COP29-da tarixi nailiyyət: Bakı 1,3 trilyon dollarlıq yeni iqlim maliyyəsini hədəf seçib .....                     COP29-da illik iqlim maliyyələşməsi üçün 300 milyard dollar təsdiqlənib .....                     Avropa çətin vəziyyətdə: “Rusiya qazının idxalı azalsa…” .....                     "Ərə sahib olmaq super bir hissdir..." .....                     Cavid İsmayılzadənin "əli uzandı" .....                     Azərbaycan Cənubi Qafqazın ən təhlükəsiz ölkəsidir .....                     "Daha fundamental əsərlər yazılmalı, filmlər çəkilməlidir" .....                     Dövlət qurumu 1,1 milyon manatlıq geyimləri .....                     Avropa İttifaqı sülhə mane olur .....                     Azərbaycanda logistika şirkəti .....                     "Səbail Market" fəaliyyətini dayandırdı .....                     Nadir Qafarzadə Rusiyada torpaq sahəsi alıb? .....                     Çavuşoğlunu Bakıya gətirən mühüm səbəb: .....                     Bir dəfəlik, yoxsa birdəfəlik sülh? .....                     Qloballaşan savaş: “Üçüncü Dünya müharibəsi başlayıb, sadəcə...” .....                     Dəb indiki xoşbəxtlikdir, dəyər sonrakı peşmanlıq! .....                     Tramp Viktor Orbana zəng etdi .....                     “Kişi kimi uduzmaq lazımdır, dovşan kimi yox” .....                     "Ermənistan Azərbaycanın haqlı gözləntilərinə cavab versə..." .....                     Azərbaycanın tanınmış jurnalistini maşın vurdu: Xəstəxanaya aparıldı .....                     “Kişi müğənnilər də plastik etdirir, övladları onlardan utanır...” .....                     Laçında baş verən zəlzələ Ermənistanda da hiss olunub .....                     Ermənistanda sülh deyənlərə həbsxana GÖSTƏRİLİR .....                     Xanlar Fətiyev Tərtər rayonunun Azad Qaraqoyunlu kəndində vətəndaşları qəbul edib .....                     Azərbaycanlı diplomat 70 kq qızılı haradan alıb? .....                     Azərbaycan mediasının COP29 sınağı .....                     Trampla Putin arasında gizli görüş... .....                     Sirli diplomatın KİMLİYİ BƏLLİ OLDU .....                     "Hakimiyyət naminə torpaqları qurban verdikləri kimi..." .....                     Azərbaycan öz üzərinə düşəni edir .....                     Paşinyan ölkədəki istefa dalğasından danışdı: .....                     MDB ölkələrindən aldığımız məhsullar onlara satdığımızdan 3 dəfə çoxdur .....                     Ermənistan İstintaq Komitəsinin keçmiş sədri .....                     “Ermənistandakı indiki nəsil vuruşmağa hazır deyil... .....                     Sərhədlər açılır... YA AÇILMIR? .....                     Rusiya DİN bəzi şəxsləri vətəndaşlıqdan məhrum edir .....                     Çin hakerləri ABŞ-nin infrasturkturuna girməyə çalışırlar .....                     İranın yeni paytaxtı bu şəhər ola bilər .....                     Almaniya ilə Azərbaycan arasında yeni gərginlik .....                     Azərbaycanda saxlanılan gömrük xidmətinin rəis müavini 200 milyon verib HƏBSDƏN ÇIXDI .....                 

RƏSUL QULİYEVİN YUXULU AÇIQLAMALARI
Tarix: 12-01-2012, 19:12 | Çap et
RƏSUL QULİYEVİN YUXULU AÇIQLAMALARI

ACP LİDERİ MÜXALİFƏTİ NİYƏ VƏ NƏDƏ İTTİHAM ETDİ?

DİA.AZ: - Demokratik Cəmiyyət Uğrunda Müqavimət Hərəkatın bu gün keçirilən təsis konfransında Açıq Cəmiyyət Partiyasının (ACP) lideri Rəsul Quliyevlə İctimai Palatanın nümayəndəsi Yeganə Əmiraslanova arasında polemika olub.

