İSMƏT ABBASOVUN ŞOK "AQROLİZİNQ" MAXİNASİYALARI
Tarix: 10-09-2013, 11:22 | Çap et
DİA.AZ: - Bir neçə gün öncə "Aqrolizinq" ASC-də baş verən misli-bərabəri olmayan korrupsiya faktları barədə məlumat vermişdik. Məlumatlarda bildirilirdi ki, kənd təsərrüfatı naziri İsmət Abbasov yaxın adamları vasitəsilə bu sahəyə ayrılan vəsaitləri mənimsəməklə özünə sərvət toplamaqla məşğuldur. Təbii ki, bu mənimsəmələrdən nazirin yaxın adamları da külli miqdarda gəlir əldə edirlər. Belə məmurlar sırasında kənd təsərrüfatı naziri İsmət Abbasovun "sağ" əli kimi tanınan, "Aqrolizinq" ASC-nin İdarə Heyətinin sədr müavini Elçin Mirzəyevin də adı keçir. Məlumatlara görə, Elçin Mirzəyev tək kənd təsərrüfatı məhsullarının istehsalçılarına əkin sahəsinin becərilməsində istifadə edilən yanacaq və mator yağlarından il ərzində dövlətin bu sahəyə ayırdığı milyonlarla vəsaitləri mənimsəyir. Kənd təsərrüfatı məhsullarının istehsalı üçün sərf olunan yanacaq və motor yağlarının dəyərinin orta hesabla 50 faizi dövlət tərəfindən ödənilirməsinin təmin edilməsi üçün dövlət büdcəsindən ayrılması nəzərdə tutulmuş vəsait hesabına istehsalçılara hər hektar əkin sahəsinin və çoxillik əkmələrin becərilməsinə görə (istehsal etdiyi məhsulun növündən asılı olmayaraq) 40 manat məbləğində yardım verilməsi müəyyən edilir. Lakin Elçin Mirzəyevin həmin yardımları su içmək kimi mənimsəyir. Şişirdilmiş rəqəmlər hesabına aparılan hesabatlarda "Aqrolizinq" ASC-nin sədr müavini vəsaitin verilməsi qaydaları və şətlərinə əl gəzdirir. Proses təxminən belə baş verir. İstehsalçıların siyahısını tərtibi zamanı analoqu olmayan rəqəmlər göstərilir. Bundan sonra istehsalçıların becərdikləri hər hektar əkin sahəsinə və çoxillik əkmələrə görə dövlət büdcəsindən ayrılan pullar mənimsənilir. Ümumiyyətlə isə dövlət büdcəsindən hər il kənd təsərrüfatı məhsullarının istehsalı üçün sərf olunan yanacaq və motor yağlarının ödənilməsinin təmin edilməsi üçün 80 milyon manat pul ayrılır. Amma həmin milyonlar təyinatı üzrə xərclənmir. DİA.AZ bildirir ki, bu barədə 30gun.az portalı xəbər yayıb.
