AXIR Kİ, FƏTULLAYEV NARAZILIQLARI DA DİLƏ GƏTİRDİ
Tarix: 14-01-2012, 11:09 |
Çap et
ŞAHİN HƏSƏNLİNİN SƏHHƏTİNDƏ PROBLEMLƏR VAR
“İnsan haqları uğrunda” İctimai Birliyin sədri, hüquq müdafiəçisi Eynulla Fətullayev Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 14 saylı cəzaçəkmə müəssisəsində monitorinq keçirib. Hüquq müdafiəçisi APA-ya bildirib ki, monitorinqin məqsədi müəssisədə məhkumların saxlanma şəraiti ilə tanış olmaq olub. Monitorinq zamanı məhkumların saxlandığı korpuslarda, yataqxanalarda və onların istifadəsində olan məişət otaqlarında, yeməkxanada, sanitar-gigiyenik vasitələrə və ümumiyyətlə, cəzaçəkmə müəssisəsinin bütün ərazisinə baxış keçirilib, həmçinin bir sıra məhkumlarla fərdi görüşlər keçirilib.
Hüquq müdafiəçisi 14 saylı cəzaçəkmə müəssisəsində cəza çəkən Bəxtiyar Hacıyev, Sahib Kərimov, Şahin Həsənli, Vidadi İsgəndərli, Azər Cəbiyevlə, eləcə də digər məhkumlarla görüşüb, onların saxlanma şəraiti ilə, problemləri ilə maraqlanıb.
Məhkum Şahin Həsənlinin səhhətində bəzi problemlərin olduğunu qeyd edən hüquq müdafiəçisi onun tibbi hissəyə köçürüldüyünü və müayinə olunduğunu bildirib: “Digər məhkum Vidadi İsgəndərli də bəzi narazılıqlarını dilə gətirib. Mən bununla bağlı öz hesabatımda qeyd edəcəcəyəm”.