Bildirək ki, yığıncaqda iştirak edən Y. Əmiraslanova “skape” vasitəsilə toplantıya qoşulan R. Quliyevə üzünü tutaraq deyib ki, bu qurumun yaranması müxalifəti və iqtidardan narazı olan toplumu çətin seçim qarşısında qoyub: “Artıq neçə müddətdir iqtidarın keçirdiyi son seçkidən narazı olanlar və müxalifətdə olan bir sıra partiyalar İctimai Palatada təmsil olunurlar. Ötən dövr də onu göstərdi ki, İctimai Palata mübarizəsində inamlıdır. Burada İctimai Palatanın işində iştirak edən dostları da görürəm”. O qeyd edib ki, yeni təsis olunan hərəkatda da onun mübarizədə yoldaş hesab etdiyi insanlar cəmləşib. Lakin bu qurumun yaradılması onu və onun kimi digər müxalifətçiləri ciddi seçim qarşısında qoyub: “Rəsul bəy, sizin vəziyyəti düzgün qiymətləndirmək bacarığınızı bilirəm. Aydınlıq gətirin görək, İctimai Palata olduğu halda bu qurumun yaradılmasına nə lüzum var idi? Biz seçim qarşısında qalmışıq. Nə edək?”

Rəsul Quliyev isə İP nümayəndəsinin fikirlərindən təəccübləndiyini və məsələnin yanlış yerə yozulduğunu deyib: “İctimai Palata bizim təbii müttəfiqimizdir. Biz İctami Palataya hər zaman dəstək verməyə hazırıq”.

R. Quliyev qeyd edib ki, İctimai Palata konsensusla işləyən təşkilat olduğundan, fəaliyyətində bir sıra problemlər meydana çıxa bilir: “İctimai Palatada qərar verib, icra etmək problemdir. Ancaq bu hərəkatın formatında bu problemlər yoxdur. Məsələni başqa yerə yönəltmək olmaz və sizin də İctimai Palatada iştirakınız məqbul sayılır”.

Onu da bildirək ki, sözügedən toplantıda Rəsul Quliyevin söylədikləri tək bunlardan ibarət olmayıb. Ümumiyyətlə, toplantı boyunca müxalifətin radikal cinahını qeyri-radikallıqda suçlayan Rəsul Quliyev bir çox məqamlarla bağlı da ilginc açıqlamaları ilə diqqətə gəldi. Və biz də səbəb düşdüyündən həmin açıqlamaları, eyni zamanda digər faktları diqqətinizə çatdırırıq.

Rəsul Quliyev korrupsiyadan danışdı…

Bəli, Rəsul Quliyev korrupsiyadan danışdı və bu hakimiyyəti korrupsionerlikdə ittiham etdi. Hər halda, bu hadisə sizləri təəccübləndirməz. Təsəvvür edin, Rəsul Quliyev - zamanında korrupsiya məsələsində əməlli-başlı gül vurmuş bu adam indi kimlərisə korrupsiyada, rüşvət almaqda, dövlətin malını talamaqda ittiham edir. Daha kimsənin ağlına gəlmir ki, internet vasitəsilə tədbir iştirakçılarına cəsarət dərsi keçən bu zatdan «sən hansı pullarla bu gün varsan və Amerikada oturub düzü-aləmə meydan oxuyursan» sualına cavab istəsin.

Rəsul Quliyev guya ki, öz aləmində Azərbaycan məmurlarının rüşvətxorluğunu açıb-ağardır, onları ittiham edir: «Doğrudur, SSRİ vaxtında da korrupsiya, rüşvət var idi. Amma bu şəkildə deyildi. O zaman rüşvət alanlar qorxurdular, ehtiyat edirdilər. İndi isə açıq-aşkar korrupsiyaya yol verilir, hamının gözü qarşısında rüşvət alırlar. Bunlar harınlayıblar. O qədər harınlayıblar ki, kimsədən çəkinmədən rüşvət alırlar».

Hə, möhtərəm oxucu. Yəqin ki, sizlər də bizim gəldiyimiz qənaətə gəldiniz. Bəli, Rəsul Quliyevin rüşvətxor məmurlarımıza guya ki, tənqidi mövqedən olan bu tənələri əslində həsəddən başqa bir şey deyil. Bu adam açıq-aşkar bu gün xalqın malını talayan Kəmaləddin Heydərova, Ziya Məmmədova və digər korrupsionerlərə həsəd aparır, onlara paxıllığı tutur. Çünki Rəsul Quliyev rüşvət alarkən, Azərbaycanın neft pullarını mənimsəyərkən, qorxurdu, ehtiyat edirdi. Amma bugünkü məmurlarımızın belə bir qayğıları yoxdur. Çünki Rəsul Quliyev nefti kanistr-kanistr satıb, mənimsəyib. Amma bugünkü məmurlar vaqon-vaqon satırlar. Budur adamın dərdi!!!