Bundan başqa daxil olan digər məlumatlarda isə qeyd edilirdi ki, taxıl yığımı dövründə yaranmış kombayn böhranını aradan qaldırmaq üçün kənd təsərrüfatı naziri İsmət Abasov Maliyə Naziri Samir Şərifova əlavə vəsaitlərin ayrilmasi üçün müraciət edib. Maliyə nazirinin İsmət Abasovla münasibətləri gərgin olduğundan, o, əlinə düşmüş imkandan istifadə edərək kənd təsərrüfatı nazirinə tutarlı zərbə vurur. Maliyyə naziri Samir Şərifov dövlət başçısı İlham Əliyevə müraciət edib ki, kənd təsərrüfatına ayrılan vəsaitlər imkan verirdi ki, bütün ehtiyaclar ödənilsin. Maliyə naziri müraciətində xüsusi vurğulayıb ki, Kənd Təsərrüfatı Nazirliyinə ayrılmış subsidiyalar, digər vəsaitlər mənimsənilir, təyinatı üzrə xərclənmir. İlham Əliyev də maliyyə nazirinin müraciətinə əsaslanaraq yoxlama təyin edib. Yoxlama Maliyyə Nazirliyinə həvalə olunub. Aparılan araşdırmalar nəticəsində külli miqdarda korrupsiya faktları üzə çıxıb. Akt tərtib edilib, materiallar Respublika Prokurorluğuna göndərilib. Mütəxəssis kimi bu araşdırmaya cəlb olunmuş Kənd Təsərrüfatı Nazirliyinin texniki nəzarət şöbəsinin baş məsləhətçisi Faiq Bayramov İsmət Abasovun göstərişi ilə aktı imzalamaqdan imtina edib və təcili məzuniyyətə göndərilib. Nazir İsmət Abasov faktları ört-basdır etməyə çalışır. Çünki bu korrupsiya faktlarının onun özünə gedib çıxacağından ehtiyat edir. Məlumatlarda həmçinin bildirilirdi ki, külli miqdarda mənimsəmələrə yol vermiş Şəki “Aqroservis” xidmətinin rəhbəri Rasim Qurbanovdan, onun qardaşı, Şəki ərazi kənd təsərrüfatı idarəsinin rəisi Cavanşir Qurbanovdan, “Aqrolizinq” ASC sədrinin müavini Elçin Mirzəyevdən işdən çıxarılmaları ilə bağlı ərizələri alınıb. Lakin nazir İsmət Abasov onlarin əmrlərini verməyə tələsmir, prokurorluğun araşdırmalarının sonunu gözləyir.
Məlum olduğu kimi, dövlət başçısı İlham Əliyev 4 iyul 2013-cü ildə Kənd təsərrüfatı məhsulları istehsalçılarının kənd təsərrüfatı texnikası ilə təminatına əlavə dəstək haqqında sərəncam imzalayıb. Sərəncama əsasən taxılçılıqla məşğul olan kənd təsərrüfatı məhsulları istehsalçılarının bu il taxılyığan kombaynlara ehtiyacını təmin etmək üçün 2013-cü ilin dövlət büdcəsində nəzərdə tutulmuş prezidentinin ehtiyat fondundan “Aqrolizinq” Açıq Səhmdar Cəmiyyətinə 15 milyon manat ayrılıb.
Avqustun birinci dekadasında ölkədə taxıl biçini yekunlaşıb. Bu, o deməkdir ki, istehsalçı şirkət kombaynları sərəncam imzalandığı gündən göndərsə belə, yenə də bu ilin taxıl biçininə çatmayıb. Bu halda “kombaynların nə üçün alınması” sualı aktuallaşıb. 30gun.az məsələ ilə bağlı kiçik bir araşdırma aparıb.
Kənd Təsərrüfatı Nazirliyindəki mənbələrdən 30gun.az-a daxil olan məlumata görə, sərəncamda məhz bu ilin qeyd edilməsi nazir İsmət Abbasovun səyi nəticəsində baş verib. Çünki kombaynlar gələn il üçün nəzərdə tutulsaydı, satınalmalar tender yolu ilə həyata keçirilməli idi. Ancaq bu il üçün nəzərdə tutulduğundan vaxt çatışmazlığını əsas götürüb kombaynların tendersiz alınmasına qərar verilib. Bununla da İ.Abasov dövlət başçısı İlham Əliyevi aldatmış olub. Tendersiz satınalmalarda korrupsiya imkanları isə çox genişdir. Konkret faktlara keçək.
Araşdırmalarımız zamanı məlum olub ki, sözügedən kombaynların hazırda “Aqrolizinq” ASC-də qiyməti 112 min manatdır. Ancaq eyni markalı və eyni texniki göstəriciləri (125 at gücü) olan kombaynları ASC 2012-ci ildə 71 min manata lizinqlə satmışdır. Gördüyü kimi, 1 ilə qiymətlər 58 faiz qiymət bahalaşıb.
