• Türkiyə-Azərbaycan sərhəddində 20 KİLOMETRLİK TIXAC... - Naxçıvan rəhbərliyi səbəbindən...
Dünən, 18:18 |
|
|
|
• Əbu-Dabidə “Şuşa günləri” keçiriləcək – 182 min manat ayrıldı
Dünən, 18:09 |
|
|
|
• Üç qüvvə birləşdi – Paşinyanın planı nədir?
Dünən, 18:05 |
|
|
|
• Azərbaycanın sabiq deputatı olan general məhkəməyə verildi - DETALLAR
Dünən, 18:03 |
|
|
|
• Gəncə Dövlət Tibb Kollecində RÜŞVƏT İDDİASI - Havayı yerə oxumayın..
Dünən, 18:01 |
|
|
|
• Hərbi ekspert Ədalət Verdiyev həbs edilib - ŞOK TƏFƏRRÜAT
Dünən, 17:58 |
|
|
|
• “Salyan Oil Limited” YAŞILLIĞA QƏNİM KƏSİLDİ VƏ... - 25 MİNLİK CƏZA
Dünən, 17:55 |
|
|
|
• “Gələcəyini Qur!” təhsil təqaüdünü qazanmış abituriyentlərlə “Veysəloğlu Şirkətlər Qrupu”nda görüş keçirildi - FOTO
Dünən, 17:44 |
|
|
|
• COP29-da Azərbaycan tarixi nəticə əldə etdi - MƏQALƏ
Dünən, 17:41 |
|
|
|
• Qənirə Ataşovanın hesabı silindi - SƏHİYYƏ MAFİYASINI ifşa etmişdi...
Dünən, 17:39 |
|
|
|
• Bakıda tiktoker qızdan ŞOK ƏMƏL: kişini tapıb ayağından öpdürdü - VİDEO
Dünən, 17:27 |
|
|
|
• Boşanan qadına əxlaqsızlıq təklif edildi, əri və qardaşı... - TƏFƏRRÜAT
Dünən, 17:20 |
|
|
|
• Deputat qohumunu işdən çıxarıb öz xanımını təyin etdi - DETALLAR
Dünən, 17:13 |
|
|
|
• Keşmiş işçici ilə KTN arasında QALMAQAL
Dünən, 17:12 |
|
|
|
• Azərbaycanlı müğənnnilərin FANTASTİK YENİ İL QİYMƏTLƏRİ
Dünən, 17:09 |
|
|
|
• Ölkəmizin iqlim diplomatiyasında uğuru - İsrafil Kərimovun yazısı
Dünən, 17:04 |
|
|
|
• Bələdiyyələr avtomobillərdən əmlak vergisi alacaq? – Deputatın təklifinə REAKSİYA
Dünən, 17:02 |
|
|
|
• Vətəndaşın istifadə etmədiyi debet kartına borc gəlib... - NARAZILIQ VAR...
Dünən, 16:55 |
|
|
|
• "Uber” və “Bolt” sistemdə göstərilən avtomobil əvəzinə ünvana başqa avtomobillər göndərir: - BU QƏDƏR CƏRİMƏSİ VAR
Dünən, 16:44 |
|
|
|
|