Əslində Rəsul Quliyevin korrupsiyadan danışmasına dözmək olardı. Amma bu həsəd məsələsinin nümayişkaranə formada adamın gözünə girməsi imkan vermir ki, əlini qələmə atmayasan…

Rəsul Quliyev: Nərdən nərəyə?..

Rəsul Quliyevin dünənki tədbirdə İctimai Palata barədə söylədiklərinə gəlməzdən öncə, bu adamın ümumiyyətlə, müxalifətə transferi məsələsini qısa da olsa təhlil edək. Türkiyəlilər demişkən, nərdən nərəyə… Bu adamın hardan hara gəldiyinə nəzər saldıqda ilk olaraq diqqətə gələni onun mərhum prezident Heydər Əliyevlə qucaqlaşıb ayrılması mənzərəsi olur.

Ardından da müxaliflik dönəmi başlayır. Rəsul Quliyev müalicə adı altında getdiyi xarici ölkədə bir daha vətənə dönə bilməyəcəyini dərk etdikdə, əslində Azərbaycanın yox, əlini sıxıb, qucaqlaşaraq ayrıldığı hakim komandanın həsrətini çəkdi. Onun müxalifliyi bu həsrətdən yarandı. Ki, pulları ilə yıxdığı Əbülfəz Elçibəy (ifadə mərhum prezident Əbülfəz Elçibəyə məxsusdur) hakimiyyətinin yerində qurulmaqda olan YAP iqtidarının sağmal dövrünə düşə bilməyəcək. Rəsul Quliyev bunun xiffətini etdiyindən müxalifətçi oldu. Onu hansısa milli duyğu, vətənpərvərlik hissləri müxalifət cinahına daşımadı. Bu adamın millətinə zərrə qədər sayğısı olsaydı, ən azından elə Elçibəyə qarşı olan qüvvələri maliyyələşdirməzdi.

Amma yenə də zaman fırlandı və Rəsul Quliyev 1998-ci il prezident seçkiləri ərfəsində ilk dəfə olaraq bir müxalif kimi seçkilərə qatıldığını elan etdi, Əbülfəz Elçibəyin müttəfiqinə çevrildi. Rəhmətlik Əbülfəz bəy yenə də böyüklüyü özündə saxladı. Amma 1998-ci il seçkilərinin ardından Elçibəylə Rəsul Quliyevi bir arada birləşdirən SİDSUH adlı abstrakt bir təşkilat darmadağın oldu və Rəsul Quliyev Əbülfəz Elçibəyin üzərinə yerimə haqqını da özündə hiss etdi. Elçibəyi hakimiyyəti qoyub qaçmaqda ittiham etdi. Və o zaman Əbülfəz bəyin ona bir cavabı oldu: «RƏSUL, MƏNİ SƏNİN PULLARIN YIXDI, MƏN HAKİMİYYƏTİ QOYUB QAÇMADIM».

Əbülfəz Elçibəyin vəfatından sonra isə Rəsul Quliyevin əsas hədəfi bu gün də ittham etdiyi İctimai Palatanın qurucuları - Müsavat başqanı İsa Qəmbər və AXCP sədri Əli Kərimli oldu. 2003-cü ilin prezident seçkilərində İsa Qəmbəri dəstəkləyən Rəsul Quliyevin hvösələsi 2005-ci ilin parlament seçkilərinə qədər çatdı. Ondan sonra əsl kimliyini ortaya qoyan bu adamın aktivində artıq Fərhad Əliyevlə, Əli İnsanovun damlanması kimi qaramatlar da var idi.

2005-ci ilin məğlubiyyətinin ardından Rəsul Quliyevin hədəfinə maraqlıdır ki, seçkiləri saxtalaşdıran hakimiyyət yox, onunla bərabər seçilmə haqqı əlindən alınan İsa Qəmbərlə Əli Kərimli oldu. Hər iki müxalifət liderini o zamanlar APA agentliyinə verdiyi müsahibəsində harınlıqda ittiham edən Rəsul Quliyev AXCP və Müsavat rəhbərlərinin ünvanına sərt ittihamlar da ünvanladı: «Əli Kərimli və İsa Qəmbər bu gün məmur həyatı yaşayır. Amma məmurların bir məsuliyyəti var. Yəni hansısa sahəyə görə, cavabdehdirlər. Amma bunların heç bir məsuliyyəti yoxdur və alınmayan bir işə görə, kimsə bunları sorğu-sual edə bilməz. Yaşayışları isə məmur həyatıdır. Belə adamlar heç bir zaman inqilabda, dəyişiklikdə maraqlı ola bilməzlər».

