ARDNŞ ŞEFİNDƏN ŞOK AÇIQLAMA
Tarix: 4-09-2013, 13:16 |
Çap et
""BULLA DƏNİZ"İ ÖZÜMÜZ YANDIRMIŞIQ"Azərbaycanın Dövlət Neft Şirkəti (SOCAR) anomal yüksək təzyiq nəticəsində qazın idarə olunmayan fontanının baş verdiyi “Bulla-dəniz” offşor yatağındakı 90 saylı kəşfiyyat quyusunda yanğını qəsdən törədib. ABC agentliyinin yaydığı xəbərə görə, bu barədə şirkət prezidenti Rövnəq Abdullayev bildirib.
O, qaz fontanında yaranmış yanğının mənfi nəticələrdən qaçmaq üçün şirkət tərəfindən törədildiyini bildirib.
“Fontan yanmasaydı, güclü partlayış baş verə bilərdi” – deyə R.Abdullayev bildirib.
ARDNŞ prezidentinin hesablamalarına görə, hər gün 2,5-3 milyon kubmetr qaz yanır ki, bu da bir müddət əvvəl “Azəri-Çıraq-Günəşli” neft yataqları blokunda yandırılan qazın sutkalıq həcmindən (6-7 milyon kubmetr) azdır.
“Biz quyunu batırmaqla oradakı yanğını söndürə bilərdik, lakin bu, “Bulla-dəniz” yatağının sonu demək olardı. Lakin biz quyunu və yatağı xilas etməyə çalışırıq” – deyə Abdullayev qeyd edib.
Onun sözlərinə görə, bu gün quyuda qəzanın aradan qaldırılmasının ikinci mərhələsi keçirilir.
Xatırladaq ki, qəza avqustun 18-nə keçən gecə, quyunun 5868 metr dərinliyində baş verib. Hələlik “Bulla-dəniz”in ehtiyatları 17 milyard kubmetr qaza bərabər hesab edilir. ARDNŞ yanğını söndürmək və yatağı xilas etmək üçün Amerika şirkətini köməyə çağırıb. Bu, son onilliklər ərzində Xəzərdə baş vermiş ən irimiqyaslı texnogen qəzadır. \ Virtualaz.org \