İCRA BAŞÇISI XƏTAİNİ SƏHRAYA ÇEVİRİR
Tarix: 5-09-2013, 10:25 | Çap et
VƏ YAXUD RAZİM MƏMMƏDOVUN TƏBİƏTƏ OLAN NİFRƏTİRayon sakinləri mətbuata ünvanladıqları müraciətlərin bir çoxunda vurğulayıblar ki, illər öncə Xətai yaşıllıqların sayına görə digər rayonlardan fərqlənirmiş. Razim Məmmədov rayona rəhbər keçəndən sonra isə ağacların qara günləri başlayıb. Apardığımız araşdırmalar isə göstərir ki, əslən Qərbi Azərbaycandan olan məmur rayona başçılıq etdiyi 2006-cı ildən bu yana saysız-hesabsız qanunsuzluqlara imza atıb, minlərlə ağacın qırılmasına səbəb olub. Haqqında mətbuatda gedən tənqidlərdən məlum olur ki, icra başçısı Xətainin bütün qəsəbələrində boş torpaqları satıb, ağaclarla dolu olan sahələri isə şumlatdırıb. Fikrimizi başqa sözlə ifadə etsək, məmur ağacları kəsdirərək yerini ayrı-ayrı şəxslərə satıb. Bizə məlum olan rəqəmlərə görə, hazırda Xətaidə obyekt tikintisi üçün satılan ən ucuz yerlərin bir kvadratmetri 2 min manatdan başlayır. Yəni 40 kvadratmetrlik yerin qiyməti 80 min manatdır. Həzi Aslanov qəsəbəsində, Məhəmməd Hadi küçəsinə gedən istiqamətdə bir müddət öncə aparılan «yaşıl soyqırım» nəticəsində böyük bir ərazi tanınmış iş adamlarından birinə satılıb. Deyilənə görə, həmin sahibkar başdan-başa ağacla əhatə olunan sahəni ələ keçirmək üçün icra hakimi ilə 15 milyon manat qarşılığında razılaşıb. Qısa zaman kəsiyində burdakı ağaclar vəhşicəsinə qırılıb, yerində ticarət obyektləri tikilib. Məlumata görə, kəsilən ağacların yerində «Azza», «Sultan», «Daimoni» kimi brend firmaların mağazaları fəaliyyət göstərməyə başlayıb. Bundan başqa, Razim Məmmədovun başçılığı ilə Heydər Əliyev parkının yuxarı hissəsindəki ağaclar da amansızcasına qırılıb və yeri müəyyən miqdarda pulun qarşılığında kiməsə satılıb. Hətta bu məsələ ilə bağlı mətbuatda gedən informasiyalardan sonra icra hakiminə yuxarılardan sərt xəbərdarlıq da gəlib. Buna baxmayaraq, başçı qanunsuz işlərini yenə də davam etdirməkdədir. Bu arada, bir neçə ay əvvəl Xətai rayonu, Gəncə prospekti 73 saylı binanın qarşısında ağaclar kəsilməsi barədə xəbər vermişdik. Sakinlərin bildirdiyinə görə, onlarla ağacı kəsib yerində naməlum tikili tikiblər. Maraqlıdır ki, həmin zaman özlərini ekologiya idarəsinin işçiləri kimi təqdim edən bir qrup şəxs ağacları kəsməyə cəhd göstərib. Sakinlərin etirazından sonra ərazidən uzaqlaşıblar.
Vətəndaşlar onu da bildirib ki, binanın yeganə yaşıllıq zolağı binanın qarşısıdır. Qeyd edək ki, Xətai rayonu Gəncə prospekti 20 A ünvanında baş verən torpaq sürüşməsində Razim Məmmədov suçlanıb. Sakinlər bildiriblər ki, ərazidə tikinti məqsədi ilə qazıntı işlərinə başlanılıb. Bu məqsədlə də bir neçə ağac kəsilib. Bundan sonra isə sürüşmə baş verib. Vətəndaşlar qeyd ediblər ki, həm yaşıllıqların məhv edilməsində, həm də digər yaşayış binalarının təhlükə altına atılmasında başçının günahı böyükdür. Çünki burdakı yeni tikililər məhz icra başçısına məxsusdur: «Yaşıllıqları çox sakit şəkildə məhv etdilər. İndi bir-iki yerdə yaşıllıq qalıb ki, onu da məhv edəcəklər. Kimsə də söz deyə bilmir. Dəfələrlə müraciətlər etsək də, bizə aşkar surətdə bildiriblər ki, Razim Məmmədov birbaşa olaraq yuxarılarla məsələni həll etdiyindən yaşıllıqların məhv edilməsinə belə göz yumulur». Xətaidə ağacların daha çox kəsildiyi yerlərdən biri də Qaçaq Nəbi və Məzahir Rüstəmov küçələrinin arasında yerləşən sahədir. Bir müddət əvvəl mətbuatda yayılan məlumata