Və beləcə Rəsul Quliyev əslində çəkici hansı zindana vurduğunu tam olaraq ortaya qoydu.

Rəsul Quliyev müxalifətdən də danışdı

Bundan sonra isə özünə Açıq Cəmiyyət adlı partiya yaradan Rəsul Quliyev yenə də internet, mobil rabitə araçılığı ilə millətə cəsarət dərsi keçməyə başladı və yenə də hədəfi hakimiyyət yox, müxalifət oldu. İndi isə hakimiyyətə qarşı yeni təşkilat yaradır. Bu təsis konfransında isə yenə də müxalifət liderlərini ittiham edir, onların, yəni İctimai Palatada təmsil olunan Əli Kərimli ilə İsa Qəmbərin Rəsul Quliyevin yaratdığı təsisatda iştirak etməməsinə münasibəti belə oldu: «Kimlərsə bu gün özünü şəxsiyyət hesab edir. Mən özüm yaşda olanlarla bağlı bunu deyirəm. Və bildirirəm ki, içi özüm qarışıq Azərbaycanda şəxsiyyət yoxdur. Əgər biz şəxsiyyət olsaydıq, Azərbaycan bu günə qalmazdı».

Hər halda, bu ağır ittihamlara daha çox Rəsul Quliyevin «həmyaşıdlarının» cavab verməsi doğru olardı. Amma biz sadəcə olaraq bir məqamı vurğulamaq istərdik. Cənab Quliyev, məşhur bir ifadə var, hər qoyunu öz ayağından asırlar. Və kimlərsə sizin etdiklərinizə görə cəza məsuliyyətini bölüşmək niyyətində deyil və ümumiyyətlə, bu məsuliyyət bölüşülə bilməz. Axı sizin pullar və səyiniz bu biabırçı Azərbaycanın memarıdır. Nədən kimlərsə bundan sorumlu olmalıdır və kimlərinsə şəxsiyyəti şübhəyə alınmalıdır?

Amma burada bir müsbət məqam da var: Rəsul Quliyev etiraf edir…

P.S. Onu da qeyd edək ki, Rəsul Quliyev bu açıqlamaları verərkən Amerikada gecə saat 5 radələri idi. Yəni yuxulu olub. Əlində sonradan təkzib üçün tam əsası var...









