ZİYA MƏMMƏDOVUN UĞURSUZ TAKSİ İSLAHATI
Tarix: 14-01-2012, 11:03 | Çap et
«LONDON TAKSİ»LƏRİNİN GƏLİŞİ NƏDƏN DURDURULUB?
DİA.AZ: Bu gün taksi məsələsi gündəmdədir. Artıq mübarizə aparan eloktorata taksiçilər də qoşulub. Təbii ki, Ziya Məmmədovun “islahatları” məcburi qaydada minlərlə sürücünü buna sövq edib. Mövzunun aktuallığı səbəbindən biz də köhnə sovet maşınlarının gününü qara edən yeni taksilərlə bağlı müəyyən araşdırmalar apardıq. Və sizi də əldə etdiyimiz faktlarla tanış edirik...
Azərbaycanın 2011-ci ildə 1000 ədəd taksi avtomobili sifariş verdiyi «Manganese Bronze» şirkəti maliyyə çətinliklərinin olduğu barədə məlumat yayıb. «BBC news»un məlumatına görə, «Manganese Bronze»nin bununla bağlı yaydığı açıqlamada bildirilir ki, şirkət 2011-ci ildə mənfəət əldə edə bilməyib və ola bilsin, 2012-ci il üzrə gözləntiləri də özünü doğrultmasın.
Şirkət bu vəziyyətin yaranmasında əsas səbəb kimi qlobal iqtisadi böhranı və Azərbaycana taksilərin göndərilməsinin ləngiməsini göstərib: «Britaniyadan sifarişlərin sayının azalması, eləcə də Azərbaycana taksilərin ikinci partiyasının göndərilməsinin ləngiməsi şirkətə ili mənfəətlə başa vurmağa imkan vermədi».
«Manganese Bronze»nin 2011-ci ildə əsas sifarişçisi Azərbaycan olub. Belə ki, ötən ilin martında Azərbaycana taksilərin göndərilməsi ilə bağlı 27 mln. ABŞ dolları (18 mln. funt sterlinq) məbləğində müqavilə imzalanıb. Amma şirkətin açıqlamasında taksilərin ikinci partiyasının Azərbaycana nə vaxt göndəriləcəyi bildirilmir.
Qeyd edək ki, «Manganese Bronze» və «Taxi Baku» şirkətləri arasında bağlanmış müqaviləyə görə, şirkət Azərbaycana 1000 ədəd «London taksi»si göndərməli idi. İndiyədək avtomobillərin 500 ədəddən ibarət birinci partiyası gətirilib.
«Manganese Bronze» ilə müqavilənin tərəfdaşı, Azərbaycanın «Taxi Baku» şirkətindən isə «London taksi»lərinin yeni partiyasının Azərbaycana yanvarın sonu-fevralın ortalarında gətiriləcəyi bildirilib. Şirkətin direktoru İlqar Qasımov deyib ki, artıq taksilərin yeni partiyası Çindən yola salınmağa hazırlanır: «500 avtomobil iki gəmi ilə gətiriləcək. İndi avtomobillərin gəmilərə yüklənməsi prosesi gedir». İkinci partiyanın gətirilməsinin ləngidiyini təsdiqləyən direktor bunun «hər iki tərəfdə ortaya çıxan obyektiv və subyektiv səbəblərlə» bağlı olduğunu bildirib. Söhbət həm taksilərin alınması üçün bank kreditlərinin ayrılmasından, həm yeni taksilər üçün sürücülərin hazırlanmasından, həm də qarşı tərəfin problemlərindən gedir: «Bununla əlaqədar olaraq şirkətlər arasında müqaviləyə yeni əlavə edilib. Əlavəyə əsasən taksilərin yeni partiyasının göndərilmə müddəti yanvarın 30-dək uzadılıb. Həmin müddətədək, ən uzağı fevralın ortalarınadək taksilər Bakıda olacaq».
Qeyd edək ki, «Taxi Baku» yeni partiyanın Bakıya ləngiməsini «obyektiv və subyektiv səbəblərlə» izah etməsi diqqət çəkir. Bu ümumi sözlərin arxasında nə dayanır? Mümkündür ki, nəqliyyat naziri Ziya Məmmədovun əvvəlcə böyük həvəslə girişdiyi «taksi biznesi»nin sonradan ciddi ictimai təpki görməsi və effekt verməməsi yubanmanın əsas səbəbidir. Ehtimal etmək olar ki, Z.Məmmədov fərdi taksi sürücülərini sıradan çıxarmaqda aciz qaldığından, bu cür cəhdlərin sosial partlayışla nəticələnəcəyi təhlükəsini göz önünə aldığından geri çəkilmək məcburiyyəti hiss edib.