“Aqrolizinq” ASC isə bahalaşmanın səbəbini "yuxarılara" belə izah edib ki, 2012-ci ildə satılan kombaynlar Azərbaycana Yaponiya hökumətinin qrantı hesabına gətirilib. Bununla bağlı tender Yaponiyada keçirildiyindən qiymət ucuz olub. Bu il satılan kombaynlar isə, büdcə vəsaiti hesabına alınıb. Ona görə də qiymətlərdə 58 faiz artım olub.
Taxılyığan kombaynların istehsalçısı olan Finlandiyanın “Sampo Rosenflyu” şirkətinin məlumatına görə, ötən ildən indiyəcən taxılyığan kombayn qiymətlərində cəmi 2 faiz qiymət artımı olub. Belə olan halda onda görəsən niyə Azərbaycanda kombaynların qiyməti son 1 ildə 58 faiz bahalaşıb. Məlumatlara görə, “Sampo Rosenflyu” şirkəti birbaşa heç bir alıcıyla alış-veriş etmir. Satışları yalnız yerli distributorlar vasitəsilə ilə həyata keçirib.
“Sampo Rosenflyu” şirkətinin Azərbaycanda rəsmi distributoru Aydın Əzimov adlı bir şəxsdir. Bu məlumat istehsalçının internet səhifəsində də göstərilib (http://www.sampocomia.fi/world-dealers/?lang=en). Aydın Əzimovun kimliyini müəyyənləşdirmək üçün araşdırma zamanı bəlli oldu ki, A.Əzimov “Aqrolizinq” ASC-nin sədr müavinidir və İ.Abbasovun inanılmış adamlarından biri sayılır. Taxılyığan kombaynları isə o, Panamada qeydiyyatdan keçmiş İsmət Abbasova məxsus offşor şirkət vasitəsilə, istehsalçıdan alıb, qiymətləri 55-58 faiz şişirdərək “Aqrolizinq” ASC-yə satır. Bu, artıq təkzib olunmaz korrupsiya faktıdır.
Beləliklə, İ.Abbasovun kombaynların tendersiz alınmasına üstünlük verməsinin səbəbi aydınlaşır. Söhbət büdcə vəsaitlərinin offşor şirkətlər vasitəsi mənimsənilməsindən gedir.
Sadə hesablamalar aparsaq görərəik ki, 15 milyon manat yeni kombaynların alınmasına vəsait ayrılıb. 71 min manatdan hesablasaq bu pula 211 kombayn almaq olardı. Ancaq şişirdilmiş rəqəmlərlə bu pul 134 kombayn alınacaq. Rəqəmləri şişirtməklə 3 milyon manatdan çox vəsait aqrar sektor boslarının cibinə axır.
Son olaraq qeyd edək ki, İsmət Abbasovun "Aqrolizinq" maxinasiyaları bununla yekunlaşmır. 30gun.az-a bu sahədə baş verən total korrupsiya əməliyyatları barədə ilginc məlumatlar daxil olub. Məlumatlarda Maliyyə Nazirliyinin Kənd Təsərrüfatı Nazirliyinə "Kapital Bank" ASC-nin əsaslandırılmış sifarişi əsasında hər il dövlət büdcəsindən kənd təsərrüfatı məhsullarının istehsalı sahəsinə ayrılan milyonlarla vəsaitin mənimsənilməsi halları barədə geniş məlumat verəcəyik.
Araşdırmalarımız davam edir. Bizi izləyin...
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Prezident İlham Əliyev Donald Trampa zəng edib
Bu gün, 23:39 |
|
|
|
• 70 kiloqram qızılla saxlanılan hərbi attaşe DTX-də həbs edilib - TƏFƏRRÜAT
Bu gün, 23:36 |
|
|
|
• Putin bu ölkəni pay-püş edir: - Vaşinqton və Varşava plana şərikdir?