 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
COP29-da tarixi nailiyyət: Bakı 1,3 trilyon dollarlıq yeni iqlim maliyyəsini hədəf seçib
Bu gün, 03:58
COP29-da illik iqlim maliyyələşməsi üçün 300 milyard dollar təsdiqlənib
Bu gün, 03:56
Avropa çətin vəziyyətdə: “Rusiya qazının idxalı azalsa…” - GƏLİŞMƏ
Bu gün, 03:02
"Ərə sahib olmaq super bir hissdir..."
Bu gün, 02:55
Cavid İsmayılzadənin "əli uzandı" - İLGİNC
Bu gün, 02:52
Azərbaycan Cənubi Qafqazın ən təhlükəsiz ölkəsidir - FAKT BUDUR!
Bu gün, 02:45
"Daha fundamental əsərlər yazılmalı, filmlər çəkilməlidir"
Bu gün, 02:42
Dövlət qurumu 1,1 milyon manatlıq geyimləri - BU ŞİRKƏTDƏN ALDI
Bu gün, 02:30
Avropa İttifaqı sülhə mane olur - Çirkin "binokl diplomatiyası"...
Bu gün, 02:29
Azərbaycanda logistika şirkəti - LƏĞV OLUNUR
Bu gün, 00:05
"Səbail Market" fəaliyyətini dayandırdı
Bu gün, 00:02
Nadir Qafarzadə Rusiyada torpaq sahəsi alıb? - AÇIQLAMA
Dünən, 17:22
Çavuşoğlunu Bakıya gətirən mühüm səbəb: - Qərbi Azərbaycanla bağlı nə baş verir?
Dünən, 17:15
Bir dəfəlik, yoxsa birdəfəlik sülh? - Bahəddin Həzi yazır...
Dünən, 15:02
Qloballaşan savaş: “Üçüncü Dünya müharibəsi başlayıb, sadəcə...” - GÖRÜNƏNİ BUDUR
Dünən, 15:00
Dəb indiki xoşbəxtlikdir, dəyər sonrakı peşmanlıq! - Aqşin Yenisey
Dünən, 14:58
Tramp Viktor Orbana zəng etdi
Dünən, 14:06
“Kişi kimi uduzmaq lazımdır, dovşan kimi yox” - Zaur Axundovdan yığmaya sərt tənqid
Dünən, 13:57
"Ermənistan Azərbaycanın haqlı gözləntilərinə cavab versə..." - Ekspert
Dünən, 13:52
Azərbaycanın tanınmış jurnalistini maşın vurdu: Xəstəxanaya aparıldı - FOTO
Dünən, 13:50
“Kişi müğənnilər də plastik etdirir, övladları onlardan utanır...” - Əməkdar artist
Dünən, 13:17
Laçında baş verən zəlzələ Ermənistanda da hiss olunub - YENİLƏNDİ
Dünən, 13:12
Ermənistanda sülh deyənlərə həbsxana GÖSTƏRİLİR - Görünəni odur ki...
Dünən, 13:11
Xanlar Fətiyev Tərtər rayonunun Azad Qaraqoyunlu kəndində vətəndaşları qəbul edib
Dünən, 13:03
Azərbaycanlı diplomat 70 kq qızılı haradan alıb? – Diqqətçəkən detal
Dünən, 12:58
Azərbaycan mediasının COP29 sınağı - Rəşad Məcid yazır...
Dünən, 12:55
Trampla Putin arasında gizli görüş... - Şok iddia
Dünən, 12:53
Sirli diplomatın KİMLİYİ BƏLLİ OLDU - 70 kiloqram qızıl isə...
Dünən, 12:50
"Hakimiyyət naminə torpaqları qurban verdikləri kimi..." - Deputatdan SƏRT SÖZLƏR
Dünən, 12:38
Azərbaycan öz üzərinə düşəni edir - ŞƏRH
Dünən, 12:30
Paşinyan ölkədəki istefa dalğasından danışdı: - "Məmurlara yazdım ki..."
Dünən, 12:27
MDB ölkələrindən aldığımız məhsullar onlara satdığımızdan 3 dəfə çoxdur - SİYAHI
Dünən, 12:14
Ermənistan İstintaq Komitəsinin keçmiş sədri istintaqa çağırılıb
Dünən, 12:09
“Ermənistandakı indiki nəsil vuruşmağa hazır deyil... - Hətta xaricdən kimsə dəstək olsa belə...”
Dünən, 12:06
Sərhədlər açılır... YA AÇILMIR? - daha bir AÇIQLAMA
Dünən, 12:03
Rusiya DİN bəzi şəxsləri vətəndaşlıqdan məhrum edir - Azərbaycanlılar da olacaq?
Dünən, 11:56
Çin hakerləri ABŞ-nin infrasturkturuna girməyə çalışırlar - Morqan Adamski
Dünən, 11:53
İranın yeni paytaxtı bu şəhər ola bilər - KİV
Dünən, 11:52
Almaniya ilə Azərbaycan arasında yeni gərginlik - XİN rəhbəri nə deyib?
Dünən, 11:38
Azərbaycanda saxlanılan gömrük xidmətinin rəis müavini 200 milyon verib HƏBSDƏN ÇIXDI - TƏFƏRRÜAT
Dünən, 11:21
Tanınmış meyxanaçıdan MƏSLƏHƏT: - “Oğlan uşağını kişi kimi böyüdün ki, sonradan...”
Dünən, 11:19
Paşinyanın qadın “batalyon”u - strateji postlar niyə “axçi”lərə verilir...
Dünən, 11:17
Rusiyadan Ermənistan milyardlarla dollarlıq qızıl axır - Şəbəkənin arxasında kimlər dayanır?
Dünən, 11:13
Azərbaycanda bu deputatlara mənzil verildi - DETALLAR
Dünən, 11:09
DİQQƏT: Kənd məktəbləri sürətlə boşalır... - NƏ ETMƏLİ?
Dünən, 11:07
Rusiya-Ukrayna gərginliyi... BİZƏ NECƏ TƏSİR EDƏCƏK? - ARAŞDIRMA
Dünən, 10:59
"Səni 12 ildir mən gözəlləşdirmişəm"
Dünən, 10:56
İstanbulda 70 kq qızılla saxlanılan azərbaycanlı diplomat deyil - SARIYER OLAYI...
Dünən, 10:50
Bu hallarda işçilərin işdən kənarlaşdırılması qanunsuzdur... - Ekspert danışır...
Dünən, 10:47
Britaniyanın HSBC bankı Rusiya və Belarusdan ödənişləri qəbul etməyəcək - “Reuters”
Dünən, 10:44
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru