DƏMİR YOLUNDA DƏMİR KORRUPSİYA
Tarix: 29-08-2013, 14:11 | Çap et
Prezident İlham Əliyevin 6 iyul 2010-cu ildə imzaladığı "Azərbaycan Respublikasında dəmir yolu nəqliyyat sisteminin 2010-2014-cü illərdə inkişafına dair Dövlət Proqramının təsdiq edilməsi haqqında» sərəncama uyğun olaraq, bu gün dəmir yolu xətlərinin bir çoxu yenidən qurulur. Qeyd edək ki, bu proqram çərçivəsində Bakı-Böyük Kəsik istiqamətində 317 km yolun əsaslı təmiri davam edir.
Xatırladaq ki, bu layihənin həyata keçirilməsi üçün Çexiyanın «İxrac» Bankı ilə 215 milyon avro məbləğində kredit sazişi imzalanıb. Bu məqsədlə qurğuların, çevirici tirlərin, maşın və mexanizmlərin, avadanlıqların və onların ehtiyat hissələrinin alınması üzrə «Azərbaycan Dəmir Yolları» Qapalı Səhmdar Cəmiyyəti (QSC) və Çexiyanın Moraviya STEEL a.s.-nin 100 %-li törəmə şirkəti olan «M STEEL PROJECT a.s.” arasında çərçivə müqaviləsi imzalanıb. Çexiyanın «Trşinets celezarnı» zavodundan relsin (65 tipli 41210 ton, 317 km yol) alınması razılaşdırılıb və 100 km-dən artıq rels və ehtiyat hissələrinin bir qismi ölkəyə gətirilib. Hazırda layihə əsasında ölkənin bir çox yerlərində dəmir yolu xətlərinin yenidən qurulması prosesi davam etdirilir. Məlumatlı mənbələrdən əldə etdiyimiz məlumatlara görə isə, «Azərbaycan Dəmir Yolları» QSC-nin sədri Arif Əsgərov təmir üçün büdcədən və beynəlxalq maliyyə qurumlarından ayrılan vəsaitləri təyinatı üzrə xərcləmir. Quruma ayrılan pullar sədrin rəhbərliyi altında cəmiyyətdə rəhbər vəzifələrdə çalışan şəxslərin əli ilə mənimsənilir. Ölkə başçısı dəmir yolu nəqliyyatının inkişafı üçün diqqəti artırdığı bir dövrdə Arif Əsgərov bu sistemdə müxtəlif əngəllərin ortaya çıxmasına zəmin yaradır. Bu barədə redaksiyamıza danışan mənbə bildirdi ki, QSC tərəfindən həyata keçirilən sərnişin daşımalarında bir sıra qanun pozuntuları mövcuddur: «Cəmiyyətin işçiləri sərnişinləri aldatmaqla məşğul olurlar. Heç bir keyfiyyətli xidmətdən söhbət belə gedə bilməz. Ölkədaxili xətt üzrə mənzil başına çatmaq istəyən sərnişinlərdən «SV» tipli vaqonların gediş haqqı alınır. Amma onları «Plaskart» vaqonlarda aparırlar. Hər iki vaqonun gediş haqqında ciddi fərq var. Mənzilin uzaqlığına görə qiymətlər dəyişir. «Azərbaycan Dəmir Yolları»nda çalışan şəxslər Arif Əsgərovun göstərişi əsasında sərnişinlərə kələk gəlirlər. «Plaskart» vaqonlarında yuxarı yük yerlərini çıxarıb sərnişinləri bunun «SV» tipli olmasına inandırmağa çalışırlar. Sovet dövründə yaşayanlar «SV»nin nə olduğunu bilirlər. Arif Əsgərov fikirləşmir ki, bir gün prezident həmin vaqonlarda hansısa rayona səfər edər və burdakı vəziyyəti görər. Ölkə başçısı burdakı şəraiti görsə, heç şübhəsiz ki, cəmiyyət sədrini tutduğu vəzifədən azad edər. Belə bir hadisə baş versə, Arif Əsgərov və başqaları nə cavab verəcəklər?» Məlumata görə, dəmir yolu xətlərinin təmirinə ayrılan vəsaitlərin çoxu yeyildiyi üçün müxtəlif problemlər meydana gəlib: «Məsələn, reyslərin çoxu artıq istismar müddətini çoxdan başa vurub. Neçə illərdir ki, həmin reysləri dəyişmirlər. Reyslərin altında olan «şpallar» köhnədir. Yenilərinin alınması üçün pul ayrılsa da, hamısını yeyiblər. Alınan təzə «şpalları» isə satıblar. Reysləri bir-birinə bağlayan «bolt»lar artıq istifadə müddətini çoxdan başa vurub.