Digər tərəfdən maddi cəhətdən çox əlverişsiz olduğu üçün Bakı sakinlərinin ciddi maraq göstərmədiyi taksilərin yetərincə gəlir gətirməməsi, əksinə zərərlə işləməsi, üstəlik, texniki cəhətdən keyfiyyətsiz olmaqla bu zərəri daha da böyütməsi də Ziya Məmmədovu həvəsdən salıb və o yeni taksi partiyasının gətirilməsində maraqlı olmamağa başlayıb.
Onu da qeyd edək ki, nəqliyyat naziri «London taksiləri» projesinə hələ təzə start verərkən bunun bir səbəbi də onun «Manganese Bronze» şirkəti ilə gizli sövdələşməsinin nəticəsi olduğu bildirilirdi. Qeyd edilirdi ki, Z.Məmmədov şirkətə külli miqdarda taksi sifariş etməklə onu böhrandan çıxarmağa çalışır. Burada isə məqsəd həm də nazirin taksilərin alınması üçün əldə edilən razılıqdan da madddi qazanc əldə etmək istəməsi göstərilirdi. Görünür, artıq hökumətin yüksək dairələrində də nazirin bu məxfi sövdələşməsinin üstü açılıb və Ziya Məmmədov durumunu daha da ağırlaşdırmamaq üçün geri addım atmaq məcburiyyətində qalıb.
İstənilən halda «London taksiləri» layihəsinin iflasa uğradığı göz önündədir. Hansı ki, müstəqil ekspertlər projenin məhz bu cür - uğursuzluqla yekunlaşacağını əvvəlcədən bəyan edirdilər. Amma nəqliyyat naziri həmin fikirlərə layqeyd yanaşdı və beləliklə, ara yerdə dövlətin külli miqdarda vəsaiti israf edilmiş oldu. İndii maraqlıdır, hörmətli nəqliyyat naziri bunun hesabını verə biləcəkmi?

|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• “Spero Hospital“da qalmaqal – Baş mühasib dava saldı
4-12-2024, 21:52 |
|
|
|
• Zəngilan şəhərinə ilk köç başlayır: 600 min manatlıq tender - DETALLAR
4-12-2024, 21:42 |
|
|
|
• Qərbin ən iyrənc ssenariləri: Cəsus şəbəkələrinin iştirakı ilə çızılır - AKTUAL
4-12-2024, 21:38 |
|
|
|
• Bakı onu seçdi: İki mühüm coğrafiyaya “qapı” açılır – Qarabağ detalı
4-12-2024, 21:34 |
|
|
|
• "O pulu sizə halal etmirəm" - Əməkdar artist
4-12-2024, 21:10 |
|
|
|
• Həmidə Ömərovadan qalmaqallı xəbərə münasibət - "Mənim adımı niyə verirlər?"
4-12-2024, 21:08 |
|
|
|
• “İran rəsmilərinin Azərbaycan əleyhinə bəyanatları...” - ŞƏRH
4-12-2024, 21:03 |
|
|
|
• Azərbaycan NATO ilə imzaladığı əməkdaşlıq məsələlərinə ciddi yanaşır - RƏY
4-12-2024, 20:39 |
|
|
|
• Bakını hədəfə aldı, özü “vuruldu”: 4 səhvə görə prezidentliyi itirəcək - GƏLİŞMƏ
4-12-2024, 20:36 |
|
|
|
• Rüfət Səfərovun həbsinə nə səbəb olub? - TƏFƏRRÜAT
4-12-2024, 20:31 |
|
|
|
• "Oğlumun qanını yerdə qoymayacağam" - Qətlə yetirilən şəxsin anası
4-12-2024, 20:04 |
|
|
|
• Ermənistanın avantürist çıxışları: İrəliləyişlərin səbəbi... - Bakının konstruktiv yanaşmasıdır
4-12-2024, 20:02 |
|
|
|
• Suriyadakı proses Ukraynada da təkrarlana bilər - Sərdar Cəlaloğlunun TƏHLİLİ
4-12-2024, 19:55 |
|
|
|
• Məmurlar sosial şəbəkələrdən necə istifadə edirlər? – “Bu, onların vəzifə öhdəliyidir”
4-12-2024, 19:53 |
|
|
|
• ABŞ-nin Azərbaycana təcrid siyasəti: OCCPR təşkilatının bağlı olduğu yer USAİD-dir - NƏ BAŞ VERİR?
4-12-2024, 19:30 |
|
|
|
• "Ya oxumağını et, ya da kinoya çəkil..."
4-12-2024, 19:26 |
|
|
|
• “Vətəndaş A”nın dron söhbəti yalan çıxdı - AÇIQLAMA
4-12-2024, 19:23 |
|
|
|
• Rüfət Səfərova HÖKM OXUNDU - 4 aylıq HƏBS və...