Bu gün, 21:35 |
|
|
|
• Duda İrəvanda: Azərbaycan sərhədinə gələcək - ZİBİLƏ DÜŞMÜŞÜK...
Bu gün, 21:30 |
|
|
|
• "3-4 min manat tələb olunur, əgər bu davam etsə..." - Deputat SƏNƏDSİZ EVLƏRDƏN danışdı
Bu gün, 21:27 |
|
|
|
• "Qardaşım "ləyaqətsiz vərəsə" kimi məni məhkəməyə verib" - Tanınmış aktrisa
Bu gün, 20:18 |
|
|
|
• 145 saylı məktəbdən NARAZILIQ - İstilik yoxdur, uşaqlar xəstələnsə, kim cavab verəcək?
Bu gün, 20:13 |
|
|
|
• Xəstəxanalardakı “qəssab”lara bıçağı kim verir? – Nazirlik diplomsuz həkim sualından yayındı
Bu gün, 19:32 |
|
|
|
• Bakıda NATO nümayəndə heyəti ilə görüş keçirilib
Bu gün, 19:18 |
|
|
|
• Dollara rekord tələbat – Ekspertlər deyirlər ki...
Bu gün, 19:02 |
|
|
|
• Dezinformasiyanın qarşısını hansı yollarla almaq olar? - Qərb mediası və Azərbaycan...
Bu gün, 18:58 |
|
|
|
• Bakı metrosunda yeni qatarları 1 milyon manata bu şirkət – TƏMİR EDƏCƏK
Bu gün, 18:56 |
|
|
|
• Elza Seyidcahanın iddiasına nazirlikdən CAVAB
Bu gün, 18:39 |
|
|
|
• Bakıda aktrisa şikayət etdi, xanım prodüserə cinayət işi açıldı - TƏFƏRRÜAT
Bu gün, 18:35 |
|
|
|
• Xırdalanda eyni şirkətə 3 ayda 4-cü tender verildi - Bu dəfə 1,8 milyon manat..
Bu gün, 18:34 |
|
|
|
• Qorxu filmlərini xatırladan UNİVERSİTET – Tərk edilmiş binanın aqibəti necə olacaq?
Bu gün, 18:31 |
|
|
|
• Bəlli dairələrin murazı gözündə qaldı, nəticələr var
Bu gün, 18:25 |
|
|
|
• Türkiyə-Azərbaycan sərhəddində 20 KİLOMETRLİK TIXAC... - Naxçıvan rəhbərliyi səbəbindən...
Bu gün, 18:18 |
|
|
|
• Əbu-Dabidə “Şuşa günləri” keçiriləcək – 182 min manat ayrıldı
Bu gün, 18:09 |
|
|
|
• Üç qüvvə birləşdi – Paşinyanın planı nədir?
Bu gün, 18:05 |
|
|
|
• Azərbaycanın sabiq deputatı olan general məhkəməyə verildi - DETALLAR
Bu gün, 18:03 |
|
|
|
• Gəncə Dövlət Tibb Kollecində RÜŞVƏT İDDİASI - Havayı yerə oxumayın..
Bu gün, 18:01 |
|
|
|
• Hərbi ekspert Ədalət Verdiyev həbs edilib - ŞOK TƏFƏRRÜAT
Bu gün, 17:58 |
|
|
|
• “Salyan Oil Limited” YAŞILLIĞA QƏNİM KƏSİLDİ VƏ... - 25 MİNLİK CƏZA
Bu gün, 17:55 |
|
|
|
• “Gələcəyini Qur!” təhsil təqaüdünü qazanmış abituriyentlərlə “Veysəloğlu Şirkətlər Qrupu”nda görüş keçirildi - FOTO
Bu gün, 17:44 |
|
|
|
• COP29-da Azərbaycan tarixi nəticə əldə etdi - MƏQALƏ
Bu gün, 17:41 |
|
|
|
• Qənirə Ataşovanın hesabı silindi - SƏHİYYƏ MAFİYASINI ifşa etmişdi...