görə, «Səma» kafesinin yaxınlığında çoxlu sayda ağaclar kəsilib və gecə ikən ərazidən aparılıb: «Ərazidə işlər yalnız gecədən sonra aparılır. Agaclar kəsilir, onların kəsilməsini gizlətmək üçün kəsilmiş ağacın kötüyü torpaqla, daşla və sement məhlulu ilə basdırılır». Onu da bildirək ki, hazırda Əhmədli, Həzi Aslanov, NZS və Köhnə Günəşli qşəsəbələri ərazisində vur-çatlasın torpaq alveri gedir və böyük yaşıllıq sahələri məhv edilir. Bu qədər özbaşınalıq törətməsinə baxmayaraq, icra hakiminə təpinən, «gözün üstə qaşın var» deyən yoxdur. Satdığı torpaqlar hesabına milyonçuya çevrilən Razim Məmmədov özünə və yaxın qohumlarına yüksək səviyyəli şərait qurub. Onun təkcə Xətai rayonu ərazisindəki qəsrlərinin qiyməti on milyonlarla ölçülür. Bakının ən bahalı yerlərində müxtəlif qohumlarının adına sənədləşdirdiyi mənzilləri var. Hələ biz «milyonçular məhləsi»ndəki imarətlərindən danışmırıq. Yaxud ölkənin ən dilbər rayonlarında tikdirdiyi villalarını demirik. Bizə çatan məlumatlara görə, icra başçısının Xətai rayonu ərazisində yüzlərlə irili-xırdalı obyektləri var. Oğlunun 15 yaşı olanda 260 min avroya «Porsche» almışdı. Görəsən, o bütün bunları vəzifə maaşı iləmi əldə edib? Buna qətiyyən inanmırıq. Əgər 800-1000 manat maaşla bu qədər varidat yığmaq mümkün olsaydı, onda çoxları Razim Məmmədova bənzəyərdi. Çox istərdik ki, cənab prezident Xətaini yaman günə qoyan icra hakimi ilə bağlı müvafiq ölçü götürüb tezliklə onu vəzifədən uzaqlaşdırsın.
Qarşı tərəfin də cavab haqqını tanıyırıq.
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Respublika Perinatal Mərkəzində 7 uşağın ölümü ilə nəticələnən yanğınla bağlı məhkəmə prosesi təxirə salınıb
Bu gün, 15:14 |
|
|
|
• Bahalı maşınlarınızı satın... işçiyə TEXNİKA ALIN! - ÇAĞIRIŞ
Bu gün, 15:12 |
|
|
|
• Mətləb Bağırovun işi ilə bağlı məhkəmədə xarici kuryer dindirilib - TƏFƏRRÜAT
Bu gün, 15:04 |
|
|
|
• Ermənistanda xarici borcun azalması deyil, artması gözlənilir
Bu gün, 14:02 |
|
|
|
• Mənfur plan: fantaziya ilə həqiqətin toqquşması - ƏSLİNDƏ...
Bu gün, 14:00 |
|
|
|
• TƏBİB-ə 4 zərbə birdən: 303 minlik tender ləğv edilib - DETALLAR
Bu gün, 13:58 |
|
|
|
• Rusiya dibə yuvarlanır? - Müharibə bitməsə...
Bu gün, 13:21 |
|
|
|
• Qərbi Azərbaycan sadəcə hazırkı Ermənistandan ibarət deyil - REAKSİYA
Bu gün, 13:17 |
|
|
|
• Fransa səfirinin Qərbi Azərbaycan təxribatı nəyə hesablanıb? - FOTO
Bu gün, 13:10 |
|
|
|
• Bakının COP29 TÖHFƏSİ... - ŞƏRH
Bu gün, 13:05 |
|
|
|
• Mülayim şimal-qərb küləyi əsəcək - belə deyirlər...
Bu gün, 13:01 |
|
|
|
• “Kənd Təsərrüfatı və Yeyinti Sənayesi Nazirliyində işləmişəm, - paxıllığımı çəkənlər çoxdur”
Bu gün, 12:57 |
|
|
|
• Cavid Qurbanovdan KƏLBƏCƏR AÇIQLAMASI - "...səbirsizliklə gözləyirlər"
Bu gün, 12:54 |
|
|
|
• İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin müəmmalı addımı - 10 gündə bir şirkətə 3 milyonluq iki tender...
Bu gün, 12:50 |
|
|
|
• Şərur camaatı Fuad Nəcəflidən NARAZIDIR - ETİRAZA HAZIRLAŞIRLAR
Bu gün, 12:44 |
|
|
|
• “Başqa xalqların mahnılarını sırıyırlar” - ETİRAZ
Bu gün, 12:39 |
|
|
|
• İrəvan geri çəkildi: Missiya sərhəddən çıxarılır - GƏLİŞMƏ
Bu gün, 12:37 |
|
|
|
• Kənd Təsərrüfatı Nazirliyində yeni təyinat - ƏMR
Bu gün, 12:35 |
|
|
|
• Şuşa RMX-nin mebel və inventarla təchizatı 2,3 milyon manata başa gələcək
Bu gün, 12:33 |
|
|
|
• Samirə Bayramovanın Ermənistana girişinə icazə verilməyib - ermənipərəst olsa belə...
