BAKIDA İKİ TANINMIŞ ŞİRKƏTİN FIRILDAĞI ÜZƏ ÇIXDI
Tarix: 19-08-2013, 12:47 | Çap et
Azərbaycanda istehlakçı hüquqları pozulmaqda davam edir. Bu proses əvvəllər əsasən ərzaq sektorunda daha çox olurdusa, indi digər sahələrdə də baş verir. Aidiyyəti qurumların istehlakçı hüquqlarının qorunmasında səriştəsiz fəaliyyəti bu sahədə insan hüquqlarının tapdalanması ilə nəticələnir. Sonda yenə də istehlakçı, sadə vətəndaş zərbə altında qalır.
Azad İstehlakçılar Birliyinə istehlakçı hüquqlarının pozulması ilə bağlı daxil olan müraciətlərdən biri də xidmət sektorundakı biabırçı özbaşınalıqlardandır. Təşkilata daxil olan daha bir şikayət Bakıda fəaliyyət göstərən fırıldaqçı şirkətlərin Azərbaycan vətəndaşlarını şirnmikləndiricvi vədlərlə aldatması barədədir. Özünü turizm şirkəti kimi təqdim edən bəzi qurumlar vətəndaşları aldatmaqla onları soyur, şirnikləndirici vədlərinə əməl etmədən insanlara qarşı dələduzluq edirlər. Bu cür şirkətlərdən yeni peyda olanları isə “T&T”Məhdud Məsuliyyətli Cəmiyyət və “Liver Side”şirkətidir. Şirkətin arxasında dayananlar Türkiyə vətəndaşlarıdır. Həmin qurumlar xüsusi kuponlar çap etdirərərk üzərinə şirnikləndirici reklamlar yazmaqla əhaliyə paylayır, onları aldatmaqla məşğul olur.
Bakı şəhər sakini Şəmsəddin Əliyev də bu şirkətlərin fırıldağının qurbanına çevrilib. Şikayətçinin dediyinə görə, həmin şirkətlərin işçiləri Bakıda əsasən yanacaqdoldurma məntəqələrində dayanmaqla ora gələn bahalı avtomobil sahiblərini aldadırlar. Belə ki, həmin şəxslər bahalı avtomobillərə yaxınlaşıb onlara kuponlar verirlər ki, guya hansısa xarici ölkədə ucuz və yüksək keyfiyyətli istirahətə istirahətə göndərirlər. Kuponları verəndə həmin şəxslərin əlaqə vasitələrini götürüb sonradan onları ofisə dəvət edirlər. Həmin ofisdə isə şirkət əməkdaşları, yəni fırıldaqçılar kupon sahibini “təbrik” edir ki, bəs guya o şəxsin bəxti gətirib ki, ona kupon veriblər.
Şəmsəddin Əliyev də bu prosesi keçib. Ona da həmin kupondan verilib və ofisə dəvət edilib. Ofisdə bildiriblər ki, guya Şəmsəddin Əliyev həmin kuponla xaricdə ailəsilə birlikdə ucuz qiymətə istirahət qazanıb. Amma sonradan məlum olub ki, Şəmsəddin Əliyev həmin şirkətlər tərəfindən biabırçı vəziyyətdə aldadılıb. Belə ki, Şəmsəddin Əliyev həmin kupon əsasında istirahətə yollansa da, orada ona həddindən aşağı səviyyədə xidmət göstərilib. Hansı ki, müştərinin şirkətə ödədiyi pula daha yüksək səviyyəli xidmət göstərilməli idi. Şəmsəddin Əliyev bildirib ki, şirkət ondan qısamüddətli istirahət üçün 3 min manatdan artıq pul alıb. Amma ona bunun müqabilində heç 1000 manatlıq da xidmət göstərilməyib.
Məsələ ilə bağlı Azərbaycana qayıdandan sonra həmin şirkətə müraciət edən Ş. Əliyev qarşı tərəfin təzyiqlərinə məruz qalıb. Çarəsiz qalan vətəndaş məsələ ilə bağlı Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynova müraciət edib. Eyyub Hüseynov istehlakçının aldadılması barədə aidiyyəti dövlət qurumlarına müraciət etsə də, heç bir nəticə olmayıb. Nə istehlakçıya dəymiş ziyan ödənilməyib, nə də həmin fırıldaqçı şirkət barədə tədbir görülməyib.
Eyyub Hüseynov deyir ki, o aidiyyəti dövlət qurumuna müraciətdə konkret faktlar göstərib: “Mən müraciətdə şirkətin Türkiyə vətəndaşları olan rəhbərləri Turqay Hüseyncan, İlker Durmaz və Fuad Demirtaşın fırıldaqçılığı barədə məlumat vermişəm. Bunlar Bakıda “AF” oteldə icarəyə ofis götürüb və insanları həmin otelə cəlb edib orada saxta müqavilələr bağlayıb insanları istirahətə göndərirlər. Biz bununla bağlı ilk olaraq İqtisadi İnkişaf Nazirliyinə məlumat vermişik. Nazirlik Azad İstehlakçılar Birliyinə cavab yazıb ki, guya müraciət barədə araşdırma aparılır. Amma heç bir tədbir yoxdur. Nazirlik bizə bu il fevralın 13-də biabırçı cavab verib. Yazıb ki, guya Azad İstehlakçılar Birliyinin müraciətində həmin şirkətin ünvanı göstərilmədiyindən nazirlik əməkdaşları tərəfindən Bakının Nizami küçəsi 192 e ünvanında fəaliyyət göstərmədiyi müəyyən edilib. Müraciətdə göstərilib ki, müştərinin “T&T” şirkəti ilə bağladığı müqavilə “AF” oteldə çap edildiyindən bu faktların araşdırılması üçün otel rəhbərliyinə göstəriş verilib. Bu cür faktlar araşdırılmır və nazirlik əməkdaşları bu faktları aşkarlaya bilmir. Bir neçə gün öncə istehlakçılardan biri Azad İstehlakçılar Birliyinə zəng vuraraq bildirdi ki, paytaxtın Tbilisi prospektində yerləşən “İST Petrol”yanacaqdoldurma məntəqəsində “Holidey Mider” şirkəti adı ilə həmin fırıldaqçılığını davam etdirir. Mən hadisə yerinə gedib özüm sahidi oldum və kupon aldım. Hazırda şirkətdən zəng gözləyirəm ki, bu məsələni ciddi araşdırım”.
Eyyub Hüseynov deyir ki, məsələ ilə bağlı bir müddət əvvəl Daxili İşlər Nazirliyinə rəsmi müraciət edib. Nazirlik həmin məktubu araşdırmaq üçün Nəsimi rayon Polis İdarəsinin 22-ci polis bölməsinə göndərsə də, bölmə problemi araşdırmır: “Mən məsələ ilə bağlı bölmənin Nəsib adlı polis əməkdaşı ilə danışdım. Polis dedi ki, vətəndaş bunun üçün aidiyyəti üzrə Yasamal rayon Polis İdarəsinə müraciət etməlidir. Polis də bu işin araşdırılmasında maraqlı deyil. Əslində polis özü bununla bağlı aidiyyəti əraziyə müraciət etməlidir”.
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Bu məhsulların satışı ciddi problemlərə yol açır -Ekspertdən çağırış
Bu gün, 00:28 |
|
|
|
• Kommunizmə qayıdırıq?: Parlamentdə təklif... - "Kolxoz və sovxozlar yaradılsın"
Bu gün, 00:24 |
|
|
|
• Azərbaycanın xalq artisti vəfat etdi
Bu gün, 00:19 |
|
|
|
• Dövlət qurumu "Atasığorta"nı seçdi
Bu gün, 00:05 |
|
|
|
• “İpək Yolu Sığorta”nın səhmdarlarının yığıncağı - KEÇİRİLƏCƏK
Bu gün, 00:02 |
|
|
|
• Elşənlə Ozanın serialı bu tarixdə yayımlanacaq
Dünən, 23:59 |
|
|
|
• Ermənistanda naməlum şəxs qumbara partlatmaq istəyib - FOTO
Dünən, 23:56 |
|
|
|
• Bakıda qadınları təqib edən gənc oğlan həbs edildi... - Məhəlləyə "nəzarət" edirmiş
Dünən, 23:53 |
|
|
|
• Qazaxıstandan Azərbaycanla bağlı mühüm açıqlama
Dünən, 23:46 |
|
|
|
• Prezident İlham Əliyev Donald Trampa zəng edib
Dünən, 23:39 |
|
|
|
• 70 kiloqram qızılla saxlanılan hərbi attaşe DTX-də həbs edilib - TƏFƏRRÜAT
Dünən, 23:36 |
|
|
|
• Putin bu ölkəni pay-püş edir: - Vaşinqton və Varşava plana şərikdir?
Dünən, 21:35 |
|
|
|
• Duda İrəvanda: Azərbaycan sərhədinə gələcək - ZİBİLƏ DÜŞMÜŞÜK...
Dünən, 21:30 |
|
|
|
• "3-4 min manat tələb olunur, əgər bu davam etsə..." - Deputat SƏNƏDSİZ EVLƏRDƏN danışdı
Dünən, 21:27 |
|
|
|
• "Qardaşım "ləyaqətsiz vərəsə" kimi məni məhkəməyə verib" - Tanınmış aktrisa
Dünən, 20:18 |
|
|
|
• 145 saylı məktəbdən NARAZILIQ - İstilik yoxdur, uşaqlar xəstələnsə, kim cavab verəcək?
Dünən, 20:13 |
|
|
|
• Xəstəxanalardakı “qəssab”lara bıçağı kim verir? – Nazirlik diplomsuz həkim sualından yayındı
Dünən, 19:32 |
|
|
|
• Bakıda NATO nümayəndə heyəti ilə görüş keçirilib
Dünən, 19:18 |
|
|
|
• Dollara rekord tələbat – Ekspertlər deyirlər ki...
Dünən, 19:02 |
|
|
|
• Dezinformasiyanın qarşısını hansı yollarla almaq olar? - Qərb mediası və Azərbaycan...
Dünən, 18:58 |
|
|
|
• Bakı metrosunda yeni qatarları 1 milyon manata bu şirkət – TƏMİR EDƏCƏK
Dünən, 18:56 |
|
|
|
• Elza Seyidcahanın iddiasına nazirlikdən CAVAB
Dünən, 18:39 |
|
|
|
• Bakıda aktrisa şikayət etdi, xanım prodüserə cinayət işi açıldı - TƏFƏRRÜAT
Dünən, 18:35 |
|
|
|
• Xırdalanda eyni şirkətə 3 ayda 4-cü tender verildi - Bu dəfə 1,8 milyon manat..
Dünən, 18:34 |
|
|
|
• Qorxu filmlərini xatırladan UNİVERSİTET – Tərk edilmiş binanın aqibəti necə olacaq?
Dünən, 18:31 |
|
|
|
• Bəlli dairələrin murazı gözündə qaldı, nəticələr var
Dünən, 18:25 |
|
|
|
• Türkiyə-Azərbaycan sərhəddində 20 KİLOMETRLİK TIXAC... - Naxçıvan rəhbərliyi səbəbindən...
Dünən, 18:18 |
|
|
|
• Əbu-Dabidə “Şuşa günləri” keçiriləcək – 182 min manat ayrıldı
Dünən, 18:09 |
|
|
|
• Üç qüvvə birləşdi – Paşinyanın planı nədir?
Dünən, 18:05 |
|
|
|
• Azərbaycanın sabiq deputatı olan general məhkəməyə verildi - DETALLAR
Dünən, 18:03 |
|
|
|
• Gəncə Dövlət Tibb Kollecində RÜŞVƏT İDDİASI - Havayı yerə oxumayın..
Dünən, 18:01 |
|
|
|
• Hərbi ekspert Ədalət Verdiyev həbs edilib - ŞOK TƏFƏRRÜAT
Dünən, 17:58 |
|
|
|
• “Salyan Oil Limited” YAŞILLIĞA QƏNİM KƏSİLDİ VƏ... - 25 MİNLİK CƏZA
Dünən, 17:55 |
|
|
|
• “Gələcəyini Qur!” təhsil təqaüdünü qazanmış abituriyentlərlə “Veysəloğlu Şirkətlər Qrupu”nda görüş keçirildi - FOTO
Dünən, 17:44 |
|
|
|
• COP29-da Azərbaycan tarixi nəticə əldə etdi - MƏQALƏ
Dünən, 17:41 |
|
|
|
• Qənirə Ataşovanın hesabı silindi - SƏHİYYƏ MAFİYASINI ifşa etmişdi...
Dünən, 17:39 |
|
|
|
• Bakıda tiktoker qızdan ŞOK ƏMƏL: kişini tapıb ayağından öpdürdü - VİDEO
Dünən, 17:27 |
|
|
|
• Boşanan qadına əxlaqsızlıq təklif edildi, əri və qardaşı... - TƏFƏRRÜAT
Dünən, 17:20 |
|
|
|
• Deputat qohumunu işdən çıxarıb öz xanımını təyin etdi - DETALLAR
Dünən, 17:13 |
|
|
|
• Keşmiş işçici ilə KTN arasında QALMAQAL
Dünən, 17:12 |
|
|
|
• Azərbaycanlı müğənnnilərin FANTASTİK YENİ İL QİYMƏTLƏRİ
Dünən, 17:09 |
|
|
|
• Ölkəmizin iqlim diplomatiyasında uğuru - İsrafil Kərimovun yazısı
Dünən, 17:04 |
|
|
|
• Bələdiyyələr avtomobillərdən əmlak vergisi alacaq? – Deputatın təklifinə REAKSİYA
Dünən, 17:02 |
|
|
|
• Vətəndaşın istifadə etmədiyi debet kartına borc gəlib... - NARAZILIQ VAR...
Dünən, 16:55 |
|
|
|
• "Uber” və “Bolt” sistemdə göstərilən avtomobil əvəzinə ünvana başqa avtomobillər göndərir: - BU QƏDƏR CƏRİMƏSİ VAR
Dünən, 16:44 |
|
|
|
• Verilişlərdə ailə problemlərindən danışanlar xəstədir - "Vətəndaş A"nın Almazı
Dünən, 16:37 |
|
|
|
• Bağça müdiri "Şərurlu İsfəndiyar"ın şirkətini məhkəməyə verdi - SƏBƏB
Dünən, 16:35 |
|
|
|
• Rusiya son sutkada 8 ballistik raket vurub - KİV
Dünən, 16:33 |
|
|
|
• Güzəştli kreditlərə hamının "əli çatırmı"? - HƏQİQƏTƏN DƏ...
Dünən, 16:27 |
|
|
|
• Ölkədə ətin qiyməti ilə bağlı narahatlıq: Bahalaşır? - AKTUAL
Dünən, 16:25 |
|
|
|
|