Bu gün, 17:39 |
|
|
|
• Bakıda tiktoker qızdan ŞOK ƏMƏL: kişini tapıb ayağından öpdürdü - VİDEO
Bu gün, 17:27 |
|
|
|
• Boşanan qadına əxlaqsızlıq təklif edildi, əri və qardaşı... - TƏFƏRRÜAT
Bu gün, 17:20 |
|
|
|
• Deputat qohumunu işdən çıxarıb öz xanımını təyin etdi - DETALLAR
Bu gün, 17:13 |
|
|
|
• Keşmiş işçici ilə KTN arasında QALMAQAL
Bu gün, 17:12 |
|
|
|
• Azərbaycanlı müğənnnilərin FANTASTİK YENİ İL QİYMƏTLƏRİ
Bu gün, 17:09 |
|
|
|
• Ölkəmizin iqlim diplomatiyasında uğuru - İsrafil Kərimovun yazısı
Bu gün, 17:04 |
|
|
|
• Bələdiyyələr avtomobillərdən əmlak vergisi alacaq? – Deputatın təklifinə REAKSİYA
Bu gün, 17:02 |
|
|
|
• Vətəndaşın istifadə etmədiyi debet kartına borc gəlib... - NARAZILIQ VAR...
Bu gün, 16:55 |
|
|
|
• "Uber” və “Bolt” sistemdə göstərilən avtomobil əvəzinə ünvana başqa avtomobillər göndərir: - BU QƏDƏR CƏRİMƏSİ VAR
Bu gün, 16:44 |
|
|
|
• Verilişlərdə ailə problemlərindən danışanlar xəstədir - "Vətəndaş A"nın Almazı
Bu gün, 16:37 |
|
|
|
• Bağça müdiri "Şərurlu İsfəndiyar"ın şirkətini məhkəməyə verdi - SƏBƏB
Bu gün, 16:35 |
|
|
|
• Rusiya son sutkada 8 ballistik raket vurub - KİV
Bu gün, 16:33 |
|
|
|
• Güzəştli kreditlərə hamının "əli çatırmı"? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 16:27 |
|
|
|
• Ölkədə ətin qiyməti ilə bağlı narahatlıq: Bahalaşır? - AKTUAL
Bu gün, 16:25 |
|
|
|
• Trampın Qarabağla bağlı dedikləri... - “İşə başladıqdan sonra...”
Bu gün, 16:21 |
|
|
|
• Türkiyə ilə sərhədimizdə yük maşınları niyə gözləyir?
Bu gün, 16:18 |
|
|
|
• Xırdalanın abadlaşdırılması 2 milyon manata – BAŞA GƏLƏCƏK
Bu gün, 16:10 |
|
|
|
• “2 gün mən, 2 gün də saxta həkimlər...” - Qənirə Ataşova açıqladı
Bu gün, 16:06 |
|
|
|
• NZS və Keşlənin sökülməsi Qiyamətə qalır? – “Dövlətin maliyyə imkanı yoxdur”
Bu gün, 16:05 |
|
|
|
• Rusiya ABŞ-yə cavab olaraq Asiyada orta və qısa mənzilli raketlər yerləşdirə bilər
Bu gün, 16:03 |
|
|
|
• Xırdalanda 4 ay əvvəl qazon əkilən parkda yenidən qazon əkiləcək - İcazə verin şübhələnək...
Bu gün, 15:39 |
|
|
|
• MN-in 9 milyonluq mənimsəməyə görə tutulan sabiq xidmət rəisinə HÖKM OXUNUB
Bu gün, 15:38 |
|
|
|
• Aptek müdirinin işçini DÖYMƏ BƏHANƏSİ... - TƏFƏRRÜAT
Bu gün, 15:35 |
|
|
|
|