4-12-2024, 19:20 |
|
|
|
• Avropa Ukraynanı fəda etmək niyyətində deyil: - həm pul, həm silah, həm də sığınacaq
4-12-2024, 19:15 |
|
|
|
• 310 min manatlıq torpaq maxinasiyası... - Keçmiş sədr Ali Məhkəməyə müraciət etdi
4-12-2024, 19:09 |
|
|
|
• Turan ideyasına qarşı yaradılan “gizli əl” - Yeni münaqişə başlaya bilər
4-12-2024, 19:04 |
|
|
|
• Generalın şikayəti təmin edilmədi - QƏRAR
4-12-2024, 19:01 |
|
|
|
• Ermənistan hakimiyyətinə Azərbaycanla müharibə lazım deyil - Paşinyan belə deyir...
4-12-2024, 18:59 |
|
|
|
• Məşhurların adından istifadə edib jurnalist xanımı aldatdılar - ARAŞDIRMA
4-12-2024, 18:56 |
|
|
|
• Bayden Administrasiyasının uğursuz planı: Niyə Səfərov? - Asif Nərimanlı yazır...
4-12-2024, 18:53 |
|
|
|
• Rüfət Səfərova əlavə ittiham verildi: Məhkəmə gedir - TƏFƏRRÜAT
4-12-2024, 18:49 |
|
|
|
• Əsas hədəf yeni “Minsk Qrupu planı”nı işə salmaqdır - Qərb Ermənistanın fəlakətində maraqlıdır
4-12-2024, 18:47 |
|
|
|
• Ədliyyə naziri onu rəis TƏYİN ETDİ - ƏMR
4-12-2024, 14:51 |
|
|
|
• “Ağadadaşı tutdular, 3-5 il verdilər, nə dəyişəcək?” - Şeyxdən xalq artistinin baltalı hücumunu yatıracaq sözlər
4-12-2024, 14:49 |
|
|
|
• "Kənd yumurtası" bahalaşır, sənaye üsulu ilə istehsal olunanlar isə… - BELƏ DAVAM EDƏRSƏ...
4-12-2024, 13:53 |
|
|
|
• Bu rəhbər şəxslərə şiddətli töhmət verildi - ADLAR
4-12-2024, 13:41 |
|
|
|
• "Azpulmat" və "Manato" qaydaya əməl etmir... - Faizlər hələ də yüksəkdir
4-12-2024, 13:20 |
|
|
|
• Xalq artisti Sevinc Heydərovadan 30 min manat tələb edib? - AÇIQLAMA
4-12-2024, 13:16 |
|
|
|
• Rütte Kiyevi hələ səbrli olmağa çağırıb
4-12-2024, 13:07 |
|
|
|
• “Vurulan” məmur və deputatların “sirli” vəzifəsi – Nazirliklərdə “ələkçinin qıl verəni” ştatı
4-12-2024, 13:04 |
|
|
|
• Messi və komanda yoldaşları Bakıya gəlir - GÖRÜŞƏ BİLMƏK ÜÇÜN...
4-12-2024, 13:01 |
|
|
|
• Qanunlar pozulur... aidiyyatı qurumlar görərsə... - BU DA FAKT!
4-12-2024, 12:59 |
|
|
|
• Arabir yağış yağacağı gözlənilir - belə deyirlər...
4-12-2024, 12:57 |
|
|
|
• Gəncə Dövlət Regional Kollecinin direktoru vəzifəsindən azad edilib - ƏMR
4-12-2024, 12:52 |
|
|
|
• "Mediasiya xərclərini ödəmək üçün kifayət qədər vəsaiti olmayan..." - Ekspert danışır...
4-12-2024, 12:48 |
|
|
|
• Azərbaycanda vəzifəli şəxs intihar etdi - TƏFƏRRÜAT
4-12-2024, 12:44 |
|
|
|
• 8 min erməni mühasirəyə düşdü: deyirlər, türklərin… - Mesropyan
4-12-2024, 12:38 |
|
|
|
• Tramp qubernatoru Pentaqonun rəhbəri vəzifəsinə təyin edə bilər
4-12-2024, 12:34 |
|
|
|
• Röyal Sarıməmmədova verilən vaxt daralır - İLGİNC FAKTLAR
4-12-2024, 12:28 |
|
|
|
• Qərbi Azərbaycana axır ki, türk vali təyin olundu - AÇIQLAMA
4-12-2024, 12:19 |
|
|
|
• “Kristal Bakı İnşaat” təşkilati-hüquqi formasını dəyişir
4-12-2024, 12:16 |
|
|
|
• Bazarda satılan məhsullar BAHALAŞACAQ – Yeni qərar qüvvəyə minir
4-12-2024, 11:58 |
|
|
|
• Həbs edilən bələdiyyə sədri saxta sənədlər düzəldərək rüşvət alırmış - TƏFƏRRÜAT
4-12-2024, 11:56 |
|
|
|
• Milli Məclisin iclası niyə LƏĞV OLUNDU? - ehtiyac qalmayıb
4-12-2024, 11:54 |
|
|
|
• Şəbnəm QADAĞA QOYDU: - “Həddini bildirirəm”
4-12-2024, 11:49 |
|
|
|
|