İQTİDARİÇİ QARA QÜVVƏLƏR YENİ PLAN TƏDARÜKÜNDƏ
Tarix: 6-08-2013, 14:28 |
Çap et
ONLAR SÜNİ ŞƏKİLDƏ İQTİDARDA VAHİD NAMİZƏD PROBLEMİNİ QABARDIBLAR
DİA.AZ: - «Hakimiyyət daxilindəki qruplaşmalardan biri seçkiləri pozmaq istəyirdi. Amma buna nail olmadı». Bu şok məlumatı DİA.AZ-a qarşıdan gələn prezident seçkiləri ilə bağlı durumu şərh edən iqtidariçi mənbə söyləyib.
Qaynaq bildirir ki, həmin qüvvə hələ də ciddi mövqedədir və seçkilərlə bağlı müəyyən qarışıqlıqlar yaratmaq niyyətini gizlətmirdi də: «Onlar hətta hakimiyyətdə vahid namizəd problemini süni şəkildə qabartmağa da çalışdılar. Amma alınmadı. Sonradan elə bir rəy yaratdılar ki, guya problemi onlar həll edib».
Mənbə bildirir ki, əslində bütün bu işlərin arxasında birbaşa olaraq Prezident Administrasiyasında qərarlaşmış müəyyən qüvvələr dayanmaqdadır: «Zaman-zaman iqtidarın nüfuzlu simaları da həmin qüvvələrin varlığını etiraf edərək, onların təxribatla məşğul olduğunu dolayı yollarla ifadə ediblər. Hətta dünyaca məşhur Zeynəb Xanlarova da bu yaxınlarda Milli Məclisdə onlardan danışmışdı».
Mənbənin bildirdiyinə görə, planları baş tutmayan həmin qüvvələr yeni təxribat planı üzərində baş sındırırlar: «Artıq bunun ilkin simptomları görünməkdədir. Sual oluna bilər ki, bu, onlara hansı mənada sərfedən variantdır. Cavabı sadədir. Həmin qüvvələr hər zaman məhz problemli situasiyalarda özlərinə ehtiyac duyduqlarından süni şəkildə problem yaradırlar ki, lazımlı olduqlarını hiss etdirə bilsinlər».