Bu gün, 12:25 |
|
|
|
• Uşaqpulu buna görə verilmir - AÇIQLAMA
Bu gün, 12:22 |
|
|
|
• Azərbaycan-İran xüsusi təyinatlılarının "Araz - 2024" birgə taktiki təlimi keçirilir
Bu gün, 12:20 |
|
|
|
• Ermənistanın hərbi xərclərini 70 % artırması militarist büdcənin bariz nümunəsidir - Milli Məclisin komitə sədri
Bu gün, 11:43 |
|
|
|
• ANAMA-dan 60 min manatlıq Yeni il şənliyi üçün şərt: - Spirtli içkilər sertifikatlı olmalıdır
Bu gün, 11:27 |
|
|
|
• Baboşun fanatının başı dərddə - Saxta spirt istehsal edib külli miqdarda vergi borcu yaranıb
Bu gün, 11:20 |
|
|
|
• Badımcanı Gürcüstana 34 qəpiyə, Ərəbistana 24 manata satırıq - QİYMƏTLƏR
Bu gün, 11:16 |
|
|
|
• Ali Məhkəmə təhqir və böhtana məruz qalan şəxsin hansı məhkəməyə müraciət edə biləcəyinə aydınlıq gətirib - DETALLAR
Bu gün, 11:08 |
|
|
|
• Məktəbəhazırlıq qrupları və birinci sinif şagirdlərinin yerdəyişmə prosesi başlayıb - DİQQƏT
Bu gün, 11:06 |
|
|
|
• Milli Məclisin plenar iclası başlayıb, gələn ilin büdcəsi müzakirə olunacaq
Bu gün, 11:05 |
|
|
|
• Mirdamət Seyidov Bakı şəhərində kəsilən ağacları yenə “yaşıllaşdırır” - İLGİNC FAKTLAR...
Bu gün, 11:04 |
|
|
|
• "Bütün tarixi abidələri eyni vaxtda bərpa etmək mümkün deyil" - Eldar Əzizov
Bu gün, 10:58 |
|
|
|
• İndi də bu qurumun əməkdaşları ağac dalında gizlənib... - Xalqa qarşı açılan AYNA-lı...
Bu gün, 10:47 |
|
|
|
• Bakıda iki nəfəri qətlə yetirməkdə təqsirləndirilən şəxsə HÖKM OXUNUB
Bu gün, 10:45 |
|
|
|
• "Niyə görə məni pensiyaya çıxarmırlar?" - NARAZILIQ VAR...
Bu gün, 10:41 |
|
|
|
• Sabiq icra başçısının qardaşına qarşı dələduzluq edən şəxslərdən xəbər var - TƏFƏRRÜAT
Bu gün, 10:38 |
|
|
|
• Naxçıvansayağı təhsil siyasəti... – korrupsiya və zorakılığa “hə”, əlavə dərsə “yox”!
Bu gün, 10:30 |
|
|
|
• “Çinar Park”ın dövlətə 100 min manatdan çox vergi borcu var - Biznes mərkəzini idarə edir...
Bu gün, 10:22 |
|
|
|
• “Azərbaycan COP29-la bağlı qarşısına qoyduğu bütün hədəflərə nail oldu” - deputat
Bu gün, 10:17 |
|
|
|
• Azərbaycanda DƏHŞƏT: qardaş qardaşı öldürdü
Bu gün, 10:12 |
|
|
|
• “Bakı Telefon Rabitəsi” sığortaçı seçib
Bu gün, 10:05 |
|
|
|
• Deputat Əminə Ağazadə MDB PA-nın Hüquqi məsələlər üzrə daimi komissiyasının sədr müavini seçilib - FOTO
Bu gün, 10:04 |
|
|
|
• Azərbaycan Mərkəzi Bankı sığortaçı seçib
Bu gün, 09:48 |
|
|
|
• Rusiya ordusu yeni hücuma hazırlaşır - “DeepState”
Bu gün, 09:47 |
|
|
|
• Bu gündən COP29 zolaqları qüvvədən düşüb - DİQQƏT
Bu gün, 09:43 |
|
|
|
• İşçisini acımasızcasına döyən aptek müdiri OLİQARX ÇIXDI... - SİYAHI
Bu gün, 09:42 |
|
|
|
• Kredit sənin üçün bitib, bizim üçün yox... - Bir "Kontakt Home" NAĞILI...
Bu gün, 09:25 |
|
|
|
• Elmi-Tədqiqat Kardiologiya İnstitutu kotirovka sorğusuna yekun vurub
Bu gün, 09:20 |
|
|
|
• AMB işğaldan azad edilmiş ərazilərdə poçt filialına bank lisenziyası verib - İLK DƏFƏ...
Bu gün, 09:19 |
|
|
|
• Bakıda maraqlı boşanma: Milyoner cütlüyün toydan bir ay sonrakı DAVASI - TƏFƏRRÜAT
Bu gün, 09:17 |
|
|
|
• Vilsondan bəri ən ermənipərəst administrasiya… - Tenni
Bu gün, 09:13 |
|
|
|
|