Bu səbəbdən də qatarların hərəkəti zamanı birbaşa insan beyninə təsir edən səs-küy yaranır. Bu çox təhlükəlidir. Hər an qatarların hərəkəti zamanı hansısa bədbəxt hadisə baş verə bilər. Sovet dövründə reyslərin altına tökülən şebel tez-tez dəyişdirilirdi. İndi isə buna nəzarət edən yoxdur. Yaxşı ki, reyslər poladdan hazırlanıb, yoxsa çoxdan hamısı sıradan çıxmışdı. Bakı-Astara və Bakı-Ağstafa marşrutu üzrə hərəkət edən qatarlar dəhşət saçır». Mənbə ilə söhbət zamanı o da məlum oldu ki, Arif Əsgərov Ukraynaya təmirə göndərilən vaqonlardan da xeyir götürür: «Əslində, Ukraynaya təmir üçün göndərilən vaqonların bir çoxu işlək və saz vəziyyətdədir. Sadəcə, rəis əlavə pul silmək üçün vaqonları «təmirə» göndərib və bunu sənədləşdirib. Uzun sözün qısası, o, təmir adı altında milyonları cibinə qatlayır». Qeyd edək ki, QSC-də milyonlarla vəsaitin göyə sovrulmasına baxmayaraq, nəqliyyat naziri Ziya Məmmədov və əlaqədar dövlət qurumları Arif Əsgərov barəsində müvafiq ölçü götürmürlər.
Qarşı tərəfin də münasibətini dərc edə bilərik.
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Elman Rüstəmov bütün Azərbaycan vətəndaşlarına qarşı - NONSENS MƏHKƏMƏ BAŞLAYIR!
Bu gün, 15:25 |
|
|
|
• Hərbi pilotların peşəkarlığı artırılır - VİDEO
Bu gün, 15:22 |
|
|
|
• Sənədsiz evlərin sənədləşdirilməsi prosesi sürətləndirilməlidir - Siyavuş Novruzov
Bu gün, 15:21 |
|
|
|
• Nazirlik Boradigah məktəblilərinə QURU VƏD VERDİ... - "Növbəti illərin dövlət investisiya proqramı çərçivəsində..."
Bu gün, 15:18 |
|
|
|
• Respublika Perinatal Mərkəzində 7 uşağın ölümü ilə nəticələnən yanğınla bağlı məhkəmə prosesi təxirə salınıb
Bu gün, 15:14 |
|
|
|
• Bahalı maşınlarınızı satın... işçiyə TEXNİKA ALIN! - ÇAĞIRIŞ
Bu gün, 15:12 |
|
|
|
• Mətləb Bağırovun işi ilə bağlı məhkəmədə xarici kuryer dindirilib - TƏFƏRRÜAT
Bu gün, 15:04 |
|
|
|
• Ermənistanda xarici borcun azalması deyil, artması gözlənilir
Bu gün, 14:02 |
|
|
|
• Mənfur plan: fantaziya ilə həqiqətin toqquşması - ƏSLİNDƏ...
Bu gün, 14:00 |
|
|
|
• TƏBİB-ə 4 zərbə birdən: 303 minlik tender ləğv edilib - DETALLAR
Bu gün, 13:58 |
|
|
|
• Rusiya dibə yuvarlanır? - Müharibə bitməsə...
Bu gün, 13:21 |
|
|
|
• Qərbi Azərbaycan sadəcə hazırkı Ermənistandan ibarət deyil - REAKSİYA
Bu gün, 13:17 |
|
|
|
• Fransa səfirinin Qərbi Azərbaycan təxribatı nəyə hesablanıb? - FOTO
Bu gün, 13:10 |
|
|
|
• Bakının COP29 TÖHFƏSİ... - ŞƏRH
Bu gün, 13:05 |
|
|
|
• Mülayim şimal-qərb küləyi əsəcək - belə deyirlər...
Bu gün, 13:01 |
|
|
|
• “Kənd Təsərrüfatı və Yeyinti Sənayesi Nazirliyində işləmişəm, - paxıllığımı çəkənlər çoxdur”
Bu gün, 12:57 |
|
|
|
• Cavid Qurbanovdan KƏLBƏCƏR AÇIQLAMASI - "...səbirsizliklə gözləyirlər"
Bu gün, 12:54 |
|
|
|
• İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin müəmmalı addımı - 10 gündə bir şirkətə 3 milyonluq iki tender...
Bu gün, 12:50 |
|
|
|
• Şərur camaatı Fuad Nəcəflidən NARAZIDIR - ETİRAZA HAZIRLAŞIRLAR
Bu gün, 12:44 |
|
|
|
• “Başqa xalqların mahnılarını sırıyırlar” - ETİRAZ
Bu gün, 12:39 |
|
|
|
• İrəvan geri çəkildi: Missiya sərhəddən çıxarılır - GƏLİŞMƏ
Bu gün, 12:37 |
|
|
|
• Kənd Təsərrüfatı Nazirliyində yeni təyinat - ƏMR
Bu gün, 12:35 |
|
|
|
• Şuşa RMX-nin mebel və inventarla təchizatı 2,3 milyon manata başa gələcək
Bu gün, 12:33 |
|
|
|
• Samirə Bayramovanın Ermənistana girişinə icazə verilməyib - ermənipərəst olsa belə...
Bu gün, 12:25 |
|
|
|
• Uşaqpulu buna görə verilmir - AÇIQLAMA
Bu gün, 12:22 |
|
|
|
• Azərbaycan-İran xüsusi təyinatlılarının "Araz - 2024" birgə taktiki təlimi keçirilir
Bu gün, 12:20 |
|
|
|
• Ermənistanın hərbi xərclərini 70 % artırması militarist büdcənin bariz nümunəsidir - Milli Məclisin komitə sədri
Bu gün, 11:43 |
|
|
|
• ANAMA-dan 60 min manatlıq Yeni il şənliyi üçün şərt: - Spirtli içkilər sertifikatlı olmalıdır
Bu gün, 11:27 |
|
|
|
• Baboşun fanatının başı dərddə - Saxta spirt istehsal edib külli miqdarda vergi borcu yaranıb
Bu gün, 11:20 |
|
|
|
• Badımcanı Gürcüstana 34 qəpiyə, Ərəbistana 24 manata satırıq - QİYMƏTLƏR
Bu gün, 11:16 |
|
|
|
• Ali Məhkəmə təhqir və böhtana məruz qalan şəxsin hansı məhkəməyə müraciət edə biləcəyinə aydınlıq gətirib - DETALLAR
Bu gün, 11:08 |
|
|
|
• Məktəbəhazırlıq qrupları və birinci sinif şagirdlərinin yerdəyişmə prosesi başlayıb - DİQQƏT
Bu gün, 11:06 |
|
|
|
• Milli Məclisin plenar iclası başlayıb, gələn ilin büdcəsi müzakirə olunacaq
Bu gün, 11:05 |
|
|
|
• Mirdamət Seyidov Bakı şəhərində kəsilən ağacları yenə “yaşıllaşdırır” - İLGİNC FAKTLAR...
Bu gün, 11:04 |
|
|
|
• "Bütün tarixi abidələri eyni vaxtda bərpa etmək mümkün deyil" - Eldar Əzizov
Bu gün, 10:58 |
|
|
|
• İndi də bu qurumun əməkdaşları ağac dalında gizlənib... - Xalqa qarşı açılan AYNA-lı...
Bu gün, 10:47 |
|
|
|
• Bakıda iki nəfəri qətlə yetirməkdə təqsirləndirilən şəxsə HÖKM OXUNUB
Bu gün, 10:45 |
|
|
|
• "Niyə görə məni pensiyaya çıxarmırlar?" - NARAZILIQ VAR...
Bu gün, 10:41 |
|
|
|
• Sabiq icra başçısının qardaşına qarşı dələduzluq edən şəxslərdən xəbər var - TƏFƏRRÜAT
Bu gün, 10:38 |
|
|
|
• Naxçıvansayağı təhsil siyasəti... – korrupsiya və zorakılığa “hə”, əlavə dərsə “yox”!
Bu gün, 10:30 |
|
|
|
• “Çinar Park”ın dövlətə 100 min manatdan çox vergi borcu var - Biznes mərkəzini idarə edir...
Bu gün, 10:22 |
|
|
|
• “Azərbaycan COP29-la bağlı qarşısına qoyduğu bütün hədəflərə nail oldu” - deputat
Bu gün, 10:17 |
|
|
|
• Azərbaycanda DƏHŞƏT: qardaş qardaşı öldürdü
Bu gün, 10:12 |
|
|
|
• “Bakı Telefon Rabitəsi” sığortaçı seçib
Bu gün, 10:05 |
|
|
|
• Deputat Əminə Ağazadə MDB PA-nın Hüquqi məsələlər üzrə daimi komissiyasının sədr müavini seçilib - FOTO
Bu gün, 10:04 |
|
|
|
• Azərbaycan Mərkəzi Bankı sığortaçı seçib
Bu gün, 09:48 |
|
|
|
• Rusiya ordusu yeni hücuma hazırlaşır - “DeepState”
Bu gün, 09:47 |
|
|
|
• Bu gündən COP29 zolaqları qüvvədən düşüb - DİQQƏT
Bu gün, 09:43 |
|
|
|
• İşçisini acımasızcasına döyən aptek müdiri OLİQARX ÇIXDI... - SİYAHI
Bu gün, 09:42 |
|
|
|
• Kredit sənin üçün bitib, bizim üçün yox... - Bir "Kontakt Home" NAĞILI...
Bu gün, 09:25 |
|
|
|
|